Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

 
96 
pərvərişi  üçün  başlanğıc  oldu.  Lakin  onu  da  etiraf  edək  ki, 
bütünlükdə  mühit  əvvəlki  ənənədən  tamamilə  uzaqlaşmadı, 
yəni olanlarla, indiyə qədərkilərlə birdəfəlik vidalaşmaq yolunu 
da tutmadı, bunu ağıla gətirmək mümkünsüzdü, sadəcə olaraq 
mühitin oyanışı, dinamikası milli arxetiplərin hərəkətliliyinə üz 
tutdu.  Saray  mühitində  hökm  sürən  fars  dili  baş  verənlərlə 
böhrana  daxil  oldu  və  hökm  fərmanlığını  itirməyə  istiqamət-
ləndi;  özü  də  sürətlənən  şəkildə  göründü.  Mühit  üç  xəttin  
üzərində bədii düşüncənin gedişini yaşadı; 
 
a)
 
klassik  ənənədə  olanlar  (burada  fars,  ərəb  və  Azər-
baycan dilində yaranan nümunələr nəzərdə tutulur); 
b)
 
klassik  və  xalq  şeiri  ənənəsində  yazıb-yaratma  (hər 
ikisinin qarışığı) 
c)
 
xalq şeiri ənənəsinin müstəsnalığı. 
Əlbəttə  bu  ənənə  M.P.Vaqif  zamanında  və  ondan  əvvəl 
və  sonra  da  bir  xətt  olaraq  özünü  göstərirdi,  ancaq  məsələnin 
mərhələ  səviyyəsinə  qalxması,  yeni  model  və  düşüncə  ilə 
aparıcı  xəttə  çıxışı  tamamilə  başqa  xarakterlidir.  M.P.Vaqifin 
yaradıcı  missiyasının  gücü  milli  olanın  oyanışı  və  mühitə 
ötürülməsidir. Kərbəlayi Səfi Valeh, Abdulla Canızadə, Qənbər 
Gülablı, Yusif Koca Qarabaği (Vaqifdən əvvəl yaşayıb), Mirzə 
Məriz,  Mirzə  Əli  (Qarabağın  qazısı),  Q.Zakir,  Mirzə  Mehdi 
bəy,  Cəfərqulu  xan  Nəva,    Məhəmməd  bəy  Aşiq,  Aşıq  Pəri, 
Mirzə  Həsən,  Rəhim  bəy  Uğurlu,  Axund  Molla  Abbas 
Cavanşir,  Abdulla  bəy  Asi,  Şəhid  Qarabaği,  Mirzə  İbrahim 
Səba,  Mirzə  Haqverdi  Qarabaği,  Molla  Zeynalabdin  Safəri, 
Mirzə  Bəybala,  Kərbəlayi  Qulu  Xarrat  Yusifi,  İbrahim  bəy 
Azər,  Mirzə  Hüseyn  Salar,  Kərim  bəy,  Molla  Sədi,  Mirzə 
Məhəmməd Katib Qarabaği, Abbas bəy, Əli Mədəd Qazi oğlu 
Qurtlar,  Məhəmmədəli  bəy  Məxfi,  Xurşidbanu  Natəvan,  Mir 


 
97 
Möhsün Nəvvab, Mir Həsən ağa, Mirzə Fatma Kəminə, Səməd 
bəy  Vəzirzadə və s. onlarla sənətkar məhz Qarabağ mühitinin 
zənginləşməsində  rol  oynamışlar.  Bu  zənginliyin  rəngarəng-
liyində,  mövcud  axınların  hansının  birinci,  ikinci  və  üçüncü 
sırada  dayanması  bütünlükdə  istiqaməti,  aparıcılığın  hansı 
tərəfə  yönlənməsini  düşünməyə  əsas  verir    və  Vaqif  də  bu 
sırada  yönləndirici olaraq böyük  yaradıcı imkanları ilə diqqəti 
cəlb  edir.  M.Möhsün  Nəvvab  bu  zənginliyin  təsir  faktı  olaraq 
digər bir tərəfinə, təriqət şeyxi funksiyasında roluna da diqqət 
yetirir.  “Deyirlər  ki,  bu  ağköynək  olmağı  (təriqətdir)  Molla 
Pənah  ixtira  etmişdir.  Ağköynəklərin  etdikləri  ibadətin  bəzi 
mətnləri mərhumun özünündür” (77, 12). Onu da əlavə edək ki, 
M.P.Vaqifin geniş, əhatəli fəaliyyətində çoxyönlü qatlar vardır 
ki,  onlar  rəngarəng  tədqiqatların  probleminə  çevrilsə  də, 
nədənsə  axıra  qədər  davamlı  olaraq  açılmamışdır.  Biz  bunu 
təsadüfi  olaraq,  nədənsə  demədik,  çünki  bu  zənginlik  etnosun 
mədəniyyət  və  düşüncə  tərzinin  açılışı  və  aydınlığı,  dinamik 
mənzərəsinin  müəyyənliyi  üçün  faktik  materiala  və  bəlkə  də 
əsaslı  mənbəyə  çevrilir.  M.M.Nəvvabın  vurğuladığı  bu  bilgi, 
yəni təriqət mürşidi kimi fəaliyyəti nədənsə bütün mənbələrdə 
xatırlanmadan  o  yana  getməmişdir.  Ancaq  bütünlükdə  dövrü, 
şairin  yaşadığı  mühiti,  siyasi,  ictimai,  mənzərəni  nəzərdən 
keçirdikdə  M.P.Vaqifin  ağköynək  təriqətini  yaratmağı  sırf 
reallığa,  böyük  kütləni  öz  ətrafında  aparmaq  düşüncəsinə 
köklənmişdi. Burada maraqlı və düşündürücü olan M.P.Vaqifin 
belə  bir  fikrə  (təriqət  yaratmaya)  gəlib  çıxmasının  zərurətidir. 
Çünki  bu  böyük  istedad  sahibi,  ensiklopedik  ziyalının 
addımları,  fəaliyyəti  bütünlükdə  reallığa  hesablanmışdı.  Və 
onun  zamanında,  eləcə  də  sonrakı  dövrdə  təriqət  düşüncəsi 
həm dünyaya göz açdığı ərazilərdə, həm də Qarabağda kifayət 


 
98 
qədər  geniş  şəkildə  yayılmışdı.  Belə  olan  vəziyyətdə 
ağköynəklər  adı  ilə  təriqətin  yaranması  sırf  reallığa,  gedən 
proseslərin ümumi mənzərəsinin  ehtiyacına hesablanmışdı. 
Qarabağ  ədəbi  mühiti  səviyyəsində    ciddi  zənginliklə 
səciyyələnən  istiqamətlər    bir  tərəfdən  klassik  ənənənin,  əruz 
vəznində  yazıb-yaratmanın  zəngin  faktları  ilə  əhatələnirsə, 
digər tərəfdən aşıq yaradıcılığının, daha doğrusu aşıq mühitinin 
inkişaf  mənzərəsi  ilə  maraq  doğurur.  Bizə  gəlib  çatan 
nümunələrdə  olan  xatırlamalar,  ayrı-ayrı  sənətkarlar  haqqında 
verilən  informasiyalar  XVIII  əsr  Qarabağ  aşıq  mühitinin 
çiçəklənmə mərhələsinə daxil olduğunu düşünməyə əsas verir. 
Aşıq Səməd, Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qənbər və s. kimi 
sənətkarların haqqında olan məlumatlar, eləcə də Aşıq Valehin 
zəngin  yaradıcılığı  M.P.Vaqiflə  bağlı  ciddi  təhlillərə  imkan 
yaradır.  Hətta  Aşıq  Valehin  şeirlərində  olan  xatırlamalar  da 
buna əsas yaradır. 
 
Ərdəbilli Aşıq Mahmud zay oldu
Məsum Əfəndinin yaşı çay oldu
Naxçıvanlı Süleymana tay oldu
Bu mahalda şairlər övladı var. 
 
Ustad Səməd sənətdə bir dağ idi
Kələntərli Alı fəndli bağ idi, 
On il əvvəl Molla Pənah sağ idi
Valeh kimi aşıqlar ustadı var. (11, 26) 
 
Göründüyü kimi, bu mətn XVIII əsr səviyyəsində mühiti 
ifadə  edir  və  “bu  mahalda  (Qarabağda)  güclü  bir  yaradıcılıq 
ənənəsinin  dinamik  mənzərəsini  düşünməyə  imkan  yaradır. 


 
99 
Burada  məsələnin  bir  başqa  tərəfi    də  var  ki,  bu  da  Ərdəbil, 
Naxçıvan, Dərbənd mühiti  ilə olan əlaqələrin aşkarlanmasıdır. 
Tarix  bütün  olanları  fakt  kimi  bizim  zamanımıza  çatdırmaq 
baxımından bir qısqanclıq, çətinlik yaşayır və bunun da səbəbi 
siyasi  mühitlərdə  baş  verənlərlə  bağlıdır.  Müharibələr, 
fəlakətlər,  iri  köçlər  həmişə  mədəniyyət  laylarının  qorunuşu 
üçün  problemə  çevrilmişdir.  Ona  görə  də  baş  verənlərin 
izlənməsi  üçün  əldə  olan  materiallardakı  faktlar  bir  mənbə, 
göstərici  rolunu  oynayır  və  ondan  çıxış  etməklə  ədəbi-nəzəri 
fikir  istiqamətini  götürür,  mülahizələr  yürüdür.  Qarabağ  ədəbi 
mühiti  də,  M.P.Vaqif  yaradıcılığı  da  eyni  aqibəti  yaşayır. 
Təkcə  onu  demək  kifayətdir  ki,  M.P.Vaqifin  şəxsi  faciəsi, 
Vaqifin  yaradıcılığı  timsalında  bütünlükdə  ədəbiyyatın  ağrısı 
kimi görünür və bu doğurdan da belədir. Çünki bu böyük şairin 
ölümü ilə birlikdə yaradıcılığı da ağır tale  yaşadı, böhranlı bir 
sferaya  daxil  oldu,  bir  qədər  obrazlı  desək,  Vaqifin  ölümə 
aparılan  yolunda  ondan  öncə  onun  poeziyası  bu  dəhşətləri 
yaşadı. Heç şübhəsiz bu yaradıcılıq xalqın olanı timsalında elə 
xalqın  özünün  bu  faciəni  yaşamağa  məhkum  edilməsi  idi. 
Çünki  Vaqif  də  Vaqifin  yaradıcılığı  da  elə  xalqın  mənəvi 
sərvəti  idi.  Siyasi  izdivacların  dəhşətlərində  isə  hikkə, 
təkəbbürlük o qədər baş alıb gedir, əndazədən çıxır ki,  bunlar 
elə  də  rol  oynamır.  Bütün  olanlar  eyin  əziyyəti,  fəlakəti 
yaşayır. Məhz Vaqif dövründə olanlar, eləcə də ondan əvvəl və 
sonra yaşananlar hamısı eyni aqibətlidir.  
Aşıq Valehin sıraladığı bu adlar arasında ancaq və ancaq 
Aşıq  Mahmudun,  Aşıq  Süleymanın  Aşıq  Valehlə  deyişmələri 
gəlib bizə çatmışdır. Qalanları yoxdur, Məsum Əfəndi ilə bağlı 
olanlar  isə  “Məsim  və  Diləfruz”  başlığı  altında  dastanlaşma 
vasitəsi  ilə  gəlib  çatmışdır.  Buradan  və  Aşıq  Valehin  Məsum 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə