Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

 
160 
Olmaz sənin kimi bir qönçə dəhan
Behiştdən gəlibsən, ay huri, qılman! 
Tutubsan dəstində bənövşə, reyhan, 
Gülgəz yanağına lala yaraşır. (8, 100). 
 
Bu  üç  nümunə,  “Koroğlu”dan,  M.P.Vaqifdən  və  Aşıq 
Ələsgərdən  verdiyimiz  poetik  mətn  bizə  fikirlərimizi  aydın-
laşdırmaq  üçün  lazımı  qədər  material  verir.  Bunların  sayını 
daha  da  artırmaq  olardı,  ancaq  bu  nümunələrin  müqayisəsi 
imkan  verir  ki,  Vaqif  yaradıcılığının  mahiyyətini,  ənənənin 
hansı  səviyyədə  yaddaşda  təkrarlanmasını,  dövriyyədə  keçir-
diyi  prosesi  izləməyək.  Əlbəttə  hər  bir  nümunə  lazımı  qədər 
poetik sistemin, mükəmməl bədii modelin üzərində qurulmuş-
dur  və  onun  sistemi  janr  məzmununu,  etnos  mədəniyyətini, 
fonopoetik  sistemin  işləkliyini  və  dayanıqlığını,  xarakterini 
müəyyənləşdirməyə  əsas  olur.  Vaqifin  əzəmətliliyi,  böyük 
sənətkar  kimi  böyük  ədəbiyyata  töhfəsi,  milli  mədəniyyətin 
bütün komponentlərini məzmun və formul elementləri ilə birgə 
elə  xalqdan  götürüb  xalqın  olan  kimi  təqdimidir.  Bu  onun 
bacarığının,  fərdi  qabiliyyətinin  mühüm  tərəfi  kimi  elə  güclü 
olandı  ki,  öz  dövründə  və  sonrakı  çağlarda  milli  düşüncə 
kontekstində bütünlükdə intibahı şərtləndirdi. Vaqif milliliyin, 
milli  olanın  klassikidir  və  bütün  olanları  ilə  burada  təmsil 
olunur.  Biz  bədii  mühitdə  zaman  //  məkan  müstəvisində 
məsələlərin şərhini və prosesin mütəhərrikliyini, siyasi mühitin 
nələrlə  təmsil  olunmasını  və  yazıçı  təxəyyülündə  və 
düşüncəsində  hansı  səviyyədə  realizəsini  bir  tam  olaraq 
görürük. Əlbəttə yaradıcılıqda şəxsiyyət əsasdır və bütünlükdə 
mühitdən,  eləcə  də  fərd  olandan  nəyisə  uma  bilərik, 
gözləntilərimiz  olar,  bədii  nümunənin  alınıb-alınmamasını, 


 
161 
hansı  şəraitdə  yazılmasını  nəzərə  ala  bilərik.  Ancaq  digər  bir 
tərəfi  də  qəbul  etməliyik  ki,  Vaqfidən  və  yaxud  da 
M.V.Vidadidən  Füzulilik,  Məsihilik,  Fədailik  və  s.  gözləyə 
bilmərik,  nə  də  buna  ehtiyac  hiss  etmirik.  Sadəcə  olaraq 
onlardan 
öz 
düşüncələrimiz, 
istəyimiz 
müqabilində 
gözləntilərimiz  ola  bilər.  Ədəbiyyatın,  mühitin,  eləcə  də 
özümüzün  içimizdə  quraşdırdığımız  ölçü-mizanla  onu  təhlil 
edə  bilərik.  Əlbəttə  ədəbiyyatımızın  Füzuli  zirvəsi  bizə  bir 
başqa  baxış  bucağından,  elə  Füzulinin  böyüklüyü  timsalında 
bədii  mətnin  simvolikası,  poetik  sistemin  mükəmməlliyi 
anlamında  yanaşmağı  diktə  edir.  Sadəcə  olaraq  digər  bir 
istiqamət  Füzuliyə  gələn  yolun  sonrakı  çağında  nələrlə  təmsil 
olunması,  uğurları və tapıntıları və  yaxud da başqa  yönümləri 
üzərində  düşünməkdir.  Əlbəttə  burada  müxtəlifyönümlü 
təmayüllərin  olmasından  da  qaçmırıq,  çünki  ədəbiyyat  nəhri 
bütünlükdə  axınları,  siyasi  münasibətləri,  dövrün  ictimai, 
siyasi, mədəni mühitində baş verənləri izləmək üçün ən əsaslı 
mənbədir.  Yazılan  tarixdən  fərqli  olaraq  təbii  prosesin, 
obyektiv  münasibətin  göstəricisidir.  Etnosun  bədii-estetik 
düşüncəsinin müxtəlif mərhələlərdə qayğıları, istək və arzuları, 
idealları, gözləntiləri ilə bağlanır. Vaqif yaradıcılığı bu mənada 
bədii-estetik düşüncənin meyarı olaraq Vidadi ilə həmahəngdir. 
Əlbəttə  münasibətlər  səviyyəsində  nə  qədər  baxış  fərqlilikləri 
varsa  bir  o  qədər  də,  bəlkə  də  ondan  qat-qat  da  çox  olan 
yaxınlıqları  vardır.  Heç  şübhəsiz  M.V.Vidadi  Vaqif  üçün 
ağsaqqal, böyük idi və ona məhz bu meyarla, dəyərlə yanaşırdı. 
Yaradıcılıq  anlamında  da  bu  belə  görünür.  Və  hər  ikisi  də 
etnosun  dəyərləri  müstəvisində  köklənir,  daha  doğrusu, 
qaynağını  “sazlar  eli”ndən  alır,  elə  şeirlərini  də  bu  sazlar 
üstündə kökləyir. 


 
162 
Gözəl boylu, gözəl xoylu, gözəl yar, 
Nə gözəlsən, geyinibsən alı sən. 
Gözəl gözün hər bir qıya baxanda, 
Gözəl canı gözəl təndən alısan. 
 
Gözəl qamət, gözəl gərdən, gözəl üz, 
Gözəl olmaz sən tək olsa, gözəl yüz
Gözəl canı munca yetər, gözəl üz, 
Gözəl deyil, etmə, gözəl, alı sən. (89, 130) 
 
Burada  fonopoetik  simmetriya  əvvəldən  axıra  qədər 
qorunur  və  şairin  məram-məqsədinin  ifadəsi,  daha  doğrusu 
çatdırılması  üçün  məzmunyaradıcı  funksiyadan  çıxış  edir. 
Mətnin  morfopoetik,  sintaktik  məzmunu  da  məhz  eyni 
düşüncənin  simvolikasını  işarələyir,  mətn  //  mətn,  mətn  // 
subyekt, mətn // mühit münasibətləri bir bütöv olaraq əvvəldən 
axıra  qədər  mahiyyətə  yüklənir.  Burada  aparıcılıq  və 
düşüncənin  ağırlıq  mərkəzi  fonosemantikliklə  təzahür  olunur. 
Eyni  sistemi  biz  aşıq  yaradıcılığının  ustad  sənətkarlarında 
davamlı  olaraq  görə  bilirik.  Məsələn,  Xəstə  Qasımın  “Tər 
gülər, sənəm” qoşmasına diqqət yetirək: 
 
Tər getdim tər yarın tər xanəsinə, 
Tər mehman, tər eylər, tər gülər Sənəm. 
Tər xubdur, tər şuxdur, tər nazənindir, 
Tər deyər, tər söylər, tər gülər Sənəm. 
 
Tər zülfün, tər burmuş tər buxağında, 
Tər bəyaz, tər əhmər, tər yanağında, 
Tər şəkər, tər damar, tər dodağında, 
Tər tutub, tər dişlər, tər gülər Sənəm. (64, 33). 


 
163 
Əlbəttə bu tip şeirlər yaradıcıdan xüsusi bacarıq, istedad 
tələb edir, onun mətn sistemində sözlərin  seçilməsi  sənətkarın 
fərdi  imkanlarını  müəyyənləşdirir.  Aşıq  yaradıcılığında  xüsusi 
bir  forma  kimi  özünü  göstərən  bu  cür  nümunələr  ustadların 
diqqətini  həmişə  cəlb  etmişdir.  M.P.Vaqif  də  göründüyü  kimi 
bu  zənginlikdən  yaradıcılığında  bəhrələnmiş  və  onun  orijinal 
nümunələrini  yaratmışdır.  Göründüyü  kimi,  Vaqifin  “gözəl” 
sözü  üstündə,  X.Qasımın  “tər”  sözü  üstündə  qurması  və 
əvvəldən  axıra  qədər  buna  bur  qanunauyğunluq  kimi  əməl 
etməsi  bədii  mətnin  poetik  sisteminə  bir  ahəngdarlıq 
gətirmişdir. Molla Cümənin, Mikayıl Azaflının yaradıcılığında 
da  bu  tip  nümunələr  kifayət  qədər  özünə  yer  tapır.  Prof. 
Q.Paşayev  bunları  Mikayıl  Azaflının  “Qoca  Azaflıyam” 
kitabında  “Sicilləmələr”  başlığı  altında  təqdim  edir.  Molla 
Cümənin  “Peşkəşdir”  şeiri  də  eyni  forma  üzərində  qurulmuş-
dur. 
 
Bir zülfü ənbərə, qaşı peykərə, 
Bir gözü xumara canım peşkəşdir.  
Bir yanaq əhmərə, üzü qəmərə, 
Bir dişi gövhərə canım peşkəşdir. 
 
Bir ləbi sükkərə, dili şəkərə
Bir sinə mərmərə, bəxti əxtərə, 
Bir qəddi ər-ərə,  təzə nübkərə, 
Bir belə dilbərə canım peşkəşdir. (27, 140). 
 
Mikayıl  Azaflının  da  yaradıcılığında  bu  tip  nümunələr 
var  ki,  bunların  hamısı  aşıq  yaradıcılığında  özünü  orijinal 
nümunə  kimi  göstərir  və  maraqlı  fakt  zənginliyi,  formul 
müxtəlifliyi ilə mühüm əhəmiyyət kəsb edir. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə