Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   50   51   52   53   54   55   56   57   ...   93

 
183 
qoşmasının  təsirində  Aşıq  Ələsgər  “Ola”  rədifli  qoşmasını 
düzdü  qoşdu  və  ədəbiyyatımıza  digər  bir  original  nümunəni 
bəxş etdi.  
 
Vaqif: 
Hər yetən gözələ gözəl demərəm, 
Gözəldə bir qeyri-əlamət olur: 
Zülf bir yana düşər, gərdən bir yana
Özün bilməz, bir özgə babət olur. (89, 107) 
 
Aşıq Ələsgər: 
Hər yetən gözələ gözəl demərəm, 
Gözəldə gərəkdi işvə-naz ola. 
Buxağından ətri-bənövşə gələ, 
Qoynu gülşən ola, bahar, yaz ola. (8, 121) 
 
Məlum olduğu kimi, “şeir dili və üslub prosesləri olduqca 
çoxcəhətli və mürəkkəb səciyyəlidir. Daim dəyişmədə, hərəkət 
və  zənginləşmə  prosesində  olması  poeziya  dilinin    özünə-
məxsus  keyfiyyətidir.  Bədii  dilin  elə  mühüm  estetik  kateqo-
riyaları  vardır  ki,  onlar  poetik  prosesin  inkişaf  qanunauyğun-
luqlarını  xarakterizə  etməklə  bərabər,  onun  spesifik  meyillə-
rinin aşkarlanmasında əhəmiyyətli rol oynayır.  
Milli  poeziyanın  inkişaf  təcrübəsi,  poetik  irsimizin 
uğurları  göstərir  ki,  şeir  dilini  rəngarəng,  məlahətli  və  canlı 
etməklə    dilin  müxtəlif  mənbələri  üslubi  məqsədə  müvafiq 
estetik fəaliyyət sferasına daxil olur və yüksək bədii keyfiyyət 
daşıyır”  (49,  324).  Vaqif  yaradıcılığı  dil  potensiyasının 
imkanlarını, bədii-estetik gücünü göstərmək və aydınlaşdırmaq 
üçün  olduqca  geniş  imkanlılığa  malikdir.  Bu  imkanlılıq 


 
184 
özünəqədərki  və  özündənsonrakı  ədəbi  proses  üçün  örnək 
olacaq  hadisədir  və  məhz  Aşıq  Əlinin  “bu  əsrdə  şairlərin 
xanısan” deməsi həmin qüdrətin izahına hesablanmışdır.  Bədii 
dil  elə  sirli,  ecazkar,  möcüzəli  hadisədir  ki,  onun  imkanlılıq 
dərəcəsi  ancaq  və  ancaq  bədii  mətnin  axarında,  yaradıcı 
istedadında  müəyyənləşir.  Burada  sözün  imkanlılığını  və 
ecazkarlığını  təmin  edən  əsas  məsələlərdən  biri  məhz  bədii 
strukturun uğurluluğudur.  Vaqif də böyük istedad sahibi kimi 
bu  imkanlılığın  şaquli  və  üfiqi  qatlarını  mətn  daxilində 
hərəkətə  gətirmişdir. Məhz belə fitrətin sahibi olma sayəsində 
ustad sənətkarlar onun söz ümmanına baş vurmuş və müxtəlif 
səviyyələrdə  bəhrələnmişlər.  Axıska  aşıq  mühitinin  ustad 
sənətkarı  İrfaninin  “Durnam”  rədifli  qoşması  da  bu  sırada 
mühüm əhəmiyyət kəsb edir.  
 
Yeri durnam, yeri dönmə izindən
Aləmi mat edən xoş avazından, 
Əsli türkman qızı Xırmandalıdan, 
Yarımdan bir xəbər alasan durnam. 
 
Tez pərvaz eyləyin, tez qanad çalın, 
O nazlı yarımdan bir xəbər alın, 
İrfani xoca da bekliyor yolun
Bəlkə bu günlərdə gələsən durnam. (86, 68). 
 
“Koroğlu”da, M.V.Vidadidə, M.P.Vaqifdə, Q.Zakirdə və 
digər  onlarla  sənətkarlarımızda  yer  alan  “durnalar”  bir  mövzu 
olaraq ədəbiyyat hadisəsinə çevrilmişdir. Durnaların işarələdiyi 
simvolika  bütün  mövcud  nümunələrdə  bəzi  istisnalar  nəzərə 
alınmazsa  eyni  xətdə  dayanır.  Məhz  Vaqif  də  öz 


 
185 
yaradıcılığında bu mövzuya müraciət etmiş, “Durnalar” rədifli 
qoşmasını yaratmışdır. 
 
Bir zaman havada qanad saxlayın, 
Sözüm vardır mənim sizə durnalar! 
Qatarlaşıb nə diyardan gəlirsiz, 
Bir xəbər versəniz bizə durnalar! 
 
Sizə mütaq durur Bağdad elləri
Gözləyə-gözləyə qalıb yolları, 
Asta qanad salın qafil telləri, 
Heyifdir salarsız düzə durnalar! (89, 86) 
 
Məlum  olduğu  kimi,  “şifahi  əsərin  üslubi  orijinallığı 
onun  ifası,  ünsiyyət  situasiyasından  asılıdır.  İfa  məqamı  əsərə 
üslubi rəngarənglik, canlılıq aşılayır.  İfa anında müəllifin nəyə 
-  janr  ənənəsinə  və  ya  gerçək  mühitdən  gələn  məzmuna 
üstünlük  verməsindən    asılı  olaraq  əsərin  üslubi  özünəməx-
susluğu  formalaşır…  İfa  məqamından  asılı  olaraq  üslubi 
paradiqma    əsərin  çoxmənalılığını,  təşbeh  və  məcazlar  siste-
mini,  bütövlükdə  bədii  qayəni  anlamağa  imkan  verir”  (41, 
115). Əlbəttə əsərin üslub orijinallığı formanın uğurluluğundan 
tutmuş  bədii  komponentlərin  düzümünə,  sintaktik  sistemin 
mənayaratmada  nə  qədər  iştirakından  və  yerində  olub-
olmamasından  asılıdır.  Saz  bu  mənada  həmin  qüsurların, 
nəzərə çarpan çatışmamazlıqların  aradan qaldırılması  üçün bir 
meyar  rolunu  oynamışdır  və  nizamın  qorunuşu,  bədii 
mahiyyətin  uğurluluğu  üçün  təminatçı  olmuşdur.  Ustadlar  da 
fitri  istedadı  və  sazın  simmetriyası  əsasında  mətnin  poetik 
sistemində  ən  uğurlu  olanı  müəyyənləşdirə  bilmişlər.  Vaqif 


 
186 
yaradıcılığı  da  sazın  bətnində,  etnos  ruhunun  estetik 
determinasıyasında doğulduğu üçün sənət hadisəsinə çevrilmiş, 
orta  əsr  bədii  düşüncəsində    milli  olanın  bərpası  kimi 
müqəddəs, həm də vacib olanı yerinə yetirmişdir.  
Bütün  bunlar  Vaqif  yaradıcılığının  ozan  aşıq 
müstəvisində  enerji  qaynaqlarını,  fundamental  düşüncə 
hadisəsi  kimi  milli  ənənəyə  kökləndiyini  və  onun  fövqündə 
olanların  nələrlə  səciyyələndiyini,  milli  yaddaş  fondunun 
əzəmət  və  sonsuzluğunu  aşkarlayan  bir  hadisə  olduğunu 
düşünməyə  əsas  verir.  Məlum  olduğu  kimi,  saz    türk  bədii 
düşüncəsinin  tarixin  çox  dərin  qatlarından  daşıyıb  gətirdiyi 
müstəsna imkanlılıqla səciyyələnir. Xalq bir bütöv olaraq onda 
tapınmış  və  bütün  olanlarını  ona  verməyə  çalışmış,  könlünü 
ona  bağlamışdır.  El-el,  oba-oba  gəzən  bu  ustadlar  təkcə 
mərasim  icraçısı  olmaqla  kifayətlənməmiş,  həm  də  böyük 
mədəniyyətin  yaradıcısı  və  qoruyucusu  funksiyasını  yerinə 
yetirmişdir. Vaqif məhz öz böyük istedadı ilə sazın sehrlərində 
sehrlənmiş,  könlünü  ona  vermiş,  ilhamını  ondan  almış  və 
ürəyini  onun  sehri-nizamı  əsasında  nizamlamaqla  ölməzlik, 
əbədiyaşarlıq qazanmışdır. Sazdan, etnosun mənəvi  yaddaş və 
əxlaq  potensiyasından  aldıqlarını  daha  uğurlu  olanlarla  və 
əlavələrlə ona qaytarmışdır; bir növ gəlinən və gediləcək yolun 
əzəmətini bütün təfərrüatı ilə ortaya qoymuşdur.  
 
 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə