Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə41/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

 
133 
olmaqla böyük bir  yaradıcı  simalar dayanırsa, digər tərəfində 
Vaqifdən  başlayanlar  və    daha  doğrusu  M.P.Vaqif,  Q.Zakir 
dayanır.  Burada  vurğulanan  ən  ciddi  məsələlərdən  birisi 
“türklər arasında dəxi bu zamana qədər mütəqəddimindən  şair 
olmayıbdır”  fikridir.  Meyarlar  prinsipindən  yanaşsaq  nədənsə 
ədəbi-nəzəri  fikir  buna  loyal  münasibətlə  seçilir  və  bunun 
mahiyyətinə  diqqət  yetirməkdə  deyilənləri  yola  verməklə 
kifayətlənir.  M.F.Axundov  ədəbi-nəzəri  fikirdə  böyük  simadır 
və  yeni  düşüncənin,  modernist  yanaşmanın  özünəməx-
susluğunu onda görürük. Lakin vurğulanan tezis M.F.Axundov 
düşüncəsinin nə qədər ciddi və konseptual olmasından kənarda 
axıra  qədər  reallığa  bağlana  bilmir.  Zəngin  ədəbiyyat 
timsalında birinci tərəflə (Firdovsi, Nizami, Sədi, Cami, Hafiz 
və  s.)  bağlı  deyilənlər  fikir  ayrılıqlarına  yol  açır.  Bizim 
məqsədimizə və düşüncəmizə müqabil olan M.P.Vaqiflə bağlı 
olanlardı  ki,  bu  da  özlüyündə  ədəbiyyatımızın  böyük  bir 
dövrünə, milli  intibah adı  ilə vurğuladığımız XVII-XVIII  əsrə 
bağlanır.  Q.Zakirin  məhz  bu  yeniləşmədə  xüsusi  olaraq 
vurğulanması  Qarabağ  ədəbi  mühitində  gedən  proseslərin 
dönməzliyini  və  bütünlükdə  bədii  düşüncənin  türk  şeir 
ənənəsinə istiqamətini aydınlaşdırır. 
 
Sifariş etmişəm badi-səbadən
Görən dərdim o cananə deyərmi? 
Dolanıb başına misli-pərvanə, 
Od tutuban yanə-yanə deyərmi? 
 
Bu mükəddər dili-zarə keçdiyin
Əl çəkməyib, varə-varə keçdiyin, 
Uzun illər günü qarə keçdiyin
Siyah zülfi pərişanə deyərmi? (77, 49-50). 


 
134 
Göründüyü  kimi,  bütünlükdə  türk  şeir  ənənəsinə  hesab-
lanan  və  M.V.Vidadidən,  M.P.Vaqifdən  gələn  yeniləşməni 
ehtiva  edən  bu  nümunə  sonrakı  mərhələnin  hadisəsi  kimi 
davamlılığın  yaşandığını  aydınlaşdırır.  C.Nəva,  M.Aşiq,  Aşıq 
Pəri,  Mirzə  Mehdi  bəy,  Mirzə  Həsən  və  başqaları  Qarabağ 
ədəbi  mühitində  baş  verənlərin  nümunəsi  kimi  heca  vəznli 
şeirin  inkişafına  xüsusi  önəm  verirlər.    Qarabağ  ədəbi 
mühitində  Vaqifdən  sonranın  ən  böyük  zirvəsi  Q.Zakirdir. 
Onun  həm  klassik,  həm  də  xalq  şeiri  üslubunda  yazdıqları 
fonopoetik,  morfopoetik,  sintaktik  fiqurların  mükəmməlliyi, 
səs  təqlidi,  səs  assosiyası,    dinamik  xarakteri,  mətn/mətn 
hadisəsi olma məzmunu ilə uğurlu təsir bağışlayır. Əlbəttə biz 
digərlərini  aşağılamaqdan  çox  uzaq  olmaqla  bütünlükdə 
məsələni  köklü  problem  olaraq  mühitin  axarları  baxımından 
təhlilə  üstünlük  veririk.  Olan  reallıq  ondan  ibarətdir  ki,  nə 
qədər klassik üslubun yaşarlığı özünü qorumağa üstünlük versə 
də,  M.Füzuli  zirvəsindən  sonrakı  eniş  bütünlükdə  XVIII  və 
XIX  əsr  boyu  davam  etdi  və  Vaqif  ədəbi  məktəbi  mövcud 
böhranı  dərinləşdirməklə  yeni  başlanğıcın  əsasını  qoydu. 
Məsələn,  Mirzə  Həsənin  “Oynaşır”  rədifli  qoşma  müraciətinə 
diqqət yetirək. 
 
Lalə yanağında badi-səbadan, 
Ucu tər cığalı tellər oynaşır. 
Süzgün baxışından xumar gözlərin
Hiylələr, fitnələr, fellər oynaşır. (77, 71). 
 
Aşıq  Pərinin  eyni  rədifdə  yazdığı  qoşma  məktubu  da 
sistemin  bütövlüyü,  mühitin  düşüncəsinin  və  ümumi 
mənzərəsinin aydınlığı üçün diqqəti cəlb edir. 


 
135 
Katiblərin şahı, dəftər içində
Qələm ilə nazik əllər oynaşır. 
Fitnəli fellisən, nazü qəmzəli, 
Dəhanında şirin dillər oynaşır. (77, 71). 
 
XVIII  əsr  Qarabağ  ədəbi  mühitinin  ədəbi  axarı  əski 
yaddaşa,  türk  düşüncəsinin  dərin  qatlarında  olan  formulların 
hərəkətliliyinə  istiqamətlənmişdir.  Dədə  Qorquddan  Qur-
baniyə,  oradan  da  Molla  Pənah  Vaqifə  gələn  axar  islam 
düşüncəsinin  qəlibləşdirdiyi  klassik  üslubun  böhranını 
tezləşdirdi. Lakin  onu da əlavə edirik ki,  klassik  üslub bir lay 
kimi    sıradan  çıxmadı.  Əlbəttə  bu  mümkünsüz  idi,  sadəcə 
olaraq  olan  ondan  ibarət  idi  ki,  saray  mühitinin  düşüncəsində 
olan  ədəbiyyatın  necəliyi  sistemi  Qarabağ  xanlığında  da 
yaşanır və qorunurdu. Lakin milli intibahın baş verməsi Əhməd 
Yasəvidən, Yunis Əmrədən, Şah İsmayıl Xətaidən, Məhəmməd 
Əmanidən gələn yolun oyanışını və ədəbi axının bu istiqamətə 
yönlənməsini  bir  zərurət  kimi  ortaya  qoydu.  Burada  qaynaq 
olaraq  birmənalı  şəkildə  aşıq  yaradıcılığı  vardı  ki,  bütünlükdə 
etnosun ruhunun yaşarlığına xidmət edirdi. Məhz M.V.Vidadi, 
M.P.Vaqif,  Ağqızoğlu  Piri,  Sarı  Çobanoğlu  kimi  istedad 
sahibləri  qarşılıqlı  təmasda  və  Vaqif  istedadının  bütün 
imkanları  ilə  bədii  arenaya  çıxmasında  aşıq  yaradıcılığı  ilə 
birgə mühüm rol oynamışlar. Vaqif istedadı isə bunu milli ruh 
hadisəsi kimi əlçatmazlıqlarla bəzəmiş və digərlərinin də bura 
yönlənməsinə  əsas  olmuşdur.    Ə.Xələfli  “Vaqif  Azərbaycan 
ədəbiyyatı üçün kim idi” sualını qoyur və əlavə edir ki, “ozan 
aşıq  dilinin  yazıya  gətirilməsi,  dilin  xəlqiləşməsi,  obrazların 
göydən  yerə  endirilməsi,  əsl  poetik  həqiqətin  insanların 
axtarılması...    bütün  bunların  hamısı  Vaqifin  adı  ilə  bağlıdır. 


 
136 
Və  təsadüfi  deyil  ki,  yeni  Azərbaycan  ədəbiyyatı  deyəndə 
bütün  mübahisəli  tərəflərinə  baxmayaraq,  birinci  Vaqif  yada 
düşür.  Və  bu  yerdə,  əlbəttə,  Vaqif  obrazının  nəsrə,  drama-
turgiyaya  və  poeziyaya  gəlişi  və  deyərdim  ki,    uğurlu  gəlişi 
təsadüfi  deyil.  Çünki  Azərbaycan  mənəvi  mühiti  öz  yad-
daşından  buraxmaq  istəmirdi.  Vaqifin  timsalında  özünün 
mənəvi  varlığını  görürdü,  diriliyini  görürdü,  ən  başlıcası, 
dilinin  saflığını  görürdü.  Və  heç  də  bir  kimsə  qəribliyə  sala 
bilməz    ki,  dil  millət  üçün  həyati    göstərişdir.  Dil  millətin 
qanıdır, onun yaşarlığını təmin edən əsas həyati vasitədir və bu 
dil Vaqifdə var idi. Əslində xalqın özünün olanı Vaqif qoruyub 
yazıya  gətirmişdi”  (54).  Burada  bir  neçə  xətt  vardır  ki, 
bunlardan  birincisi  ozan/aşıq  dilinin  yazıya  gətirilməsi 
məsələsidir. Daha sonrakı dilin xəlqiləşməsi ilə bağlıdır ki, elə 
bu  və  ya  digər  dərəcədə  birinci  ilə  bağlanır.  Yüz  illər  boyu 
ədəbiyyat  bu  vəziyyətin  ehtiyacını  yaşayırdı,  gözləntilər  isə 
daha  böyük  idi,  hətta  getdikcə  çoxalırdı.  Ədəbiyyatı  bir 
xilaskar  kimi  düşdüyü  vəziyyətdən  çıxaracaq  dühaya  ehtiyac 
vardı. Şah İsmayıl Xətai bu məsələdə bir yaradıcı, siyasi xadim 
kimi  böyük  işlərə  istiqamət  vermişdi.  Lakin  sonuclanması 
olmadı,  çünki  M.Füzuli  kimi  düha  klassik  ənənənin 
əlçatmazlığını  nümayiş  etdirdi.  Son  olaraq  təsvirlərin  orta 
əsrlərin  poeziya  təfəkküründə  meydan  sulayan  romantik 
məzmunla bağlıdır ki, bunları M.P.Vaqif yazıda yeni məcraya 
yönləndirdi və bir qədər də dəqiq desək ona həyati nəfəs verdi, 
yaranmış  sıxıntıdan  qurtarmaq  yolunu  tutdu.  Son  olaraq 
bunların  hamısını  öz  zəngin  düşüncəsi  ilə  reallığa  çevirdi. 
M.F.Axundovun, 
S.Mümtazın, 
Y.V.Çəmənzəminlinin, 
Ə.Abidin, Ə.Müznibin, F.Köçərlinin, S.Vurğunun, H.Araslının, 
A.Dadaşzadənin,  N.Cəfərovun  və  başqalarının  yaradıcılığında 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə