Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

 
148 
Ölən adam dirilməz
Çıxan can geri gəlməz. (58, 14) 
 
Məlum olduğu kimi, “poetik struktur – məna potensiyası, 
yaradıcı  təxəyyülü  istiqamətləndirən  bədii  model,  dünyaya 
baxış  bucağıdır.  Belə  mənalandırıcı  fəallıq    bütün  quruluş 
qatlarında  –  fonetik,  morfoloji,  leksik,  sintaktik  ünsürlərdə 
aşkarlanır”  (41,  15).  Bədii  mətnin  bir  bütöv  olaraq  müəy-
yənləşdirdiyi    məzmun  ümumilikdə  struktur  məzmunu  uğur-
luluq  dərəcəsindən  asılıdır.  “Kitabi-Dədə  Qorqud”  dastanları-
nın poetik sistemi isə ozan bədii-estetik təfəkkürünün kanonik 
sisteminə  hesablanır  və  bunun  inkişaf,  təzahür  problemləri 
birbaşa  məna  yaddaşına  bağlanır.  Yəni  burada  aşıq  yaradı-
cılığında olan sistemin kanonikliyinin münəccirliyini gözləmək 
artıqdır,  ancaq  əsas  olan  onun  özünəxaslığının  müəyyən-
ləşməsidir. 
 
Könül həsrət, can müntəzir, göz yolda
Ömr azaldı, vədə keçdi san ilə. 
Bir də könlüm istədiyi gözləri
Görərəmmi ol şövkətlə, şan ilə? (83, 575) 
 
Əlbəttə burada biz “Dədə Qorqud kitabı”nın mətn tipi ilə 
M.V.Vidadidən  verdiyimiz  bənd  nümunəsi  arasında  struktir 
sxeminin  modelini  şərh  etmək  istəyindən  uzaq  bir  məsələnin 
fərqindəyik  və  bu  da  ondan  ibarətdir  ki,  xalq  inamlarında, 
düşüncəsində    olan  “əzəldən  yazılmasa    qul  başına  qəza 
gəlməz”  təsəvvürü  ilə  “ömr  azaldı,  vədə  keçdi  san  ilə” 
deyimindəki eyniyyətin qoruyuculuğudur. M.P.Vaqif yaradıcı-
lığında isə yuxarıda verdiyimiz düşüncənin bir obrazlı, həm də 


 
149 
sırf  reallığa  hesablanmış  nümunəsini  görürük.  Bu  artıq  forma 
baxımından  da  bir  başqa  fərqliliklə  təzahür  edir  ki,  bizim  də 
məqsədimizdə  olan  həmin  fərqliliklər  nisbətində  yaddaşın 
hansı səviyyədə qorunuşu məsələsidir. 
 
Mən fəqirə əmr qılmışdı siyasət etməyə
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax!  
(89, 145). 
 
Nümunə M.P.Vaqifin məşhur “Bax” qəzəlindəndir. “Ki-
tabi-Dədə  Qorqud”un  dastan  müqəddiməsindən,  M.V.Vida-
dinin  qoşmasından,  M.P.Vaqifin  “Bax”  qəzəlindən  verdiyimiz 
bu  nümunələr  janr  tipologiyası  baxımından  fərqli-fərqli 
formullarla səciyyələnir. Lakin bu fərqliliyin ortaq məxrəcində 
ciddi məzmun, etnosun təsəvvürünə dayanan qəlibləşmiş inam 
dayanır.  Məhz  məsələnin  mahiyyəti,  Dədə  Qorquddan  Vaqifə 
gələn  düşüncənin  əriş-arğacı  bununla  səciyyələnir.  Məlum 
olduğu  kimi,  “həyatda  hər  şeyin  –  cisimlərin,  əşyaların, 
faktların,  əhvalat  və  hadisələrin    öz  məzmunu,  öz  forması 
vardır. Mürəkkəb bir struktur – bədii əsər də yalnız məzmun və 
forma  daxilində  mövcuddur.  Antik  filosofun  –  Aristotelin 
anlamında  “təqlid”  –  məzmun  sadəcə  predmet,  “surət 
çıxartmaq”,  natura  deyildir;  varlığın  güclü  fantaziya  ilə 
yaradılan  “bədii  modelidir”,  ona  ədəbi  şəxsiyyətin  fikri–
mənəvi  zənginliyinin  hopması,  daxil  olmasıdır”  (42,  123). 
Əlbəttə  bu  zənginliyin  millilik  modeli,  bədii  əksetdirmənin, 
funksional  səciyyəsi  bütün  təfərrüatı  ilə  ozandan  aşığa  təbii 
proses  kimi  özünün  ifadəsini  tapır.  Ona  görə  təbii  proses 
deyirik  ki,  “Dədə  Qorqud  kitabı”,  eləcə  də  “Koroğlu”, 
“Manas”, “Alpamış”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Abbas 


 
150 
və  Gülgəz”,  “Əsli  və  Kərəm”,  “Valeh  və  “Zərnigar”  kimi 
möhtəşəm  abidələr,  bütünlükdə  aşıq  yaradıcılığı  söyləyicilik 
repertuarında  bütövlənmiş,  cilalanmış,  bir  lay  olaraq 
repertuarla  daşınmışdır.  Məhz  Dədə  Qorquddan  üzü  bəri 
olanları Vaqifə gələn yolda bu baxımdan, həm daha milli olan, 
həm  də  daha  təbii  görünən  kimi  təhlildən  keçirmək  gərəyi 
yaranır.  Məsələn,  XVII  əsrin  ustad  sənətkarı  Abbas 
Tufarqanlının məşhur “Öp” rədifli qoşmasına diqqət yetirək: 
 
Könül, Məcnun kimi yayın dağlara, 
Əyil, bu lalənin budağından öp! 
Pərvanə tək dolan yarın başına, 
Arala tellərin qabağından öp! 
 
Kitabda oxunan sina yaxşıdı, 
Seyrağıb gərdəni sına yaxşıdı, 
Mən dedim, öpməyə sinə yaxşıdı, 
Könül ha yalvarır, buxağından öp! (13, 82-83). 
 
Aşıq  yaradıcılığı  milli  düşüncənin  elə  möhtəşəm 
qaynağıdır  ki,  bütünlükdə  mənəvi  yaddaşın,  arxetiplərin 
genetik  kodları,  ilkin  elementləri  burada  özünə  yer  tapır.  Və 
əhatəlilik  anlamında  bir  sonsuzluqla  müşahidə  olunur.  Onun 
sistemi  isə  yaddaş  mexanizmlərinə,  sazın  ecazkar  möcüzə 
ritminə  hesablanır.  Vaqif  poeziyasının  müdriklik,  əzəmət  və 
çılğınlıq qaynağı elə sazdır, “sazlar elində bəslənən könlü” elə 
bu  müstəvidə  də  zirvələrə  qalxmış,  bədii  düşüncəmizə  əlavə 
ovqat  qatmışdır.  Bu  yaxınlığın  faktik  nümunəsi  timsalında 
Vaqifin  eyni  rədif  üstündə  yazılmış  qoşmasına  baxmaq 
kifayətdir. 


 
151 
Bir mina gərdənli, gül üzlü yarın, 
Hər axşam, hər səhər yanağından öp. 
Durub dolan pərvanə tək başına, 
Sığalla tellərin qabağından öp. 
 
Bir gözəl görmüşəm bu gələn kəştə
Fərağı başında, sevdası başda, 
Hər axşam, hər səhər sultanı çaşda, 
Qaldırıb çənəsin, buxağından öp. (89, 83) 
 
Göründüyü kimi, bu iki nümunə, mətn məzmunu, poetik 
strukturun  ümumi  proyeksiyası,  ümumi  ahəngi,  arxitektonuk 
sistemi  ilə  eyni  anlamı  verir  və  Vaqif  yaradıcılığının  ümumi 
sistemini,  qaynaqlarını  aydınlaşdırmaq  üçün  geniş  imkanlar 
yaradır.  “Sazlar  elində”  bəslənən  ruhun  qidası,  mahiyyətinin 
faktı  olaraq  geniş  təhlilləri  aktlaşdırır.  Məlum  olduğu  kimi, 
poeziya  elə  bir  düşünücə  formasıdır  ki,  orada  etnosun  ümumi 
təsəvvürlər  sisteminin  qəlibləşmiş  formulları,  bilgi  və  ruhu, 
duyğular  aləmi  bir  bütöv  olaraq  özünə  yer  tapır.  Ona  görə  də 
poetik  mətnin  əlahiddəliyi,    işarələdiyi  potensiya  sırf  etnos 
mədəniyyətinə  hesablanır,  hansı  mədəniyyət  ki,  o,  dil,  bədii-
estetik  qəliblərin  hərəkəti,  əxlaq  kadeksləri,  davranış 
elementlərinin  hansı  səviyyədə  görünüşü  ilə  təzahür  edir. 
Doğurdan  da  “sözün  ifadəliliyi  yalnız  onun  ifadə  etdiyi 
mənadan  yox,  yəni  yalnız  onun  leksik    mənasından  yox,  həm 
də onun  stilistik siqlətindən, eləcə də sözün  akustik çalarından 
tutmuş  assosiativ-emosional  çalarlarına  qədər  başqa  sözlərlə 
müxtəlif  əlaqələrindən  də  asılıdır”  (87,  61).  Buna  aşıq 
yaradıcılığı,  ozandan  aşığa  gələnlər  timsalında  diqqət 
yetirdikdə  daha  çox  tipoloji  yönümdə  təhlil  etmək  gərəyi 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə