Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   55   56   57   58   59   60   61   62   ...   93

 
201 
Məlum  olduğu  kimi,  “XVI  yüzillik  bədii  ədəbiyyatın, 
rəssamlıq və nəqqşlığın, elmin və mədəniyyətin, sosial-ictimai 
münasibətlərin  sürətlə inkişaf etdiyi, el sənətinin, el şairlərinin, 
sənətkarlığın  yüksəldiyi,  “Kitabi-Dədə  Qorqud”  kimi  əzəmətli 
abidələrin      yenidən  yazıya  alındığı,  hər  sahədə  milli 
özünüdərkin,  milli  oyanışın    gücləndiyi  bir  dövrdür.  Bu  dövr 
biri  digərindən  fərqlənən,  müxtəlif  sənət  zirvələrini  fəth  edən 
Füzuli, Xətai, Qurbani böyük söz ustadları yetirdi.  
Füzuli  klassik  şeirin    bayrağını  uca  göylərə  qaldırdı. 
Xətai  böyük  əqidə    yolunda  qılınc  ilə  sözü  məharətlə 
birləşdirdi. Qurbani el sənətini xalqa daha yaxın yeni və böyük 
bir axara yönəltdi... 
Qurbani  Dədə  Qorqud  zərrəsidir...”  (55,  3).  Əlbəttə, 
burada müxtəliflik var, ancaq bu müxtəlifliyin içərisində, bəlkə 
də  alt  qatında  müxtəliflikdən  çox  sezilib  aydınlaşmalı,  daha 
doğrusu  durulanmalı  yaxınlıq  var  ki,  onun  da  mahiyyətində 
milli yaddaşda olanlar dayanır. “Dənizdir elmim, Allah feyzidir 
neysan  barani”  deyən  Füzuli  klassik  ənənəni  çata  biləcəyi 
zirvəyə  qaldırdı  və  sözün  bundan  oyanasının  olmadığını  dedi. 
Bizə belə gəlir, məhz Qurbanidə də belədir, “Allah feyzi” olan 
istedadı  Füzulidən  fərqli  olaraq  bütün  parametrlərdə  milli 
düçüncənin  qorunuşuna  (xalq  şeiri  müstəvisində)  və  sonrakı 
inkişafına hesablanmışdır. Füzuli öz böyük istedadı ilə məktəb 
yaratmış,  ancaq  intibah  faktına  çevrilə  bilməmiş,  Qurbani  isə 
türk-oğuz  şeirində  məktəb  yaratmaq  ucalığına  yüksəlməsə  də 
intibaha  gedən  yolu  rövnəqləndirmiş,  Dədə  Qorquddan  üzü 
bəri gələnlərin oyanışını istiqamət vermişdir. Şah Xətai klassik 
və  xalq  şeiri  üslubunda  olanları  düşüncəsində  təkrarlamaqla, 
bir  türk  oğlu  olaraq  milliliyin  aparıcı  yerə  çıxmasının 
gərəkliyini bir dövlət xadimi, təriqət şeyxi,  yaradıcı kimi dərk 


 
202 
etmiş  və  buna  üstünlük  vermişdir.  Məhz  bu  səbəbdəndir  ki, 
“XVI  əsrdəki  Azərbaycan türk ədəbiyyatının  bədii  yüksəkliyi, 
vertikalı  Füzuli  ilə  ölçülürsə,  dil  və  yaradıcılıq  ünsürləri 
vasitəsilə və içərisinə də aldığı bədii və lisani komponentlərin 
genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur. 
XVI  miladi  əsrdən  sonra  Füzulinin  açdığı  cərəyan  ilə 
Xətainin  başladığı  cərəyan  gah  birləşərək,  gah  bir-birinin 
üstündə yerləşərək, hər halda eyni feodal ədəbiyyatı  çərçivəsi 
daxilində inkişaf etmişdir” (31, 332).  Əlbəttə biz bu inkişafın, 
gedən  proseslərin  arasına  sərhəd  çəkmək  qənaətində  deyilik, 
məqsədimizdə olan türk şeir ənənsinin, klassik ənənə dediyimiz 
əruz  vəzninin  ümumi  inkişaf  tendensiyasını,  milli  düşüncə 
qaynağının qoruyuculuq missiyasını, bədii-estetik dinamikasını 
bir  bütöv  olaraq  izləməkdir.  Bu  müqayisələrdə  bizim 
məqsədimiz  heç  də  bu  böyüklərin,  “sözün  sidq  ilə  qədrini 
artıran”ların arasında sərhəd yaratmaq, yaxınlıqdan çox ayrılma 
xətlərini  tapmağa  üstünlük  vermək  deyildir,  çünki  belə  yolun 
tutulması  işin,  poetik  axının  inkişafının  nəzəri  açımına 
maneələr  yaratmaq,  işi  dolaşdırmaqdır.  Əksinə  bunların 
ilahidən  pay  ola  biləcək  yaxınlığı    var,  etnosa,  bəşər  siviliza-
siyasına  xidmət  etmə  və  nümunə  olma  istəyi  faktlaşır  və  bu 
xətdə  bunlar  daha  çox  yaxınlaşır,  biri  digərini  tamamlayırlar. 
“Füzulinin açdığı cərəyan” və “Xətainin başladığı cərəyan” nə 
idi  və  özlüyündə  mahiyyətində  nələri  ehtiva  edir,  məhz 
məsələnin  bütünlükdə  ortaya  qoyulacaq  sistemi  buradadır  və 
“Füzulinin  açdığı  cərəyan”  özlüyündə  islam  düşüncəsindən 
gələnlər,  müəyyən  mənada  özününküləşmələr,    Musa 
Şəhavətdən,  Qətran  Təbrizidən,  X.Şirvanidən,  N.Gəncəvidən 
ötürülənlər,  ayrı-ayrı  əsrlərin  dönəmlərindən  ana  dilində 
yazmaya  meyllənmələr  və  İ.Nəsimidə,  Q.Bürhanəddində 


 
203 
qəliubləşənlərdi.  Füzuli  klassik  şeirin  bu  sistemdə  ucalığını 
əlçatmazlığa  yüksəltməklə  onun  yaxın  zaman  üçün  mərhələ 
təsəvvürünün üstündən xətt çəkdi. Bədii düşüncə artıq zamanın 
təlatümlərində  bu  ucalıqla  bütün  sistemlərdə  olduğu  kimi, 
böhran  mərhələsinə  doğru  üz  tutdu.  Qurbaninin  isə  bu  əsrdə  
uğuru  həmin  zirvənin  sonrakı  narahatçılığı,  tənəzzülü 
timsalında  milli  yaddaşın  oyanışına  yol  açdı.  Ş.İ.Xətainin 
təriqət  düşüncəsində,  siyasi  hakimiyyətin  nüfuz  dairəsində, 
nəslin  genetik  taleyində  qorunanlardan  yararlanmaqla  birləşdi 
və yaranmış  vəziyyətdən yeni üçün istifadə etdi.  
 
Ay ağalar, bu dünyanın üzündə, 
Təzəcə açılan güllər sevinsin. 
Bir başı çalmalı, xumar gözlünün, 
Zülfünü dağıdan yellər sevinsin. 
 
Gəlsin bahar fəsli, açılsın yazlar,  
Göllərə tökülsün ağ quba qazlar, 
Bəyzadə oğlanlar, xanzadə qızlar, 
Yar ilə danışan dillər sevinsin. (67, 21) 
 
Və  yaxud  da  yüksək  poetik  sistemin  mükəmməlliyi 
timsalında digər bir nümunəyə də diqqət yetirək. 
 
Sağdan vurdu, soldan çıxdı sağ əlim
Sağ qoşundu, sol ləşkərdi, sağ ələm
Nagümanam mən bu dərdən sağalam,  
Təbib birdi, dərd minbirdi, yara yüz. (67, 6) 
 
Təkrar bir də Ə.Abidin fikrini misal gətiririk və “Kərəm 
Şərqi Oğuz türkcəsinin heca sahəsində yetişdirdiyi Füzulisidir” 


 
204 
qənaətini  biz  Qurbanidə  elə  o  səviyyədə  görür  və  müşahidə 
edirik. Demək Füzulinin klassik üslubda etdiklərini Qurbani elə 
həmin  dövrdə  xalq  şeiri  ənənəsində  yaradırdı.  Daha  doğrusu, 
bir aşıq, el şairi olaraq, sonrakı inkişafa, Vaqif intibahına zəmin 
hazırlayırdı.  Ş.İ.Xətai  qafiyəsi  (fonopoetik,  morfopoetik,  sin-
taktik sistemi) ilə Qurbani qafiyəsi arasındakı fərqliliklər bütün 
parametrlərdə  mükəmməllik  dərəcəsinə  görə  seçilir.  XVI  əsr 
xalq  şeir  ənənəsinin  horizontal  meyarı  Qurbanidə  daha  da 
mükəmməlləşir. 
 
Bu gün ələ almaz oldum mən sazım, 
Ərşə dirək-dirək çıxar avazım, 
Dörd şey vardır bir qarındaşa lazım, 
Biri elim, biri kəlam, bir nəfəs, bir saz. (84, 9).  
 
Və  yaxud  da  gəraylı  formasında  bir  nümunəyə  diqqət 
yetirək. 
 
Dil ilə dərvişlik olmaz, 
Halı gərək yol əhlinin. 
Arilərin hər çiçəkdən
Balı gərək yol əhlinin! 
 
Keçmək gərək dörd qapıdan, 
Qurtulasan mürəbbidən, 
Mürəbbidən müsahibdən, 
Əli gərək yol əhlinin!. (84, 33).  
 
Bu  gün  Vaqifəqədərki,  xalq  şeiri  ənənsinin  inkişafında 
diqqət  yetirilməli  problemlərdən  birisi  ədəbi  arenada  tez-tez 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə