Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

 
273 
nəğmə,  dastan,  rəvayət  nümunələrində  olanları  özündə  aydın-
laşdırır.  Hətta  “Əsli  və  Kərəm”  dastanında  tək  durnaya  müra-
ciətin  özü  bütün  bu  olanların  ümumiləşməsi,  daha  müşkülü 
çatdırma  məqsədi  daşıyır.  Çünki  qatarından  qalanların  faciəsi 
və üzləşdiyi bəlalar daha ağır olur. 
 
Göy üzündə  süzüb gedən tək durna
Qəmli-qəmli ötmə, könül şad deyil. 
Sən də mənim təki yardan ayrıldın, 
Qəmli-qəmli ötmə, könül şad deyil. (15, 125) 
 
Bütün bunlar bir bütöv olaraq XVIII əsr müstəvisində xalq 
yaddaşından  yazıya  gələnlərin  təkcə  məzmun  baxımından 
deyil,  həm  də  poetik  sistemin  texnologiya,  etnosu  ifadə 
kontekstində  də  əsaslı  rol  oynadığını,  folklorda  mətnin 
işarəviliyinin  bədii  düşüncədə  Vididi  və  Vaqif  xəttində  necə 
bütövləşdiyini aydınlaşdırır. “Koroğlu”dan, “Şahkar dastanımız 
“Əsli-Kərəm”dən, “Əmrah”dan Molla Vəli Vidadiyə və Molla 
Pənah  Vaqifə  gələnlər  etnos  təfəkküründə  olanlardır  və  onun 
janr,  məzmun  texnologiyalarının  yaddaş  yaşarlığıdır.  Bütün 
verdiyimiz müqayisələr bizlərə onu da deməyi əsas edir ki, bu 
nümunələr  bədii  yaddaşın  tarixidir  və  Vidadi,  Vaqif  bir 
ictiqamətdə həmin  yaddaşı hərəkətə gətirmiş, tarixdə olanlarla 
öz  dövrünün  bütöv  bir  büşüncəsini  ortaya  qoymuşlar. 
Bütünlükdə  bu  nümunələr  Azərbaycan  bədii  düşüncəsinin 
hadisəsi  və  əvəzsiz  faktı  kimi  xalqın  bədii  və  tarixi  yaddaşını 
özündə  ehtiva  edir.  Buradakı  ciddi  mətn  fenomenliyi,  bədii 
nümunənin  məna  yaddaşı,  janrın  ortaya  qoyduğu  məzmun 
yazılı  və  şifahi  düşüncədə  nə  qədər  araşdırmalı  məsələlərin 


 
274 
olduğunu deməyə əsas verir, son olaraq Vaqif timsalında Vaqif 
əzəmətini ortaya qoyur. 
 
“Bax”  qəzəli.  M.P.Vaqif  yaradıcılığında  ən  çox  yaddaş 
hadisəsi  kimi  diqqəti  cəlb  edən  və  xatırlanan,  eyni  zamanda 
həmişə Vaqif adı ilə birgə çəkilən “Bax” qəzəlinin mühüm yeri 
vardır.  Böyük  səmnətkarın  yaradıcılığı  M.F.Axundovdan, 
M.Y.Qarabağidən,  A.Berşedən,  H.Ə.Qaibovdan,  M.Müctəhid-
zadədən, M.M.Nəvvabdan, Y.V.Çəmənzəminlidən, S.Mümtaz-
dan,  Ə.Abiddən,  Ə.Müznibdən,  H.Araslıdan,  A.Dadaşzadədən 
bu  yana  ciddi  araşdırmaların,  təhlillərin  problemi  kimi  xüsusi 
önəm kəsb etmişdir. Hətta sağlığında mühiti və yaxın yaradıcı 
ətrafı da Vaqif  yaradıcılığına, Vaqif dühasına öz münasibətini 
bildirmiş  və  ona  yüksək  qiymət  vermişdir.    Aşıq  Əli  Kəlibəri 
Qaracadağinin, Aşıq Valehin, Xəstə Hasanın, İrfaninin, Alimin 
və başqalarının birbaşa müraciətləri və öz sağlığında dedikləri 
buna nümunədir. Ə.Qaracadağinin “bu əsrdə şairlərin xanısan” 
və  yaxud  da  “elmin  mədənisən,  gövhər  kanısan”,  Aşıq  Valeh 
“təxəllüsü Vaqif, nəzmi dür-əfşan”, “tapmaq olmaz o kamalda 
can hanı”, Alimin “odur bəli hər elmdən xəbərdar, yoxdur dəxi 
babı”  və  s.  deyimlər  Vaqif  qüdrətinin  öz  dövründə  ifadəsidir. 
Xalq  şeiri  üslubunda  və  klassik  ənənədə  yazdığı  şeirlər  bu 
böyüklüyün,  əlçatmazlığın  nümunəsidir.  Onun  böyüklüyünün 
digər nümunəsi yandırılan, məhv edilən şeirlərinin mühüm bir 
hissəsinin  yaddaşlardan  yazıya  alınmasıdır.  Çünki  Vaqif  qətlə 
yetirilərkən  şeirləri  də  eyni  aqibəti  yaşamış,  məhv  edilmişdir. 
Xalq isə həmin şeirləri Vaqifin sağlığında sinəsinə toplamış və 
dəftər, kitabdan əlavə yaddaşda saxlamışdır. Bunun özü Vaqifə 
olan  sevginin  xalq  nümunəsidir.  Məhz  böyük  şairimiz 
S.Vurğun həmin sevgini “Şairin ölümü”ndə qeyri-adiliklə ifadə 


 
275 
etmişdir.  Doğurdan  da,  “o  böyük  şairin  hər  bir  şeirini  deyir 
laylasında bizim analar” qənaəti Vaqif əzəmətinin, təkrar qeyd 
edirik,  ilkin  nümayişidir.  Ağa  Məhəmməd  şah  Qacarın,  Mə-
həmməd  bəy  Cavanşirin  Vaqifə  olan  münasibətinin  (amansız-
lığının) əsasında da məhz böyük xalq sevgisi dayanırdı. Xalqın 
gözünü  qorxutmaq,  özlərinin  istədiyi  kimi  idarə  sistemini 
yaratmaq  məqsədi  Vaqifin  qətlinə  gedən  yolu  tələsdirirdi. 
M.P.Vaqif  isə  Ağa  Məhəmməd  şah  Qacardan  qurtulsa  da 
Məhəmməd  bəy  Cavanşirdən  qurtula  bilmədi.  Ən  ağrılı,  ən 
dəhşətli  olan  isə  bütün  gərginliklərdə  şairə,  xalqın  düşünən 
beyninin məhvinə siyasi mühitin can atmasıdır. Məsələn, XIV 
əsrdə  Əmir Teymur, Toxtamış və  İldırım  Bəyazid  Qeysəriyyə 
hakimi  Qazi  Bürhanəddini  təhdidlərdə  saxlayanda  və  ondan 
özləri  üçün  yararlanmaq  istəyəndə  o,  (Qazi  Bürhanəddin)  real 
vəziyyəti və münasibətini məlum-məşhur tuyuğunda verirdi. 
 
Əzəldən həq nə yazmış isə bolur,  
Göz nəni ki, görcək isə görür
İki aləmdə haqqa sığınmışüz, 
Toxtamış nə ola, ya Axsaq Teymur. (83, 282). 
 
Bu tarix, siyasi  savaşlar  və hakimiyyət  mübarizələri  üçün 
örnəkdir,  ancaq  nədənsə  hakimiyyət  iddiaları  həmin 
olacaqlardan  nəticə  çıxarmağa  imkan  vermir  və  son  olaraq 
daha  bir  faciəyə,  tarixdə  qalacaq  nümunəyə  yol  açır. 
M.P.Vaqifin  aqibəti  də  eyni  mənzərənin  hadisəsidir.Vaqifin 
şəxsi  olayları  bütün  məzmunu  ilə  XIV  əsrdəki  Qazi 
Bürhanəddin olacağına bağlanır.  
Molla  Pənah  Vaqif  “Bax”  qəzəlini  M.V.Vidadiyə  müra-
ciətlə yazmışdır. Bu müraciətin özünün ictimai, siyasi, mənəvi 


 
276 
məzmunu, səbəbləri və təfsilatı vardır. Bunların üzərinə mətnin 
semantik məzmununu gəldikdə mahiyyət daha da böyüyür. Bu 
müraciətin  genetikasında  dayananlar  etnosun  taleyinə  hesab-
lanır,  ona  görə  də  onu  aşağıdakı  kontektlərdə  təhlildən  keçir-
mək gərəyi yaranır. 
a)  M.V.Vidadiyə  bir  böyük  şair,  etnosun  düşdüyü 
vəziyyətdən halı etmək məqsədi; 
b) bir şairin bir şairə müraciəti müstəvisində
c)  xalqın  başının  üstünü  alan  fəlakətin  mahiyyət  və 
səbəbləri kontekstində
ç)  real  mühitdə  Ağa  Məhəmməd  şah  Qacarın  məqsəd  və 
məramına münasibət baxımından; 
d)  Rusiya,  İran  təhdidlərinin  (savaşlarının)  gətirəcəyi 
aqibət, torpaq itkiləri, fəlakət cəhətdən və s. 
Burada  ən  maraqlı  məqamlardan  birisi  məhz  M.P.Vaqifin 
digər  birisinə  yox,  M.V.Vidadiyə  müraciəti  məsələsidir. 
Əlbəttə  bu,  təsadüfin  hadisəsi  deyildir,  əslində  daha  ciddi 
tərəfləri  vardır.  Düzdür,  M.P.Vaqifin  M.V.Vidadiyə  bu  şeirə 
qədər müxtəlif səpkili müraciətləri olmuşdur, onların məzmun 
və məramı tamamilə fərqlidir, Onu da əlavə edək ki, müəyyən 
narahatçılıq  doğuran  incə  məqamlar  əvvəlkilərdə  də  ola  bilər 
və  vardır.  Burda  isə  məsələ  daha  ciddi,  gərgin  psixoloji 
xarakterlidir.  Əlbəttə  ən  başlıcası  M.V.Vidadi  öz  dövrünün 
kifayət  qədər  inteleksiyasını  daşıyan  və  hadisələrə,  olacaqlara 
bələd  bir  şəxsiyyət  olmuşdur.  M.P.Vaqifin  müraciətinin 
mahiyyətində də bu dayana bilərdi. M.V.Vidadinin “hər kimin 
ki, mövla olsa köməyi, nə işi var sultan ilə, xan ilə” düşüncəsi 
də məhz bunu işarələyir. Digər tərəfdən Vidadiyə müraciətinin 
mahiyyətində  Vaqifin  bütün  məqamlarda  özünə  ağsaqqal, 
böyük  kimi  rəğbətindən  qaynaqlanırdı.  Dünya  işlərini  yaxşı 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə