Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

 
198 
yeddili  ilə  on  ikilərdir”  (1,  153).  Heca  vəzninin  mənbələrin 
verdiyi  informasiyalardan  çıxış  etməklə  məsələyə  münasibət 
bildirən  Ə.Abid    olanlara  təsviri  və  nəzəri  münasibətlə 
qənaətlərini ümumiləşdirməyə çalışır və “heca vəznini ilk dəfə 
olaraq  Yəsəvi  təkyəsində    buluyoruz”  söyləyir.  Maraqlı  olan 
Ə.Yasəvinin  bu  vəznə  heç  nə  əvəz  etməməsi  və  onun 
nümunələrində  də  ahəngdarlığın    pozulması  faktlarının  qeyd 
olunmasıdır.  İslamaqədərki  nümunələrin  fakt  olaraq  yoxluğu 
əhatəli,  həm  də    inkişaf  texnologiyası,  dinamik  mənzərənin 
aydınlaşması  kontekstində  təhlillərə  çətinlik  yaradır.  Bizim 
nəzərimizdə olan isə Vaqifəqədərki mənzərənin ümumi spektr-
lərini,  texnoloji  sistemini,  mətn  fakturasını  aydınlaşdırmaq  və 
Vaqif  intibahının  nəzəri  mənzərəsini  yaratmaqdır.  Məsələyə 
daha  təfərrüatlı  yanaşmaq  üçün  Əmin  Abidin  bir  fikrinə  də 
diqqət yetirməyin gərəyi yaranır və o xüsusi olaraq vurğulayır 
ki,  “asil  bizdə  hecanın  inkişafı  məşhur  xalq  şairi  Kərəmdən 
sonradır.  Həyat  və  şəxsiyyəti  mənqəbəvi-leqendarnıy  bir 
mahiyyət  alan  Kərəm,  Şərqi  Oğuz  türkcəsinin  heca  sahəsində 
yetişdirdiyi  Füzulisidir”  (1,  153).  Bu  kifayət  qədər  ciddi  və 
həm də daha təfərrüatlı təhlilləri zəruri edən məsələdir. Böyük 
ədəbiyyatşünas,  türk  dünyasının  əvəzsiz  alimi  B.Çobanzadə 
XVI əsr ədəbiyyatı kontekstində təhlillər apararaq Şah İsmayıl 
Xətai  ilə  M.Füzuli  arasında  ciddi  qənaətlər  əldə  etmişdir. 
Burada  vurğulanan  bir  məsələ  də  var,  bu  da  “Yunis  Əmrə  ilə 
başlayan  hərəkatın  təkamülü”dür.  Göründüyü  kimi,  məsələnin 
mahiyyəti  lazımı  qədər  əhatəli,  üfüqi  və  şaquli  araşdırmaları 
zəruri  edən  problemdir.  Ona  görə  də  bədii  düşüncənin  estetik 
mənzərəsi,  dinamiklik  tendensiyası  “Kitabi-Dədə  Qorqud”dan 
gələn  (bizə  məlum  olma  baxımından  bunu  deyirik)  türk  şeir 
təfəkkürünün  mətn  sxemlərinin  dinamikası  Vaqif  intibahında 


 
199 
bütövə  çevrilir  və  türk  mənliyinin,  tarixi  ədalətinin  bərpası 
olaraq  görünür.  “Nəsimi,  Həbibi  və  Füzulidə  -  bunların 
xüsusən  qəzəl  növünə  aid  əsərlərində  -  az-çox  bariz  surətdə 
görülən  bu “sadəlik”, dediyimiz kibi,  Xətaidə çox açıq və qəti 
surətdə  və  xalq  ədəbiyyatının  yaxınlaşma  şəklində  özünü 
göstərir ki, Xətaidə müəyyən inkişaf dərəcəsini tapmış olan bu 
xüsusiyyət  müxtəlif  şairlərdə    müxətlif  şəkil    və  dərəcədə 
bulunaraq,  inkişaf  edib,  nəhayət,  məlum  olduğu  üzrə,  nəzmdə 
öz  təkamül  zirvəsini  qədim  Azrəbaycan  türk  ədəbiyyatının 
görkəmli  müməssillərindən    birisi  olan  Vaqif  yaradıcılığında  
tapmışdır”  (31,  332).    Göründüyü  kimi,  B.Çobanzadə  bu 
tendensiyanı  türk  şeir  düşüncəsindəki  inkişafı  Nəsimi,  Həbibi, 
Füzuli, Xətai, Vaqif xəttində izləyir və mahiyyətinə vararaq, ilk 
üçündə  az-çox  özünü  göstərən  sadəliyi  Xətai  sadəliyi  ilə 
müqayisə  etmiş  və    müxtəlif  şairlərdə  müxtəlif  səviyyədə 
görünüşünü  məhz  Vaqifə  qədərki  vəziyyətin  tipologiyasında 
aydınlaşdırmağa çalışmışdır. Daha doğrusu, Ə.Abidin təbirincə 
desək, “Yunis Əmrə ilə başlayan hərəkatın təkamülü ədd edilə 
bilər”  (1,  162)    qənaəti,  bizim  fikrimizcə,  hərəkatın  sonrakı 
dalğasıdır və Y.Əmrəyə qədər olan dinamika özlüyündə ayrıca 
mərhələdir.  Çünki  hecanın  ibtida  nümunələri  ilə  Yunis  Əmrə 
şeirləri  arasında  böyük  məsafə  fərqliliyi  var  və  bu  fərqlilik 
Yunis  Əmrə  ilə  Xətai,  Xətai  ilə  Qurbani  arasında  olanlarda 
tamamilə  başqa  mənzərə  ilə  müşahidə  olunur.  Ona  görə  də 
sistemin  özünün  texnoloji  fakturası  bütün  spektrlərin  zaman 
fərqliliyindən  əlavə  təkmilləşmə  dinamikasını,  istedadın  hansı 
səviyyədə  boy  göstərməsini  də  aktlaşdırır.  Əlavə  olaraq 
yuxarıda  vurğuladığımız,  daha  doğrusu,  Ə.Abiddən  stat 
verdiyimiz  “Kərəm  Şərqi  Oğuz  türkcəsinin  heca  sahəsində 
yetişdirdiyi  Füzulisidir”  qənaəti  hecanın  bir  vəzn  olaraq 


 
200 
mükəmməllik  mərhələsini  aydınlaşdırır.  “Mənqəbəvi-leqen-
darnıy”  (Ə.Abid  deyir)  mahiyyət  alan  şəxsiyyəti  onu  dastan 
qəhrəmanı  olaraq  tarixin  yaddaşına  ötürmüşdür.  Uğurlu  hal 
odur  ki,  son  dövrün  tədqiqatlarında  Kərəm  bir  şəxsiyyət,  aşıq 
sənətinin  ustadlarından    olaraq  təhlilə  cəlb  olunur  və  onun 
dastanlarda toplaşan şeirləri, “Kərəmi” saz havalar silsiləsi bizə 
daha  təfərrüatlı  yanaşmaları,  mətn  informasiyalarını  daha 
dərindən  izləməyi  zəruri  edir.  Dədə  Kərəmin  Füzuli  ilə 
müqayisə  edilməsi  və  M.Füzulinin  klassik  üslubda  hansı 
ucalığı fəth etmişdirsə, Şərqi Oğuz türkcəsində həmin ucalıqda 
Kərəmin  dayana  bilməsi  qənaəti  orta  əsrlərin  dolaylarında 
sıxıla-sıxıla  (əslində  daha  təbii  və  şərəfli)  keçib  gələn  milli 
mənsubluğun ortaya qoyuluşudur. Ə.Yasəvi, Yunis Əmrə, Şah 
Xətai  qanadı  ilə  Qurbani,  Miskin  Abdal,  Kərəm  qanadı 
arasında  olanlar  zənginlik  və  rəngarəngliyin  nümunəsi  olaraq 
maraq  doğurur,  mətnin  özünün  ahəngdarlığı,  struktur  sistemi, 
fonopoetik, morfopoetik sinxronikanın təkrarlanması və cilalığı 
ilə  ikinci  daha  mükəmməl  görünür  ki,  burada  da  sazın 
müstəsna  rolu  vardır;  çünki  saz    məhz  ruhun  dunamikliyini 
şərtləndirir.  Sazın  ruhanilik  qanadı  şeirin  də  ruhanilik 
qanadında təkrarlanır, biri digərini tamamlayan fakta çevrilir və 
türk  ruhunun  hadisəsi  kimi  ortada  görünür.  M.Füzuli  klassik 
üslub üçün bir meyar, etalondur və bunun alternativi türk şeiri 
üçün Kərəmdir qənaəti bizə bu silsilədə olanları xatırlamağı da 
zəruri edir. Bu sistemdə şedevrlərə imza atmış Qurbani, Miskin 
Abdal,  Qaracaoğlan,  Abbas  Tufarqanlı,  Aşıq  Ömər,  Gövhəri, 
Quloğlu, Sarı Aşıq və s. kimi zəngin sıralanma var, “Koroğlu”, 
“Tahir və Zöhrə”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah 
İsmayıl”, “Aşıq Qərib” və s. kimi abidələri əlavə etdikdə böyük 
bir lay gözlərimiz önündə canlanır.  


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə