Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə77/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   73   74   75   76   77   78   79   80   ...   93

 
265 
düşüncəsində, hətta  yazılı ədəbiyyatında güclü bir tərəf olaraq 
boy  göstərir.  Uşaq  yaşlarımızda  payız  və  yaz  aylarında  daha 
çox  gecələrin  səssizliyində  durna  köçlərinin  şahidi  olmağımız 
bir  tərəf  olaraq  eyni  təəssüratı  yaradır.  Yazda  Bəsrə,  Bağdad 
elindən  köç  edib  gələn  durnalar  payızın  soyuğunda  təkrarən 
həmin  yerlərə  qayıdırlar.  Durna  köçünün  pozulması  və 
dumanda  durnaların  köç  çətinliyi  ilə  bağlı  da  xalq  bilgisində 
marahqlı  hadisələr  dolaşmaqdadır.  Onların  çənin,  dumanın 
sıxlığında  qışqırığı,  və  getməyin  mümkünsüzlüyünü  görüb 
müvəqqəti  olaraq  dayanması  halları  da  maraqlı  təsəvvürlərə 
bağlanır. M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir şeirlərinin ayrı-ayrı 
misra  və  bəndlərinə  fikir  verdikdə  bunların  nə  qədər  qeyri-
adiliklə  təqdiminin  şahidi  oluruq.  Bu  üç  nümunə,  eləcə  də 
“Koroğlu”,  “Əsli  və  Kərəm”  dastanındakı  parçalar    yazılı  və 
şifahi  ədəbiyyatın  klassik  nümunəsidir.  XX  əsr  Azərbaycan 
bədii  nəsrinin  qüdrətli  siması  İsa  Muğannanın  “Cəbhədən 
məktub”  hekayəsində  də  eyni  təssüratın  nəticəsi  kimi 
yarandığının şahidi oluruq: “Səlam, əziz balam, canım-ciyərim 
Şolloyum.  Çox  qəribə  bir  iş  oldu.  Döyüş  qurtardı, 
generalımızdan  sıravi,  tozlu-torpaqlı    əsgərlərimizdən    lap 
əfələlərinə  qədər    hamı  soyunub  töküldü  Dunaya.  Mənim  də 
canım  yanırdı.  Bir  Aydan    çoxdu  ki,  gövdəmə  su  dəymirdi. 
Əlimi atdım kəmərimə  ki, mən də soyunum çimim, əmma əlim 
toqqamda  qaldı.  Niyə?    Çünki  qulağıma  durna  səsi  gəldi; 
Qarayazı,  Tümən  düzü  gəldi  durdu  gözümün  qabağında.  
Başımı qaldırdım, baxdım gördüm  göyün bir qatında  bir qatar 
durnadı,  qatardan  düşüb,  qışqıra-qışqıra  çaxnaşır.    Bizimkilər 
belə  deyildilər.  Yadındadırmı?  “Qərib-qərib,  qəmgin-qəmgin  
ötərsiz, üz tutubsuz nə məkana, durnalar”? Çünki iki vətənləri 
var, biri Arazın o tayında, biri də burada. Bura gələndə oranın 


 
266 
həsrətini  çəkirlər,  ora  gedəndə  buranın”  (71,  348).  Burada 
maraqlı məqam hekayənin yazıldığı psixoloji vəziyyət və onun 
oyatdığı təəssüratdı. İkinci cahan savaşının ağır bir döyüşlərin-
dən sonrakı mənzərə və hekayə qəhrəmanının keçirdiyi hal sırf 
müəllif  psixologizminin  ifadəsinə  hesablanmışdı.  Məktub 
şəklində olan bu hekayə bizə qəribliyin və bu qəribliyi doğuran 
səbəblərin  ağırlığını  sıralayır.  Dunayın  üzərində  səfi  pozulan 
durna qatarı ilə Qarayazı, Tümən düzü arasındakı paralellik və 
xatırlamalar  kiçik  (təxminən  bir  səhifədən  bir  qədər  çox 
həcmli)  bir  hekayədə  deyilənlər  böyük-böyük  romanların 
daşıdığı məzmun qədərindədir. Burada digər məqam durna ilə 
anadil  arasında  aparılan  paralellərdir.  “Deyərdin,  ay  Dədə, 
anadilin  vətəni də iki deyil  ha, bu anadil niyə  elə qərib-qərib, 
qəmgin-qəmgin ötür. Deyərdim anadilin də öz dərdi var”? (71, 
348).  Anadilin  haqqında  əfsanənin  özündə  də  bu  və  ya  digər 
dərəcədə  eyni  mənzərənin  şahidi  oluruq,  çünki  ayağından 
asılan  bu  quşun  hekayəti  də  özlüyündə  ağrılara,  çözülməyən 
prblemin yaşamına bağlanır. İ.Muğanna da hekayədə qəribliyi, 
qəmgin olmanı ifadə üçün M.V.Vidadidən nümunə gətirir. Bu 
nümunə  müharibənin  ağrılarını  yaşayan,  ölümlə  üz-üzə 
dayanan, qəlbi yurd həsrətilə çırpınan insanın iç mənzərəsidir. 
M.V.Vidadinin müraciətində də bu hal yaşanır: 
 
Qatar-qatar olub qalxıb havaya, 
Nə çıxıbsız asimana, durnalar? 
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz
Üz tutubsuz nə məkana, durnalar? 
 
Təsbeh kimi qatarınız düzərsiz, 
Havalanıb ərş üzündə süzərsiz, 


 
267 
Gah olur ki, danə xüruş gəzərsiz, 
Siz düşərsiz pərişana, durnalar! (91, 7) 
 
M.P.Vaqifdə  də  “Durnalar”  öz  müstəqim  və  semantik 
məzmunu  ilə  eyni  vəziyyətə  köklənir.  Bu  iki  sənətkarın  eyni 
rədifdə  şeir  yazması  və  həyat  hadisələrinə  müxtəlif 
səviyyələrdə  münasibətini  bölüşməsi  özlüyündə  mühit 
kontekstində  olan  yaxınlıqları,  sazdan,  aşıqdan  gələn  bağlantı 
və  qaynarlığı  da  düşünməyə  əsas  verir.    Biz  məşhur  deyişmə 
(dastan, vücudnamə halı da bu deyişmənin mahiyyətində özünə 
yer alır) əsasında və digər nümunələr müstəvisində yaxınlıqları 
vurğuladıq,  “Durnalar”  da  həmin  yaxınlıqların,  mühitdə  olan 
mənzərənin  faktı  kimi  önəmlidir.  Bütün  bu  tip  müraciətlərin 
hamısında  eyni  halın,  ruhun  və  mənzərənin  şahidi  oluruq. 
M.P.Vaqif durnalarında bir nümunəyə diqqət yetirək. 
 
Bir zaman havada qanad saxlayın, 
Sözüm vardır mənim sizə, durnalar! 
Qatarlaşıb nə diyardan gəlirsiz? 
Bir xəbər versəniz bizə, durnalar! 
 
Sizə müştaq durur Bağdad elləri, 
Gözləyə-gözləyə qalıb yolları, 
Asta qanad çalın qafil telləri, 
Heyifdir salarsız düzə, durnalar! (89, 86)  
 
Burada  M.P.Vaqifin  durnalara  müraciəti  və  hansısa 
sorğunu vurğulaması mətnin sonrakı misralarında tam aydınlığı 
ilə  müəyyənləşir.  Daha  doğrusu,  “bir  zaman  havada  qanad 
saxlama”  istəyinin  məzmunu  ortaya  çıxır.  M.V.Vidadinin  də, 


 
268 
M.P.Vaqifin  də  qatarlaşıb  nə  diyardan  gəlməsinin    səbəbi  və 
təfərrüatı,  qəribliyə,  hansısa  müşkülün  aydınlaşmasına  hesab-
lanmışdır.  “Koroğlu”  dastanında  da,  M.V.Vidadidə  də, 
M.P.Vaqifdə  də  Bağdad  xüsusi  olaraq  vurğulanır.  Bədii  mətn 
elə  möhtəşəm  düşüncə  hadisəsidir  ki,  onda  bir  tərəf  kimi 
məkan və zaman məsələsi və onun yaddaş mexanizmləri özünü 
göstərir.  “Obyektiv  məlumatın  inikası  (mətn  və  mühit), 
yaradıcı  subyektin  özünü  ifadəsi  (mətn  və  subyekt),  janr 
məntiqinin  təzahürü  (mətn  və  mətn)”  (41,  4)  kontekstində  bu 
nümunələr  Bağdadı  bir  məkan  olaraq  vurğulayır    və  əlavə 
“gözləyə-gözləyə  qalıb  yolları”  narahatçılığını  işarələyir. 
Q.Zakirdə  də  bu  bir  tərəf  kimi  xüsusi  olaraq  qeyd  olunur, 
mətnin  məlumat  bazası  bütün  olanlarla  eyni  səsləşir.  Düzdür, 
bədii  düşüncədə  müəyyən  (elə  də  ciddi  yox)  mülahizələr 
yürüdülmüş  və  ümumiləşdirici  fikirlər  söylənmişdir.  Ancaq 
poetik  mətnin  struktur və informasiya sxemləri sistemli  nəzəri 
təhlilləri tələb etdiyi halda, təəssüf ki, bu aparılmamışdır.   
 
Bir saat havada qanad saxlayın, 
Nizam ilə gedən qoşa durnalar! 
Qatarlaşıb nə diyardan gəlirsiz, 
Qaqqıldaşa-qaqqıldaşa, durnalar? (93, 160) 
 
Göründüyü  kimi,  bu  nümunələrdə  durnaların  hansı 
diyardan gəlişinin səbəb və məramı məqsəd olaraq qoyulur və 
bütün  vəziyyətlərdə  özündə  qərib  olmanı,  qəmi  ehtiva  edir.  
Bağdad,  Bəsrə,  Cənub  məsələsi  “Koroğlu”da,  “Əsli  və 
Kərəm”də,  M.V.Vidadidə,  M.P.Vaqifdə,  İ.Muğannada  (İ.Mu-
ğannada  Arazın  o  tayı  kimi  qeyd  olunur)  tam  aydınlığı  ilə 
ifadəsini tapır. Məsələn, M.V.Vidadidə durnaların əzəl məskəni 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə