Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

 
106 
diqqəti  cəlb  edən  əsas  məsələlərdən  biri    altıncı  və  yeddinci 
əsrdən din süngüləri ucunda yürüyən islami ədəbiyyatın XVII-
XVIII  əsrlərdəki  mənzərəsinin  Vaqiflə  təkamülə  çatması 
məsələsinin  xüsusi  tonda  qeyd  olunmasıdır.  Əlbəttə    bizim 
üçün müxtəlif məqamlarda xüsusi olaraq vurğuladığımız böyük 
mədəniyyət  sistemində  altıncı  və  yeddinci  əsrə  qədərki 
mərhələnin  qaranlıqlarıdır.  Həmin  tülün  götürülməsi  və 
inkişafın  məhz  heca  istiqamətinin  Əhməd  Yasəviyə,  Yunis 
Əmrəyə gələn yolunun aydınlığı özlüyündə Vaqifə gələn yolun 
genetikası  üçün  başlıca  olandı.  Göründüyü  kimi,  Y.V.Çəmən-
zəminli,  Ə.Abid,  S.Mümtaz,  F.Köçərli,  S.Hüseyn,  Ə.Müznib, 
C.Əfəndizadə, M.F.Köpürlüzadə, H.Dizdaroöğlu  və bu sıradan 
olan  digər  böyük  fikir  yolçuları  öz  düşüncələrində  bəzi 
istisnalar  nəzərə  alınmasa  eyni  xətdə  dayanırlar.  Görkəmli 
ədəbiyyatşünasın dediyi kimi, doğurdan da “heca vəznli şeirlər  
də  bəyliğ  üsul  idarəsinin  qərarlarına  baxmayaraq,  Vaqiflə 
təkamül dərəcəsinə varmışdır” və etnos təsəvvüründə olanların  
bir lay olaraq hərəkatı başlamışdır.  
Bəylik  (saray)  üsuli  idarəsinə  dayanan  ədəbiyyatın 
Qarabağ  ədəbi  mühitində  olan  mənzərəsi  XVI  əsrin 
ortalarından  başlayan  prosesin  məntiqi  davamı  idi.  Daha 
doğrusu,  “Kərəmin  hecası”  timsalında  vurğulananların  yeni 
sferada  Qurbani,  Abbas  Tufarqanlı,  Qaracaoğlan,  Sarı  Aşıq, 
Lələ  və  s.  ilə  rövnəqlənməsi  və  bütünlükdə  milli  ruhun  faktı 
kimi  etnosun  bədii-estetik  ehtiyaclarında  olan  boşluğu 
doldurnası  idi.  “Qurbani”,  “Abbas  və  Gülgəz”,  “Tahir  və 
Zöhrə,  “Əsli  və  Kərəm,”  “Aşıq  Qərib”,  “Məsum  və  Diləfruz” 
və  s.  möhtəşəm  sənət  abidələrinin  ortaya  çıxması  və  geniş 
ictimaiyyət  arasında  yayılması  əski  ənənənin  yeni  şəraitdə 
güclənən istiqamətə yön alması idi. Məhz Ə.Müznibin bəlkə də 


 
107 
bir  qədər  emosionallıqla  vurğuladığı  “buna  görə  də  Vaqifin 
heca  vəznində  yazdığı    şeirləri  əruz  vəznində  yazdıqlarını  
başabaş  sıfır  dərəcəsinə  endirmişdir”  qənaəti  özlüyündə 
buradan qaynaqlanır. Ancaq digər bir məsələnu də etiraf edək 
ki, Qarabağ ədəbi mühitində XVIII əsr klassik ənənədə olanlar 
bir  xətt  olaraq  davam  etmədə  idi  və  biz  hətta  M.P.Vaqif 
timsalında  klassik  üslubda  yazdıqlarında  belə  münasibət 
bildirməni və bir qədər kəskin tonda deyilməni də axıra qədər 
qəbul  etmirik,  hətta  etmək  məqsədində  deyilik.  Çünki 
M.P.Vaqifin,  M.V.Vidadinin,  bir  qədər  sonrakı  dövrdə 
Q.Zakirin klassik üslubda yazdığı mükəmməl sənət nümunələri 
də  vardır.  M.P.Vaqifin  M.V.Vidadiyə  ömrünün  son  və  axır 
vaxtlarında  ünvanladığı  “ey  Vidadi,  gərdişi-dövrani-kəcrəftarə 
bax”  qəzəli  öz  məzmunu,  mükəmməlliyi,  bütünlükdə  poetik 
sistemin  bütövlüyü  ilə  Azərbaycan  ədəbiyyatının  klassikasına 
daxildir.  Yaxud  da  M.P.Vaqifin  “Gəlməmiş”  qəzəlindən  bir 
parçaya diqqət yetirək: 
 
Hər gedən gəlmiş, bənim ol gülüzarım gəlməmiş, 
Ey gözüm, qan ağla kim, çeşmi-xumarım gəlməmiş. 
 
Getmiş idi ixtiyarım beləsincə yarımın, 
Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş.  
(62, 82).  
 
Göründüyü kimi, M.P.Vaqif böyüklüyü bütünlükdə bədii 
düşüncənin  məcrasının  yönləndirilməsinə,  hətta  klassik 
üslubun  özünün  bədii  sisteminə  yeni  nəfəs  vermişdir.  Məhz 
bunun nəticəsidir ki, “M.Y.Qarabaği vurğulayırdı: “hər səhifəsi 
gözəllərin çöhrəsi kimi nur saçır, hər vərəqi vəfa əhlinin qəlbi 


 
108 
kimi  məhəbbətlə  döyünür”  deyirdi.  Bu  misralar  həmin 
döyüntünün  parlaq  nümunəsidir.  Azərbaycan  dilinin  zəngin, 
əsrarəngiz,  möcüzəli  poetik  sistemi  ilə  əlçatmazlığın  faktını 
yaratmışdır  və  Vaqif  əzəmətinin  qadirliyini  şərtləndirmişdir. 
Ə.Müznibin dediyi “çünki əruz vəznindəki şeirləri quru, boş və 
süni  bir  quruluş  üzrə  yazıldığı  kibi,    ilhamı  da  sarayın  
mütəntən,  möhtəşəm  görünüş  və  göstərişlərindən  almışdır”  
qənaəti burada ciddi mübahisələrə  yol açır. Tədqiqatçı onu da 
əlavə  edək  ki,  heca  vəznindəki  şeirləri  ilə  müqayisədə  bu 
qənaətlərə  gəlir  və  lakin  məsələnin  mahiyyətinə  varmada  bir 
qədər hissə qapılma, hansısa duyğunun onu belə bir istiqamətə 
yönləndirməsi  özünü  göstərir.  Əslində  belə  deyildir  və  Vaqif 
istedadı  elə  böyük  hadisə  idi  ki,  onun  əzəməti  bütün 
məqamlarda  orjinallıqla,  sözə  can  verməklə,  uğurlu  bir 
nümunənin  ortaya  çıxması  ilə  səciyyələnirdi.  Yuxarıdakı 
nümunədə  də  bu  misra,  bənd  yükündə  və  bütünlükdə  şeirin 
ümumi sistemində özünü göstərir. Eləcə də digər qəzəllərində, 
məsələn,  biz  Vaqifin  son  məqamlarını,  mühitin  siyası 
təlaşlarını  əks  etdirən  “Bax”  qəzəlini  heç  cürə  bu  mövqedən 
şərh edə bilmərik və bunu mümkünsüz kimi də qəbul edirik. 
 
Ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax, 
Ruzigara qıl tamaşa, karə bax, girdarə bax. 
 
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə
Hökmü adil padişahi-qadirü qəhharə bax. 
 
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq, 
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax. (89, 145).  


 
109 
Bu  şeir  Azərbaycan  ədəbiyyatının  klassik  nümunələri 
sırasında  mükəmməlliyi,  məna  və  məzmun  əzəmətinin  qeyri-
adiliyi ilə diqqəti cəlb edir. Maraqlıdır ki, M.P.Vaqif  məhz öz 
ağır  vəziyyətini,  tale  ağrılarını,  son  dəqiqələrdə  yaşadığı 
gərginliyi  ifadə  üçün  bu  formanı  seçmişdir.  Və  bununla  da 
qəzəlin  bir  forma  olaraq  məhəbbətin  ifadəsinə  hesablanması 
təsəvvürünü dağıtmışdır. Eyni zamanda onun mövzu dairəsinin 
genişliyinin sxemini ortaya qoymuşdur.  
 
Qurtaran əndişədən ahəngəri-biçarəni, 
Şah üçün ol midbəri-təbdil olan mismara bax. (89, 145).  
 
Kitabın “İzahlar” bölməsində yazılır: “Bu beyt müəyyən 
bir  rəvayətin  bədii  ifadəsidir.  Rəvayət  belədir:  müəyyən 
məqsəd üçün dəmirçini öldürmək istəyən   bir şah  ona qəsdən 
bir  gecədə  qırx  min  at  mıxı  hazırlamağı  əmr  edir.  Dəmirçi 
səhərə qədər yatmır, ölüm saatını gözləyir. Səhər tezdən şahın 
adamları qapını döyürlər. Ancaq onlar at mıxı yox,  dəmirçini 
cəzalandırmaq  üçün    dörd  mismar  hazırlamağı  xahiş  edirlər” 
(89,  228).  M.P.Vaqif  ecazkarlığı  sona  qədər  açılmayan 
ədəbiyyat  hadisəsidir,  onun  sirri-sehri  bədii  düşüncənin  bu 
başından  o  başına  qədər  gedib  çatır.  Məhz  bu  sirri  aləmin 
mühüm  bir  qaynağı  xalq  yaddaşında  olanların  şairin  yaradı-
cılığına gətirilməsi və onun bədii fakta çevrilməsidir. Vaqif də 
“Bax”  rədifli  məşhur  qəzəlini  bu  qeyri-adiliklə  cilalamışdır. 
S.Vurğun “Sözün şöhrəti” vurğulayırdı ki, “adın sözdür, özün 
insan,  nə  mənalar  yaşar  səndə”  deyirdi  və  burada  sözün 
əndazəsinin  sonsuzluq  olduğunu  deyirdi.  Yuxarıdakı  nümunə 
bizim  qənaətlərimiz  timsalında  bədii  düşüncənin  mükəm-
məlliyidir.  Uşaqlıq  yaddaşımdan  düşüncəmdə  özünə  yer  alan 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə