Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

 
269 
olaraq Bəsrə, Bağdad göstərilir. Bunun mahiyyətində olanların 
ehtiva etdiyi məzmun isə daha ciddi, etnosun qarşılaşdıqlarına 
bağlanır. 
 
Ərz eləyim, bu, sözümün sağıdır, 
Yollarınız haramıdır, yağıdır,  
Şahin-şonqar sürbənizi dağıdır, 
Boyanarsız qızıl qana, durnalar! 
 
Əzəl başdan Bəsrə, Bağdad eliniz, 
Bəylər üçün ərməğandır teliniz, 
Oxuduqca şirin-şirin diliniz, 
Bağrım olur şana-şana, durnalar (91, 7) 
 
Əmrah”  dastanınd  bir  epizoda  diqqət  yetirək.  “Əmrah 
Mahmud  paşanın  yanına  getdi.  Öz  yerinə  getmək  üçün  ondan 
izin aldı. Bir gün sonra Sayat Pərini götürüb yola düşdü. Gəlib 
Əmrahın  elinə  yaxın  olan  Qazlı  gölün  başına  çatdılar.  Əmrah 
sevgilisilə Qazlı gölün başında oturmuşdu. Bir də gördü göydə 
durnalar gedir. Aldı görək nə dedi:  
 
Qatarlaşıb göynən gedən durnalar,  
Nə səbəbdən dəstən bölündü, durna?  
Səlmi yarım yenə düşdü yadıma,  
Sərində tellərin göründü, durna! (39,  154).  
 
Burada  isə  Osmanlı  eli  vurğulanır  və  mətnin  verdiyi 
informasiya,  bütünlükdə  poetik  sistem  xalq  düşüncəsində 
qəlibləşmiş  təsəvvürü  ortaya  qoyur.  Mövcud  nümunələrin 
hamısında  bir  tipoloji  ortaqlıq  vardır  ki,  bu  da  aparıcı  xətdə 


 
270 
dayanır və etnosun düşdüyü, həm də yaşadığı aqibəti işarələyir. 
Orta əsrlərdə müstəbidlərin mənəm-mənəmlik iddiasında əzilən 
kütlə bütün Şərq, Bağdad, Bəsrə boyu səpələnmişdi. Əgər belə 
olmasaydı  düşünülmüş  ağır  köçlər  və  köçürmələr  də  olmazdı, 
hamısı  məhz  təkəbbürün,  qisasçılığın  nəticəsi  kimi  baş 
verənlərdi.  Dastanlarımızda  vurğulanan  müraciətlərin  də 
mahiyyətində  həmin  göynərtilərin,  sızıltıların,  oğul-uşaq,  ata-
bala,  qardaş-bacı  ayrılıqlarının  izləri  boy  göstərir.  “Koroğlu” 
dastanı həmin pozulmuş nizamın bərpası  kimi xalqın bağrının 
başından  qopmuşdur.  M.V.Vidadinin,  M.P.Vaqifin,  Q.Zakirin 
durnalara müraciətinin alt qatlarında da eyni  mənzərə  yaşanır. 
Q.Zakirin  “mən  də  sizin  kimi  qəribi  zaram”ı,  M.P.Vaqifin 
“saqın  gəzin  laçın  gözü  görməsin”ı,  “M.V.Vidadinin 
“boyanarsız  qızıl  qana,  durnalar”ı    alt  qatda  həmin  mətləbi 
ehtiva  edir.  Xalq  bayatılarındakı  “burda  bir  qərib  ölüb  göy 
kişnər  bulud  ağlar”  hansısa  təsadüfin,  poetik  halın  faktı 
olmadan  çox  reallığa  söykənir.  Orta  əsrlərin  əndazədən  çıxan 
savaş  və  qarşıdurmalarında  belə  hallar  yüzlərlədir.  H.Cavidin 
“öz yurdumda bir qəribdən seçilməm”i, “Cahan cənnət olsa bir 
ləhzə  gülməm”i  bu  acıların  təsadüf  yox,  zaman-zaman 
təkrarlanmasının  nəticəsidir.  Elə  M.V.Vidadinin  bütün 
yaradıcılığı boyu boy göstərən kədəri də bunun faktıdır. “Qərib 
öldüm, bikəs öldüm, yad öldüm” deyən Vidadi bütün olanların 
mahiyyətini  “Ağlaram”  rədifli  qoşmasında  ifadə  etmiş,  daha 
doğrusu cavablandırmışdır. 
 
Məni belə hər kim görsə bil ağlar
Dağ-daş yanar, ulus, oymaq el ağlar, 
Cismim sızlar, göz yaş tökər, dil ağlar, 
Öz başıma yalqız məgər ağlaram. (91, 15) 


 
271 
Bütün bu sadaladığımız və sadalamadığımız faktlar hamısı 
“Durnalar”  qoşmasının  funksional  mahiyyətini  ifadə  edir. 
Bağdad,  Bəsrə  və  s.  şəhərlərlə  bağlantıların  mahiyyətini,  ora 
gedişlərin  simvolikasını  bir  termin  olaraq  əks  etdirir. 
M.V.Vidadinin  qoşmasının  son  bəndi  də  subyekt  halının,  ya-
şanmış vəziyyətin çatdırılması baxımından əlahiddə imkanlılıq-
la görünür.  
 
Bir baş çəkin mən dərdməndin halına, 
Ərzə yazsın, qələm alsın əlinə, 
Vidadi xəstədən Bağdad elinə
Siz yetirin bir nişanə, durnalar! (91, 7) 
 
Mətnin verdiyi informasiya bizi düşünməyə vadar edir ki, 
M.V.Vidadinin  Bağdad  elinə  yetirmək  istədiyi,  çatdıracaqları 
nə  idi.  Heç  şübhəsiz,  Vaqif  və  Vidadinin  zamanında  baş 
verənlər  və  ondan  əvvəlkilər  məhz  bu  qoşmanın  yaranmasını 
XVIII  əsrdə  zərurətə  çevirmişdi.  Məlum  olduğu  kimi,    XVIII 
əsr  Azərbaycan  xalqının  böyük  dövlətçilik  ənənələrinin 
pozulduğu və Nadir şahdan sonrakı faciələrin dərkidi. Ona görə 
də  ədəbi-mədəni  mühit  bunları  dərk  etmiş,  əvvəlki  faciələri, 
etnosların  axınlarını,  çal-çarpaz  köçlərini  dərk  etmiş  və 
təkrarən  bədii  arenaya  açıq-aydın  şəkildə  gətirməyə  üstünlük 
vermişlər.  Doğurdan  da  Vidadi  “dərdməndin  halı”nda  sual 
olunur  nə  vardı  ki,  müraciət  edib  “bir  baş  çəkin  mən 
dərdməndin  halına”    söyləyirdi.  Kroğlu  göynən  gedən 
durnalardan  “bizim  ellər  yerindəmi”  sualını  edirdi. 
M.P.Vaqifin durnalara müraciəti üst qatda nikbinliyi (bir qədər 
tərəddüdlü)  nə  qədər  qoruyub  saxlasa  da,  alt  qatda  bir  etnos 
təsəvvürünə dayanır.   


 
272 
Xeyli vaxtdır, yarın fərağındayam, 
Pərvanə tək hüsnün çırağındayam, 
Bir ala gözlünün sorağındayam, 
Görünürmü, görün, gözə, durnalar. 
 
Mən sevmişəm ala gözün sürməsin
Bədnəzər kəsibən, ziyan görməsin
Saqın gəzin, laçın gözü görməsin, 
Qorxuram səfnizi poza, durnalar! (89, 66) 
 
Eyni  halın  bir  başqa,  daha  çox  yaşadığı  vəziyyətə  uyğun 
təsvirini  Q.Zakirin  “Durnalar”ında  görürük.  Artıq  burada  real 
vəziyyətdən  yaddaşa  gedişin  xətləri  boy  göstərir,  yəni  XIX 
əsrin  görkəmli  sənətkarının  təqibləri  müqabilində  olanlar 
vurğulanır. 
 
Diyari-qürbətdə müddətdi varam, 
Gecə-gündüz canan deyib ağlaram
Mən də sizin kimi qəribü zaram, 
Eyləməyin məndən haşa, durnalar! 
 
Laçın yatağıdır bizim məkanlar, 
Yavaş-yavaş gedin səsiniz anlar
Qorxuram toxuna ötən zamanlar, 
Sürbəniz dağılıb çaşa, durnalar! (93, 160) 
 
Göründüyü  kimi,  durnaların  Azərbaycan  şeirində  ehtiva 
etdiyi  məzmun  ciddi  faktları,  yaddaş  hadisələrini,  kəsb  etdiyi 
semantik  fakturanı  aydınlaşdırır.  Bu  mətnlərin  poetik  sistemi 
elə  öz  qaynağını  xalq  təsəvvüründə  olanlardan  alır,  bayatı, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə