Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

 
125 
yələrdən,  cərəyanlardan, ədəbi məktəblərdən danışa bilərik və 
danışsaq da yenə eyni nöqtəyə gəlib çıxırıq ki, “Vaqifə məxsus 
sadəlik”  elə  bədi-estetik  düşüncənin  bütün  zamanlar  üçün 
müəyyənləşmiş  konsepsiyasıdır.  Əsas  məsələ  isə  bu  sadəliyin 
və təsirin klassik və xalq şeiri üslubunda yazdıqlarında sistemi 
açmaqdır.  Vaqif  şeirinin  sadəlik  və  gözəlliyi  bir  sirr  olaraq 
bütünlükdə  ədəbiyyatı  izləmək  iqtidarındadır.  Məhz  bunun 
nəticəsi idi ki, S.Vurğunun qənaətlərində bir Vaqif vurğunluğu, 
ona  sonsuz  sevgi  baş  qaldırır  və  anaların  onun  şeirini  öz 
balalarına layla kimi deməsi həmin xalq müdrikliyinə işarədir. 
Xalq  şairi  H.Arif  “mən  beşikdə  ikən  telli  sazınla,  laylamı  sən 
çaldın,  ay  Mirzə  dayı”  deyirdi.  Saz  türkün  layla  səsidir, 
M.P.Vaqifin  şeiri  də  məhz  həmin  sazın,  Azərbaycan  dilinin 
ecazkarlığında  bir  layladır.  Ona  olan  vurğunluğun  genetika-
sında da bu dayanır. Vaqifin həm xalq şeiri üslubunda, həm də 
klassik  uslubda  yazdığı  şeirlərində  “el  dili,  el  şeiri”nin 
gərəkliyini bir tezis kimi qabardır və ədəbi mühitin istiqamətini 
bura yönləndirir. Özü isə bu yolda nümunəyə çevrilir.  
 
Aydın olsun gözlərim ki, gəldi yarın kağızı, 
Könlümü şad eylədi gözəl nigarın kağızı. 
 
Oxudum, öpdüm, gözə sürtdüm, dedi: səd mərhəba! 
Gözüm üstə var yerin, ey gülüzarın kağızı. (62, 83).  
 
Və yaxud da bir başqa qəzəlinə sadəlik anlamında diqqət 
yetirək, çünki Vaqif şeirinin əzəməti onun bütün formalarında 
öz üslubuna sədaqət göstərməsindədir. Əlbəttə bu böyük şairin 
yaradıcılığında bədii sözün imkanları bir qədər də genişlənir və 
ona yeni çalar, məna yaddaşı əlavə olunur. Sözün təravəti bədii 


 
126 
mətnin semantik  yaddaşını izhar eləməklə nitq hadisəsi olaraq 
daha əzəmətli və əhatəli görünür. 
 
Mehribanlıq görməyib bir məhliqadan küsmüşəm, 
Gündə yüz al eyləyən qəlbi qaradan küsmüşəm. 
 
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım, 
Ol səbəbdən ağzı şəkər dilrübadan küsmüşəm. (62, 58). 
 
Qarabağ ədəbi mühiti Şair Məhəmməd, Aşıq Güllü, Aşıq 
Səməd,  Kərbəlayi  Səfi  Valeh,  Abdulla  Canızadə,  Qənbər 
Gülablı, Yusif Koca Qarabaği (Vaqifdən əvvəl yaşayıb), Mirzə 
Məriz,  Mirzə  Əli  (Qarabağın  qazısı),  Q.Zakir,  Mirzə  Mehdi 
bəy,  Cəfərqulu  xan  Nəva,    Məhəmməd  bəy  Aşiq,  Aşıq  Pəri, 
Mirzə  Həsən,  Rəhim  bəy  Uğurlu,  Axund  Molla  Abbas 
Cavanşir,  Abdulla  bəy  Asi,  Şəhid  Qarabaği,  Mirzə  İbrahim 
Səba,  Mirzə  Haqverdi  Qarabaği,  Molla  Zeynalabdin  Safəri, 
Mirzə  Bəybala,  Kərbəlayi  Qulu  Xarrat  Yusifi,  İbrahim  bəy 
Azər,  Mirzə  Hüseyn  Salar,  Kərim  bəy,  Molla  Sədi, 
Məhəmmədəli  bəy  Məxfi,  Xurşidbanu  Natəvan,  Mir  Möhsün 
Nəvvab,  Mir  Həsən  ağa,  Mirzə  Fatma  Kəminə,  Səməd  bəy 
Vəzirzadə, Mirzə Məhəmməd Katib Qarabaği, Abbas bəy, Əli 
Mədəd  Qazi  oğlu  Qurtlar,  və  s.  onlarla  sənətkarların 
yaradıcılığı  timsalında  zəngin  faktura  ilə  səciyyələnir.  Ancaq 
bu  zənginliyin  istiqamətvericisi,  yeni  məcraya  yönləndirilməsi 
M.P.Vaqiflə  bağlıdır  ki,  mühit  özü  sonrakı  mərhələnin 
coşğunluğunu  və  bütünlükdə  digər  mühitlərə  təsirini  bu 
olanlarla  müəyyənləşdirir.  Bütün  olanlarda  dil,  üslub 
zənginliyindən  tutmuş  forma  müxtəlifliyinə,  məzmun 
fərqliliyinə  qədər  bir  rəngarənglik  müşahidə  olunur.  Mühitin 


 
127 
yaradıcılıq istiqamətində bədii-estetik sistemin təkamülü, mühit 
müstəvisində  yeni  sferaya  transformasiyası  müşahidə  olunur. 
Daha  doğrusu,  Vaqif  dəsti-xətti  bir  üslub  olaraq  mühitə  öz 
diktəsini edir. Məsələn, Q.Zakirin tipik bir hadisə münasibətilə 
yazılmış “Gələ” rədifli şeirinə diqqət yetirək. 
 
Bəylər, nə layiqdi xan qulluğuna
Bir kəs atlı gedə, piyada gələ? 
İldə bir yol düşər mənim güzarım, 
Vay onun halına, ziyadə gələ! 
 
Məsəli-məşhurdur: “Quş dənə gedər”, 
Sizdə bir nəf yox, savayi-zərər, 
Gəlməz o qapıya heç kimsə məgər, 
Horadiz, Quyucaq fəryadə gələ. (77, 62-63)   
 
Onu  da  əlavə  edək  ki,  Q.Zakir  Azərbaycan    ədəbiyyatı 
tarixində,  Qarabağ  ədəbi  mühitində  zəngin  təbi,  yaradıcı 
istedadı  ilə  daha  çox  seçilən  sənətkarlardandır.  Vaqif  ruhuna 
yaxınlığı baxımından fərqlənməsi və Vaqifdən sonrakı dövrün 
göprkəmli  nümayəndəsi  kimi  öyrənilməyə  layiq  olan  istedad-
larındandır.  Onun  xalq  şeiri,  klassik  şeir  üslubunda  yazdığı 
nümunələr  ənənənin  sonrakı  dövrə  daşınmasıdır.  Məsələ  isə 
uğurlu  daşınmadan  gedir,  çünki  Q.Zakir  yaradıcılığı  
yeniləşmənin,  ənənənin  uğurlu  inkişafının  faktıdır.  F.Köçərli 
xüsusi  olaraq  vurğulayır  ki,  “Zakirin  hər  qism    əşarü  kəlamı 
mövcuddur  –  qəzəliyyat,  mürəbbeat,  müxəmməsat,  şeiri-
müstəzad,  tərkibbənd,  tərcibənd  və  sairə.  Fars  dilini  dəxi 
mükəmməl  surətdə bilirmiş və bu dildə bir çox abdar şeir və 
qəzəlləri vardır. 


 
128 
Türk  qəzəlləri  var  ki,  Füzulinin  qəzəllərinə  bərabərdir. 
Müxəmməs və qafiyələri Vaqifinkindən əskik deyil (60, 366).   
Əlbəttə  bunlar  Q.Zakir  yaradıcılığını  Füzuli  və  Vaqif 
istiqmətində  aparılan  qiymətləndirmə,    ədəbiyyata  dolğun 
münasibətin ifadəsidir.  
 
Bayram günüdür, zövqü səfa xanələr içrə
Cananım oturmuş neçə cananələr içrə. 
 
Bir hiylə ilə gizlənirəm zülf arasında, 
Pünhan gedə bilsəydim əgər şanələr içrə. (77, 54) 
 
Və  yaxud  da  tam  aydınlıq  üçün  başqa  bir  nümunəyə 
diqqət yetirək. 
 
Cahanda varmı bilən dərdi-eşqə bir çarə
Bu eşq o eşqdi Məcnunu qoyubdu avarə. 
 
Bu eşq o eşqdi Fərhadə dağı çapdırdı, 
Axırda tişəni başına urdu bişarə. (77, 56)  
 
Q.Zakirdən  verdiyimiz  bu  iki  nümunə  əlbəttə 
mükəmməllik  baxımından  diqqəti  cəlb  edir  və  Qarabağ  ədəbi 
mühitini, onun ümumi mənzərəsini tipoloji müstəvidə təhlillərə 
imkan yaradır. Çünki Zakir yaradıcılığı Vaqif ənənəsinin, ədəbi 
düşüncənin  yeniləşmə  ilə  səciyyələnməsinin  bariz  nümunəsi 
olaraq  daha  çox  fakt  bolluğu  ilə  maraq  doğurur.  “XIX  əsr 
Azərbaycan  ədəbiyyatının  formalaşmasında  mühüm  rol 
oynayan  Qasım  bəy  Zakir    özünün  lirik  şeirləri  ilə  klassik 
poeziyamıza yeni vüsət və çalar bəxş etdiyi kimi, satirik şeirləri 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə