Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

 
141 
də böyük fərqliliyə dayanmayan mətn lakin sistem baxımından, 
daha  doğrusu  şeir  kanonlarının  sabitləşməsi  mənasında  böyük 
zamanlara  bağlanır.  Bunun  isə  tarixi  onilliklərlə,  yüzilliklərlə 
deyil,  minilliklərlə  müəyyənləşir.  “Dədə  Qorqud”  keçmişlə 
gələcək  arasında  əvəzsiz  mədəniyyət  körpüsüdür.    S.Vurğun 
“Gələcəyin toy-bayramı” şeirində yazır: 
 
Bizim Odlar ölkəsi də mahnısını deyə-deyə
Öz şeirinin nəfəsilə yaşayacaq o zaman da
Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da, 
Qoca vaxtı öz sazını sinəsinə basacaqdır, 
Bütün xalqlar və tayfalar ona qulaq asacaqdır. 
O açacaq dəniz kimi tükənməyən ağılını, 
Söyləyəcək öz yurdunun qəhrəmanlıq nağılını. (92, 54). 
 
“Kitabi-Dədə  Qorqud”  dastanları  heç  nə  ilə  müqayisə 
oluna  bilməyəcək    mədəniyyət  abidəsidir.  Onun  işığı 
bütünlükdə  türk  xalqlarının  ədəbiyyatı,  mədəniyyəti,  tarixi 
boyunca  səpələnir.  Bu  bədii  düşüncə  üçün  etalondur,  bədii 
mükəmməlliyin  nümunəsidir.  Bəzən  içimdə  bir  duyğu  baş 
qaldırır ki, görəsən bədii kamilliyin mümkünlüyü hansı meyar 
və  prinsiplə  ölçülə  bilər.  Ümumiyyətlə,  bunu  nə  ilə 
reallaşdırmaq olar? R.Rza vurğulayırdı ki, ən böyük xoşbəxtlik 
ana  dilinin  ən  gözəl  nümunəsini  yaratmaqdır.  Elə  ən  gözəl 
nümunə də məhz özlüyündə bədii kamilliyə gəlib çıxır. Bizim 
bayatılarımız, nəğmələrimiz, xalqın bağrının başından qopanlar 
elə  bədii  kamilliyin  nümunəsi  olaraq  tarixin  ayrı-ayrı 
səhifələrinə  səpələnmişdir.  “Kitabi-Dədə  Qorqud”  dastanları 
əzəməti,  mətn  simmetriyası  arxitektonik  sistemi  ilə  buna 
nümunədir.  Bunun  əzəməti  insan  ağlının  nələrə  qadirliyini, 


 
142 
xalqın  nə  qədər  zəngin  və  ilahi  bədii  düşüncəsinin  olduğunu 
deməyə  əsas  verir.  Ona  görə  də  bu  ilahi  bir  gücün  vəziyyəti, 
dünya  sivilizasiyasına  böyük  töhfələr  vermiş  etnosun 
varlığının,  böyüklüyünün  ifadəsi  kimi  görünür.    “Kitabi-Dədə 
Qorqud”a qədər olanlar bir mədəniyyət, ədəbiyyat, yaddaş layı 
kimi örtülü qalır. Ancaq hansısa xoş məqamın, anın nəticəsində 
itib-batmadan  xilas  olan  bu  abidə  bizə  bütün  baxış 
bucaqlarında  fikir  yürütməyə  fakt  və  imkan  verir.  S.Vurğun 
“Vaqif,  ey  şeirimin  könül  dastanı”  deyir,  ancaq  Vaqif  təkcə 
S.Vurğun şeirnin könül dastanı olmayıb bütünlükdə möhtəşəm 
Azərbaycan şeirinin könül dastanıdır. Bu dastan min illər boyu 
ozanların  sinəsində  dil  açan  qopuzdan,  sonrakı  yüzilliklərdə 
məclislərin  bəzəyinə,  xalqın  ruhunun  qorunuşuna  çevrilən 
sazdan öz qaynağını götürür. Xalq şairi H.Arif  babalar, gəlinən 
yol timsalında ciddi ümumiləşdirmələr apararaq yazırdı: 
 
Qurbanı, Abbası, Əmrahı anıb, 
Kərəmlə alışıb, Dilqəmlə yanıb, 
Tütəklə  uyuyub, sazla oyanıb, 
Kamanla dil açıb ötdü babalar (7, 76).  
 
Bu mətn özlüyündə böyük bir tarixi, aşıq  yaradıcılığının 
ustad  sənətkarlarından  Qurbanini,  Abbas  Tufarqanlını,  Aşıq 
Əmrahı,  Dilqəmi  sadalamaqla  ciddi  bir  zənginliyi  ifadə  edir. 
Mətnin  verdiyi  informasiya  geniş  mənada  bütünlükdə  aşıq 
yaradıcılığını, ustadların yaratdığı zəngin mədəniyyət fondunu, 
onun  poetik  sisteminin  mükəmməlliyini  bir  istiqamətdə 
xatırladırsa,  digər  baxımdan  musiqilik  anlamında  tütək,  saz, 
kaman  haqqında  arxaik  yaddaşı  hərəkətə  gətirir.  Xalq  şairi 
Z.Yaqub “millətimi saz anladar, saz anlar, saza baxsın tariximi 


 
143 
yazanlar” deyirdi. Bizə belə gəlir, bəşər sivilizasiyasında sənət, 
bədii  söz  anlamında  ilkin  düşüncə  formalaşanda,  ilkin 
nümunələrin yaranışı başlayanda bu torpaqlarda elə qopuz, saz 
anlamında  olan  bir  musiqi  alətinin  və  onun  ifadəsi  üçün 
nizamlanan  şeirin  mövcudluğu  öz  başlanğıcını  götürmüşdür. 
Azıxantropun, qədim insanın işarələdiyi tarix, bu ərazidən çənə 
sümüyünün tapılması, aşağı paleloit (şelləqədərki, şel və aşel), 
orta  paleolit  (mustye)  dövrlərinin  mədəniyyət  nümunələrinin 
verdiyi  informasiya,  eləcə  də  Quruçay,  Aveydağ,  Damcılı 
mağaralarında  tapılanlar  ilkin  inkişafın  mənzərəsi  haqqında 
təsəvvür  yaradır  və  milyon,  milyon  il  yarımlıq  zamanla 
müəyyənləşir. Burada digər məsələ də ortaya çıxır, belə ki, bu 
mədəniyyət,  tapıntılar  elə  başlanğıcdan  zənginliyi,  uğurlu 
başlanğıcın  olmasını  deməyə  əsas  verir.  Biz  Dədə  Qorqud 
haqqında  danışanda  və  ondan  əvvəlki  zaman  haqqında 
təsəvvürlərimizi  ortaya  qoyanda  bir  qənaətə  gəlirik  ki, 
ikiçayarası mədəniyyətin ən uğurlu nümunələri, inkişafın ilkin 
təzahürü məhz bir istiqamətdə bu ərazilərlə bağlanır. Ona görə 
də  bu  gün  fərqli  baxışlara,  fikir  ayrılıqlarına  səbəb  olan 
məsələlərdə  mahiyyətə  köklü  şəkildə  yanaşma  ən  uğurlu 
olandır.  T.Hacıyev  “Kitabi-Dədə  Qorqud”  və  dastan 
müstəvisində  məsələlərə  diqqət  yetirərək  qəhrəmanlıq  tarixi 
kontekstində xüsusi olaraq vurğulayır: “Dastanşünaslıqda belə 
bir  fikir  var  ki,  qəhrəmanlıq  dastanı    xalqın  tarixinin  şifahi 
dərsliyidir.  “Dədə  Qorqud”  qəhrəmanlıq  dastanıdır.  Ancaq  o, 
Şumer dastanları kimi, bizə tarixin dərinliyindən  yazılı şəkildə, 
kitab halında gəlib çatmışdır”. (43, 3). Bu kitab şəklində gəlib 
çatan  möhtəşəm  abidə  bizə  tariximiz,  ədəbiyyatımız, 
mədəniyyətimiz,  dilimiz  üçün  nə  varsa  hamısını  lazımı  qədər 
dolğun  və  aydın  şəkildə  çatdırır.  Ona  görə  də  XVIII  əsr 


 
144 
Qarabağ  ədəbi  mühiti  kontekstində  bütün  məsələləri,  bədii 
inkişafın  texnologiyalarının  hansı  istiqamətə  yönlənməsini 
aydınlaşdırmaq  üçün    zəngin  fakt  bolluğu  vardır.  Azıx 
mağarasından, Quruçay mədəniyyətindən bizə çatanlarla “Dədə 
Qorqud  kitabı”nın  dedikləri  qarşımızda  ciddi  bir  mənzərə 
yaradır və fundamental mədəniyyətin təhlili üçün əsasa çevrilir. 
Əlbəttə  burada    türk  dastan  yaradıcılığının  möhtəşəm  abidə-
lərindən  “Oğuz  Kağan”,  “Manas”,  “Alpamış”,  “Corabatır”, 
“Edige”,  “Koroğlu”  və  sairənin  verdiyi  informasiya,  daşıdığı 
məzmun  daha  qədimləri,  insanın  toplum,  qədilə,  tayfa 
birliyindən  başlamış,  xalq,  millət  düşüncəsinə  qədər  bir 
zənginliyi  və  inkişafı  əhatə  edir.  Burada  olanlar  bütün 
vəziyyətlərdə  qəhrəmanlığa  bağlanır  və  onun  timsalında  şərh 
olunur.  Onu  da  əlavə  edək  ki,  “heç  bir  xalqın  qəhrəmanlıq 
dastanında  onun  tarixi  Azərbaycanın  müəyyən    dövr  tarixinin 
“Dədə  Qorqud  kitabı”nda    verildiyi  qədər  canlı,  mötəbər  və 
dəqiq  əks  olunmur.  Beləliklə,  bu  tarix  nəsildən-nəsilə  yazılı 
şəkildə ötürüldüyü, bizə kitab kimi gəldiyi üçün haqqımız var, 
deyək ki,  Dədə Qorqud  qəhrəmanlıq  dastanı tariximizin  yazılı 
dərsliyidir, ilk dərsliyidir. 
Bu dərslik millətimizin tarixi-etnoqrafik damğası və ailə-
əxlaq məsələsi sayılır. Bu dərslik  qəhrəmanlıq  salnaməmizdir, 
həm  də  bədii  ədəbiyyatımızın  yazılı  başlanğıcıdır,  “ədəbiyyat 
belə  olar”  təsdiqinin  təsdiqidir,  bədiiliyin  kamillik  örnəyidir” 
(43,  3).  Burada  vurğulanan  və  lazımı  qədər  diqqəti  cəlb  edən 
dilimizin  qədim  gözəlliyi  məsələsidir.  Həmin  gözəlliyin 
möhtəşəm  nümunələri  “Kitabi-Dədə  Qorqud”,  “Koroğlu”, 
“Qurbani”,  “Abbas  və  Gülgəz”,  “Tahir  və  Zöhrə”,  “Əsli  və 
Kərəm”, “Arzu və Qənbər”, “Aşıq Qərib”, “Əmrah”, “Valeh və 
Zərnigar”,  “Seydi  və  Pəri”,  “Qaçaq  Nəbi”,  “Qaçaq  Kərəm”, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə