Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

 
156 
düstur olaraq aşıqlığı, aşıqlığa gələn yolu və ondan sonranı da 
şərtləndirir.  Burada  bir  məsələyə  də  diqqət  yetirmək  lazımdır 
ki,  bu  da  folklor  mətnində  semantik  informasiya  qatı  ilə   
bağlıdır.  Belə  ki,  “semantiklik  bədii  strukturun    digər 
xüsusiyyətini  –  qapalılığını  tarazlayan  açıqlıq  və  çevikliyini  
əsaslandırır:  öz  mahiyyətini  saxlayacaq  qədər  qapalı  və  sərt 
olan    bədii  struktur,  həm  də  tarixi  təbəllüata,  yeni  mənalara 
uyuşacaq  qədər açıq və mütəhərrik olmalıdır... Poetik struktur 
- məna potensiyası, yaradıcı təxəyyülü istiqamətləndirən  bədii 
model,  dünyaya  baxış  bucağıdır.  Belə  mənayaradıcı  fəallıq  
bütün  quruluş qatlarında  – fonetik, morfoloji,  leksik,  sintaktik 
ünsürlərdə aşkarlanır” (41, 15). Ona görə də dastan yaradıcılığı 
bir  mədəniyyət  layı  kimi  poetik  potensiyası  ilə  bütün 
komponentlərin  məcmusu  olaraq  bir  bütövə,  etnosu  ifadəyə 
xidmət edir. Bədii modelin konstruksiyası mənayaradıcı tipində 
çıxış  etməklə  məzmunun  təsir  axarını  şərtləndirir.  “Dədə 
Qorqud  kitabı”ndan  verdiyimiz  nümunə,  məsələn,  “on  min 
ərdən  yağı  gördümsə,  oyunum  dedim,  yigirmi  min  ər  yağı 
gördümsə,  yılamadım”  təsəvvürü  ancaq  poetik  struktur 
daxilində bütövləşir və onun uğurluluğundan asılı olaraq yaşam 
haqqı qazanır. Ozandan aşığa gələn yolda bu potensiya tamam 
başqa  formada  (əslində  üzdə  belədir,  mahiyyətində,  alt  qatın 
dərinliklərində  elə  də  fərqli  deyildir),  bədii  modelin 
mükəmməl, biçimlənmə tiplərinin sabitləşməsi ilə səciyyələnir. 
 
Mərd dayanar, namərd qaçar
Meydan gumbur-gumburlanı. 
Dəlilərim meydan açar, 
Düşmən gumbur-gumburlanı. 
 


 
157 
Top açılar qalasından, 
Haq saxlasın balasından, 
Koroğlunun nalasından, 
Hər yan gumbur-gumburlanı. (59, 336)  
 
“Dədə  Qorqud  kitabı”ndan  “Koroğlu”ya  gələn  dinami-
kanın mənzərəsi məhz bu nümunələrdə, ozan və aşıq söyləmə-
lərində, dinləyici auditoriyasının ehtiyaclarında  müəyyənləşir. 
S.Vurğun  vurğulayırdı  ki,  hansısa  vaxt  gələr,  Koroğlunun 
qəhrəmanlığının  bəziləri  unudular,  ancaq  Koroğlunun 
nəğmələri  xalqın  qəlbində  əbədi  yaşayacaqdır.  Bu  əbədiliyin 
sirri  isə  məna  potensiyasının,  bədii  mətn  strukturunun 
uğurluluğu  ilə  bağlıdır.  Məsələnin  mahiyyəti  bundan  ibarətdir 
ki,  bu    şedevrlər  məhz  xalq  düşüncəsindəki  təbii  bir  proseslə, 
sirri bir struktur sistemlə ozan düşüncəsindən ozan repertuarına 
istiqamətlənmişdir. Burada əriş-arğac  yollar, xətlər görünür və 
bu  isə  şaquli  və  üfiqi  yanaşmaları  zəruri  edir.  Məsələn, 
folklorşünas P.Əfəndiyev “Molla Pənah Vaqif və Molla Cümə” 
adlı  məqaləsində  bu  zənginliyi  müşahidə  edərək  yazır:    “Mən 
aşığın  şeirləri  üzərində  işləyəndə  hər  dəfə  hansısa  bir 
sənətkarın  şeirlərinin  izi,  təsiri,  rayihəsi  məni  narahat  edirdi, 
həvəsləndirirdi  və  həm  də  hər  gün  düşündürürdü.  Nəhayət  bu 
yaxınlarda  böyük  şairimiz  Molla  Pənah  Vaqifin  əsərlərini 
təzədən  oxudum.  Ulu  Tanrı,  Böyük  Allah,  bu  nə  möcüzədir!? 
M.P.Vaqif və Molla Cümənin iki nəhəng, titanik sənətkarların 
yaradıcılığı  arasında  bağlar,  tellər,  oxşarlıqlar  gördüm.  Bunlar 
məni valeh elədi, əməlli-başlı müşahidələr apardım” (37). Belə 
bir  heyrətamizlik  bütünlükdə  aşıq  yaradıcılığı  boyu  özünü 
göstərir.  Dünya  şöhrətli  “Koroğlu”  dastanından  bir  nümunəyə 
diqqət yetirək: 


 
158 
Bugünkü məclisdə bir gözəl gördüm, 
Gözəllər səfində sana yaraşır. 
Geyinib sallanan gözəllər çoxdur
Tərlan kimi süzmək ona yaraşır. 
 
Tutini bənd eylər şirin dilləri, 
Şümşad barmaqları, nazik əlləri
Gülabatın saçı, qara telləri, 
Töküləndə dal gərdənə yaraşır. (59, 71) 
 
M.P.Vaqif yaradıcılığında belə nümunələr kifayət qədər-
dir  və  onun  şeirlərinin  mahiyyətini,  enerji  qaynaqlarını 
aydınlaşdırmaq  üçün  lazımı  qədər  əsas  verir.  Əlbəttə  “öz  
üslubunu təyin etmək və ona daim sadiq yaşayıb yaratmaq  şair 
üçün səadətdir” (S.Vurğun) məsələsində M.P.Vaqif bütünlükdə  
özü  üslub  yaradıcısıdır.  Məhz  ədəbi-nəzəri  fikirdə  səslənən 
Vaqif  məktəbi  anlayığı  bu  üslubyaratmanın  faktı  kimi  daha 
əhatəlidir,  onun  aydınlaşması  isə  sistemli  araşdırmaları,  ciddi 
təhlilləri  zəruri  edir.  Vaqif  yaradıcılığının  əzəməti,  sehri 
əsasında yazılanlar çox azdır. Düzdür, tədqiqatlar, araşdırmalar 
müxtəlif təhlillərdə Vaqif yaradıcılığını bir istinad nöqtəsi kimi 
əsas  götürmüş  və  ondan  yararlanmışlar.  Ancaq  tipoloji  təhlil 
müstəvisində deyilənlər Vaqif yaradıcılığı timsalında çox azdır, 
çünki bu zənginlik ucu-bucağı görünməyən bir xəzinədir.  
 
Söz yox danışanda şirin sözünə, 
Nərgis qurban olsun xumar gözünə
Buxağına, gərdəninə, üzünə, 
Xırda tellər danə-danə yaraşmış. 
 


 
159 
Görməmişəm sən tək gözəl kimsənə, 
Ta ki, gördüm heyran oldum mən sənə
Saçı qucaq ilə düşüb gərdənə, 
Ucu nə xoş ol miyanə yaraşmış. 
 
Ağ sinəndir təxti-Süleyman kimi
Sallanırsan sultan kimi, xan kimi
Pərişan zülf sənə yaraşan kimi, 
Nə mələyə, nə insanə yaraşmış. (89, 120) 
 
“Koroğlu” dastanından verdiyimiz nümunə ilə Vaqif şeiri 
arasındakı yaxınlıq təkcə formal xarakteli ilə  maraq doğurmur, 
burada aşıq  yaradıcılığından, sazın sehrli cingiltilərində hopub 
daşlaşmış  bir  ritm,  simvolika  nəzərə  çarpır.  Saz  isə  xalqın 
ruhunun  səsi,  onun  qəlb  pulsunun  döyüntüləridir.  Koroğludan 
Vaqifə,  Vaqifdən  Vidadiyə,  bayatıdan  qoşmaya,  qoşmadan 
təcnisə, düvaniyə qədər bir zənginliyi sərgiləyir. Bu zənginliyin 
kökləri çox əski zamanlardan başlamış və sonrakı çağlara gəlişi 
etnosun  ruhu,  düşüncəsi  ilə  birgə  addımlamışdır.  Mətndəki 
bənzətmələr, gözəlin camalının müxtəlif metaforik formullarla 
işlənməsi, paralellər, simvolik məzmunun işarələdiyi mahiyyət 
bizim  diqqətimizi  bədii  mətnin  füsunkarlığında  ovsunlayır. 
Daha təfərrüatlı təəssüratın yaranması üçün XIX əsrin görkəmli 
sənətkarı  Aşıq  Ələsgərdən  təxminən  bu  ruhda  yazılmış  bir 
nümunəyə diqqət yetirək. 
 
Könlüm mayil olub siyah telinə
Nazik barmağına, şümşad əlinə, 
Əcəb qurşanıbdı incə belinə, 
Gümüş kəmər qəddi-dala yaraşır. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə