Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə71/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   67   68   69   70   71   72   73   74   ...   93

 
244 
ləşməsinə,  münasibətlərin  aydınlaşmasına,  mövcud  ictimai-
siyasi sferada olanların çözülməsinə hesablanmışdır. 
 
Vaqif: 
Say qənimət diriliyin dəmini
Keçən həmdəmlərin çəkmə qəmini, 
Əqlin olsun, sil gözünün nəmini
Dəxi geri gəlməz onlar ağlarsan! 
 
Vidadi: 
Ağlamaq möminini  əlamətidir, 
Nəbinin dininin xoş adətidir
Əgər bilsən həqqin kəramətidir, 
Ta gedincə nuri-bəsər ağlarsan. (89, 209) 
 
Vaqiflə  Fidadinin  deyişməsi  elə  əhatəli,  həyati 
məzmunlu,  cəmiyyətin  mənəvi-əxlaqi  dəyərlərindən  tutmuş 
dini təsvvürlərə, siyasi münasibətlərin aydınlığına qədər zəngin 
faktura  ilə  görünür  ki,  burada  onun  simvolikası,  bir  qədər 
yumoristik  (Vaqif  yaradıcılığında  bu  ancaq  seziləcək 
dərəcədədir)  tonu,  misra  yükü  bütünlükdə  sənətkar  istedadına 
yüklənir. Onu da əlavə edək ki, bu iki şəxsin deyişmələri fərdi 
münasibətdən  çox-çox  yuxarıda  dayanır,  bütünlükdə  ictimai, 
siyasi,  mədəni  düşüncənin  ümumi  mənzərəsini  ifadəyə, 
olanlara,  narahatçılıqlara  münasibətin  ifadəsinə  yönəliklidir. 
Burada həm də bir tərəf olaraq “Vaqif” adının etimalogiyasında 
dayanan  təsəvvür,  haqqında  söylənilən  və  günümüzdə  də 
qəlibləşmiş  “hər  elmdən  xəbərdar  olma”  düşüncəsi  boy 
göstərir.  Vaqifin  oğlu  Alimin  “odur  bu  cahanda,  bəli,  hər 
elmdən  xəbərdar,  yoxdur  dəxi  babı”  söyləməsinin  altında 


 
245 
dayanan  məzmun,  eləcə  də  Kərbəlayi  Səfi  Valeh  təxəllüsün, 
Aşıq  Əlinin,  M.Y.Qarabağinin,  M.M.Nəvvabın,  M.Müztəhid-
zadənin  və  başqalarının  dediklərində  olan  bir  bütöv  olaraq 
görünür.  Bu  deyişmə  Vaqif  və  Vidadinin  dini  və  dünyəvi 
elmlərə bələdliyini bütün təfsilatı ilə özündə ehtiva edir. Ayrı-
ayrı  mənbələrdə  fərqli  (həcm  etibarilə)  şəkildə  yer  alan 
deyişmədə  islam  dininin  böyük  simaları,  insanın,  dünyanın 
yaranışı,  insanın  dünyaya  gəlişindən  vəfatı  və  ondan  sonrakı 
vəziyyəti  haqqında  dini  bilgilərdən,  əfsanə  və  rəvayətlərdən 
gələnlər özünə yer alır. Vidadinin şəxsi vəziyyəti, həyat giley-
güzarı, etirazları, baxışları əsasında qurulmuş bu deyişmə (daha 
çox “ey Vidadi, sənin bu puç dünyada nə dərdin var ki, zar-zar 
ağlarsan” nəzərdə tutulur) əslində ehtiva etdiyi məzmunla daha 
dərin  və  çoxlaylı,  ictimai,  siyasi,  fəlsəfi  məzmunludur.  Onun 
fəlsəfi  məzmunu  Vidadinin  özünün  dediyi  kimi,  “ağlamaq  ki, 
vardır məhəbbətdəndir” fəlsəfəsindədir. Vidadi bu düşüncənin, 
mənzərənin  mahiyyətini,  genetik  sistemini  “özbaşıma  yalqız 
məgər  ağlaram”  cavabı  ilə  cavablandırır.  Molla  Vəli  Vidadi 
“ağlamaq  möminin  əlamətidir”  deməsilə  bu  deyişmənin  şairin 
yaşlı çağının vəziyyəti ilə bağlandığını düşünməyə əsas verir. 
Onu da əlavə edək ki, deyişmə bir forma olaraq qaynağı, 
mahiyyəti  ilə  çoxlaylı,  əhatəli  ədəbiyyat  hadisəsidir.  Bütün 
başlanğıcı  ilə  aşıq  yaradıcılığına,  ustadların  sənət  təsəvvür-
lərinə bağlansa da, mahiyyət etibarilə daha əhatəli, geniş məz-
munludur.  Biz  aşıq  yaradıcılığında  olandan  fərqli  şəkildə  yeni 
məzmunda,  hətta  formanın  özünün  mahiyyətini  genişlənmiş 
strukturda  düşünmək  qənaətindən  də  uzaq  deyilik.  Ustad 
sənətkarların müxtəlif səviyyələrdə söylədiyi deyişmələr hərbə-
zorbadan,  qıfılbəndə  (bağlamaya)  qədər  çişidli  bir  çalarlarla 
nəzərə çarpır. Qurbanin, Abbas Tufarqanlının, Xəstə Qasımın, 


 
246 
Aşıq  Valehin,  Aşıq  Alının,  Aşıq  Ələsgərin,  Aşıq  Şenliyin, 
İrfaninin,  Aşıq  Əmrahın  və  başqalarının  klassik  deyişmə 
nümunələri  vardır.  Bu  deyişmələri  məzmun  və  fakturasına, 
poetik  sistemin  müxtəlifliyinə  görə  müxtəlif  səviyyələrdə 
quruplaşdırmaq  və  təhlil  etmək  olar.  Əlbəttə  Vaqif  və 
Vidadinin  deyişməsi  timsalında  da,  aşıq  yaradıcılığında  da 
lazımı qədər nümunələr vardır. Ancaq aşıq yaradıcılığında olan 
deyişmələr  informasiya  yükü  etibarilə  terminin  doğurduğu 
məzmuna  yüklənir.  Məsələn,  XVIII  əsrin  iki  böyük  ustadı 
Xəstə  Qasımla  Ləzgi  Əhməd  arasında  deyişmə  nümunəsinə 
baxaq: 
 
Ləzgi Əhməd: 
Sənin adın Dədə Qasım, 
Yandıracam oda, Qasım, 
Ləzgi Əhməd əlindən
Gedəcəksən dada, Qasım! 
 
Xəstə Qasım: 
Əhməd, belini dağa ver, 
Gəl hirsinə qadağa ver
Qurtarsan Xəstə Qasımdan, 
Bir ye, beş sadağa ver! (64, 61). 
 
Aşıq yaradıcılığının deyimə strukturunda məzmun etibarı 
ilə  bu  tip  nümunələr  hərbə-zorba  adlanır.  Folklorşünas 
V.Vəliyev  yazır:  “Deyişmənin  üçüncü  mərhələsi  daha 
maraqlıdır  və  şifahi  poeziyamızın    tarixən  qədim  dövrləri  ilə 
əlaqədardır.  Üçüncü  mərhələ  hərbə-zorba  adlanır.  Qarşılaşan 
sənətkarlar birinci növbədə bir-birinə psixoloji təsir göstərmək 


 
247 
üçün  özləri  haqqında,  aşıqlıq  sənətinə  vaqifolma  həddindən, 
sənət  aləmində  əldə  etdikləri  müvəffəqiyyətlərdən  danışırlar” 
(90,  207).  Göründüyü  kimi,  deyişmə  bir  bütöv  olaraq 
mürəkkəb  strukturlu,  müxtəlif  çeşidləri  özündə  əhatələyən 
yaradıcılıq  formasıdır.  Aşıq  sənətində  onun  mahiyyəti  daha 
çoxlaylı  və  əhatəlidir.  XVIII  əsr  aşıq  yaradıcılığı  timsalında 
Aşıq Valehlə Zərnigar xanımın deyişməsinə diqqət yetirək: 
 
Aşıq Valeh: 
Səndən xəbər alım, Zərnigar xanım, 
Əvvəlki mətləbin, kamın neçədi? 
Nə ilə kamilsən, nə ilə naqis, 
Mürdə, zində sərəncamın neçədi? 
 
Zərnigar: 
Al cavabın deyim, ay Aşıq Valeh, 
Əvvəlki mətləbim, kamım ikidi. 
Ədəbli kamildi, ədəbsiz naqis
Mürdə, zində sərəncamım ikidi. (11, 84) 
 
Burada  deyişmənin  mahiyyəti,  mətn  informasiyası, 
poetik 
sistemi 
bütünlükdə 
sənətkar 
çəkisinin, 
aşıq 
yaradıcılığında  yerinin  müəyyənləşməsinə  hesablanmışdır. 
Eyni  zamanda  bütün  tərəfləri  ilə  sənətin  müqəddəsliyinə, 
ucalığının  qorunuşuna,  uca  tutulmasına  yönlənmişdir.  Dədə 
Qorquddan  üzü  bəri  nə  varsa  olanlar  bu  müstəvidə  ciddi 
fakturanı,  türk  düşüncəsində  qopuza,  saza  olan  münasibəti, 
onun  dəyər  disturunu  müəyyənləşdirir.  Ona  görə  də  aşıq 
yaradıcılığına  bütün  komponentləri  ilə  geniş  mahiyyətli 
mədəniyyət  hadisəsi,  etnosun  sənət  təsəvvürlərinin  məcmusu 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə