Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

 
137 
dayananlar bütünlükdə məhz bu intibahın mahiyyətinin aydın-
laşmasına  xidmət  edir.  M.P.Vaqif  Azərbaycan  ədəbiyyatının 
zənginliyi  və  milli  düşüncənin  intibahı    baxımından  həyati 
məsələdir.  Xalqın  döyünən  qəlbinin  pulsları  Vaqif  qəlbinin 
pulsları  ilə  eyni  xətdə  dayanır.  S.Vurğun  da  “Vaqifin  dili” 
məsələsini  məhz  bu  müstəvidə  vurğulayır.  Vidadinin  məşhur 
deyişməsində vurğuladığı “küllü-Qarabağın abi-həyatı, nərmə-
nazik  bayatıdır,  bayatı”  misraları  özlüyündə  digər  istiqamətdə 
Vaqif  dilinin  də  “nərmə-nazik”  bayatı”  dili  olduğunu 
düşünməyə  əsas  verir  və  birmənalı  olaraq  da  belədir.  Hətta 
şairin özünün “Cavanşir içrə bir mövzun bayatı dəsti-beyzadır” 
misrasında, eləcə də müxtəlif şeirlərindəki vurğulamalarında da 
görürük.  Bütün  bunlar  Qarabağ  mühiti  və  Vaqif  timsalında 
həm  klassik  üslubda  yazanların,  həm  də  xalq  şeiri  ənənəsinə 
köklənənlərin yaradıcılığında reallaşır.  
 
 
 
 


 
138 
DƏDƏ QORQUDDAN QURBANİYƏ, 
QURBANİDƏN VAQİFƏ 
 
Türk  düşüncəsinin,  milli  mədəniyyətinin  ana  xətti 
bütünlükdə  Dədə  Qorquddan  üzü  bəri  olanlara  bağlanır. 
Sonrakılar  əlavə  olanlardı  və  birmənalı  olaraq  qəbul  olunan 
bundan  ibarətdir  ki,  bir  xalqın  genetik  yaddaşında,  mifik 
dünyagörüşündə  özünün  ifadəsini  tapan,  qəlibləşən,  kanonik 
sistem  formalaşdırnan  nə  varsa  hamısı  bir  məcrada  kodlaşır. 
Tarixi  hadisələr,  dünya  nizamı  ikiliklərin  mövcudluğunu 
birmənalı  qarşılamır  və  bunların  hansı  birinici,  hansı  ikinci; 
gəlmə, törəmə kimi qəbul edir. Sonranın hadisəsi, mədəniyyət 
nümunəsi  olaraq  şərhə  üstünlük  verir  ki,  bu  bütün  xalqlarda 
belədir.  Daha  hansısa  xalq  üçün  başqa  müəyyənləşmiş,  fərqli 
sistem  yoxdur.  Nəzəri  məktəblər,  ədəbi  cərəyanlar  hansı 
müstəvidə  yanaşmasından  asılı  olmayaraq,  son  nəticədə  yenə 
bura  gəlib  çıxmağa  məhkumdur.  Ona  görə  də  türk  xalqlarının 
zəngin  mədəniyyət  fonduna  diqqət  yetirdikdə  bir  məsələ  gün 
kimi  aydındır  ki,  türkün  milli  mədəniyyətinin  genetik  yaddaşı 
birbaşa  Dədə  Qorquddan  üzü  bəri  olanlara  bağlanır.  Əlbəttə 
Dədə Qorqud bir mədəniyyət, etnos hadisəsi olaraq özündə elə 
bir  rəngarəngliyi,  qədimliyi,  yaddaşı  simvollaşdırır  ki,  bunun 
sərhədləri  bizim  dünya  təsəvvürlərimizin,  böyük  cahanşümul 
cəmiyyət anlayışımızın bütün  sistemini özündə birləşdirir. Ona 
görə  də  bu  sistemdə  “Rəsul  əleyhüssəlam  zamanına  yaxın 
Bayat  elindən  bir  ər  qopdu”    nitq  janrı  olduğundan  daha  əski 
təsəvvürləri  ehtiva  edir.  Fikrimizcə,  “Kitabi-Dədə  Qorqud” 
bəşər  mədəniyyətinin  kamillik  nümunəsi  olmaqla  bərabər, 
digər  istiqamətdə  türkün  cahanşümul  ideyalarının  fakt  və 
hadisə  göstəricisidir.  Onun  şaquli  və  üfiqi  dərinlikləri  ağlın 


 
139 
gedib  çata  bilmədiyi  qədərindədir.  Ona  görə  də  elm  aləminə 
məlim  olan  vaxtdan,  yəni  təxminən  iki  yüz  ildir  ki,  yazılır, 
pozulur, ancaq yenə də öyrənilməyə ehtiyac doğurur. Kim ona 
əlini  uzadıbsa  boş  qayıtmayıb,  əksinə  orada  axtardığı  nəyi  isə 
tapıb.  Bir  mənbə  kimi  əsas  olub,  dəqiqləşmələrin, 
mürəkkəbliklərin  açarı  funksiyasını  yerinə  yetiribdir. 
M.P.Vaqif  yaradıcılığının  ümumi  ruhu,  məzmunu,  genetik 
mahiyyəti  bir  xətdə  aşıqdan  keçərək  tarixi  keçmiş  anlamında 
ozana, Dədə Qorquda istiqamətlənir.  Böyük şairimiz S.Vurğun 
təsadüfi  deyil  ki,  “könlünü  bəsləmiş  sazlar  elində”  deyəndə 
məhz  bu  dərinlikləri  vurğulayırdı.  Biz  yazımızda  müxtəlif  
məqamlara  diqqət  yetirdik  və  M.P.Vaqifi  son  olaraq  üç 
istiqamətdə  izləməyin  konsepsiyasının  gərəkliyini  dedik. 
Bunlardan biri və birincisi Dədə Qorquddan Qurbaniyə, oradan 
da Vaqifə qədər gələnlərdi söylədik və əlavə etdik ki, bu Vaqif 
böyüklüyünün ana xətti, vuran ürəyi, düşünən beynidir. İkincisi 
və bəlkə də birincidən bir  bir başqa istiqamətdə yararlanmaqla, 
burdan  bəhrələnməklə  boy  göstərən  Əhməd  Yasəvidən  Yunis 
Əmrəyə, Şah  İsmayıl Xətaiyə və oradan da Vaqifə gələnlərdi. 
Sonuncusu  klassik  ədəbiyyat  qoludur  ki,  bu  böyük  islam 
mədəniyyətinin  əsasları  üzərində  bərqərar  olmuşdur  və  Vaqif 
də  bunları  mənimsəməklə  öz  istedadı,  bacarığı  sayəsində 
gərəkli  və  uğurlu  əlavələrini  etmişdir.  Bütün  bunlar  Vaqifin 
bədii-estetik düşüncəsinin fövqəlzamanlıq və fövqəlməkanlılıq 
konsepsiyasını  ortaya  qoyur.  Akademik  T.Hacıyev  yazır  ki, 
“Dədə  Qorqud  kitabı”  tariximizin  ilk  yazılı  dərsliyi”,  bəli 
doğurdan  da  “Kitabi-Dədə  Qorqud”  tariximizin,  kimliyimizin, 
mövcudluğumuzun  və  dünyaya  gətirmək  istədiklərimizin 
dərsliyidir, türkün millilik və mənsubluq kitabıdır. Keçmişə və 
sabaha buradan boylanırıq.  Keçib  gəldiyimiz  və gedəcəyimiz 


 
140 
yol burada gün kimi aydın və parlaqdır bütün qazandıqlarımız 
və  bu  gündə  olanlarımız  (yaxşı  nə  varsa)  üçün  həmin 
müqəddəs  keçmişə,  yaddaşa,  zəngin  mənəviyyat  və  mədəniy-
yətə  borcluyuq.    Türklər  “ozanları  hayqırmayan  millət  yetim 
kimidir” deyirlər.  
Milli yaddaşın qan daşıyan damarları bütün müstəvilərdə 
ruha,  etnosun  platonik  təsəvvürlər  sisteminə  borcludur  və 
həmişə də ona sədaqət göstərmişdir. Xalq ən ağır, ən mürəkkəb 
zaman  kəsiklərində  bu  müqəddəs  tarixə  üz  tutmaqla  öz 
müşkülünün  həlli  yollarını  arayır,  tapır.  Çıxış  yollarını  axtarır 
və  demək  olar  mənəvi  və  fiziki  gücünü  oradan  alır.  Necə  ki, 
“Kitabi-Dədə  Qorqud”  dastanlarının  “Basatın  Təpəgözü 
öldürdüyü boy”da bu mürəkkəbliklə qarşılaşırıq. Onun həlli isə 
məhz  xalqın  özünün  vasitəsilə  mümkün  olur,  Basat  kimi 
qəhrəmanla reallaşır. “Mete, Atilla, Əmir Teymur və Osmanlı 
imperatorları,  “Dədə  Qorqud”  dastanı,  Orxon-Yenisey  daş 
kitabı,  M.Kaşğarinin  “Divan”ı  türkün  yeddi  möcüzəsidir.  Bu 
möcüzələrdən  biri  böyük  Türk  coğrafiyasının  Azərbaycan 
torpağı ilə bağlıdır.  Bu  möcüzə “Dədə Qorqud” dastanı və  ya 
“Dədə Qorqud kitabı” adı ilə tanınır.  M.Kaşğarlı “Divan”ının  
şeirində  heca    və  qafiyənin    tam  müəyyənləşdiyini  nəzərə 
alaraq, cəsarətlə demək olar ki, “Dədə Qorqud kitabı”nın şeiri  
ondan  çox-çox  qədimlərə  gedir:  bu  iki  abidənin  şeir  tipi 
arasında beş yüz – min illik təkamül fərqi var”. (43, 7). Əlbəttə 
biz də bu qənaətdəyik ki, “Kitabi-Dədə Qorqud” dastanlarının 
şeri  tipi  digər  nümunələrlə  müqayisədə  daha  əski,  bəlkə  də 
minilliklər  fərqli  olacaq  bir  inkişafı  özündə  işarələyir.  Bu 
nümunələrin üzərimndə aparılan müşahidələr texnoloji, sistem 
arxitektonikası,  fonopoetik,  morfopoetik,  sintaktik  məzmun 
baxımından   ciddi mahiyyətlə səciyyələnir. Ruhu etibarilə elə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə