Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   59   60   61   62   63   64   65   66   ...   93

 
215 
də Vidadi klassik ədəbiyyat müstəvisində olanlardan birmənalı 
olaraq imtina etmədi və nə də onlar bu fikirdə olmuşlar, hətta 
bu müstəvidə bu gün də ədəbiyyatımızın mükəmməl nümunəsi 
olacaq qəzəlləri də bunu göstərir. Vaqif sadəcə olaraq dinamik 
mənzərədə  mövzu  və  mündəricədə  ciddi  islahatlar  apardı. 
Deyimin artıq köhnəlmiş və bir qədər də avazımış formasından 
geri çəkilməklə yeni modellərini müəyyənləşdirdi. Ədəbiyyatın 
Füzuli  ucalığında  olanlardan  əlavə,  daha  bir  yolun  da 
mövcudluğunu  yazdıqları  ilə  diktə  etdi.  Bunları  isə  Vidadi, 
Ağqızoğlu  Piri,  Sarı  Çobanoğlu  ilə  birgə  qərarlaşdırdı. 
Qaynağını  isə  xalqın  olandan,  “Kitabi-Dədə  Qorqud”dan, 
“Koroğlu”dan, “Abbas və Gülgəz”dən, “Qurbani”dən, “Əsli və 
Kərəm”dən, “Aşıq Qərib”dən, “Tahir və Zöhrə”dən və s. alırdı. 
Ona görə də milli ruhun hadisəsi kimi həmişə uca tutulub təhlil 
olunurdu.  Məhz  M.F.Axundovun  yazılarında  (“Nəzm  və  nəsr 
haqqında”  məqaləsi)  məsələyə  bu  prizmadan  baxmış  və  Şərq 
ədəbiyyatının klassikləri “Firdovsi və Nizami və Cami və Sədi 
və  Mollayi-Rumi  və  Hafiz  şairdirlər”  demişdir.  Əlavə  edir, 
“bunların  da  qüsuru  budur  ki,  bir  para  məqamda  izhari-fəzl 
üçün  xilafi-təbiətü  adət  köftkü  ediblər.  Belə  məqamlarda 
onların  xəyallarına  şeir  demək  caiz  deyil,  ancaq  mənzumati-
məqbulə  və    pəsəndidə    demək  olur.  Şeir  dərəcəsindən  əfsəl, 
bunların məsava sairlərinin hərgiz şeir maddəsi yoxdur.  Ancaq 
sənətkardırlar ki, əlfaz hifz edib  şüruti-nəzmə müvafiq haman 
əlfazı  rişteyi-nəzmə  düzürlər  və  hərgiz  nəzmlərində  bir  təsir 
yoxdur;  bəlkə  əksərinin  nəzmlərində  heç  məzmuni-səhih  dəxi 
tapılmaz və bu sənət bir belə asan zaddır ki, hər bir məktəbdən 
çıxan  kimsənələrin  əksəri  fürs  arasında  bir  az  məşq  etməklə 
əlfazı  nəzmə  düzməyə  qadir  olur  və  belə  kimsənələrə  şair 
demək qələtdir. 


 
216 
Bəhr  surət,  türk  arasında  dəxi  bir  zamana  qədər 
mütəqəddimdən    şair  olmayıbdır.  Füzuli  şair  deyil  və 
xəyalatında  əsla  təsir  yoxdur;  ancaq  nazimi-ustaddır.  Amma 
mən  əyyami-səyahətimdə    səfheyi-  Qarabağda  Molla  Pənah 
Vaqifin bir para xəyalatını gördüm ki,  zikr etdiyim şərt bir növ 
ilə  onda  göründü.  (4,  314-315).  M.F.Axundovun  bu 
yanaşmasında “zikr etdiyi şərt” sırf  XIX əsr ədəbi-nəzəri fikir 
və  ədəbiyyat  müstəvisində  ümumiləşdirilir  və  biz  burada 
Vaqiflə bağlı olanları verdik, ədəbiyyatşünas filosof Qasım bəy 
Zakiri  bu  sırada  daha  ciddi  uğurlarla  təqdim  edir.  Əlbəttə 
“hərgiz  nəzmlərində  bir  təsir  yoxdur;  bəlkə  əksərinin 
nəzmlərində  heç  məzmuni-səhih  dəxi  tapılmaz”  qənaətini 
birmənalı  qəbul  etmək  özü    mümkünsüz  görünür  və  ciddi 
mübahisələrə  yol  açır.  Əsas  şərti  və  görünəni  Vaqiflə  bağlı 
olanlardı, elə bütün müqayisə və təhlilləri də Vaqifə qədərki ilə 
ədəbiyyatın Vaqifdən başlayan uğurları, yeniləşməsi arasındakı 
müqayisələrdədir.    Burada  mübahisələrə,  ciddi  fikir 
ayrılıqlarına  səbəb  olacaq  lazımı  qədər  faktlar  var,  çünki 
Firdovsi, Nizami, Sədi, Cami, Hafiz və s.xəttində şeir və nəzm 
məsələlərinə  diqqət  yetirməsi  bir  problemdir,  ancaq  olan  və 
bizim düşüncəmizə müqabil gələn Vaqiflə bağlı dedikləridir və 
bu  da  elə  digər  istiqamətdə  Vidadi  ilə  bağlı  olanlarla  da 
əlaqələnir.  
Vaqif 
yaradıcılığının 
mahiyyətinin 
aydınlaşması 
M.V.Vidadidən  keçir,  çünki  Vidadi  Vaqifin  ağsaqqalı, 
həmfikri,  dostu,  yaxını  kimi  bütün  müraciətlərində  özünə  yer 
alır.  Ona  görə  də  Vaqif  yaradıcılığına  təsir  məsələlərindən 
danışarkən  ən  aktual  görünən  məsələlərdən  Vidadi 
yaradıcılığıdır,  düşüncə,  həyata  baxış  baxımından  nə  qədər 
fərqli 
mövqelərdə 
dayansalar 
da, 
əslində 
bunların 


 
217 
mahiyyətində,  ruhunda  olanlardan  qat-qat  çox  yaxınlıqlar 
vardır.  Onların  müxtəlif  hadisələr,  baş  vermiş  müşküllərin 
aydınlaşması,  şəxsi  münasibətlər  və  s.  zəminində  olan 
yazışmaları əslində alt qatda daha ciddi məsələləri ehtiva edir. 
Onun “ey Vidadi, sənin bu puç dünyada nə dərdin var, zar-zar 
ağlarsan”  müraciəti  öz  sərhədləri,  işarələdiyi  məzmunla 
bütünlükdə  böyük  bir  dünyagörüşü,  həyatın  olacaqlarını, 
münasibətyləri,  baş  verənləri  aydınlaşdırır.  Görkəmli 
ədəbiyyatşünas  F.Köçərli  “Molla  Vəli  “Vidadi”  təxəllüs”  adlı 
oçerkinin  başlanğıcında  yazır:  “Azərbaycan  şairlərinin 
məşhurlarından  birisi  Molla  Vəli  “Vidadi”  təxəllüsdür  ki, 
Molla Pənahın müasiri, dostu və bir qövlə görə, əqrəbəsi imiş... 
Molla Vəlinin yaxşı elm və savadı və rəvan təbi var imiş 
və  özü  də  zöhdü  təqva  əhli  olub,  vaxtının  çoxunu  ibadətdə 
keçirərmiş”  (60,  192).  Göründüyü  kimi,  burada  Vidadinin 
M.P.Vaqiflə dost və əqrəbə olması haqqında məsələlərə diqqət 
yetirilmiş  və  o  da  əlavə  olunmuşdur  ki,  elmli,  rəvan  təbli  bir 
simadır.  Əlbəttə  bu  məqamlar  həm  Vaqif,  həm  də  Vidadi  ilə 
bağlı  yazanlar,  fikir  yürüdənlər  tərəfindən  ardıcıllıqla 
vurğulanır.  Maraqlı  olan  məsələlərdən  birisi  vaxtının  çoxunu 
ibadətlə  keçirməsi  məsələsidir  ki,  bu  hal  şairin  şeirlərində  də 
aydınlıqla  nəzərə  çarpır.  F.Köçərli  bütün  bunlarla  yanaşı, 
xüsusi  olaraq  vurğulayır  ki,  “bəzi  rəvayətə  görə,  Molla  Vəli 
Vidadi  Qazax  mahalında  ən  mötəbər,  tədbirli  və  nüfuzlu  bir 
adam  hesab  olunur”du.  Onun  həyatı  və  yaradıcılığı  ilə  bağlı 
bütün informasiyalar da bunu tam aydınlığı ilə ortaya qoyur və 
ədəbiyyatın  Vaqif  və  Vidadi  qanadı  Azərbaycan  poeziyasının 
mövzu,  mündəricə  forma,  tərənnüm    baxımından  yeniliklərlə, 
orijinal  yanaşmalarla  özünü  göstərdi.  Bu  orijinallığın  kökləri 
isə etnosun çox əski çağlara gedib çıxan mədəniyyətinə, türkün 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə