Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə67/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

 
229 
sarayında  reallaşdı.  Siyasi  və  mədəni  mühit  Vaqif  istedadını, 
onun sənət qüdrətinin imkanlılığını və əlçatmazlığını dərk etdi, 
bütün  təfərrüatları  ilə  yaşadı.  Təkcə  Qarabağ  ədəbi-mədəni 
mühiti  deyil,  bütünlükdə  Azərbaycan  poeziyası  Vaqif  ruhuna 
kökləndi.  XVIII  əsrdən  başlayan  bu  oyanış  XIX  əsrdə  ciddi 
mündəricə  və  məzmun  sxemləri  ilə  özünü  göstərdi.  Gəraylı, 
qoşma,  təcnis,  divani,  müxəmməs,  deyişmə  kimi  xalq  şeiri 
şəkilləri,  eləcə  də  klassik  ədəbiyyatın  formaları  yeni  düşüncə 
təzahürləri,  janr  texnologiyası  ilə  zənginləşdi.  Folklorşünas 
P.Əfəndiyev  “Molla  Pənah  Vaqif  və  Molla  Cümə”adlı 
məqaləsində  bir  məqamı  xüsusi  olaraq  vurğulayır.  O  yazır: 
“Molla  Pənah  Vaqif  klassik  Azərbaycan  ədəbiyyatının  orta 
əsrlərdə  yetişdirdiyi  nadir  simalardan  biridir.  Doğrudur, 
kökündə,  mənbəyində  Azərbaycan  aşıq  sənətinin  ənənələri 
dayanır. Ancaq unutmayaq ki, Vaqif klassik şeir üslubunu çox 
heyrətlə  aşıq  sənəti  ənənələri  ilə  qovuşdurmuşdur.  Onun 
ədəbiyyatımız, 
mədəniyyətimiz 
tarixində 
ən 
böyük 
xidmətlərindən  biri  də  budur.  Məsələn,  Vaqif  də  müxəmməs 
yazıb,  Molla  Cümə  də.  Vaqifin  müxəmməslərinin  ayaqları 
klassik şeir üslubunda bərkiyib. Molla Cümənin müxəmməsləri 
isə  saz  havaları  üstündə  qurulmuşdur.  Çox  zaman  hər  iki 
sənətkar  eyni  rədif  üstündə  müxəmməslərini  düzüb-qoşurlar” 
(38,  309).  Əlbəttə,  bu  iki  ustadın,  böyük  şəxsiyyətin 
yaradıcılığının  müqayisəli  şəkildə  izlənməsi,  bağlantılarının 
M.P.Vaqif  kontekstində  saf-çürük  edilməsi  mətn  proyeksi-
yasını, XVIII əsrin böyük şəxsiyyəti  Vaqif təsirindən gələnləri 
aşkarlamaq  üçün  ciddi  imkanlar  yaradır.  Folklorşünas  alimin 
belə  müqayisələri  bizi  həmin  xəttin  daha  da  inkişafına 
istiqamətləndirir.  Çünki  burada  janrın  sxematik  sisteminin 
hansı  istiqamətə  meyllənməsi  Vaqifə  qədər  olanların  və 


 
230 
Vaqifdə  yaşayanların  sonrakı  mərhələdə  hansı  səviyyədə  boy 
göstərməsi  özlü  bir  ciddi  problemdir.  Aşıq  Hüseyn 
Şəmkirlinin,  Aşıq  Alının,  Şair  Məmmədhüseynin,  Aşıq 
Ələsgərin,  Aşıq  Hüseyn  Bozalqanlının,  Şair  Vəlinin,  Molla 
Cümənin yaradıcılığında görünən təsir faktları bir xətdə və əsas 
olan  kimi  aşıq  sənətinin  klassikasına  yönəlirsə  və  qaynağını 
oradan alırsa, digər xəttə Vidadi və Vaqiflə bağlanır.  Düzdür, 
biz  Vaqifin  müxəmməs  müstəvisində  klassik  ədəbiyyatdan 
yararlanması  ilə  Molla  Cümənin  müxəmməsləri  arasında 
olanların  birləşdirici,  fərqlilik  və  özünəməxsusluq  çalarlarını 
qəbul edirik. M.V.Vidadi də, M.P.Vaqif də, Molla Cümə də öz  
bədii düşüncəsində ruh etibarilə elat mədəniyyətinə dayanır və 
qaynağını oradan götürür. Harada olmasından, hansı müstəvidə 
düşünməsindən  asılı  olmayaraq  M.V.Vidadi  /  M.P.Vaqif  / 
M.Cümə  sənət  genetikası  baxımından  bir  xətdə  sıralanırlar.  
Çünki  “Vaqif  Azərbaycanın  aşıq  sənətinin  ənənələri  üzərində 
pərvəriş  tapmışdır.  Onun  bütün  şeirləri  öz  köklərini  Azərbay-
can  aşıqlarının  şeirlərindən  götürür.  Beləliklə,  Vaqif  böyük 
ustad  sənətkar,  müəlim  kimi  formalaşmışdır.  Bunun  ikinci  bir 
tərəfi  də  var.  Azərbaycan  aşıq  sənətinin  ənənələrindən  güc-
qüvvət alan Vaqif sonralar özündən sonra yetişən aşıqların, ən 
böyük  ustadları  da  daxil  olmaqla  ustadı  olmuşdur.  Vaqifdən 
sonra  elə  bir  Azərbaycan  aşığını  tapmaq  olmaz  ki,  o,  böyük 
sənətkarın  yaradıcılığından  bəhrələnməmiş  olsun”  (38,  295).  
Burada  digər  və  həm  də  kifayət  qədər  ciddi  olan  məsələ 
M.V.Vidadinin  və  M.P.Vaqidifn    mövcud  düşüncədə  olan 
klassik ədəbiyyat, xalq ədəbiyyatı və aşıqa yaradıcılığı arasında  
qəlibləşmiş  təsəvvürləri  sındırması  və  onlar  arasında  bağlılıq-
ların formulasını müəyyənləşdirə bilməsidir. Daha doğrusu janr 
sxemlərindəki  sərhədləri  sındırmasıdır.  Məhz  bu  səbəbdən  də 


 
231 
Vaqif  klassik  Azərbaycan  ədəbiyyatı  üçün  hansı  səviyyədə 
dayanırsa, xalq düşüncəsinə, aşıq ədəbiyyatına yaxınlıq və təsir 
müstəvisində də eyni ucalıqdadır.  
Vaqif: 
Qaməti mövzun ilə bir sərvi-gülşənsən, gözəl 
İki dünyanın səfavü zövqünə təksən, gözəl 
İtməyə gözdən, könüldən ayrısan gensən, gözəl 
Fikri, zikri dediyi danışdığı sənsən, gözəl 
Mayil olmaz hər yetən göftarə, gördüm Vaqifi. (89) 
 
Molla Cümə: 
A gəlin, yoxdur ayıb 
Qaş kirpiyin gözün gözəl. 
Dil gözəl, dodaq gözəl 
Yanaq gözəl, üzün gözəl. 
Xoy gözəl, qılıq gözəl 
Söhbət gözəl, sözün gözəl. 
Boy gözəl, buxun gözəl 
Qamət gözəl, özün gözəl. 
A gəlin oxşar canın 
Yağmış təzə qara gəlin. (27, 264) 
 
Vaqif  bütün  yaradıcılığı  ilə  orta  əsrlərdən  ağır-ağır 
irəliləyən  və  onun  siyasi  sistemində  sıxışdırılaraq  zamanını 
gözləyən  milli  intibahın  faktıdır.  Y.Əmrədə,  Molla  Qasımda, 
Ş.Q.Ənvarda,  Ş.İ.Xətaidə,  M.Füzulidə,  M.Əmanidə  boy 
göstərən  milli  mədəniyyətin  yaddaş  modelləri  (burada  təkcə 
janr nəzərdə tutulmur) M.V.Vidadi və M.P.Vaqif  qovuşuğun-
da  bütün  mahiyyəti  ilə    ciddi  məzmun  qazandı.  Ozandan, 
sazdan  gələnlərlə  yazı  düşüncəsində  olanların  ortaqlıq 


 
232 
sxemlərini  müəyyənləşdirdi  və  bunu  birmənalı  olaraq 
ədəbiyyata  təqdim  etdi.  Mövcud  dünya  düzənində  intibahın 
tipologiyası  onu  deməyə  əsas  verir  ki,  bunlar  birxətli  və 
birmənalı  olmayıb,  vahid  məcradan  qidalanmır  şərait  və 
zərurətlər  bunu  reallaşdırır.  M.V.Vidadinin  və  M.P.Vaqifin 
istedadı  Füzulidən  sonrakı  enməni  əvəzləyəcək  və  mövcud 
boşluğu  tamamilə  milli  sxemlərlə  nizamlayacaq  konsepsiyanı 
yaratdı.  M.P.Vaqif    “Koroğlu”da,  “Əsli  və  Kərəm”də,  “Aşıq 
Qərib”də,  “Tahir  və  Zöhrə”də,  “Abbas  və  Gülgəz”də  yaşanan 
məzmunun mahiyyət ifadəsidir.  
Burada  diqqəti  cəlb  edən  çox  ciddi  məqamlar  var  ki, 
XVIII  və  XIX  əsrdə  ədəbi-mədəni  məkan  tərəfindən  dərk  və 
təqdimlə reallaşır. Vaqif və Vidadinin deyişməsinin mahiyyəti 
şəxsi  məsələlərdən  çox-çox  uzaqda  daha  ciddi  və  daha  əsaslı 
məsələlərlə, həyat hadisələrinə münasibətdən başlamış “cifeyi-
dünyayə” qədər olanları əhatələyir. Bədii-estetik layın axarı və 
görünüşü  burada  bir  laydır  və  hamısı  onunla  reallaşır.  Hətta 
bəzən bu istiqamətdə fikrin bölüşməsi, mövcud bədii məkanda 
olan şeir formalarının işlənmə zərurəti və səbəbi  də göstərilir. 
Bunlar sırf  bədii-estetik düşüncəyə, elmi-nəzəri düşüncənin o 
dövrdəki mənzərəsinə hesablanmışdır. 
 
Vaqif: 
Müxəmməs deməyin seyrəklənibdir,  
Bayatıda zehnin zirəklənibdir, 
Qocalıbsan qəlbin kövrəklənibdir, 
İşdən-gücdən olub bekar ağlarsan. 
 
Vidadi: 
Gəl danışma müxəmməsdən, qəzəldən, 
Şeiri-həqiqətdən, mədhi-gözəldən, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə