Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

 
129 
ilə  də    yeni  bir  məktəbin  -  ədəbi  cərəyanın  bünövrəsini 
qoymuşdur”  (57,  160).  Artıq  XVIII  əsrdə  Qarabağ  mühitində 
gedən  proseslər  dönməzliyi,  dinamik  mənzərəsi,  əlahiddə 
xarakteri ilə bütünlükdə ədəbiyyatın inkişaf istiqamətinə təsirdə 
görünürdü. Düzdü, klassik xətəə bu tendensiya elə də müşahidə 
olunmur,  əksinə  dayanıqlı  xarakteri  ilə  səciyyələnməkdə, 
əvvəlki    olanları  bu  və  ya  digər  şəkildə  təkrarlamada  idi. 
Klassik  ədəbiyyatın  Füzuli  meyarı  Qarabağ  ədəbi  mühitində 
Vaqif, Zakir, Natəvan kimi istedadlarla müəyyənləşirdi.  
 
Qaşındı bənim qəddimi yay eyləyən, ey dust, 
Çeşmindi gözüm yaşını çay eyləyən, ey dust. 
 
Ay əksinə ayinədə heyran olub əlbət
Ayinə yüzün nisbətin ay eyləyən, ey dust. 
 
Sənsən bəni kuyində edib düşmən olan yar
Ahımdımı əğyara haray eyləyən eyləyən, ey dust.  
(63, 205). 
 
Göründüyü  kimi,  Sədi  Sani  Qarabağidən  verdiyimiz  bu 
nümunə  də  öz  deyimi,  bütöv  bir  düşüncəni  əhatə  etməsi 
baxımından  mühiti  əks  etdirir  və  zəngin  ənənə  yaşarlığını 
düşünməyə  əsas  verir.  Lakin  bütün  bunlar  nə  qədər  yüksək 
ideallara,  zəngin  ədəbi  fonda  bağlansa  da  bütün  tərəfləri  ilə 
mühitin  ehtiyaclarını,  yaranmış  boşluğu  ödəməyə  əsas 
vermirdi.  Yaranmış  durğunluq  bir  oyanışa  ehtiyaclı  idi  ki,  bu 
da  Qarabağ  ədəbi  mühitində  digər  xətdə  Vaqif  intibahında 
reallaşırdı.  Klassik  üslubda  isə  bunun  həyata  keçməsi  elə  də 
özünü  ortaya  qoymaq  imkanında  olmadı  və  bütünlükmdə 


 
130 
ədəbiyyat  yönünü  xalqa  çevirməklə,  xalqın  olanı  ortaya 
qoymaqla  reallaşdı.  Bunun  qaynağı  isə  etnosun  min  illər 
boyunca yaratdığı mədəniyyətin, arxetiplərin oyanışı oldu. 
Y.V.Çəmənzəminli  Vaqifə  məxsus  sadəlik  və  gözəllik 
məsələsini  bir  tezis,  şairin  yaradıcılığının  mahiyyətini  şərtlən-
dirən  məsələ  kimi  qoyur  və  əlavə  edir  ki,  “sonra  gələn 
şairlərimizə  bunlar  müyəssər  olmadı”.  Əlbəttə  bu  bir  qədər 
ciddi  və  həm  də  müqayisə  müstəvisində  irəli  sürülsə  də  biz 
məsələyə təsir kontekstində, yönləndirmə baxımından yanaşırıq 
və  bu  gözləntilərin  nə  qədər  zəif  olsa  da  qəbulu  tərəfindəyik. 
Dagha doğrusu, olanlardan bütünlükdə Vaqif ucalığı tələbində 
də deyilik. Çünki ədəbi axının ümumi mənzərəsi buna heç əsas 
da  vermir.  Necə  ki,  Nizamidə,  Füzulidə  bu  mümkünsüzdü. 
Vaqifdə  də  belədir.  Əsas  olan  və  yuxarıdakı  nümunədə 
deyilənlər, eləcə də digər bu tip nümunələr bir istiqamət olaraq 
Qarabağ  mühitində  gedən  prosesləri,  bədii  axının  ümumi 
mənzərəsini  düşünməyə  əsas  verir.  Q.Zakirin  yuxarıdakı 
müraciətinə cavab da bu tiplidir. 
 
Qasım bəy, adətdir, xan qulluğuna, 
Bir kəs atlı gələ, piyadə gedər. 
Mən deyiləm, aləmdə var, eldə var, 
Belə cüzvi işlər aradə gedər. 
 
Burda bir başmaq olub zərərin
Qələm alıb yazdın zəmmin bu dərin, 
Zalım, məgər yoxdur sənin xəbərin
O dərdən ki, aləm fəsadə gedər. (77, 63)   
 


 
131 
Əlbəttə  burada  poeziyanın  imkanlılığı,  unikal  xarakteri 
bir bütöv olaraq özünün ifadəsini tapır. Və bütünlükdə Qarabağ 
ədəbi mühitində gedən proseslər timsalında daha geniş, həm də 
əhatəli  təhlillərə  imkan  yaradır.  Belə  bir  imkanlılıq  isə  ciddi 
təhlillər,  konseptual  yanaşmalar  üçün  lazımı  qədər  material 
verir. Müqayisələrdə isə əsas olan ondan ibarətdir ki, qarşılıqlı 
əlaqələr,  bağlantılar,  inkişaf  tendensiyası  baxımından  qənaət-
ləri  ümumiləşdirməyə,  M.Füzulidən  sonrakı  mənzərənin 
inkişaf  texnalogiyasını,  daha  doğrusu  klassik  ənənə  ilə  xalq 
şeiri  ənənəsinin  məzmununu,  prosesləri  aydınlaşdırmaq  üçün 
ciddi  əsas  verir.  Son  olaraq  M.P.Vaqifə  gedən  yolun 
mahiyyətini,  mərhələ  xarakterini,  bütünlükdə  dinamikasını 
təhlil  üçün  imkanlar  yaradır.  Qarabağ  ədəbi  mühiti  bütün 
müstəvilərdə  Azərbaycan  timsalında  gedən  prosesləri  açıq-
lamaq üçün material verir. Bunlar klassik ədəbiyyatın yüz illər 
boyunca  gəldiyi  yolun  mənzərəsini, sintaktik sistemini, poetik 
məkanın sxemasını üzə çıxarmağa, tipoloji təhlillərə əsas olur. 
Son  olaraq  ciddi  qənaətlər  üçün  imkanlar  yaradır.  Məsələn, 
türk  şeir  düşüncəsində  qəlibləşmiş,  yüz  illər  boyunca  sıxıla-
sıxıla gəlmiş heca vəznli ədəbiyyat siyasi mühitin təzyiqlərinə 
müqavimət  göstərmiş  və  sıxıntılar  içərisində  elat  auditori-
yasının  ruhunun  qoruyucusuna  çevrilmişdir.  M.P.Vaqifin 
Qarabağ  ədəbi  mühitində  oynadığı  rol  bütünlükdə  milli 
oyanışın  bərpasına  hesablanmışdı.  Daha  doğrusu,  milli 
düşüncənin  özünəqayıdışı  bir  problem  olaraq  dönməz  şəkil 
almışdı.  M.V.Vidadi,  M.P.Vaqif  sözün  həqiqi  mənasında  bu 
yolda  nümunəyə  çevrilmiş  və  ağırlığı  öz  üzərlərinə 
götürmüşdür.  Onların  bir-biri  ilə  yazışmaları,  müxtəlif  tipli 
nümunələr yaratmaları, həyat hadisələrinə fərqli münasibəti nə 
qədər bir-birindən ayrılmaları ortaya qoysa da, ruh yaxınlığında 


 
132 
buna  imkan  yaratmır.  Çünki  köklü  məsələlərdə,  həyat 
hadisələrinə  münasibətdə,  hətta  ən  ağır  vəziyyətdə,  məsələn, 
Ağa  Məhəmməd  şah  Qacar  tərəfində  ölümlə  təhdid  edildikdə 
belə Vaqif bir başqa yaradıcı həmkarına və yaxud da dövrünün 
hansısa siyasi  nüfuz sahibinə deyil, son olaraq öz  yaxın  dostu 
Vidadiyə  müraciət  edir.  Bir  qədər  də  fərqinə  varsaq  onunla 
fikirlərini  bölüşür,  “ey  Vidadi,  gərdişi-dövrani-gəcrəftarə  bax” 
deyir. M.F.Axundov “Nəzm və nəsr haqqında” məqaləsində bir 
məqama  toxunur:  “Lihaza,  milləti-islamı  şeirlə  nəzmin  
fərqindən  vaqif  və  bu  iki  şəxsin  haqqında    arif  etmək  üçün 
onların  mənzumatını  –  o  miqdarda  ki,  dəstgir  oldu,  -  bir 
mücəllədin  içində  basdırıb  müntəşir  edirəm.  Taki,  bundan 
sonra  şeir  maddəsi  ilə  zühura  gələn  vücudlara  nümunə  və 
əndazə  olsun    və  bunların  əşarını  görəndən  sonra  bir  para  öz 
haqlarında müştəbih olan  nəzm sənətkarları şair olmadıqlarını 
anlayıb,  bihudə  özlərini  zəhmətə  salmaqdan  və  yavan 
nəzmlərin inşasına övqat sərf etməkdən əl çəksinlər”  (4, 315). 
Görkəmli  ədəbiyyatşünas  alimin  mülahizələrində  Şərq 
ədəbiyyatı  kontekstində  ciddi  bir  yanaşma  var  ki,  bu  da  şair, 
şeir,  nəzm  müstəvisində  təhlil  olunur.  Burada  ən  başlıca  olan 
Firdovsi,  Nizami,  Sədi,  Cami,  Mollayi-Rumi,  Hafiz  şairlərdir 
adı  ilə  vurğulanan  və  qiymətləndirmənin  aparılmasıdır.  Əlavə 
olaraq  deməsi  ki,  “bəhər  surət,  türk  arasında  dəxi  bu  zamana 
qədər  mütəqəddimindən    şair  olmayıbdır.  Füzuli  şair  deyil  və 
xəyalatında əsla təsir yoxdur, ancaq nazimi ustaddır”. (4, 315). 
Bu  məqalədə  ciddi  təhlil  və  mübahisələrə,  fikir  ayrılıqlarına 
səbəb  olan  kifayət  qədər  məqam  və  problemlər  vardır. 
M.F.Axundovun    düşüncəsində  böyük  bir  ədəbiyyat  və  bu 
ədəbiyyatın ən görkəmli nümayəndələri özünə yer alır və orada 
bu  sıralanmanın  bir  tərəfində  Firdovsidən  Füzuli  də  daxil 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə