Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə75/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   71   72   73   74   75   76   77   78   ...   93

 
258 
formal  elementlər  məzmun  yaratmada  iştirak  etmir,  onu  həm 
də  fonopoetik,  morfopoetik,  sintaktik  fiqurlar  şərtləndirir. 
“Keçən  işdən  mərd  igidlər  pozulmaz”,  “atalar  deyibdir: 
“tökülən  dolmaz”,  “qatıq  üçün  qışda  ağlamaq  olmaz”  sırf 
həyati  reallığa,  Vaqif  zamanının,  eləcə  də  etnosun  məişət 
tərzinin  olacaqlarına  hesablanır  və  qaynağını  da  oradan  alır. 
“İnşallah,  gələr  bahar,  ağlarsan”  qənaəti  bir  bütöv  düşüncəni, 
həyati  reallığını  özündə  işarələyir.  Əlbəttə,  Vaqif  /  Vidadi 
romantikasından,  çox  az-az  və  çətinliklə  seziləcək  yumor 
duyğusundan  bu  müşairə  müstəvisində  davamlı  şəkildə  danış-
maq  mümkünsüzdü.  Burada  doxsan  iki  bəndin  verdiyi  infor-
masiyanı  konkret  elmi-nəzəri  sferanın  bilgiləri  müstəvisində 
təhlilə  gətirmək  özü  bir  tədqiqat  işidir.  İki  böyük  sənətkarın 
müşairəsində  olanlar  təkcə  onlar  səviyyəsində  ədəbi-mədəni 
sferanı  aydınlaşdırmaq  üçün  əsas  etmir  burada  bütünlükdə 
XVIII  əsr  səviyyəsində  olanlar  ortaya  qoyulur  və  onların 
müəyyənliyi  üçün  isə  sistemli  mühakimələr  yürütmək  gərəyi 
yaranır.  
a) elat səviyyəsində olanların dinamik hərəkətliliyi
b)  folklor  yaddaşından  gələn  düşüncə  arxetiplərin 
görünüşü; 
c)  türk  mifologiyasında  özünü  göstərən  təsəvvürlərin 
mətndə qorunuşu; 
ç) islam mifologiyasndan gələnlər
d)  əfsanəvi,  tarixi  hadisə  və  əhvalatların  burada  veril-
məsinin mahiyyəti
e)  aşıq  yaradıcılığından  gələn  formanın  (deyişmə)  janr 
məzmunu və s. 
Akademik  İsa  Həbibbəyli  “Erkən  yeni  dövr  Azərbaycan 
ədəbiyyatının    görkəmli  yaradıcısı”  adı  məqaləsində  böyük 


 
259 
şairin  Azərbaycan  şeirində  etdiklərini  vurğulayaraq  yazır: 
“Molla  Pənah  Vaqifin  islahatları  sayəsində  əruz  vəznində 
yaradılmış  qəzəl-qəsidə    ədəbiyyatının  yerində  sadə,  canlı  və 
aydın  dildə,  heca  vəznində  yazılmış  qoşma-gəraylı  şeirləri 
aparıcı  istiqamətə  çevrilmişdir.    Yeni  tipli  bu  ədəbiyyatda, 
ümumiyyətlə, dövran və məhəbbət deyil, konkret olaraq zaman  
məkan, insan  və sevgi öz əksini tapmışdır. Molla Pənah Vaqif 
şeirində  geniş  mənada  xalq  həyatından  böyük    ilhamla  və 
xalqın özünün  danışdığı dildə söz açır.  
Molla  Pənah  Vaqif  –  Azərbaycan  yazılı  ədəbiyyatında  
heca vəznli şeirin yaradıcısıdır. 
Vaqif - xalq həyatının böyük nəğməkarıdır. 
Vaqif  –  Azərbaycan  mövzusunu    şeirin  əsas  mövzusuna 
çevirmişdir.  
Vaqif – Azərbaycan ədəbi dilinin banisidir.  
Vaqif  –  erkən  yeni  dövr  Azərbaycan  realist    ədəbiy-
yatının  əsasını  qoymuşdur”  (45,  5).  Bu  tezislərin  hər  birisi 
böyük  bir  araşdırma  gərəkliyində  görünən  problemlərin 
mövcudluğundan xəbər verir. Akademik bu fikirləri ilə həm də 
aparılacaq    təhlillərin  istiqamətini  göstərir.  Doğurdan  da, 
M.P.Vaqif  bir  nəğməkar  kimi  Azərbaycan  xalqının  bağrının 
başından  qopmuş  və  onun  iç  dünyasını  ifadə  etmək  amalında 
çalıb  çağırmışdır.  Bir  növ  etnosun  mənəvi  zənginliyinin 
ifadəçisi  kimi  müqəddəs  funksiyanı  yerinə  yetirmişdir.  Vaqif 
şeirlərini  hisslə,  duyğu  ilə  dərk  olunandı  və  onun  emi-nəzəri 
düşüncənin  sistemi  ilə  açımı  isə  axıra  qədər  mümkünsüzdü. 
Çünki  Vaqif  şeiri  ecazkarlıqlarla  doludur.  Ağıl  isə  bu 
ecazkarlıqların müəyyən hüdudlarına yetişə bilər, ondan o yana 
olanlar  bəsirət  gözü  ilə  anlaşılanlardı.  “Molla  Pənah  Vaqif 
Azərbaycan  şeirinin  yolunu  qəzəl-qəsidə  ənənəsindən  qoşma-


 
260 
gəraylı istiqamətə çevirmişdir. Vaqif həm də qoşma və gəraylı  
janrlarında  Azərbaycan  şeirinin  qızıl  fondunu  təşkil  edən  
poetik  örnəklərin  müəllifidir”  (45,  5).  Bu  örnəklər  xalqın 
ruhundan, ehtiyacından yoğrulmuş və ruhunun bir hissəsi kimi 
Vaqif  qəlbinin  dərinliklərindən  sözə,  yazıya  gətirilmişdir.  Bu 
işlər  M.V.Vidadi,  Ağqızoğlu  Piri,  Sarı  Çobanoğlu  ilə  birgə 
aparılmışdır.  Yəni  Vaqif  bu  ruh  etibarilə  yaxın  olduqları  ilə 
birgə yazıb yaratmış və daim sıx bağlantılarla dolu ömür yolu 
keçmişdir.  Onlar  arasında  olan  mükalimələr,  müxtəlif 
münasibətlə yazdıqları artıq üstündən  üç yüz ilə yaxın zaman 
keçməsinə  baxmayaraq  yenə  təzətərdir.  Bu  mühitin  genetika-
sında  isə  saz,  ozandan,  qopuzdan  gələnlər  dayanır  ki,  bir 
qaynaq  olaraq  bu  böyük  istedadın    qol-qanad  açmasına  əsas 
olmuşdur.  “XVIII  əsr  Azərbaycan  ədəbiyyatında  öz  izi  olan 
“Vidadi  ilə  müşairə”  şeirləşməsi  həcm  etibarilə    və 
mahiyyətinə  görə    dastan  təsiri  bağışlayır.    Bu  deyişmə  tam 
mənası ilə “Vaqif və Vidadi dastanı” adlandırıla bilər. Əsərdə 
süjet  əlamətlərinin  olması,  hərbə-zorba  gəlmək  meyllərinin 
ifadəsi, mübaliğələr  “Vidadi ilə müşairə”nin  dastanlaşmasını 
şərtləndirir. Bu, Azərbaycan  yazılı şeirində   deyişmə janrında 
yazılmış    ilk  bədii  nümunə  kimi  də  mühüm  əhəmiyyət  kəsb 
edir.  “Deyişmə”    şeirləşməsi    Molla  Pənah  Vaqifin    mühitinə 
və  müasirləri  ilə    münasibətlərinə  də    işıq  salır”  (45,  7). 
Əlbəttə,  Vaqif  və  Vidadinin  müxtəlif  münasibətlə  yazdığı 
şeirlərin,  eləcə  də  oradakı  bədiilik  formullarının,  məzmun 
xətlərinin  hamısı  bir  bütöv  olaraq  XVIII  əsrdəki  ədəbiyyatın 
inkişaf  xəttini  müəyyənləşdirir.  Bu  iki  böyük  şəxsiyyətin 
ədəbiyyata verdiyi töhfələr ədəbiyyatın yeni istiqamətini, ədəbi 
dilin  normativlərini  və  gediləcək  yolun  aparıcılığını 
aydınlaşdırır. Vaqif və Vidadi bir-birini tamamlayan ədəbiyyat 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə