Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

 
168 
ənənəsinin  mahiyyətini  aydınlaşdırmağa  və  türk  şeir  tərzinin 
inkişaf tendensiyasını açmağa imkan verir. Ancaq bir məsələyə 
diqqət  yetirək  ki,  “Vaqifin  qüvvətli  şairliyi”  təkcə  yazılı 
ədəbiyyat  xəttində  hökmfərmanlıq  göstərmirdi,  bütünlükdə 
ədəbi axınları, mədəni düşüncəni istiqamətləndirirdi. Ona görə 
də  “müasirlərinin  haman  həpsi”  Vaqifin  açdığı  yolun  davam-
çısı  kimi  milli  oyanışın  inkişafına  və  aydınlığına  yardımçı 
olurdular.  Burada  vurğulanan  digər  məsələ  “Vaqifdə  heca 
vəzninin  yalnız  on  birisi  var  qənaətidir”  ki,  bu  da  sırf 
kontekstdən  irəli  gələn  məsələdir,  yəni  düşünürük  ki,  əgər 
M.V.Vidadidə  gəraylı,  bayatı  nümunələrinə  rast  gəliriksə  bu 
heç  şübhəsiz  Vaqif  yaradıcılığında  da  özünə  yer  tapmışdır. 
Təəssüf  ki,  dövrün  siyasi  hadisələri,  Vaqifin  həyatının  son 
çağlarında  yaşadığı  tale  onun  başqa  ölçülü  şeirlərinin  də 
itkisinə,  məhvinə  səbəb  olmuşdur.  Çünki  M.P.Vaqif 
yaradıcılığı  bizə  yaddaşlardan  gəlib  çatmışdır  və  bütün 
müşahidələrimiz həmin nümunələr əsasındadır. 
Ə.Abid  mülahizələrində  Vaqif  yaradıcılığı  timsalında 
vurğulanan və açılmalı olan “Xətai və Kərəmdən çox fərqli və 
bişkindir”  məsələsidir.  Əlbəttə  burada  fərd  şəklində  Xətai  // 
Kərəm  //  Vaqif  məsələsi  istedad  və  özünəməxsusluq  kimi 
qiymətləndirilə bilər, ancaq əslində mahiyyət daha böyük, həm 
də  dərin  qatlıdır.  Bir-birindən  fərqli  zaman  kəsiyində  yaşayan 
və  dünyagörüşə  malik  olan  bu  sənətkarların  yaradıcılığı 
bütünlükdə  böyük  bir  mədəniyyəti,  mədəni  layı  Xətaiyə 
qədərki zamanla birgə aşılayır. “Vaqifin qüvvətli şairliyi” türk 
şeir  ənənəsinin,  türk  dil  sisteminin  fonopoetik,  morfopoetik, 
sintaktik  sisteminin  mükəmməlliyini,  ecazkarlığını,  cərgələr-
arası,  misralararası  simmetriyanın  fövqəlliyini  aydınlaşdırır. 
Əlbəttə burada Xətai, Kərəm, Vaqif yaradıcılığındakı fərqliliyi 


 
169 
qəbul  etmək  təbiidi  və  həmin  fərqlilik  görünəndi.  Ancaq 
Xətaidən  Vaqifə  gələn  yolun  simmetriyası  və  ziqzaqları  ilə 
Kərəmdən  Vaqifə  gələn  yolun  mahiyyət  və  mükəmməllik 
dərəcəsi eyni deyildir. Xətainin bu yolda gördüyü iş əvəzsizdi 
və  bir  növ  yaddaşın  özünüdərki,  özünə  qayıdışıdı.  Onu  da 
deyək ki, bu aşıq yaradıcılığında deyil, yazılı ədəbiyyat, klassik 
ədəbiyyat  timsalında  olanlar  səviyyəsində  belədir.  Xətai  bu 
yolun parlaqlığına və gərəkliliyinə istiqamət verdi və müəyyən 
tərəddüdlər  olmasına  baxmayaraq  Vaqifə  qədərki  mərhələdə 
elə  də  aparıcılığa  çıxa  bilməsə  də  çoxalan  tendensiya  ilə 
müşahidə olundu. Onun ikinci xətti Kərəmdi ki, bu daha parlaq 
və  möhtəşəmliyi  ilə  seçilirdi.  Bir  növ  saray  mühitindəki 
vəziyyətdən çox-çox uzaq, böyük kütlənin ruhunu ifadə edəcək 
mədəniyyət  idi  ki,  gələcək,  daha  doğrusu  Vaqifi  ortaya 
çıxaracaq  zaman  buna  yüklənirdi.  Bu  isə  özlüyündə  milli 
intibahın  yaranışı  idi.  “Koroğlu”,  “Əsli  və  Kərəm”,  “Aşıq 
Qərib”,  “Tahir  və  Zöhrə”,  “Abbas  və  Gülgəz”  kimi  şedevrlər 
məhz  bu  möhtəşəmliyin  hadisəsi  idi.  Kərəm  xəttində  Vaqif 
bunlarla  təmsil  olunurdu.  Onun  əsas  enerji  qaynağı  da  burada 
idi.  Qalanlar  ikinci,  üçüncü  dərəcəlilər  idi.  Qaldı  Kərəm 
şeirinin bişkinliyi məsələsinə bu başqadı və sazdan gəlir, sazla 
bağlı  olan  hadisə  kimi  də  təhlil  olunmalıdı.  Böyük  şairimiz 
S.Vurğunun  “könlünü  bəsləmiş  sazlar  eilində”  qənaəti  də 
buradan irəli gəlir. M.P.Vaqif öz “şair qüvvətliliyi” ilə Xətai və 
Kərəm  böyüklüyünün  qovuşuğunda  yaranmışdır.  Daha 
doğrusu,  onların  sənət  möcüzəsindən  doğmuşdur.  Onun  isə 
qatları bütünlükdə Dədə Qorquddan üzü bəri olanları işarələyir.  
Məsələn, Vaqif təsirini aydınlaşdırmaq üçün  “Oynasın” rədifli 
qoşması əsasında yaranmış nümunələrə diqqət yetirək. Vaqifdə 
oxuyuruq:   


 
170 
Başına döndüyüm toy adamları, 
Siz də deyin toya gələn oynasın. 
Adını demirəm eldən ayıbdı, 
Filankəsin qızı, filan oynasın. 
 
Nə müddətdi ona güvənən bizik
Həsrətin çəkməkdən canımız üzük, 
Hər əlinə alıb bir dənə üzük, 
Üzüyü dəstinə alan oynasın. (89, 79) 
 
XIX  əsr  aşıq  yaradıcılığının  görkəmli  ustad  sənətkarı 
Aşıq  Hüseyn  Şəmkirlinin  (1811-1891)  eyni  rədif  üzərində 
yazdığı  qoşma  Vaqifin  “qüvvətli  şairliyi”nin  təsiri  altında 
yaranmışdır.  Bu  təsir  M.P.Vaqifin  bütünlükdə  aşıq  yaradıcı-
lığına olan təsirinin nümunəsidir. 
 
Aşıq Hüseyn Şəmkirlidə: 
Bir tuba boyludu, zülfləri dəstə, 
Dərdini çəkməkdən olmuşam xəstə
Əhdindən dönməyən ucuz söz üstə 
Dostunun qədrini bilən oynasın. 
 
Duman gəldi, bu dağları bürüdü, 
Ortalıqda olan pünhan sirr idi
Bu məclisdə əyləşənin biridi, 
Yaşmağın altından gülən oynasın. (10, 15). 
 
Axıska  aşıq  mühitinin  ustad  sənətkarlarından  sayılan 
Xəstə  Hasanın  (1762-1848)  yaradıcılığında  da  “Oynasın” 
rədifli şeirinin təsiri ilə yaranmış nümunəyə rast gəlirik. 


 
171 
Geyinib-kecinib toya gələnlər, 
Amanat-amanat yar oynamasın. 
Cavandı oynamaq ona xoş gedər
Yüngüllük eyləyib tez oynamasın. 
 
Dostla düşmən yığılıban baxallar, 
Ağ əllərə əlvan həna yaxallar, 
Töhmət edər, başımıza qaxallar, 
Kələğay altından göz oynamasın.  (85, 108) 
 
Aşıq Hüseyn Bozalqanlının eyni rədifli şeirinə də diqqət 
yetirək: 
 
İltimas eyləyib nazlı dilbərə, 
Mən demirəm ona, yox, oynamasın. 
Görən cavanların xiyalı çaşır, 
Oynasa da barı çox oynamasın. 
 
Hərçəndi oynamaq ona yaraşır, 
Siyah zülfü qamətinə dolaşır, 
Açılır rübəndi, gözlər qamaşır, 
Yayılır aləmə şox, oynamasın. (14, 129-130) 
 
Dədə Ələsgər də məhz bu rədifdə qələmini sınamış və öz 
istedadı  ilə  ənənənin  davamlılığını  göstərmiş,  eyni  zamanda 
Vaqif qüdrətinin böyüklüyünün təqdiminə yardımçı olmuşdur. 
 
İltimas eyləyib gedən canlardan
Dost-düşmən içində yar oynamasın. 
Cavandı, oynamaq ona xoş gəlir, 
Bizə əysikliyi var, oynamasın. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə