Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə55/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

 
187 
ƏHMƏD YASƏVİDƏN XƏTAİYƏ, 
XƏTAİDƏN VAQİFƏ 
 
Molla  Pənah  Vaqif  yaradıcılığının  genetikasını,  millilik 
mahiyyətini 
aydınlaşdırmaq 
üçün 
müəyyənləşməli 
problemlərdən  biri  Əhməd  Yasəvidən  Yunis  Əmrədən,  Şah 
İsmayıl Xətaidən Vaqifə gələn yolun məzmununun açılmasıdır. 
Bu  özlüyündə  bir  isitqamətdə  türk  düşüncəsində  oturulmuş  
əski laylara, etnos təsəvvürlərinə, milli mənsubluğa bağlanırsa, 
digər  istiqamətdə  islam  mədəniyyətində  olanları  zəruriləşdirir. 
Burada  müqəddəs  kitabımız  Qurandan  gələnlər,  Şərq 
mifologiyası,  islam  tarixi,  islam  dininin  böyük  şəxsiyyətləri, 
onlar  haqqında  olan  əhvalatlar,  təriqət  təsəvvürləri  və  s.  bir 
bütöv  olaraq  cəmlənir.  Orta  əsrlər  ədəbiyyatı  özlüyündə  bir 
mədəniyyət  hadisəsi  olaraq  bu  zənginlik  üzərində  bərqərar 
olmuşdur.  Bizim  məqsədimizdəki  isə  Vaqifə  gələn  yolun 
aydınlığıdır  və  bu  zənginlikdə  klassikanın  nələrlə  səciyyə-
lənməsinin  mahiyyətinə  varmaqdır.  Ə.Yasəvi  də,  Y.Əmrə  də, 
Ş.İ.Xətai  də  türk  bədii  düşüncəsində  elə  möhtəşəmlik 
hadisəsidir ki, etnosun qan daşıyan damarları kimi müqəddəslik 
funksiyasını  yerinə  yetirmişlər.    Türklüklə,  milli  mənsubluqla 
islam  mədəniyyətinin  genetik  yaddaşında  oturanların  ortaqlıq 
xətlərini tapmış və bu müstəvidə ölçüyəgəlməz  möhtəşəmliyə 
imza  atmışlar.  Gördükləri  ilə  etnosun  gedəcəyi  yola  işıq 
tutmuşlar.  
Əlbəttə  burada  M.Şəhavət,  İ.Yəsar,  M.Təbrizi,  Ö.Gənci, 
X.Şirvani,  N.Gəncəvi,  M.Gəncəvi,  Z.Şirvani  və  s.  xəttində 
olanları  bir  tərəf  kimi  sistemli  təhlildən  uzağıq  və  müəyyən 
məqamlarda  toxunuruq.  Məqsədimizdə  olan  təriqət  xəttində 
özünü  göstərən  yəsəvilikdən  bu  yana  olanlara  Ə.Yasəvinin, 


 
188 
Y.Əmrənin,  Ş.İ.Xətainin  etdikləri  timsalında  münasibətdir.  
Məlum  olduğu  kimi,  “Xoca  Əhməd  Yasəvi  XII  əsr  türkdilli  
təsəvvüf  ədəbiyyatının  ilk  böyük  nümayəndəsidir.  Orta 
Asiyada    onun  simasında    formalaşan,  yüksək  zirvəyə  çatan 
xalq  təsəvvüf  şeiri  təkcə  Türküstan  ərazilərində  deyil,  bütün 
müsəlman  Şərqində  geniş  şəkildə  yayılmış,  onun  yaradıcılıq 
ənənələri  qısa  zaman  ərzində  Şərqdə  ədəbi  hərəkat  və  ədəbi 
məktəbə  çevrilmişdir.  Bu  səbəbdən    Türküstandan  Orta 
Asiyaya,  Yaxın  və  Orta  Şərqə  qədər  yerləşən    türk-müsəlman 
dünyasında  qaynağı  islam  ideologiyası  olan  “yasəvilik”  
təriqəti,  daha  doğrusu  Ə.Yasəvinin  dini-mənəvi  “üslubu”    və 
islami düşüncə sistemi geniş yayılmış, Şərqin mütəfəkkir  irfan 
sahiblərinin    baxışlarına  təsirsiz  ötüşməmiş,  onların 
yaradıcılığında  müəyyən  əlamətlər  şəklində  təzahürünü 
tapmışdır” (66, 54). Vaqifə gələn xətt isə öz mahiyyəti ilə sırf 
türkçülük,  milli  düşüncə  kontekstində  daha  dərin  qatlara, 
böyük  şəxsiyyətin  düşüncəsində  daşınanların  parlaqlığına 
hesablanmışdır.  Əlbəttə  islam  idealogiyası,  islam  mədəniy-
yətinin düşüncə və mətn texnalogiyası Vaqif zənginliyində bir 
laydır. 
 
Sözni aydım, hər kim bolsa didartaləb
Cannı canğa peyvənd kilıb rəgni ulab
Ğarıb, fakır yetimlərni könqlin avlab 
Könqli bütün xəlayından kaçtım muna. 
 
Kayda görsəng könqli sınur, mərhəm bolgil, 
Andağ mazlum yolda kalsa,  həmdəm bolgil, 
Ruzi-məhşər dərgahığa məhrəm bolgil, 
Ma vi mənlik xəlayından kiçtim muna. (26, 275) 


 
189 
Ə.Yasəvidən verdiyimiz bu nümunə XII əsr türk şeirinin 
ümumi  mənzərəsini  canlandırır.  Ədəbi-bədii  təfəkkürün  XII 
əsrdəki  normativləri  klassik  ənənədən  əlavə  daha  əski  olanın 
dərkini zərurətə çevirmişdi və onun  reallaşması isə bir qaynaq 
olaraq şifahi yaddaşa bağlanırdı. Mühit islamın coşqunluğunda 
qəzəl ədəbiyyatını bir hadisə səviyyəsində dərk edir və demək 
olr işinidə bunun üzərində qururdu. Belə bir vəziyyətdə siyasi 
ideolojinin  ortaya  qoyduğu  sistemin  daha  əski  olan  yaddaşla, 
etnomədəniyyətlə  aralarında  bağlantıların  zəifləməsinə  doğru 
meyllənmə  özünü  göstərirdi.    Onun  dərki  isə  tarixin  ayrı-ayrı 
dönəmləri təriqət mühitində daha qabarıq nəzərə çarpırdı. Orta 
əsrlərin  mədəni  layının  bətnində  çoxluğa  hesablanmış  bir 
ədəbiyyat zamanını gözləməkdə idi. Əlbəttə şifahi yaddaşda bu 
bir aparıcı xətt kimi qorunurdu,  çoxluğun, daha doğrusu böyük 
əksəriyyətin  ehtiyaclarına  hesablanırdı.  Saray  ədəbiyyatı  isə 
sarayın  və  saray  ətrafı  təbəqənin  olan  kimi  parlaq  dövrünü, 
özünün  inkişaf  mərhələsini  yaşamaqda  idi.  Ə.Yasəvi  XII 
yüzillikdə,  Yunis  Əmrə  XIII-XIV  yüzillikdə,  Ş.İ.Xətai  XVI 
əsrdə  bunu  bütün  tərəfləri  ilə  dərk  edib  daha  əski  olanın 
qorunuşuna üstünlük  verilməsi  yolunu  tuturdu.  Daha doğrusu, 
bədii-estetik  təfəkkirin  ifadə  üsullarında  millilik  məsələsinin 
oyanışına və gərəkliliyinə diqqəti yönnləndirdi. Ə.Yasəvidə bir 
qədər zəif (bu  gündən belə  görünə bilər, əslində isə başlanğıc 
kimi  əsas  idi)  olanlar,  Y.Əmrədə  daha  çox  bütövləşdi. 
Ə.Yasəvinin,  Y.Əmrənin  tədrici  şəkildə  etdiklərini  Ş.İ.Xətai 
daha  açıq  və  sistemli  şəkildə  həyata  keçirdi.  Burada  Xətainin 
şair  və  hökmdar  nüfuzu  mühüm  rol  oynadı.  Vaqif  isə 
Ə.Yasəvinin, Y.Əmrənin, Ş.İ.Xətainin etmək istədiklərini etdi, 
daha  uğurla,  hətta  düşünüləndən  daha  artıqlaması  ilə 
reallaşdırdı,  açılan    yolun  dönməzliyini  ortaya  qoydu.  Əlbəttə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə