Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

 
233 
Sənin ki, halını biləm əzəldən, 
Elə deyib canan, dilbər, ağlarsan. (89, 212). 
 
M.P.Vaqif  yaradıcılığı  öz  mahiyyəti,  imkanlılıq,  bədii 
sistemin  mükəmməlliyi  baxımından  bədii  formanın  sərhəd-
lərinin genişlənməsi ilə də səciyyələnir.  Yəni  onun şeirlərində 
özünü göstərən forma sistemi təkcə klassik şeir tipologiyasında 
qalmayıb  sazın  ümumi  ruhuna  da  bağlanmaq  baxımından 
təkamüllə  nəzərə  çarpır.  Müxəmməsin  bir  forma  olaraq  həm 
klassik  ədəbiyyatda,  həm  də  xalq  şeiri  ənənəsində  özünə  yer 
alması  və  sazda  bu  adla  olacaq  havacatın  yaranmasına  səbəb 
olmuşdur.  Folklorşünas  M.Həkimov  aşıq  şeir  şəkillərinin 
oxunduğu  saz  havalarında  “Baş  müxəmməs”,  “Orta  müxəm-
məs”,  “Ayaq  müxəmməs”  havalarını  qeyd  edir  və  vurğulayır 
ki, müxəmməs şeir şəkli üzərində qurulmuşdur. Eyni zamanda 
onu  da  vurğulayır  ki,  bu  ümumi  ruhu  etibarilə  gözəlləmə 
xarakterlidir. Tərtib olunmuş  cədvəldə  “Baş müxəmməs”in  və 
“Ayaq müxəmməs”in  yaradıcısı Dədə Qorqud göstərilir. “Orta 
müxəmməs”də  havanın  yaradıcısı  göstərilmir.  Onu  da  əlavə 
edək ki, bu havaların cədvəli Aşığ Ağayarın, Aşıq Nəcəfin və 
Aşıq Talıbın dedikləri əsasında işlənmişdir. Yeri gəlmişkən bir 
məsələni  də  qeyd  edək  ki,  cədvəldə  göstərilən  “Dastanı” 
havasının  yaradıcısı  M.P.Vaqif  qeyd  edilir  (46,  524-526).  
Əlbəttə  bu    qeydlər  özündə  ciddi  mülahizələri,  gərəkli 
aydınlaşmaları  zəruri  edir,  çünki  hər  iki  fakt  olduqca 
əhəmiyyətli və müəyyənləşməli məsələdir. Dədə Qorqud adı ilə 
havanın  mövcudluğu  və  “Ayaq  müxəmməs”,  “Baş  müxəm-
məs”  havalarının  onun  adına  bağlanması    özlüyündə  hansısa 
dolaşıqlıqdan  çox,  ola  biləni  işarələyir.  Çünki  qarşımızda 
böyük mədəniyyat, ozan yaradıcılığı var, yüz illər boyunca bu 


 
234 
mədəniyyət  bir  lay  olaraq  türkün  ruhunun  faktı  kimi 
qiymətləndirilibdir.  “Kitabi-Dədə  Qorqud”un  müqəddimə-
sindəki  “eldən-elə,  bəydən-bəyə  ozan  gəzər”    informasiyası, 
eləcə də dastanın müqəddiməsində vurğulanan “haq-taala onun 
könlünə  ilham  edərdi”  məsələsi  və  Oğuz  elində  ozana  verilən 
qiymət  bütün  parametrlərdə  bizə  onunla  bağlı  müəyyən  sənət 
meyar  və  ölçülərinin  gəlməsini  düşünməyə  əsas  verir. 
“Baybura  oğlu  Bamsı  Beyrək  boyu”nda  Beyrəyin  bacısının 
dediklərinə diqqət yetirək: 
 
Qarşı yatan qara dağım yıxılıbdır, 
Ozan, sənin xəbərin yox. 
Kölgəlikdə qaba ağacım kəsilibdir, 
Ozan, sənin xəbərin yox. 
(Ürəyimdə qara bağrım dəlinibdir, 
Ozan, sənin xəbərin yox.) 
Dünyəlikdə bir qardaşım alınıbdır, 
Ozan, sənin xəbərin yox. 
Çalma, ozan, ayıtma ozan. 
Qaralıca mən qızın, nəsinə gərək ozan? 
İlə gündə düyün var, düyünə varıb ötgil, ozan! (58, 63) 
 
Göründüyü  kimi,  Dədə  Qorquddan  M.P.Vaqifə  və 
M.V.Vidadiyə gələn yollar etnosun tarixi keçmişi, mövcudluğu 
və  yaddaş  sınırları  ilə  bağlı  məsələlərdir.  Həm  də  daha  çox 
köklü  problem  kimi  önəm  daşıyır.  Ona  görə  də  M.P.Vaqif 
yaradıcılığı  özlüyündə  milli  yaddaşın  elə  bir  hadisəsidir  ki, 
buradan  keçmişə  və  sabaha  baxmaq,  olanları  və  olacaqları 
düşünmək  olur.  Çünki  onda  hardasa  milli-mənəvi  dəyərlərin 
qoruyuculuq  missiyasından  uzaq  element,  yad  təsir,  çalar  və 


 
235 
ifadə  yoxdur,  əksinə  hamısı  bunun  daha  təfərrüatlı  daşınışına 
hesablanmışdır.    Biz  yuxarıda  mətndə  ozanın  Oğuz  eli  boyu 
yetirdiyi  funksiyanı,  yaratdığı  mədəniyyətin  nələrlə  əhatələn-
diyini  görürük  və  belə  mədəniyyətin  isə  sxemlərinin  hansısa 
yad  olanın  təsiri  və  ayaqları  altında  pozulması  və  dağılması 
mümkünsüz  idi.  M.P.Vaqif  də  bu  yola  məhz  o  zənginlikdən 
çıxmışdı. Ona görə də Vidadi ilə deyişmələri, Ağqız oğlu Piri, 
Sarı  Çobanoğlu  ilə  münasibətləri  həmin  zəngin  laya  bağlanır. 
S.Vurğun da bu məsələ üzərində dayanaraq “könlünü bəsləmiş 
sazlar elində” deyir. Görkəmli ədəbiyyatşünas F.Köçərli xüsusi 
olaraq  vurğulayır  ki,  “bu  halda  Molla  Vəli  Vidadinin    və 
Vaqifin  vəfatından    yüz  ildən  ziyadə  vaxt  keçibdir.  Hər  ikisi 
bizim  möhtərəm,  milli  şairimiz  və  ədəbiyyatımızın  banisidir. 
Əşarü    kəlamları  mövzun,  təbləri  rəvan,  dilləri  açıq  və  sadə” 
(60, 215). F.Köçərli Azərbaycan ədəbiyyatının inkişaf tarixi və 
keçib gəldiyi  yol timsalında Vaqif və Vidadinin yaradıcılığına 
münasibətini  bildirir  və  milli  şair,  ədəbiyyatımızın  banisi 
olaraq  qiymətləndirir.  Onu  da  əlavə  edək  ki,  bu  qiymət-
ləndirmə,  ədəbiyyatımızın  banisi  olma  qənaəti  sırf  milliliyə 
hesablanır  və  bütün  olanlar,  ədəbiyyat  tarixi  timsalında  qeyd 
olunur.  Məsələ  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərinin  ədəbi 
baxışları,  yanaşmaları,  bütünlükdə  ədəbiyyata  baxışları 
səviyyəsində  bildirilir.  S.Mümtazın,  H.Zeynallının,  Ə.Abidin, 
Ə.Müznibin,  Y.V.Çəmənzəminlinin,  S.Hüseynin  və  başqa-
larının  münasibətində  də  belə  yanaşmalar  müşahidə  olunur. 
Onların hər birisi millilik müstəvisində məsələyə yanaşır. Vaqif 
və  Vidadi  təkcə  formal  baxımından  deyil,  bütünlükdə  ruhu, 
məzmunu  ilə  ilk  sözündən  sön  sözünə  qədər  milli  olanlara, 
etnosun dəyərlərinə köklənmiş və oradan ucalmışdır. F.Köçərli 
də bunlardan çıxış edərək milli şairimiz, ədəbiyyatımızın banisi 


 
236 
adlandırır.  Vaqif  və  Vidadi  məhz  bu  olanların  üzərindən 
ucalmaqla  “Kitabi-Dədə  Qorqud”a,  “Koroğlu”ya,  “Aşıq 
Qərib”ə,  “Abbas  və  Gülgəz”ə  bağlanır  və  onun  gücü  bu 
mədəniyyətə  köklənməkdə,  ona  sahib  durmaqdadır.  Vaqiflə 
Vidadinin  poetik  təfəkkür  texnolojisi  elə  bir  sistemə, 
mükəmməl  struktura  hesablanmışdır  ki,  onun  ümumi  sxem-
lərinin  mahiyyəti  etnosun  milliliyinə  və  mövcudluğuna  bağla-
nır.  Ona  görə  də  bu  iki  böyük  şairin  XVIII  əsrin  təfəkkür 
bətnində  zühuru  bütünlükdə  tarixi  prosesin    hadisəsi  olaraq 
reallaşır.  Bir  istiqamətdə  Ə.Yasəvi,  Y.Əmrə,  Ş.İ.Xətai  ilə 
bağlanırsa,  digər  xətdə  daha  güclü  olanla,  şifahi  ədəbiyyatla 
süslənir.  M.P.Vaqif  və  M.V.Vidadi  bunların  ortaqlıq 
nöqtələrindən boy göstərir.  
“Ağlarsan”  deyişməsi.  Vaqif  və  Vidadi  yaradıcılığının 
mahiyyəti,  ümumi  məzmun  sxemləri,  bütövlüyü  və  bədii-
estetik  funksiyası  daha  çox  bu  deyişmədə  özünü  göstərir. 
Deyişmə  bir  forma  olaraq  aşıq  yaradıcılığının  hadisəsidir. 
Ustad  sənətkarlar  bu  formadan  sənətin  ümumi  prinsiplərinə 
uyğun  yararlanmış  və  ondan  özünəməxsusluqla  istifadə 
etmişlər. Lakin aşıq yaradıcılığındakı deyişmə ilə M.P.Vaqif və 
M.V.Vidadinin  deyişməsi  arasında  bərabərlik  işarəsini  yüzə-
yüz  qoymaq  olmur.  Bu  iki  böyük  ustad  aşıq  yaradıcılığından 
gələnlərlə  ədəbiyyatı  yeni  istiqamətdə  zənginləşdirdi.  Daha 
doğrusu,  yazı  düşüncəsində  ona  yeni  məzmun  verdi.  Əlbəttə  
bu  o  demək  deyildir  ki,  tamamilə  fərqli  bir  janr  və  düşüncə 
modelini  ortaya  qoymuşlar.  Burada  olandan,  yəni  aşıqların 
yaradıcılığında  gələnlərdən  yararlanmaqla  klassik  ədəbiyyat 
nümunəsini  ortaya  qoydular  və  bütünlükdə  yaradıcı  mühitə 
bununla da uğurlu, həm də orijinal bir formanı təqdim etdilər. 
Əlbəttə bu forma digər müasirləri Sarı Çobanoğlu, Ağqız oğlu 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə