Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə53/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   49   50   51   52   53   54   55   56   ...   93

 
180 
görə hələ Qazaxda ikən ilk şeirini də qoşma üstündə yazmışdı. 
Xalq  aşıq  şeirlərində  böyük  məharətlə  ifa  edilən  məhəbbət 
mövzusu onun yaradıcılığında da əsas istiqamət olaraq qalırdı. 
Vaqif artıq Qarabağa sinəsi el sözləri ilə dolu gəlmişdi. Vaqif 
Azərbaycan  aşıq  sənətinin  yetirməsidir.  Ona  görə  də  qoşma, 
təcnis,  gözəlləmələrin  əksəriyyəti  ustad  aşıqlarımızın 
rədiflərinə  bənzəyirdi.  Beləliklə,  Vaqif  yaradıcılığı  üçün 
Qarabağda  gözəl  şərait  yaranmışdı.  Onun  qoşmaları  dağ 
çeşməsindən gələn büllur bulaq kimi axıb tökülürdü. Hətta ən 
böyük  ustad  aşıqlarımızı  da  heyrətə  gətirirdi”  (37).  Vidadi  ilə 
birgə  və  bəlkə  də  aşıqlarla  yanaşı,  əlbəttə  başlanğıcda  aşıqlar 
durur,  aşıqların  və  Vidadinin  təsiri  ilə  bu  yola  çıxan  Vaqif 
ölməz  əsərlərini  bu  ruha  köklənməklə  yaratmış  və  elə 
başlanğıcdan  da  saz  vasitəsilə  elat  auditoriyasına  daxil 
olmuşdur. Vaqif məhz sazın və aşıq düşüncəsinin normativləri 
əsasında yaratdıqları ilə eyni zamanda sonrakı dövr bədii mühit 
üçün  əlçatmazlıq  nümunəsinə  çevrilmişdir.  Onun  qoşmaları 
aşıqların  sazında  normativləşən  və  Kərəmlə,  Qurbani,  Abbas 
Tufarqanlı,  Qəriblə  bədii-estetik  düşüncənin  hadisəsinə  çevri-
lən janr hadisəsidir.  
Xalq şeiri strukturu müstəqil mahiyyət kimi çoxqatlıdı və 
semantik  mahiyyətdən  tarixi  təbəddüatlara  qədər  ciddi  çalar-
larla əhatələnir. Vaqif isə bu zənginlikdə aparıcı mahiyyəti əsas 
tutaraq  bir  forma  kimi  qoşmaya  üstünlük  verdi  və  sazdan, 
aşıqdan  götürdüklərini  yeni  normativlərlə  təkrarən  mühitə 
təqdim  etdi,  bir  növ  qoşma  strukturunda  yatan  mənaların 
əlahiddəliyini  ortaya  çıxardı.  Bunun  nəticəsi  olaraq  böyük 
şairin  qoşmaları  dillər  əzbəri  oldu  və  onun  təsiri  ilə  çoxlu 
nümunələr  yazıldı.  Məsələn,  M.P.Vaqifin  həyatının  Qarabağ 
mühitinə  gəlincəyə  qədərki  vəziyyəti  ilə  bağlanan  “bayram 


 
181 
oldu  heç  bilmirəm  neyləyim”  misrası  ilə  başlayan  şeiri  öz 
poetik  sistemi,  məzmun  qatı,  müəllif  mövqeyinin  mükəm-
məlliyi ilə əvəzsizdi və yarandığı gündən ədəbiyyatın, etnosun 
böyük  əksəriyyətinin  mənəvi  ehtiyacının  ifadə  hadisəsinə 
çevrilmişdir.  Aşıq  Hüseyn  Bozalqanlı  da  bu  qoşmanı  təkcə 
məclislərdə  söyləməklə  kifayətlənməmiş,  həm  də  onun 
təsirində  özünün  gözəl  bir  nümunəsini  yaratmışdır  ki,  bu 
yaxınlıqlar əvvəldən axıra qədər nəzərə çarpır. 
Vaqif: 
Bayram oldu heç bilmirəm neyləyim, 
Bizim evdə dolu çuval da yoxdu. 
Dügiylə yağ hamı çoxdan tükənmiş 
Ət heç ələ düşməz motal da yoxdu. 
 
Hüseyn Bozalqanlı: 
Nə odun var evdə ocaq qalayaq, 
Nə yağ var ki, plov üstə calayaq, 
Gedək kimin sinisini yalayaq, 
Ölmürük, itmirik əcəl də yoxdur. 
 
Vaqif  yaradıcılığı  bütünlükdə  ədəbi-bədii  mühit  üçün 
mövzuya  çevrilmiş  və  ifadəlilik  baxımından  bir  növ  meyar 
rolunu oynamışdır. Göründüyü kimi, bu nümunələr arasında ən 
azı  yüz  illik  zaman  fərqi  olmasına  baxmayaraq,  yaxınlıq  üst 
qatdadır,  ruhun,  real  mənzərənin  təqdimi  ilə  əlçatmazdır. 
S.Vurğun  “Koroğlu”  dastanı  ilə  bağlı  mülahizələrində  xüsusi 
olaraq  vurğuladığı  bir  fikri  təkrar  edirik,  Koroğlunun  qəhrə-
manlıqlarının  bəziləri  hansısa  tarixi  mərhələdə  unudula  bilər, 
ancaq  onu  qoşduğu  nəğmələr  xalqla  birlikdə  əbədi 
yaşayacaqdır.  Vaqifin  yaradıcılığında  da  elə  şeirlər  var  ki, 


 
182 
əbədilik  ruhuna  köklənib,  bütünlükdə  insanlığın  problemlərini 
özündə  ehtiva  edir.  “Bayram  oldu,  heç  bilmirəm  neyləyim” 
misralı  qoşması  da  bu    sıradadır.  Bu  tip  nümunələr  pozulmuş 
nizamı,  haqsızlığın  törətdiyi  fəlakətləri,  insanların  acınacaqlı 
vəziyyətini  ifadə  etmək  baxımından  klassik  nümunədir.  Vaqif 
şeirləri,  bütünlükdə  yaradıcılığı  “Bayram  oldu  heç  bilmirəm 
neyləyim”lə  “Görmədim”  arasındakı  məsafədə  öz  ifadəsini, 
bədii  mündəricənin  keyfiyyət  və  kəmiyyət,  düşüncə 
mənzərəsini  tapır.  Bu  məsafədə  Vaqifin  taleyi,  şəxsiyyəti, 
həyatının  ayrı-ayrı  məqamları,  həyat  fəlsəfəsi,  münasibətləri, 
şair istedadı, yaradıcı kamilliyinin görünüşü, bütün təsəvvürləri 
cəmlənir.  Və  bu  zənginlikdə    biz  onun  istedad  qaynaqlarını, 
ozandan,  aşıqdan,  milli  yaddaşdan  gələnlərin  yön  və 
istiqamətini,  müxtəlif  formalarda  daşınışını  görürük.  Eynu 
zamanda onu da deməyi əsas bilirik ki, Vaqif yaradıcılığı ənənə 
üzərində  elə  pərvəriş  tapmış  yaradıcılıqdır  ki,  etnos 
təsəvvürlərinin bütün layları bu və ya digər dərəcədə özünə yer 
tapır.  Qopuzdan,  sazdan,  milli  yaddaşın  əski  laylarından 
qaynaqlanan bu  yaradıcılıq sonrakı çağlar üçün bir yaradıcılıq 
dərsliyinə,  nümunəyə  çevrilmişdi.  Ustadlar  ondan  oxumaqla, 
dərs  almaqla  özlərinin  yaradıcılıq  yolunu  başlamışlar.  “Afəti-
dəhr dəyər ol kəsə kim kamildir” deyən şair elə “afəti-dəhr”in 
dəyməsi ilə  son dərəcədə faciəli bir aqibətlə üz-üzə qaldı. Xalq 
onun  şeirlərini  M.Y.Qarabağinin  dediyi  kimi  “ürəklərinin 
başına  qoyub”  əzizlədi.  Vaqif  yaradıcılığı  bütünlükdə 
ədəbiyyat  üçün  bir  meyar  oldu.  Aşıqlar  onun  şeirlərinin 
təsirində    bir-birindən  maraqlı,  həm  də  rəngarəng  poetik 
nümunələr  yaratdılar.  Ayrı-ayrı  ustadların  yaradıcılığından 
verdiyimiz  müqayisələr  bunun  parlaq  nümunəsidir.  Vaqifin 
“hər  yetən  gözələ  gözəl  demənəm”  misrası  ilə  başlayan 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə