Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

 
164 
Kimi həyat gəzir, kimi dövranı, 
Kimi haqqı gəzir, kimi divanı, 
Kimi qulluq gəzir, kimi cahanı, 
Kimi saray, bağça-bağa aşiqdi. 
 
Kimi dostu gəzir, kimi hörməti
Kimi səxavəti, kimi mürvəti, 
Kimi ədaləti, kimi sənəti, 
Kimi vətən, namus, ara aşiqdi. (12, 411).   
 
Bunlar M.P.Vaqifdən sonra da əvvəl də olmuşdur, sadəcə 
olaraq  bu  böyük  sənətkar  olanlardan  yararlanmaqla,  mükəm-
məl  nümunələr  yaratmış  və  yazılı  ənənədə  onun  yaşamına 
yardımçı  olmuşdur.  M.P.Vaqif  və  Molla  Cümə  yaradıcılığı 
kontekstində  müqayisələr  aparan  folklorşünas  P.Əfəndiyev 
yazır: “İlahi, hər iki sənətkarın nə qədər də oxşar, yaxın əsərləri 
var.  Elə  bunların  özü  də  sübut  edir  ki,  Molla  Cümə  Vaqifi, 
onun dünya şöhrətli yaradıcılığını, xüsusilə də qoşma, təcnis və 
deyişmələrini  yaxşı  tanıyır  və  ürəklə  bəhrələnirdi.  Hər  iki 
sənətkarın  eyni  bir  şeiri  üzərində  müşahidələr  aparmaq 
uğurludur. 
Şeirlərində  Vaqif  əvvəlcə  gözəlin  portretini  çəkir, 
gözəlliklərini,  əlamətlərini  sadalayır.  Molla  Cümə  isə  «gözəl» 
deyərək  müxtəlif  mənalar  üzərində  şeirini  tamamlayır.  Elə  bil 
Vaqif tərəfindən portreti çəkilmiş gözələ vurulan Molla Cümə 
ondan  çarə  istəyir.  Başqa  sözlə,  Molla  Cümə  gözəli  artıq 
tərifləri, əlamətləri aşkar edilmiş hazır gözəldir. Vaqif isə onun 
gözəlliklərini,  əlamətləri  ilə  şeirə  gətirir.  Vaqif  gözəl  sözünü 
müxtəlif  mənalarda  işlətməklə  gözəlin  gözəlliyini  ustalıqla 
poetikləşdirir.  Oxucuya  aydın  olsun  ki,  söhbət  hər  iki 
sənətkarın  gözəlin  tərifinə  elədiyi  və  bir-birinə  oxşar,  yaxın 
olan «Gözəl» şeirindən gedir.  
 


 
165 
Vaqif: 
Gözəl qamət, gözəl gərdən, gözəl üz, 
Gözəl olmaz sən tək olsa, gözəl yüz
Gözəl canı munca yetər, gözəl üz, 
Gözəl deyil, etmə, gözəl alı sən. 
 
Molla Cümə: 
Gözəl bircə, gözəl, dayan burada, 
Gözəl dərdim gözəl deyim sənə get, 
Gözəl günüm gözəl qoydun qarada, 
Gözəl, rəhmin gözəl eylə mənə get. 
 
Vaqif: 
Gözəl durub, gözəl gəzib, gözəl bax
Gözəl kəlbəm, sal boynuma gözəl bağ 
Gözəl, seyrü kəşt eyləyib gözəl bağ 
Gözəl, dər budaqdan gözəl alı sən. 
 
Molla Cümə: 
Gözəl, varmı gözəl dərdə dərmanım, 
Gözəl aldı, gözəl dinim, imanım, 
Gözəlimsən, gözəl İsmi Pünhanım 
Gözəl doğru, gözəl cavab denə, get. 
 
Hər  iki  sənətkarın  elə  şeirləri  var  ki,  onlar  arasında 
oxşarlıq,  yaxınlıq  göz  qabağındadır.  Burada  istər-istəməz 
ustad-şagird ənənəsi özünü aydıncasına göstərməkdədir. 
 
Vaqif: 
Bir fitnə fellinin, üzü xallının 
Bir şirin dillinin qurbanıyam mən. 
Bir qənd məqallının ləb zülallının 
Bir ağzı ballının qurbanıyam mən. 
 


 
166 
Molla Cümə: 
Bir zülfü ənbərə, qaşı peykərə, 
Bir gözü xumara canım peşkəşdir. 
Bir yanaq əhmərə, üzü qəmərə 
Bir dişi gövhərə canım peşkəşdir. 
 
Vaqif: 
Bir süsən muylunun, səmən boylunun, 
Friştə xoylunun, mələk soylunun
Bir cənnət küylünün, Tuba boylunun, 
Bir şümşad qollunun qurbanıyam mən. 
 
Molla Cümə: 
Bir ismi əzbərə, əndamı tərə, 
Bir cavan bəşərə, gözəl düxtərə, 
Bir eşqi əxkərə çox zülümkərə 
Cüməyəm, əşkara canım peşkəşdir. 
 
Vaqif  Azərbaycanın  aşıq  sənətinin  ənənələri  üzərində 
pərvəriş  tapmışdır.  Onun  bütün  şeirləri  öz  köklərini  Azərbay-
can  aşıqlarının  şeirlərindən  götürür.  Beləliklə,  Vaqif  böyük 
ustad  sənətkar,  müəlim  kimi  formalaşmışdır.  Bunun  ikinci  bir 
tərəfi  də  var.  Azərbaycan  aşıq  sənətinin  ənənələrindən  güc-
qüvvət alan Vaqif sonralar özündən sonra yetişən aşıqların, ən 
böyük  ustadları  da  daxil  olmaqla  ustadı  olmuşdur.  Vaqifdən 
sonra  elə  bir  Azərbaycan  aşığını  tapmaq  olmaz  ki,  o,  böyük 
sənətkarın  yaradıcılığından  bəhrələnməmiş  olsun”  (37). 
Doğurdan da M.P.Vaqif elə bir ədəbiyyat hadisəsidir ki, onun 
təsir  sərhədlərini  bütün  tərəfləri  ilə  açmaq  özü  mümkünsüzdü 
və  demək  olar  ədəbiyyatı  əhatələyir.  Aşıq  yaradıcılığında  da 
belədir, folklorşünas alim də məhz müşahidələrini Molla Cümə 
ilə  Molla  Pənah  Vaqif  yaradıcılığı  timsalında  ümumiləşdirir. 


 
167 
Böyük  sənətkarın  Azərbaycan  xalqının  zəngin  mədəniyyət 
hadisəsi  olan  aşıq  yaradıcılığından  yüksək  ustalıqla 
bəhrələnməsi onun həm də son olaraq aşıq yaradıcılığına güclü 
təsirini  aktuallaşdırmışdır.  M.P.Vaqif  aşıq  yaradıcılığından 
təkcə  məzmunu,  formanı,  müəyyən  klişeləri  mənimsəməklə 
kifayətlənmədi,  bundan  daha  əsas  və  öncə  ruhu,  sənətin 
genetikasını,  simvolik  sistemini,  etnosun  iç  dünyasını 
mənimsədi.  Qurbani,  Abbas  Tufarqanlı,  Lələ,  Kərəm,  Qərib, 
Sarı  Aşıq,  Qaracaoğlan,  Xançoban,  Varxiyanlı  Məhəmməd, 
Dəllək Murad,  Yəhya bəy Dilqəm, Xəstə Qasım, Abdalgülablı 
Valeh,  Xasta  Hasan,  Aşıq  Hüseyn  Şəmkirli,  Ağ  Aşıq,  Dollu 
Mustafa,  Aşıq  Alı,  Aşıq  Ələsgər,  Hüseyn  Bozalqanlı,  Çoban 
Əfqan,  Şeyda  Əziz,  Mirzə  Səməd,  Xındı  Məmməd,  Borçalı 
Şair  Nəbi,  Aşıq  Bilal,  Mikayıl  Azaflı  və  s.  sənətkarların 
yaradıcılığı  üzərində  aparılan  tipoloji  təhlillər  M.P.Vaqif 
şeirinin  ənənədə  hansı  keyfiyyətlərlə  səciyyələnməsini  və 
özündən  sonra  gələnlərdə  nələrlə  özünü  göstərməsini 
aydınlaşdırır. Ə.Abid xüsusi bir məqama toxunur və vurğulayır 
ki,  “müqayisə edildiyi  təqdirdə Qafqaz və Azərbaycan xanları 
sarayında heca vəzni  daha qüvvətli  bir inkişafa  nail olmuşdur. 
Vaqifin  qüvvətli  şairliyi  nəticəsində  heca  vəzni  müasirlərinin 
haman həpsi tərəfindən kullanıyordu. 
Vaqifdə  heca  vəzninin  yalnız  on  birisi  var.  Əksərisi  iki 
duraklıdır.  Üç  durakı  ehtiva  edən  on  birli  azdır.  Bizim  ədəbi 
sahəmizdə on birli hecanın on yeddi və on səkkizinci əsrlərdə 
çox  məqbul  olması  Xətai  ilə  başlayan  və  Kərəmlə  qüvvət  və 
şəxsiyyət qazanan hərəkatın nəticəsidir. Vaqifin hecası – aşina 
olduğu  klassik  ədəbiyyat  tərbiyəsi  dolayisilə    -  Xətai  və 
Kərəmdən çox fərqli və bişkindir” (1, 165). Burada vurğulanan 
Xətai  //  Kərəm  //  Vaqif  məsələsi  bütünlükdə  aşıq  şeir 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə