Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

 
218 
söz,  sənət  təsəvvürlərinə,  epos  təfəkkürünə,  bayatı,  nəğmə, 
şərqi,  gərajlı,  qoşma  mədəniyyətinə  bağlanır  və  bu  bağlılığın  
digər  bir  layında  qopuz,  saz  dayanır.  “Mühəssəlül-kəlam,  hər 
bir şairin kəlamında başqa bir məlahət və lətafət var ki, əhli-dil 
və  ərbabi-zövqü  kamal  onları  oxuduqda  dərk  eləyir  və  hər  o 
şey ki, qəlb ilə hiss olunur, bəzi vaxt yazmaq və söyləmək  ilə 
ifadə  olunmaz,  təqrir  və  bəyana  gəlməz”  (60,  214).  Əlbəttə 
poeziyada,  xüsusilə  böyük  sənət  abidələrində,  klassiklərin, 
Q.Təbrizinin,  X.Şirvaninin,  N.Gəncəvinin,  M.Füzulinin, 
S.Təbrizinin, 
Q.Təbrizinin, 
Q.Zakirin, 
S.Ə.Şirvaninin, 
A.Səhhətin,  M.Ə.Sabirin,  S.Vurğunun,  H.Arifin  və  s.  sənət-
karların  yaradıcılığını,  yəni  “əhli-dil  və  ərbabi-zövqü  kamal 
onları”  oxuduqda  onu  dərk  eləyir,  ancaq  onu  olan  səviyyədə 
yazıya  gətirmək  bir  müşkülə  çevrilir.  M.V.Vidadi  və 
M.P.Vaqif  də  bu  sırada  olan  böyük  istedad  sahiblərindəndir. 
Onların yazılarını ancaq ürək hansı səviyyədə olduğunu hiss və 
dərk  yolu  ilə  müəyyənləşdirir  və  bəlkə  də  dərk  o  səviyyəyə 
yetişmir,  yəni  hissiyyatın gedib  çatdığı  yerlərə dərkin çatmağı 
ağlasığmazdır. M.P.Vaqif yaradıcılığında da bu bir əlçatmazlıq, 
ifadəyə  gəlməzlik  kimi  görünür,  onun  sehriyyatı  isə  bir  başqa 
məsələdir.  Biz  isə  sehriyatından  çıxış  edərək  dərk  eyləyə 
bildiyimiz qədər yazıya gətiririk. Lakin bunun özü də müstəsna 
hallarda mümkündü, çünki bu tip sənətkarların dərk qədərində 
gətirilməsi  də  elə  asan  deyildir.  Belə  sənətkarlar  “təqrir  və 
bəyana gəlməz”dirlər. Biz klassiklər timsalında, daha doğrusu, 
Vaqif  və  Vaqif  yaradıcılığının  təhlili  kontekstində  bunları 
dedik,  ancaq  Azərbaycan  xalqının  ürəyinin  başından  qopmuş 
möhtəşəm  sənət  abidələri  var  ki,  onların  ecazkarlığı 
ağlagəlməzdi.  Bayatılarımız,  nəğmələrimiz,  atalar  sözü  və 
məsəllərimiz,  “Kitabi-Dədə  Qorqud”,  “Koroğlu”,  “Qurbani”, 


 
219 
“Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Tahir və Zöhrə”, “Əsli və 
Kərəm”  və  s.  onlarla  sənət  abidələrimiz  məhz  bu  sehrlə 
sehrlənib, bədii düşüncənin möcüzəsinə çevrilmişdir. Artıq yüz 
illərdir  ki,  ədəbi-nəzəri  düşüncə  onları  təhlil  edir,  yüz  cür 
süzgəcdən keçirir, yenə də sözə ehtiyac doğurur, hansısa təhlili 
zəruriləşdirir.  Bədii  düşüncənin  kamilliyi  budur.  Azərbaycan 
ədəbiyyatının  Nizami,  Füzuli,  Vaqif,  Vidadi,  Vurğun,  H.Arif  
möcüzəsi  vardır  və  əsrlər  boyu  bu  ecazkarlığa  doğru  elmi-
nəzəri  düşüncəmiz  irəliləyəcək  və  oradan    olanlara,  ədəbi-
mədəni  axına  münasibət  bildirəcəkdir,  necə  ki,  bu  gün 
bildirilir.  Bu  tip  sənətkarların  “təqrir  və  bəyana  gəlməz”liyi 
birmənalıdır.  Bunlar  qəlb  hadisəsidir  və  onunla  bağlıdır.  Aşıq 
yaradıcılığının  Qurbani,  Abbas  Tufarqanlı,  Sarı  Aşıq,  Xəstə 
Qasım,  Aşıq  Ələsgər  və  s.  kimi  görkəmli  nümayəndələri  də 
məhz  bu  sırada  olanlar,  təqrir  olunmazdılar.  XVIII  əsr 
Azərbaycan  şeirinin  bir  mərhələ  olaraq  bərqərar  olunması  və 
hadisə kimi  ədəbi  düşüncəyə istiqamət  verməsi  məhz bununla 
bağlıdır.  Vaqif  və  Vidadi  böyüklüyü  buraya  yüz  illər  boyu 
gələn  yolun  qaynağından  yararlanmaqla,  daha  doğrusu, 
“Kitabi-Dədə  Qorqud”dan  “Koroğlu”ya,  “Aşıq  Qərib”dən 
“Abbas və Gülgəz”ə, Qurbanidən Ələsgərə, Əhməd Yasəvidən 
Xətaiyə  olan  möcüzənin  faktı  kimi  püskürdü,  boy  göstərdi. 
Məşhur  deyişmədə  Vaqifin  “yavuz  çox  qocalan  bayatı  deyər” 
fikrinə  Vidadinin  “küllü-Qarabağın  abi-həyatı,  nərmi-nazik 
bayatıdır,  bayatı”  deməsi  məhz  bu  qeyri-adiliyin,  “bəyana 
gəlməz”liyin  nümayişidir.  S.Vurğun  məhz  bu  səbəbdən  də 
“yalnız  şeirin  dili  belə  danışır,  onun  hikmətində  Allahın  gücü 
var”  deyirdi.  Allahın  gücü  olanın  isə  axıra  qədər  açılması  isə 
mümkünsüzdür.  Azərbaycan  poeziyasında  belə  hikmət,  sehr 
dolu  ecazkarlığın  yaradıcılarından  biri  M.P.Vaqifdir.  Adı  ilə 


 
220 
bağlanan  bir  düşüncəni,  “hər  oxuyan  Molla  Pənah  olmaz” 
kəlamını  ortaya  qoymuşdur  ki,  bu  da  onun  böyüklüyünün 
ifadəsidir.  
 
Vaqif: 
Yavuz çox qocalan bayatı sevər, 
Gah öyünər, tək-tək özündən deyər
Sən də yetişibsən o həddə məgər
Beyninə bayatı uyar, ağlarsan? 
 
Vidadi: 
Külli-Qarabağın abi-həyatı, 
Nərmi-nazik bayatıdır, bayatı, 
Oxunur məclisdə xoş kəlimatı, 
Ox kimi bağrını dələr, ağlarsan. (89, 211) 
 
Vaqif  və  Vidadi  Azərbaycan  ədəbiyyatında  elə  bir 
cütlükdür ki, bütünlükdə ədəbi düşüncəni şərtləndirir, yaşadığı 
mühitin bədii məkanına istiqamət verir, bir növ gediləcək yolu 
müəyyənləşdirir.  Daha  doğrusu,  türk  şeir  düşüncəsinin  enerji 
qaynaqlarını,  onun  imkanlılıq  dərəcəsini  nümunə  olaraq 
yaratdıqları ilə ortaya qoyur. Burada Vidadi timsalında Vaqifin 
dedikləri şəxsi məcradan çıxır, bu bəlkə də başlanğıc və üst qat 
olaraq  belə  görünə  bilər,  ancaq  əsas  məzmun  alt  qatda 
işarələnir.  Vaqifin  dedikləri  ciddi  təcrübəyə,  gördüklərinə, 
həyat  reallıqlarına  hesablanır.  Burada  da  qocalıq  timsalında 
Vidadinin  bayatıya  meyllənməsini  səbəb  kimi  vurğulayır  və 
“sən də yetişibsən o həddə məgər” sualını verir. Vidadinin isə 
bu  sual  müqabilində  dedikləri  daha  geniş  mahiyyətli  və  ciddi 
faktları,  Qarabağ  mühitinin  ruhunda,  ab-havasında  olanlara 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə