Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə44/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

 
145 
“Qandal  Nağı”,  “Səməd  bəy”  və  s.  həmin  dil  gözəlliyini  təbii 
proses  olaraq  gələcəyə  daşıyır.  Onun  mahiyyətində  olanlar 
təkcə  tarix,  etnosun  həyat  tərzi,  düşüncələri,  idealları,  arzuları 
timsalında  ümumiləşmir,  burada  hamısının  bir  bütöv  olaraq 
yaşarlığı özünün ifadəsini tapır. Ona görə də Dədə Qorquddan 
üzü  bəri  olanların  bir  istiqamətdə  Dədə  Qorquda  qədər 
olanlarla da bağlantılarını düşünməyə əsas verir. “Dədə Qorqud 
kitabı”  bir  istiqamətdə  elə  Dədə  Qorquda  qədər  olanların 
məcmusudur,  ümumiləşmiş  mahiyyət  hadisəsidir.  Belə  olanda 
məsələnin mahiyyəti daha da genişlənir; epos informasiyasının 
etnos  dəyərləri  və  düşüncəsi  sxemini  müxtəlif  baxış  bucaq-
larında izləməyə əsas verir. Bir növ yeni şəraitdə, yeni mühitdə 
yazılı  düşüncədə  tarixi  mənzumələrə  bağlanır.  Əlbəttə  məsələ 
ozan mədəniyyəti, ozan yaradıcılığı sxeminin bir bütöv olaraq 
açımı  ilə bağlıdır və onun aşığa qədərki və aşıqlıq zamanında 
görünüşü, məqam və məqsədi əsas olur. Onu da əlavə edək ki, 
ozanlıq  sənət  düsturunda  aşıqlıqla  eyni  xətdə  dayanır  və  biri 
digərinin  davamı  olaraq  diqqəti  cəlb  edir.  Əlbəttə  biz  bunları 
yüzə-yüz  eyninin  təkrarı  kimi  qəbul  etmirik  və  bunun 
tərəfdarıyıq  ki,  aşıq  sənət  və  yaradıcılıq  timsalında  ozanın 
varisidir. Məsələnin mahiyyəti də belədir. Ancaq tarixi  proses 
elə  əlahəzrət  qüvvədir  ki,  dəyişmələri,  zamanın  əlavələri, 
təkamülü  həmişə  zəruri  edir,  bu  aşıqlıqda  da  belədir.  Lakin 
bunların  arasına  təkrar  qeyd  edirik  ki,  sədd  çəkmək  ciddi 
yanlışlıqdır  və  heç  mümkün  də  deyildir.  Son  dövrün 
araşdırmalarında  belə  meyillər  var  və  bunlar  ötəri  baxışların, 
keçici  halların  təəssüratından  başqa  bir  şey  deyildir,  həm  də 
bunu  qeyri-ciddi,  məsuliyyətdən  uzaq  fikir  kimi  qəbul  edirik. 
Folklorşünas  alim,  aşıq  yaradıcılığının  istedadlı  tədqiqatçısı 
prof.M.Həkimov  “Aşıq  sənətinin  poetikası”  adlı  fundamental 


 
146 
tədqiqatında xüsusi olaraq vurğulayır ki, “Azıx, Tağlar, Avey, 
Damcılı,  Ceyrançöl  və  Şəki-Zaqatala,  Qobustan-Abşeron, 
Quba-Xaçmaz,  Talış  və  Naxçıvanda  aparılan  arxeoloji 
qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələri də 
bu  hökmü  təsdiqləyir.  Deməli,  həmin  insanların  nəsli  sözsüz 
kəsilməməli,  törəməli,  artmalı  idi.  Bu  mənada,  birinci 
söyləmədəki “Arı-Aranda yaşayan  Uğur dədələr, heç şübhəsiz, 
ulu  babalarımızın  dinlədikləri  sənətkarlar olmuşlar”  (46, 200). 
Folklorşünas  alim  ozan  /  aşıq  adlanmasında  daha  qədimlərə 
bağlanan  bir  sıralanma  verir  və  xüsusi  olaraq  vurğulayır  ki, 
“uzaq  keçmişlərdə  tayfa,  qəbilə  şənlik  mərasimlərində  igid 
oğlanların  şəninə  qopuz-saz  çalıb  ad  qoyan  hikmətli  söz 
ustaları müxtəlif ad-titullar ilə adlandırılmışlar. Məsələn, Saya, 
Ağsaqqal,  Dədə,  Pirustad,  Ata,  Pirbaba,  Nurbaba,  Varsaq,  
Ozan  və  s.”  (46,  13-14).  Əlbəttə  bunların  hansı  zaman 
kəsiyində  fəaliyyəti  haqqında  konkret  mühakimə  yürütmək, 
hansı  ardıcıllıqla  yaşamı  ilə  bağlı  qəti  qərara  gəlmək  də 
mümkün deyildir. Mübahisələrə səbəb olan məqamlardan birisi 
də real şəkildə bunların bir hissəsinin mövcudluğu ilə bağlıdır. 
Çünki  tarixi  proses  bu  ad  sıralanmasında  elə  də  fakta 
çevriləcək  ciddi  və  əsaslı  fikir  ortaya  qoya  bilmir.  Bizim 
düşüncəmizdə olan bundan ibarətdir ki, bunların hamısı aşığın 
sələfi  olmada  iştirak  etməsə  də,  hər  halda  buna  yaxın  bir 
sıralanma  olmuşdur.  Əsas  olan  isə  budur  ki,  məhz  onların 
sayəsində  qəlibləşmiş  dəyərlər  yaşam  haqqı  qazanmış, 
məclislərdəki  söyləmələrlə  etnosa  təlqin  edilmişdir.  Əski 
çağların  daha  dərin  qatlarından  gələn  mədəniyyət  laylarının 
günümüzə çatdırılmasının funksioneri onlar olmuşlar. Biz ozan 
yaradıcılığı  ilə  bağlı  bilgiləri,  Dədə,  Ata  ilə  əlaqədar 
informasiyanı  möhtəşəm  “Dədə  Qorqud  kitabı”  vasitəsilə 


 
147 
öyrənirik. Hasısa xoş təsadüfin nəticəsi olaraq bizə gəlib çatan 
bu  abidə  sayəsində  ozanlar  haqqında  fikirlərimizi  bölüşə 
bilirik. Ozanın  bir sənətkar  kimi  funksiyası,  statusu  bəzi  kiçik 
istisnalar  nəzərə  alınmazsa  bu  abidə  vasitəsi  ilə  açılır.  Bu 
sıralanmada  özünə  yer  alan  digər  ad-titullar  da  var  ki, 
mənbəsizlik  ucbatından  ciddi  və  sistemli  təhlillər  aparmaq 
mümkünsüz  olur.  Ancaq  “Dədə  Qorqud  kitabı”nın 
möhtəşəmliyi  bizə  digər  layların  da  olması  ehtimalını  irəli 
sürməyə əsas verir. Çünki bu abidənin mətn informasiyası, nitq 
janrı  elə  bir  əlahiddə  hadisədir  ki,  onu  axıra  qədər 
aydınlaşdırmaq  olmur,  sirr  və  möcüzə  ilə  dolu  görünür.  Belə 
bir  bütövün,  mükəmməl  strukturun,  bədii  sistemin 
arxitektonikası  bizi  daha  qədimlərə  səsləyir.  Daha 
M.Kaşğarinin  divanında  olanların  qədimlik  müstəvisində  çox 
bəridə olduğunu düşünməyə əsas verir. 
“Dədə  Qorqud  kitabı”nda    mövcud  ənənəvi  struktur 
tiplərinə  oturmayan  özünəməxsusluqları,  ilkinliyi,  fərqli 
sistemi işarələyən modellər vardır. Lakin onu da əlavə edək ki, 
bu  tip  və  modellərlə  sonrakı  dövr  struktur  sxemləri  arasında 
üzdə  nə  qədər  fərqlilik  müşahidə  olunursa,  mahiyyətdə  bir  o 
qədər  yaxınlıq  boy  göstərir.  Bu  isə  sırf  etnos  təsəvvürlərinə, 
inkişaf  texnalogiyasının  işarələdiyi  məzmuna  bağlanır.  Ona 
görə  də  aşkarlanmalı  və  daha  çox  maraq  doğuranı  Dədə 
Qorquddan  üzə  bəri  Qurbaniyə  və  oradan  da  Vaqifə, 
M.V.Vidadiyə gələnlərin müəyyənliyidir.  
 
Allah-allah deməyincə işlər önməz
Qadir tantı verməyincə ər bayılmaz, 
Əzəldən yazılmasa  qul başına qəza gəlməz
Əcəl vədə verməyincə ər bayılmaz, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə