Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

 
194 
Bir quş olub uçmaq gərək
Bir kənara keçmək gərək, 
Bir şərbətdən içmək gərək, - 
İçənlər ayılmaz ola! (40, 130) 
 
Təkyələr  özlüyündə  mədəni  düşüncənin,  türk  mənəvi-
əxlaqi  sistemin  bir  bütöv  olaraq  qorunuşuna,  toplum 
təsəvvürlərində oturuşmuş prinsiplərin ülviyyətinə yönəlmişdi. 
Mahiyyət  isə  çoxluğa,  etnosun  yaddaşında  olan  formullarla 
ifadəyə  hesablanmışdı.  Vaqifə  qədərki  düşüncənin  bədiilik 
meyarları  bir  xətdə  Yasəvidən,  Əmrədən,  Xətaidən  gələnlərlə 
müəyyənləşirdi.  Ona  görə  Vaqif  mərhələsi  reallığın  ortaya 
qoyuluşu,  milli  mənsubluğun  oyanış  mərhələsi  idi.  M.P.Vaqif 
yaradıcılığından  bir  nümunəyə  diqqət  yetirək  və  tipoloji 
kontekstdə  bədii-estetik  düşüncənin  məzmun  sxemləri,  texno-
loji sistemin inkişafı və uğurluluğu baxımından daha çox önəm 
daşıyır. 
 
Bir fitnə fellinin, üzü xallının, 
Bir şirin dillinin qurbanıyam mən. 
Bir qənd məqallının, ləb zülallının, 
Bir ağzı ballının qurbanıyam mən. 
 
Bir çox ülfətlinin, məhəbbətlinin, 
Bir mərhəmətlinin, şəfəqqətlinin, 
Bir pəri tellinin, gül tələtlinin, 
Bir mahcamallının qurbanıyam mən. (89, 65) 
 
Onu  da  əlavə  edək  ki,  Ə.Abidin  Şah  İsmayıl  Xətai 
yaradıcılığı  kontekstində  dediklərində  müəyyən  ziddiyyət 
doğuracaq  məqamlar,  fikir  və  mülahizələr  də  vardır,  ancaq 


 
195 
ədəbiyyatşünas  alimin  mülahizələri  heca  vəzninin  inkişaf 
tendensiyasını işıqlandırmaq baxımından qəbulediləndir. Xətai 
dövründə və ondan bir qədər əvvəl Miskin Abdal, Pəri Peykər, 
Şahqulu bəy, Süsən bəy  və s. kimi sənətkarlar vardır ki, onlar 
da heca vəznində nümunələr  yaratmış,  yazılı  ənənədə bu  yolu 
davam  etdirmişlər.  Ancaq  Xətainin  bir  hökmdar,  təriqət  şeyxi 
olaraq məsələyə münasibəti, təsiri, istiqamət  verməsi vardı ki, 
bu  da  çox  ciddi  amildir.  Qurbani  isə  aşıqlıqdan  gəlməklə  və 
Xətai  ilə  bu  yolda  yaxın  olmaqla  daha  böyük  təsir  faktına 
çevrilirdi.  Xətainin  bir  şəxsiyyət  olaraq  böyüklüyü  və 
Azərbaycanın  ictimai,  siyasi,  mədəni  həyatında  oynadığı  rol 
müstəsnalıqla  səciyyələnir;  bunun  isə  məhz    bir  istiqaməti 
təriqət  şeyxi,  hökmdar  olaraq  mədəni  mühitə  münasibəti  və 
tutduğu  mövqe  idi.  Məhz  Qarabağ  ədəbi  mühitinin  istedadlı 
sənətkarı Dirili Qurbaninin şeirlərində olanlar Şah İsmayıla və 
onun tutduğu mövqeyə münasibətin nəticəsi idi. 
 
Mürşidi-kamilim, Şeyx oğlu şahim! 
Bir ərzim var qulluğuna şah mənim. 
Əziz başın üçün oxu yazğumu
Agah ol halımdan gahbagah mənim! (67, 29) 
 
və yaxud da digər bir şeirinə diqqət yetirək ki, burada da eyni 
ruhun, münasibətin şahidi oluruq: 
 
Mən haqq aşiqiyəm, haqq yola mail
Kitabım Qurandır, olmuşam qail, 
Ey mənim sultanım, Şah İsmayıl, 
Dərdimin əlindən fəryada gəldim. (68, 149) 


 
196 
Göründüyü  kimi,  Qurbanidə  heca  vəzni  özünün  klassik 
inkişaf  dövrünü,  sənət  və  sənətkarlıq  baxımından  əvəzsizliklə 
müşahidə  olunacaq  mükəmməllik  zamanını  yaşayır.  Ə.Abidin 
heca  vəznli  şeir  məsələsində  struktur  və  bütünlükdə  formal 
komponent    məsələsində  Yunis  Əmrə  qafiyəsi  ilə  Ş.İ.Xətai 
qafiyəsi  arasında  tipoloji  müqayisələr  aparması,  mükəmməllik 
baxımından üstünlüyü Y.Əmrəyə verməsi başa düşüləndi və bu 
heç  də  hansısa  zaman  baxımından  müqayisəyə  dəlalət  eləmir. 
Ancaq Qurbani yaradıcılığı kontekstində məsələyə yanaşılması 
böyük inkişafı səciyyələndirir ki, buna da biz fərdi istedad faktı 
olaraq  yanaşırıq.  Bizim  burada  diqqət  yetirdiyimiz  məsələ 
“Yunis  Əmrədən  sonra  da  Türkiyə  təkyələrində  inkişaf  edən 
heca vəzninin ilk zamanlar Azərbaycan və Qafqaz oğuzlarında 
nə  şəkildə  olduğuna  aid  əlimizdə  vəsiqə  yoxdur”  qənaətidir. 
Əlbəttə bu bütünlükdə heca vəzni haqqında qənaətlərimizi alt-
üst  etmir,  nə  də  elə  məyusluq  doğurmur,  çünki  orta  əsrlərin 
müstəbidliyi, böyük qırğın və fəlakətləri çox olanların üstündən 
xətt  çəkdiyi  kimi,  xalq  şeiri  ənənəsində  olanları  da  sıradan 
çıxarmağa  gətirib  çıxarmışdır.  Burada  digər  istiqamət 
təkyələrlə bağlıdır ki, biz bunu xalqın orta və aşağı təbəqəsinə, 
bütünlükdə  etnosa  xidmət  faktı  olaraq  uca  tuturuq.  Təkyələr 
demək  olar  ki,  zərurət  olaraq  orta  əsrlərin  mənəvi  və  ruhani, 
həm  də  ciyasi  ehtiyacından  çıxmışdı,  daha  doğrusu  xalqın 
taleyinə hesablanmışdı. Düzdür, bütünlükdə mövcud təriqətləri 
və  onların  fəaliyyət  sistemini  axıra  qədər  yüksək 
qiymətləndirmək  mümkün  də  deyildir,  çünki  onların  arasında 
(təriqətlər  nəzərdə  tutulur)  xaqla  axıra  qədər  sədaqət  nümayiş 
etdirməyənlər və bu və ya digər yad maraqlara xidmət edənlər 
də var idi. 


 
197 
Bir  məsələni  də  xüsusi  olaraq  vurğulayaq  ki,  təkyələr 
etnos  təsəvvürlərinin,  milli  yaddaşın,  özünüdərkin  təsdiqində 
və möhkəmlənməsində uğurlu fəaliyyət məramı ilə görünürlər. 
Xalq  şeiri  ənənəsində  də  bu  belədir,  çünki  onlar  siyasi 
ideologiyanın  məngənəsindən  qopmaqla  baş  verənlərin 
sonuclanmasını,  mədəniyyətin  və  etnosun  qoruyuculuq 
missiyasını həyata keçirirdilər. Bir qədər də dəqiq desək etnosa 
sahiblik  missiyasını  birbaşa  təkyələr  həyata  keçirir, 
hakimiyyətin  siyasi  ərköyünlüklərinin  qarşısında  duracaq 
qüvvə  və  düşüncə  mərkəzi  idi.  Yasəviliyin,  mövləviliyin, 
hürufiliyin, 
nəqşbəndiliyin, 
bəktaşiliyin, 
səfəviyyənin, 
müridizmin  bütünlükdə  mahiyyətində  bir  istiqamətdə  əlbəttə 
xalqçılıq  dayanırdı  və  bu  eyni  zamanda  öz  qaynağını  xalqa, 
milli  olana  yanğıdan  alırdı.  Lakin  bütünlükdə  türk  şeir 
ənənəsini,  heca  vəznində  olanların  hamısını  təkyənin  adına 
əlavə  eləmək  də  mümkün  deyildir.  Burada  ozandan,  aşıqdan 
gələn ənənənin yaşarlığı vardı ki, bu da təkyələrin fəaliyyətində 
yararlanmaq  üçün  əsas  idi.  Ə.Abid  araşdırmalarında  bir 
məsələyə, heca vəznli nümunələrin ilkinliyinə də diqqət yetirir 
və  vurğulayır  ki,  “heca  vəznini  ilk  dəfə  olaraq  Yəsəvi 
təkyəsində    buluyoruz.  Yəsəvilik  təriqəti  üzrə  doğan 
ədəbiyyatın məhvəri miladi on ikinci əsrdə yaşamış şair, həkim 
Əhməd  Yəsəvinin  “Divan-i  hikmət”  adı  altında  toplanılan 
əsərləridir.  Əhməd  Yəsəvi  hecayı  kullanmaqla  bərabər,  ona 
daha  əski  zaman  məhsullarındakı  vəziyyətindən  ayıran  
mütəkamil  bir    şəkil  verməmişdir,  onun  əsərlərində  də  ətraflı 
misrayi-  ahəngdən  məhrum  bulunaraq  ibtidai  texnikayı 
mühafizə  etməkdədir.  Bununla  bərabər  vəznin  təkyələrdə 
tutulmasına  və  ayrıca    on  iki  hecalı  vəznin  şaye  bulmasına 
yardım etmişdir. “Divan-i  hikmət”də  ən çox kullanılan  vəzn 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə