Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə52/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   48   49   50   51   52   53   54   55   ...   93

 
176 
neçə əsrlik mədəniyyətə etinasız yanaşmaq olardı. Ş.İ.Xətainin, 
daha  ardıcıl  şəkildə  M.V.Vidadinin  təcrübəsi  kara  gəldi,  -  bu 
təcrübələri 
ədəbi-estetik 
fikrin 
təkamülü 
yetişdirirdi: 
sintezləşdirməyə  cəhd  edildi.  Laikn  sintezləşmə  prosesini 
ədəbi-bədii  təfəkkürün  daha  dərin  qatlarında  yerləşən  təkamül 
meyli  istiqamətləndirirdi;  qoşma  normativləşdi,  aparıcı  janr 
kimi irəli çıxdı, əsl sintezləşmə isə XVIII əsrdə yox, XX əsrin 
əvvəllərində  getməyə  başladı:  qəzəl  standartları  ilə  qoşma 
standartları xüsusən S.Vurğunun yaradıcılığı təcrübəsində üzvü 
şəkildə  qovuşdu,  beləliklə  yeni  janr  keyfiyyəti  yarandı”  (24, 
140). Fikrimizcə, “dövrün poetik gərdişi” bütün ictimai, siyasi, 
mədəni  mühitdə  olanlar  səviyyəsində  yeniləşməni  bir  zərurət 
kimi  qoyurdu,  artıq  qoca  dünyanın  qoca  məfkurəsi  milli 
intibahın,  yaddaş  arxetiplərinin  hərəkətini  və  aparıcı  xəttə 
çıxmasını  qaçılmaz  edirdi.  “Vaqifin  qüvvətli  şairliyi”  bu 
missiyanın  bayraqdarı  kimi,  Ş.İ.Xətai  və  M.V.Vidadi  ilə 
yanaşı,  Qurbani,  Abbas  Tufarqanlı,  Sarı  Aşıq,  Lələ, 
Qaracaoğlan, daha doğrusu, Dədə Qorquddan üzü bəri olanlar 
“kara  gəldi”.  Burada  əlbəttə  “Koroğlu”,  “Abbas  və  Gülgəz”, 
“Tahir  və  Zöhrə”,  “Qurbani”,  “Aşıq  Qərib”  və  s.  kimi 
şedevrləri də artırmaq lazımdır. Bunlardan Vaqifə və Vaqifdən 
S.Vurğuna  gedən  yol  isə  bütün  əzəmətilə  bədii  düşüncənin 
kamillik  faktına  çevrildi.  S.Vurğun  bu  möhtəşəmlikdən  günəş 
kimi doğdu; “Vaqif, ey şeirimin könül dastanı” da məhz  ona, 
milli  yaddaşa  ehtiramın  hadisəsidi,  bir  növ  dərk  və  etirafdır. 
N.Cəfərovun  təhlillərində məsələyə geniş müstəvidə baxılması 
və  bütünlükdə  dövrə  hesablanması    doğru  bir  qənaətin,  “eyni 
dərəcədə  də  klassik  janrlardan  imtina  da  edə  bilməzdi” 
məsələsi    ilə  bağlıdır.  Vaqifin  böyüklüyü,  böyük  şair  istedadı 
klassik  ədəbiyyat  kontekstində  islahatlara  yol  açması  və 


 
177 
qəzəlin mövzu dairəsində formalaşmış düşüncəni yeni məcraya 
yönəltməsidir.  Dövrümüzə  gəlib  çatan  on  doqquz  qəzəlin 
üzərində  apardığımız  müşahidələr  şairin  klassik  üsluba 
biganəliyini ortaya qoymur, eləcə də digər klassik şeir şəklində 
yazdığı  bədii  nümunələrdə  də  bu  bir  tərəf  kimi  görünür. 
Məsələyə  Füzulidən  Vaqifə,  Saib  Təbrizidən  Vaqifə  gələnlər 
prizmasından  yanaşdıqda  əksinə  başqa  halların  şahidi  oluruq. 
Bunların  hamısı  Vaqif    böyüklüyünə,  istedadının  möhtəşəm-
liyinə  bağlanır.  Məsələn,  Vaqifin  Vidadiyə  müraciətlə  yazdığı 
“Düşər”  rədifli  qəzəlinə  diqqət  yetirək.  Mirzə  Yusif  Qarabaği 
bu  qəzəli  “Vaqifin  Vidadiyə  qocalıq  vaxtı  yazdığıdır”  başlığı 
ilə verir. 
 
Afəti-dəhr dəyər ol kəsə kim, kamildir, 
Mah hər gün ki,  kəmalə yetə, nöqsanə düşər. 
 
Mərd igidlər özünə məhbəsi meydan bilir
Sanma ki, nakəsü namərd  bu meydana düşər. (62, 98) 
 
M.P.Vaqif şeiri ədəbi-estetik fikrin təkamülü və məzmun 
əhatəliliyinin  sxemlərində  də  dinamika  ilə  xarakterizə  olunur. 
O, klassik üslubun qəzəl sərhədlərində formal komponentlərin 
məzmun  yaratmada  fəal  mövqeyini  nümayiş  etdirdi.  Bu 
nümayiş  bir  tərəfdən  müasirlərinə  müraciətlə  yazdıqlarında, 
dövrün  problemlərinə  münasibəti  ortaya  qoymada  göründüsə, 
digər müstəvidə janrın özünün bir forma olaraq siyasi məzmun 
ifadəsi  ilə  bağlanırdı.  Vaqif  bu  məsələdə  Vidadi  ilə  təbii 
həmfikir olurdu və Vidadinin cavabında da bu görünür.  
 
Söhbəti-nakəsü namərd həmin söhbət imiş
Dut ki bir mərd ətəgi dövləti-xaqanə dəgər. 


 
178 
Mən ki meydani-bəla içrə sərim top edərəm
Ta düşər əldən-ələ, axırı çovkanə dəgər.  (62, 99) 
 
Göründüyü  kimi,  bu  nümunədə  məzmun  Vaqifin 
həyatının  son  dövründə  baş  verənlərinə  bağlanır  və  bədii 
düşüncədə  qəlibləşmiş  “Vaqifin  son  şeirləri”  sırasında  nəzərə 
çarpır.  Düzdür,  burada  təsvirlər  bütün  çılpaqlığı  ilə  həmin 
vəziyyətin  ifadəsinə  yönəlməsə  də,  lakin  verdiyimiz  misralar 
bizə əsas verir ki, bu ümumi məzmunu, ruhu etibarilə yaşadığı 
ağır  anların  ifadəsinə  həsr  olunmuşdur  qənaətinə  gələk. 
Ədəbiyyatşünasların  bir  qismi  bunu  Vaqifin  Qarabağ 
xanlığında  hələ  əvvəllər  bir  müddət  həbsxanada  yatması  ilə 
əlaqələndirirlər.  Səbəb  isə  Vaqifin  Şəki  xanı  Hüseyn  xan 
Müştaqla yaxınlığı olmuşdur. Müəyyən müddətdən sonra Vaqif 
həbsdən  azad  olmuşdur.  Hadisə  Qarabağ  xanlığında  baş 
vermişdir.  Şeirin  ümumi  ruhu,  mətn  informasıyisa  da  bunu 
deməyə  əsas  verir.  Vidadi  də  məhz  öz  yaxın  həmkarının 
dedikləri müqabilində baş verənlərə münasibətini bildirmiş, bir 
növ  vəziyyəti  saf-çürük  etmişlər.    “Afəti-dəhr  dəyər  ol  kəsə 
kim, kamildir” misrası, eləcə də “mah hər gün ki,  kəmalə yetə, 
nöqsanə  düşər”  misrasını  Vaqif  düşdüyü  vəziyyət  timsalında 
olanları  bədii  mətnə  gətirir.  Son  olaraq  “mərd  igidlər  özünə 
məhbəsi meydan bilir” misrası onun məhbəs anlarını işarələyir. 
H.Araslı  yazır:  “Vidadinin  həbsdən  olduğu  zaman  Vaqifin 
yazdığı  bir  şeirdən  Vaqifin  də  bir  mərd  ucundan  zindana 
düşdüyü  və çox əziyyət çəkdiyi  aydın olur. 
 
Sən ki, bir mərdin ucundan nə cəfa çəkdin isə
Vəsli-didari onun rəhməti-qufranə dəyər. 


 
179 
Bu beyt ehtimal ki,  Vaqifin Muştaq ilə dostluğu ucundan 
İbrahim xanın qəzəbinə uğraması ilə əlaqədardır.  
Bunu  Zakirin  “Kürk”  rədifli    şeirindən  də  müəyyən-
ləşdirmək  mümkündür. Həmin şeirdə  Zakir kürk göndərməyin 
xahiş edir və əsərin sonlarına yaxın yazır ki: 
 
Görmədinmi necə ol şirin şəkkər xəndənin
Eylədi yanında  acı binəva Mollanı kürk. 
 
Burada Zakir Molla deyə Vaqifi nəzərdə tutur” (6, 273). 
Bunlar  dövrün  ümumi  mənzərəsində  olanların  bir 
hissəsidir və sırf reallığı işarələyir. Vaqif real həyat hadisələri 
üzərində  köklənən  rəngsiz,  boyasız  olmaqla  bərabər,  istedadı 
ilə  əlçatmazlıqda  dayanan  şairdir.  Onun  təbii  olanın  ifadəsinə 
köklənmiş  bədii  düşüncəsinin  estetik  qatları  bütün 
vəziyyətlərdə  formanın  təkamülü  ilə  şərtlənir.  Bu  təkamüldə 
böyük  sənətkar  mövcud  forma  daxilində  elə  hərəkət  edir  ki, 
onun məzmun çalarları bədii normanın mahiyyətini şərtləndirir. 
Vaqifin  bu  qəzəlini  burada  verməyimiz  bir  məsələ  ilə 
bağlıdır  və  bu  da  ustad  sənətkarların,  demək  olar,  böyük  bir 
qismi  bu  və  ya  digər  şəkildə  klassik  formadan  (klassik  şeir 
şəkillərindən)  bəhrələnmişlər.  Bunu  ayrı-ayrı  ustad  sənətkar-
ların  yaradıcılığından  cüng  vasitəsi  ilə  gələnlər  də  göstərir. 
Qurbaninin,  Abbas  Tufarqanlının,  Xəstə  Qasımın,  Aşıq 
Valehin və başqalarının yaradıcılığı buna nümunədir. H.Araslı 
da  öz  araşdırmalarında  bu  məsələyə  diqqət  yetirmişdir.  Lakin 
böyük əksəriyyət  şifahi yaddaşda uzun müddət qala bilməmiş 
və unudularaq sıradan çıxmışdır. Bütün ustadlar kimi Vaqif də 
qoşmadan  klassik  ənənədə  yazıb  yaratmaya  gəlib  çıxmışdır. 
Çünki “Vaqif aşıqların içində böyüyüb. Kiçik yaşlarından onun  
sinəsi  el  sözləri,  aşıq  dastan  və  qoşmaları  ilə  dolmuşdu.  Ona 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə