Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   47   48   49   50   51   52   53   54   ...   93

 
172 
Xudam, mərdin işin salma müşkülə
Əhli-dili yetir sən əhli-dilə, 
Bülbülü gülə yaz, gülü bülbülə, 
Qönçənin üstündə xar oynamasın. (9, 120). 
 
Göründüyü  kimi,  bu  yaxınlıqlar  bütün  tərəfləri  ilə  üst 
qatda  olanlardı  və  Vaqif  təsirində  olmanın  birbaşa  nümunə-
sidir. Onu da döyək ki, Vaqif yaradıcılığı elə zəngin ədəbiyyat, 
mədəniyyət  hadisəsidir  ki,  orada  etnosun  əxlaq,  mənəviyyat 
dəyərləri,  etnoqrafik  mədəniyyəti  bir  bütöv  olaraq  özünə  yer 
alır.  Ümumiyyətlə,  Vaqif  yaradıcılığında  etnoqrafik  faktların 
bir  problem  kimi  işlənməsi  ayrıca  mövzudur  və  yuxarıdakı 
nümunədə  də  bu  görünür.  Azərbaycan  xalqının  qədimdən 
müəyyənləşmiş  mərasim  folkloru  bütünlükdə  yazılı  ədəbiyyat 
üçün  bir  mənbə  olmuşdur.  Ayrı-ayrı  dövrlərdə  yaşayıb-
yaratmış şairlərimiz bu folklor mədəniyyətindən yararlanmaqla 
özlərinin  əbədiyaşar  əsərlərini  yaratmışlar.  Onların  isə 
folklordan  bəhrələnməsi  müxtəlif  səviyyələrdə  nəzərə  çarpır. 
Vaqifdə  bunun  görünüşü  daha  təfərrüatlı  və  əhatəlidir.  Məhz 
bunun  nəticəsidir  ki,  bu  şeirin  təsiri  ilə    bir-birindən  maraqlı 
nümunələr  yaranmışdır.  Məsələnin  müsbət  tərəfi  ondadır  ki, 
burada  M.P.Vaqifi  təkrarlamaq  yox,  onun  möhtəşəm  sənət 
nümunəsi  təsirində  bir-birindən  maraqlı  nümunələrin  yaran-
ması  məsələsidir.  Məhz  yaradıcılığı  və  Vaqif  böyüklüyü  elə 
sirli  mənəviyyat  hadisəsidir  ki,  onun  uğurluluğunda  ədəbiyyat 
bir  boy  da  zənginləşir.  “Oynasın”  rədifli  qoşmasının  təsirilə 
yazılanlar  buna  nümunədir.  Məsələyə,  yəni  poetik  nümunənin 
mətninə bir küll halında yanaşdıqda onun poetik sistemi bütün 
komponentləri  ilə  məzmun  yaratmaya,  bədii  məzmunun 
uğurluluğuna  xidmət  edir.  Səslərarası,  sözlər  arası,  misralar-


 
173 
arası  simmetriya,  mətnin  semantik  məzmunu  bütünlükdə 
müəllif qayəsinin təqdiminə yönləndirilir.  
Xalqın qəlibləşmiş dəyərləri, əxlaq, mənəviyyat sxemləri, 
yaddaş  etiketləri  elə  sirli  məsələdir  ki,  onun  formalaşması, 
qəlibləşməsi  uzun  zamanlara  hesablanır  və  fərqləndirici  dəyər 
kimi etnosu işarələyir. M.Cümə İsmi Pünhanında olanlar məhz 
Vaqifin  “filankəsin  qızı  filan  oynasın”  xatırlatması  ilə  eyni 
qaynaqdan qidalanır. Ona görə də M.P.Vaqif yaradıcılığına adi, 
sıradan bir hadisə kimi  baxmaq çox azdır, onun mahiyyətində 
gizlənənlər,  böyük  sadəliyində  tapınanlar  elə  göründüyündən 
daha çox alt qatda olanlara bağlanır. 
 
Hər yetən gözələ gözəl demərəm, 
Gözəldə bir qeyri əlamət olur. 
Zülf bir yana düşə, gərdən bir yana
Özün bilməz, bir özgə babət olur. 
 
Gərdəninə müşkin tellər düzülür, 
Hər qıya baxanda canlar üzülür, 
Sürmələnmiş siyah gözlər süzülür
Oturub durmağı qiyamət olur. (89, 107) 
 
Vaqifin qüdrətini  təkcə  dil möcüzəsi  ilə  yekunlaşdırmaq 
və  onun  prinsipləri  əsasında  təhlilə  cəlb  etmək  məsələnin  bir 
tərəfidir,  digər  tərəfində  olan  onun  fikir  fəlsəfəsi  ilə  bağlı 
olanlardadır, daha doğrusu, bu dillə çatdırdıqların dadır. “Mənə 
elə  gəlir  ki,  müğənni  öz  səsi  ilə  doğulduğu  kimi,  şair  də 
özünəməxsus dili ilə doğulur, zil, yaxud pəs səsə malik olmaq 
müğənnidən  asılı  deyil  və  bu  səsi    yenidən  qurmaq  qeyri-
mümkündür...  Onu  yalnız  təkmilləşdirmək,  diapazonunu 


 
174 
genişləndirmək  olar”  (95,  59).  M.P.Vaqif  də  öz  fitri  istedadı, 
boyası,  qabiliyyətləri  ilə  dünyaya  göz  açmışdır  və  onun 
missiyası  bədii  düşüncəni  və  bütünlükdə  milli  düşüncədə 
pozulmuşu bərpa etmək, milli intibahın nümunəsinə çevrilmək 
olmuşdur.    Daha  doğrusu,  xalqın  olanı  və  yüz  illər  boyunca 
təbii sıxışdırmalara məruz qalanı elə öz layiq olduğu səviyyəyə 
qaldırmaq  idi.  Ədəbiyyatın,  mədəniyyətin,  dilin  Vaqif 
mərhələsi məhz bununla səciyyələnir və düsturu da elə bundan 
ibarətdir.  Pozulmuş  nizamin  bərpası  fövqəlgüclülük  işidir  və 
bunun  sıradan  olanla  reallaşması,  bərpası  olmur.  Ədəbiyyatın 
Vaqif  missiyası  zaman-zaman  bu  sirri  açmağa  üz  tutacaq  və 
özünüdərki  bir  istiqamətdə  onunla  gücləndirəcəkdir.  Vaqifin 
şeirlərinin təsiri ilə sonrakı dövr ustad sənətkarların şeir düzüb-
qoşması  təsadüfin  hadisəsi  də  deyildir  və  buna  təsadüf  kimi 
baxmaq  yanlışlıqdır.  Görünür  M.P.Vaqif  yaradıcılığı  öz 
sağlığından  Azərbaycanı  başdan-başa  dolaşmış,  ustadların 
məclis  şənliklərində  əsas  yerlərdən  birini  tutmuşdur.  Vaqif 
aşıqların,  bütünlükdə  məclislərin  “könülk  dastanına”  çevril-
mişdir.  Ustad  aşıqlar  onun  şeirlərini  könüllərinə  yığıb  el-el, 
oba-oba  gəzmişlər.  XVIII  əsrin  ortaları  və  XIX  əsrin 
əvvəllərində  yaşayıb  yaratmış  İrfani  yaradıcılığında  da 
M.P.Vaqifin  adı  xatırlanır,  hətta  şeirlərinin  təsir  yaxınlığı 
misra, bənd, məzmun faktları ilə diqqəti cəlb edir. Vaqifin “Ey 
Kəbəm,  Kərbəlam,  Məkkəm,  Mədinəm”  misrası  ilə  başlayan 
şeirinə diqqət yetirək: 
 
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, 
Bir zaman kuyində ziyarətimdir. 
Qiblə deyib, qaşlarına baş əymək
Gecə-gündüz mənim ibadətimdir. (89, 97) 


 
175 
İrfani  yaradıcılığında  məhz  bu  şeirin  təsirində  yazılmış 
nümunə xüsusi önəm daşıyır. Eyni zamanda belə deməyə əsas 
verir  ki,  M.P.Vaqif  yaradıcılığı  hələ  sağlığında  Azərbaycanın 
indiki sərhədlərindən  çox-çox böyük əraziləri dolaşmaqda idi. 
Məhz Xəstə Hasanın, İrfaninin yaradıcılığı bunun bariz nümu-
nəsidir. 
 
Kitabım Kərbəlam, Məkkəm, Mədinəm, 
Hələ dostun köyü ziyarətimdir. 
Qibleyi-ves qaşlarına boyun əyməyim, 
Gecə zikrim,gündüz ibadətimdir. (86, 110). 
 
Vaqif  və  İrfani  yaradıcılığına  diqqət  yetirən  Ə.Şamil 
yazır  ki,  “bu  sənətdə  o  qədər  məşhurlaşıb  ki,  onu  hətta 
Borçalıya, Qazağa da məclis aparmağa dəvət ediblər. Buralarda 
da  M.V.Vidadi  və  M.P.Vaqiflə  tanış  olub  dostlaşıb”  (86,  48). 
İrfani yaradıcılığından Vaqif təsiri və adı bir xətt kimi keçir və 
bu da heç şübhəsiz hansısa təsadüfin hadisəsi deyildir. 
 
Yan İrfan  dərdinə, bəxti siyahın, 
Yara yaxın  eylə o qibləgahın, 
Şikəstə Vaqifin – Molla Pənahın, 
Hayıf oldu Mədinəsi yıxıldı. (86, 86). 
 
Bütün bunlar özlüyündə ciddi faktları, Vaqif şeirinin təsir 
faktını  izləmək  üçün  əsas  verir  və  aşıq  yaradıcılığından 
gələnlərin  eyni  düşüncə  hadisəsi  olaraq  klassik  ənənədə  də 
davamlılığını ortaya qoyur. Onu da əlavə edək ki, “M.P.Vaqif  
dövrün  poetik  gərdişini  klassik  janrlarda  verə  bilməzdi,  eyni 
dərəcədə də klassik janrlardan imtina da edə bilməzdi, - bu bir 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə