Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

 
117 
terminləşməsi  sırf  reallığa,  bir  qədər  də  dəqiq  desək  tarixiliyə 
bağlanır.  Burada  XVIII  əsrin  xanlıqlar  dövrünün  iddiaları, 
insan  müştəbehliyi  özünün  ifadəsini  tapır  və  belə  vəziyyətlər 
isə  heç  şübhəsiz  ölümlərə,  əlavə  problemlərə,  qırğınlara  yol 
açırdı  ki,  onun  da  əziyyətini  məhz  geniş  kütlə  çəkirdi.  
M.V.Vidadinin  “Gəl  çəkmə  cahan  qeydini,  can  belə  qalmaz” 
məşhur  müsəddəsi  də  məhz  həmin  vəziyyətin  bu  və  ya  digər 
formada, bir qədər ümumilşmiş ifadəsidir. 
 
Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz, 
Qan ağlama çox, dideyi-giryan belə qalmaz, 
Gül vəxti keçər, seyri gülüstan belə qalmaz, 
Birr ləhzə könül, xürrəmi xəndan belə qalmaz
Bir cam yetir, saqi, bu dövran belə qalmaz
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. (77, 32)   
 
Məlum  olduğu  kimi,  “şeir  bədii  ədəbiyyatın  ən  incə  və 
zərif bir şəklidir. Şeir ruhun məchul səsini böyük bir qüvvə ilə 
ifadə  edən,  insanın  xarici  və  daxili  aləmi  ilə  bərabər  bütün 
varlığını  nağıl  edən    bir  şəkildir.  Əsl  şeir  böyük  fikirlər  və 
böyük  ideallar  deməkdir,  onun  kiçik  bir  misrasında  bəzən 
böyük bir roman olur” (2, 41). Bu nümunələr təkcə müəllifinin 
deyil,  bütünlükdə  XVIII  əsr  siyasi  mühitinin,  eləcə  də  bəşər 
oğlunun  bütün  varlığını  ifadə  etmək  xarakteri  ilə  seçilir.  Bir 
növ  XVIII  əsr  bədii  düşüncəsinin  mənzərəsi  olmaqla  yanaşı, 
həm də siyasi sferasının ümumi mənzərəsini bütün tərəfləri ilə 
yaşatmaq  kimi  bir  ideala  yüklənir.  Daha  doğrusu,  əvvəlki 
ənənədən gələn fikir, sənət şəcərəsinin yeniləşmə sxemini, sırf 
reallığa  istiqamətlənməsini  şərtləndirir.  Burada  həm  də  Vaqif 
mərhələsi  ilə  vurğuladığımız  mərhələnin  Vaqif  /  Vidadi 


 
118 
mənzərəsi  fundamenrtal  mədəniyyət  hadisəsi  olaraq  boy 
göstərir. Vaqif və Vidadi müqtədirliyi bu tip nümunələrdə biri 
digərini tamamlayır, onların zahiri görünüşündə nə qədər fərqli 
həyat  baxışları,  hadisələrə  münasibət  fərqliliyi  görünsə  də, 
əslində  bir-birinə  qovuşur.  Bir  qədər  dəqiq  desək  qovuşan 
tərəfləri daha çox görünür ki, bunlar da mahiyyət məsələsi kimi 
alt  qatda  ruha,  əski  yaddaşdan  gələn  genetik  qatlara  bağlanır. 
Forma tərəfləri, misra düzümü, möhkəm dostluq münasibətləri 
bir  lay  olaraq  mətndə  reallaşır.  Qarabağ  ədəbi  mühitinin 
nümayəndələrindən  olan  Mirzə  Mehdi  bəyin  bir  qoşmasına 
diqqət yetirək. 
 
İbrahimin halın, mətai-əkrəm
Mərhəmət yolilə alsanız xəbər. 
Dolanıb bazarda səfil, sərgərdan, 
Şimdi sizin üçün çəkdirir çəpər. 
 
Sifətinə görə yoxdur xoş halı, 
Xifətindən lap allanıb saqqalı, 
Əgər keçsə onun belə əhvalı, 
Edibdir uçquldan onu dərbədər. (77, 58)   
 
Göründüyü  kimi,  bu  mətn  müraciət  xarakterli  olmaqla 
müəyyən  məsələlərə  aydınlıq  gətirmək,  fikir  və  münasibəti 
öyrənmək  məqsədi  daşıyır.  M.M.Nəvvab  bu  şeir  haqqında 
danışarkən  vurğulayır  ki,  Mehdi  bəy  Tiflisdən  Mirzə  İbrahim 
Səbanın əhvalını Rəhim bəyə yazır. Ümumiyyətlə, XVIII-XIX 
əsrdə  bu  ayrıca  bir  forma  kimi  xüsusi  işləklik  qazanmışdır. 
M.P.Vaqifin M.V.Vidadi, Sarı Çobanoğlu,  Ağqız oğlu  Piri ilə 
yazışmaları,  eləcə  də  Aşıq  Əlinin  ünvanlı  misraları  bir  bütöv 


 
119 
olaraq  mühiti,  dövrün  mənzərəsini,  üslub  sistemini  öyrənmək 
baxımından ciddi faktura ilə əhatələnir. Q.Zakirini M.F.Axun-
dova,  İ.Qutqaşınlıya  və  yaxud  da  C.Nəva,  M.Aşiq,  M.Həsən, 
Aşıq  Pəri  və  s.  sənətkarlar  arasındakı  yazışmalar  bir  forma 
səviyyəsindən  əlavə  dövrün  ictimai,  siyasi,  daha  çox  isə 
mədəni 
mənzərəsinin 
ümumi 
mahiyyətinin 
ifadəsinə 
hesablanmışdır. Məsələn, M.P.Vaqifin “Göndərmiş” rədifli bir 
qoşması  var  və  onun  arxasındakı  hadisə  mətnin  poetik 
məzmununun bütövləşməsi üçün daha çöx önəm daşıyır. Bədii 
mətnin  həmin  hadisə  ilə  birgə  öyrənilməsi,  arxasında 
dayananların  nə  ilə  səciyyələnməsi  ona  əlavə  çalar  gətirir. 
Y.V.Çəmənzəminli  “İki  od  arasında”  romanında  yazır: 
“İbrahim  xanın  qızı  Sənəm  xanım  şeir  maraqlısı  olduğundan 
Vaqifin  hər  bir  şeirini  bəyazına  köçürürmüş.  İndiyə  qədər 
görmədiyi bu şairin gətirildiyini eşidər-eşitməz gəlib divanxana  
pəncərəsinin  arxasından  ona  tamaşa  edir.    Arıq,  lakin  sağlam 
cöhrəli,  qara  xətli,  parlaq    və  cəsur  gözlü  bir  oğlanın  divan 
qabağında qürurla durduğunu görür. Qara çuxalı, butalı çitdən 
arxalıq geymiş bu gənc sağ əlini qurşağına salıb mətin bir səslə 
xanın  suallarına  cavab  verirdi.  İndiyə  qədər  yalnız  şeirlərinə 
məftun  olan    Sənəm  xanım  bu  dəfə  şairin  özünə:  zəkasına, 
hazırcavablığına, xoş simasına və məzəli danışığına da məftun 
olur”  (29,  468).    Burada  M.P.Vaqiflə  bağlı  digər  məqamı, 
şairin  Qarabağ  mühitində  tanınması,  daha  doğrusu, 
məşhurlaşması istiqamətində olanları öyrənirik. Vaqifin saraya 
qədər  ətraf  mühitdə  lazımı  qədər  tanındığının  şahidi  oluruq. 
Y.V.Çəmənzəminli  də  məhz  yuxarıdakı  sətirlərdə  xanın 
ailəsində  belə  Vaqifin  marağa  səbəb  olduğunu,  hətta  ailənin 
övladının  onun  şeirlərini  yazıya  köçürdüyünü  öyrənirik. 
Burada  digər  istiqamətdə  sarayın  sənətə  və  sənətkara  verdiyi 


 
120 
qiymət nəzərə çarpır. Şeirin yazılma səbəbi də bədii mətnə bir 
ayrı  ovqat  qatır:  “Bir  gün  Vaqif    çubuqdan  hörülüb,  üzərinə 
suvaq çəkilmiş daxmasının güllü-çiçəkli  baxçasında  dolaşar-
kən, tikan çəpərin arxasından keçən başı xonçalı bir uşaq ondan 
soruşdu: 
-Əmican, Molla Pənah Vaqifin evi hansıdır? 
Vaqif heyrətlə çəpərə yanaşdı: 
Buradır, necə? – dedi. 
Uşaq  gülümsədi,  bir  söz  deməyərək,  qapını  açıb  həyətə 
girdi.    Uşaq  xonçanı  verib,  məsələni  yavaşca  anlatdı.  Vaqifin 
qoca anası sevinə-sevinə xonçanı otağa apardı, oğlunu da oraya 
çağırıb dedi: 
-Ay oğul, xan qızı Sənəm xanım sənə sovqat göndərib. 
Vaqif    gümüş  nimçənin    ipək  örtüyünü  qaldırdı:  qızıl 
nəlbəkidə bir cüt qırmızı şaftalı göndərmişdi”. (29, 469).    
 
İki dənə əcəb xosrovşahi, 
Lütf eyləmiş ləbi-şirin göndərmiş. 
Gözəllik bağında meyvə yetirmiş
Bizə onun xoş nübarın göndərmiş. 
 
Gedin deyin o ləbləri Yəmənə, 
Buxağı billurə, sədri səmənə
Eləcə şad oldum, sanasan mənə, 
Yerin, göyün simu zərin göndərmiş. (62, 68-69). 
 
Aşıq  sənətinin  ustad  sənətkarlarının  yaradıcılığında  bu 
şeirin  təsiri  və  yaxud  da  buna  yaxın  ruhda  yazılmış  kifayət 
qədər  maraqlı  nümunələr  vardır.  Ümumiyyətlə,  müqayisələrə 
və yaxınlıqlara fikir verdikdə Vaqifin aşıq  yaradıcılığına təsiri 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə