Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

 
152 
yaranır.  Əlbəttə  “Dədə  Qorqud  kitabı”  bütün  müstəvilərdə 
möhtəşəm  abidədir,  onun  poetik  sistemi,  bütünlükdə 
arxitektonikası  həm  şifahi,  həm  də  yazılı  ənənədə  ciddi 
təhlilləri  aktuallaşdırır  və  bu  inkişafın  ümumi  məzmununu 
aydınlaşdırmaq üçün ən əsaslı mənbə  hesab oluna bilər. 
 
Qum qumlamayım quma yurdum! 
Qulanla, sığın, keyikə qonşu yurdum! 
(Alaca atlı kafirdən sapa yurdum!) 
Səni yağı nə yerdən darımış, gözəl yurdum?! 
Ağ ban evim tikiləndə yurdu(m) qalmış, 
Qarıcıq anam olurunda yeri qalmış, 
Oğlum Uruz ox atanda puta qalmış, 
Oğuz bəyləri at çapanda meydan qalmış. 
Qara mutbax tikiləndə ocaq qalmış. (58, 35). 
 
“Kitabi-Dədə  Qorqud”dan  “Koroğlu”ya,  “Abbas  və 
Gülgəz”ə, “Əsli-Kərəm”ə, “Aşıq Qərib”ə, “Əmrah”a, “Tahir və 
Zöhrə”yə,  “Valeh  və  Zərnigar”a  gələn  yol  özünün  möhtə-
şəmliyi, fakt zənginliyi, müxtəlifliyin təzahürü ilə son dərəcədə 
böyük əhəmiyyət kəsb edir. Vaqifə gələn  yolu bir istiqamətdə 
dastan  müstəvisində  “Kitabi-Dədə  Qorqud”dan  gələnlərlə 
tipoloji  müstəvidə izləyiriksə, digər istiqamətdə  bu  yolu Dədə 
Qorquddan  Qurbaniyə,  Abbas  Tufarqanlıya,  Qaracaoğlana, 
Lələyə,  Sarı  Aşığa,  Xəstə  Qasıma  və  s.  olanlar  kontekstində 
aydınlaşdırmağın  gərəkliyi  görünür.  Çünki  M.P.Vaqif 
yaradıcılığı  bütün  tərəfləri  ilə  bu  özül  əsasında  dayanmışdır. 
Onun əzəməti, sirri, ecazkarlığı buradan boy göstərir və bizi bu 
zənginliyə kökləməklə əsir edir.  
 


 
153 
On min ərdən yağı gördümsə, oyunum dedim
Yigirmi min ər yağı gördümsə, yılamadım. 
Otuz min ər yağı gördümsə, ota saydım, 
Qırx min ər yağı gördümsə, qıya bağdım. 
Əlli min ər gördümsə əl vermədim,  
Altmış min ər gördümsə, aytışmadım, 
Səksən min ər gördümsə, səksənmədim. 
Doxsan min yağı gördümsə donatmadım. 
Yüz min ər gördümsə yüzüm dönmədim, 
Yüzü dönməz qılıcım ələ aldım. 
Məhəmmədin dini eşqinə qılıc urdum. 
Ağ meydanda yumru başı tonça kəsdim
Onda dəxi ərəm, bəyəm deyü öyünmədim. 
Öyünən ərənləri xoş görmədim. (58, 145).  
 
“Kitabi-Dədə  Qorqud”  dastanları  elə  bir  möhtəşəmlik 
nümunəsidir  ki,  ciddi  təhlillərə,  sinxron  və  diaxron  yanaş-
malara və lazımı nəticələrin ortaya qoyulmasına imkan yaradır. 
Burada  mətnin  fonopoetik  sistemi  özündə  məzmunyaradıcı 
funksiyasında  çıxış  edir.  Və  “Koroğlu”ya  gələn  yolun 
genetikasını, dinamik  mənzərəsini müşahidə etməyə, texnoloji 
sistemini  müəyyənləşdirməyə  imkan  yaradır.  Bu  qəhrəmanlıq 
nümunəsi bizi təkcə məzmun baxımından təsirdə saxlamır, həm 
də  bu  məzmunun  örtüyünün  səciyyələndiyi  sistemin  məzmun 
yaratmada  nələrlə  təmsil  olmasını  aşkarlayır.  Məlum  olduğu 
kimi, “tarixi poetikamızda ənənəvi struktur tipləri formalaşmış 
və  onlar  getdikcə  cilalanaraq  kanonik  bədii  qəliblərə 
çevrilmişdir. Folklorda kanonik strukturun əhəmiyyəti o qədər 
güclənmişdir  ki,    o  yalnız  məzmuna  xidmət  edən  yardımçı 
vasitə  kimi  qalmamış  və  əsərin  mənasına  təsir  etməyə 


 
154 
başlamışdır.  Nağıl,  dastan,  qoşma,  bayatı  istilahlarının  artıq 
özləri  dinləyicidə    müəyyən  assosiativ  mənalar  doğurmuşdur. 
Yəni  folklorda  bədii  struktur  yalnız  keyfiyyət  deyil,  həm  də 
mahiyyətdir”  (41,  15).  “Dədə  Qorqud  kitabı”,  “Koroğlu”, 
“Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Tahir və 
Zöhrə”,  “Qul  Mahmud”,  “Səməd  bəy”  və  s.  bir  dastan  kimi 
poetik sistemi ilə təkcə məzmunu ifadə ilə yekunlaşmır, həm də 
bədii sxemin mahiyyət ölçüləri ilə təmsil olunur. Ona görə də 
türk  dastan  düşüncəsində  kanonik  sistemin  mükəmməlliyi 
bütünlükdə  bədii  düşüncəni,  onun  arxaik  yaddaşdan,  ilkin 
qatlarından  bu  yana  olanları  təkcə  özündə  ehtiva  etməklə 
kifayətlənmir, həm də təsirdə, hərəkətdə görünür. “Kitabi-Dədə 
Qorqud”dan  “Koroğlu”ya,  eləcə  də  “Kitabi-Dədə  Qorqud”dan 
“Aşıq  Qərib”ə  gələn  yol  təkcə  Azərbaycan  dastan  düşün-
cəsində  olanlarla  yekunlaşmır,  burada  daha  geniş  müstəvidə 
türk  dastan  yaradıcılığı  təmsil  olunur.  “Yaradılış”dan  “Kitabi-
Dədə  Qorqud”a  gələnlər  isə  daha  əski  təsəvvürə,  ilkin  olana, 
yaradılışın  özündə  görünənlərlə,  mifə  və  daha  əski  olana  
bağlanır.  Ona  görə  də  bədii  düşüncə  o  qədər  laylı,  həm  də 
təfərrüatlı  mədəniyyət  hadisəsidir  ki,  orada  etnos  özlüyündə 
bütün  olanları    ilə  ümumiləşir.  Əfsanələr,  rəvayətlər,  nağıllar, 
atalar  sözü  və  məsəllər,  nə  varsa  hamısı  təkcə  məzmun 
ifadəsilə  yekunlaşmır,  burada  formanın  mükəmməlliyi  
məzmun  yaratmanın, bədii şərtləndirmənin faktı olaraq nəzərə 
çarpır.  Daha  doğrusu,  məzmunun  ifadə  faktına  çevrilir.  Ola 
bilər ki, hər hansı hadisə, əhvalat öz tipikliyi, xarakteri ilə adi, 
daha  doğrusu  gördüyümüz  şəraitdə  adamı  heyrətləndirsin, 
ancaq onun bədii şəkildə işlənməsi alınmasın və bu tipik olan 
sıradan  olana  çevrilsin.  Bəzən  isə  hər  hansı  adi  olanın  bədii 
ustalıqla  işlənməsi  onun  mükəmməlliyinin,  sənət  hadisəsinə 


 
155 
çevrilməsini  əsas  etsin.  Ona  görə  də  folklor  kanonik  sistemin 
elə mükəmməl faktları ilə səciyyələnir ki, onun qeyri-adiliyinin 
təəssüratı həmişə təbii təsir bağışlayır. Vaqifin də Azərbaycan 
şeirinin  “könül  dastanı”na  çevrilməsi  məhz  bu  iki  sistemin 
tarazlığı, “könlünü sazlar eli”ndə bəsləməsindən irəli gəlir.  
“Kitabi-Dədə  Qorqud”  dastanlarından  yuxarıdakı  nümu-
nə söyləyici auditoriyasında ciddi məzmunu özündə ehtiva edir 
və  auditoriyanın  ehtiyacına  hesablanır.  Hansı  ehtiyac  ki, 
bütünlükdə etnosla təmsil olunur. Bu “Koroğlu” dastanında da, 
“Əsli  və  Kərəm”də  də,  “Aşıq  Qərib”də  də,  “Novruz  və 
Qəndab”da  da,  “Qaçaq  Kərəm”də  də  belədir.  Söyləyici 
auditoriyasında özünə yer tapmayan hər hansı bədii nümunənin 
yaşaması  mümkünsüzdü.  Çünki  ədəbi  proses  təbii  olanın 
üzərində bərqərar olur və təbii proses keçirir. Ona başqa rəng, 
boya, təhdidlə təsir  etmək mümkünsüzdür. Məhz M.P.Vaqifin 
yaradıcılığı  da  təbiiliyin,  xalqa  ruh  etibarilə  yaxınlığın 
nümunəsi idi ki, faciəli ölümündən sonra yaddaşlarda onilliklər 
ərzində  dolaşmağa  başladı,  sevilə-sevilə  əzizləndi  və  təzədən 
yaddaşdan  yazıya  gəldi.  Necə  ki,  biz  dastan  repertuarında, 
“Kitabi-Dədə  Qorqud”da,  “Koroğlu”da,  “Qurbani”də,  “Lətif 
şah”da,  “Abdulla  və  Cahan”da,  “Şah  İsmayıl”da,  “Şahzadə 
Əbülfəzl”də,  “Məsum  və  Diləfruz”da,  “Məhəmməd  və 
Güləndam”da, “Avdı və Mehriban”da və başqalarında görürük. 
Xalqın  təbiətində  olan  sahiblik  missiyası  onun  ruhu, 
mənəviyyatı,  bütünlükdə  həyat  tərzi,  dünyagörüşü  ilə  bağlı 
olanlarla  əlaqələnir.  Ustad  sənətkarlar  el-el,  oba-oba  gəzərək 
məhz  bu  missiyanı  yerinə  yetirmək  məqsədində  olmuşlar. 
“Kitabi-Dədə  Qorqud”  dastanlarında  vurğulanan  “eldən-elə, 
bəydən-bəyə  ozan  gəzər,  ər  comərdin,  ər  nakəsin  ozan  bilər” 
furmulu  bütünlükdə  ozanlığın  mahiyyətini  ifadə  edir  və  bir 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə