Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   52   53   54   55   56   57   58   59   ...   93

 
190 
burada  M.V.Vidadinin  də  xidmətləri  az  deyildi.  Vaqif 
mərhələsinin  genetikası  yazı  modelində  məhz  Ə.Yasəvidən, 
Y.Əmrədən,  Ş.İ.Xətaidən  gələnlərə  bağlanır.  Bura  Mahmud 
Kaşğarini də əlavə etmək lazımdır. Göründüyü kimi, “Divani-
hikmət”  şeirləri  dil,  vəzn,  şəkil    baxımından  daha  çox    xalq 
şeiri ənənələrinə uyğundur. Hikmətlər  (şeirlər) müxtəlif  saylı 
dördlüklərdən  ibarətdir”  (66,  55).  Daha  əski  çağların 
nümunələri  ilə  Ə.Yasəvinin  şeirləri  arasında  texnaloji  və 
bədiilik  sistemi  mövcud  nümunələrin  özündə  bir  sistemi 
işarələyir. Məsələn, bir döyüş türküsünə diqqət yetirək: 
 
Ərən arıq örpəşür, 
Öçin, kekin irtəşir
Sakkal tutur tartışur, 
Köksü ara ot tutar. (26, 45) 
 
Və yaxud da Alp Ər Tonqanın ölümünə  olan ağıdan bir 
nümunə müqayisələr üçün ciddi material verir. 
 
Alp Ər Tonqa öldümü
İsiz ajun  qaldımu, 
Ödlək öçin aldımu?! 
Emdi yürək yırtılur. (26, 54) 
 
Türk şeirinin inkişaf tarixi texnaloji sistemin kanonikləş-
məsi  və  bütövləşməsi  anlamında  müxtəlifliklər  və  zənginləş-
mələrlə  səciyyələnir.  Əski  türkülərlə  “Divani-hikmət”  arasın-
dakı  müqayisələr  də  buna  imkan  verir.  Ona  görə  də  mövcud 
nümunələr  arasındakı  fərqliliklər  bu  inkişafın  yüzillikləri 
əhatələdiyini düşünməyə əsas verir. Bunlar özlüyündə Əhməd 


 
191 
Yasəviyə  gələnlər  və  onda  daşınanlar,  sonrakı  mərhələyə 
ötürülənlər  timsalında  olan  zənginlikdi  ki,  Vaqifdə  yeni 
mərhələyə  daxil  olur.  Məsələyə  bir  qədər  aydın  yanaşsaq, 
əruzla  heca  arasında  olan  təsəvvürlərin  (işləkliyin)  inkişaf 
istiqamətində M.P.Vaqifə gələnlər kontekstində izahı, açımıdır.  
Ə.Abid  islamın  gəlişindən  sonrakı  mücadiləni  bir  xətt  olaraq 
əruzla  heca  arasında  gedən  proses  kimi  vurğulayır: 
“Müsəlmanlığın  intişarından  sonra  bizzat    islam  dininin  və 
onun  əks-əlamətindən  ibarət  olan  təsəvvüfün  rəvac  bulması 
üçün  müəyyən  təşkilat  şəklində  qurulan  təkyələr  ətrafında 
yaradılmağa  hesablanan  ədəbiyyatın  şeiri  isə  heca  vəznini 
qəbul  etdi.  Ancaq  bu  təşkilat  sayəsində  heca  vəzni  yazılı 
ədəbiyyat sahəsində əruzla mücadələyə davam edə bildi. 
Türkcəliyin    ümumi  xarakteri  göz  önünə    gətiriləcək 
olursa,  heca  vəzninin  onlarca  məqbul  görülməsinin  mənası 
kolaylıqla  anlaşılır. Qayəsi daha böyük bir əksərinə məfkurəvi 
təlqinlərlə təsir yapmaq olan təkyə təşkilatı, xalq ruhunu nəzərə 
almaq  və  xalq  ədəbiyyatı  elementlərini  kullanmaq 
məcburiyyətində  idi.  Bunun  üçün  təkyə  şeri    milli  xalq  vəzni 
olan  heca  ilə  yaradılırdı”  (1,  153).  Göründüyü  kimi,  Ə.Abid 
məsələyə  yazılı  ədəbiyyat  kontekstində  olanlar  səviyyəsində 
yanaşır,  ancaq  şifahi  düşüncənin  qoruyub  gətirdiyi  nümunələr 
səviyyəsində yanaşdıqda da ciddi, həm də elmi olan əhatəli bir 
mənzərə  yaranır.  Bu  səbəbdən  də  mülahizələrin  heca  və  əruz 
müqayisəsində  gedişatını  izləmək  məsələnin  bir  tərəfidir  və 
orta  əsrlər  mədəniyyətinin  çevrələdiyi  texnalogiyada  əlbəttə 
görünən  və  aparıcılığı  özündə  saxlayan  islam  mədəniyyətinin 
tüğyan  elədiyi  zamanlarda  əruzun  hakimliyi  danılmazdı. 
Təkyələrin  isə  hecaya  daha  çox  önəm  verməsi  və  bir  axın 
olaraq bunu əsas götürməsi məhz daha qədim və əhatəli olanı, 


 
192 
həm  də  mövcud  mədəniyyətdə  təkyə  düşüncəsinin  alternativ 
olaraq sistemə müvaziliyi idi. Ona görə də türk şeir ənənəsinin 
inkişaf tendensiyasını bir istiqamətdə təkyə ilə bağlayırıqsa və 
bunun  özü  də  etnosa,  onun  çoxluğuna  və  çoxluğun  əldə 
olunmasına hesablanırdı. Əruz vəznli ədəbiyyatın, ərəb və fars 
dilində yazmanın təsir dairəsinin elə də geniş kütləni, çoxluğu 
əhatə  etmədiyini  və  edə  bilmək  iqtidarında  olmadığını 
düşünəndə  təkyələrin  bura  müraciətinin  əsassız  olmadığını 
görürük.  Ə.Abid  Ş.İ.Xətainin  heca  vəznində  yazması 
xüsusunda bir məqamı da vurğulayır və bu bəlkə də axıra qədər 
elə  də  qəbul  olunan  deyil,  ancaq  tendensiya  kimi 
diqqətçəkicidir.  Əlbəttə  “Yunis  Əmrədən  sonra  da  Türkiyə 
təkyələrində  inkişaf  edən  heca  vəzninin  ilk  zamanlar 
Azərbaycan  və  Qafqaz  oğuzlarında  nə  şəkildə  olduğuna  aid 
əlimizdə  vəsiqə  yoxdur.  Yazılı  ədəbiyyatımızda  heca 
nümunələrinə  Xətayidə  təsadüf  ediyoruz.  Xətainin  maddi  və 
mənəvi tərbiyə etibarilə ərəb və əcəm kulturlarının kəlitəsindən 
gələn    bir  padşah  olmasına  rəğmən  xalq  üçün  də  əsər 
yazmışdır.  Onun  bu  hərəkəti  məfkurəvi  bir  xalqçılıq  deyil, 
kəndi  din  və  dövlət  prinsiplərini    aşağı  təbəqə  əhali  arasında 
yerləşdirmək  məqsədiləydi.  Əsərlərini  siyasi  fəaliyyətinə 
yardımçı olaraq yazdı. Xətai bu qayəsində çox müvəffəq olmuş 
şəxsiyyətlərdəndir.  Türkiyədə  bir  kaç  yıl  əvvəl  qapadılan 
təkyə-dərhağ  təşkilatları  sayəsində  Xətainin  əsərləri  Anadolu 
elinin  hər tərəfinə  yayılmışdır”  (1, 153).  Doğurdan da “maddi 
və  mənəvi  tərbiyə  etibarilə  ərəb  və  əcəm  kulturlarının 
kəlitəsindən gələn” Xətainin xalq şeiri tərzində əsərlər yazması 
sırf  özünüdərkə,  genetik  yaddaşa  bağlanır.  Ona  görə  də  bu 
nümunələr, sadə, sadə olduğu qədər aydın və təsirlidir. 
 


 
193 
Aqil, gəl bəri, gəl bəri, 
 Gir könülə nəzər eylə. 
Görür göz, eşidir qulaq
Söylər dilə nəzər eylə. (84, 30) 
 
Nümunə  Ş.İ.Xətainin  gəraylılarındandır  və  digər  bir 
nümunəyə də diqqət yetirək. 
 
Gəl bir pirə xidmət elə
Əmək zayi olmaz ola. 
Mürşid ətəyin möhkəm dut
Kimsəlindən almaz ola. 
 
Bir işi bitirmək gərək
Əksigin yetirmək gərək, 
Yar ilə oturmaq gərək
Heç bir şəmmə gəlməz ola. (84, 31) 
 
Ə.Yasəvidən  Xətaiyə  gələnlər  kontestində  ciddi  inkişaf, 
texnaloji  sistemin  mükəmməlliyi  müşahidə  olunur.  Yunis 
Əmrədə  bunun  özünün  təkyə  düşüncəsində  bir  bütövlük 
konsepsiyası müşahidə olunur və eyni zamanda XIII-XIV əsrə 
bağlansa  da  daha  sistemli,  bədii-estetik  təsəvvürə  oturuşmuş 
nəzərə çarpır.  
 
Bir şaha qul olmaq gərək
Səndən uzaq olmaz ola! 
Bir yerdə dayanmaq gərək, 
Kimsə əldən almaz ola! 
 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə