Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

 
82 
olunur, bəzi vaxt  yazmaq və söyləmək ilə ifadə olunmaz, təqrir 
və bəyana gəlməz. 
Bu halda  Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin 
vəfatından  yüz  ildən  ziyadə  vaxt  keçibdir.  Hər  ikisi  bizim 
möhtərəm,  milli  şairimiz  və  ədəbiyyatımızın    banisidir.  Əşarü 
kəlamları    mövzun,  təbləri  rəvan,  dilləri  açıq  və  sadə”.  (60, 
214).  Bu  fikirlər  M.V.Vidadinin,  M.P.Vaqifin  və  Q.Zakirin 
məşhur  “Durnalar”  qoşması  kontekstində  söylənsə  də 
mahiyyətində  baş  verən  prosesin  gedişini,  ona  münasibəti  və 
yeni  tendensiyanın  uğurlu  istiqamətini  aydınlaşdırır.  Bunların 
şeirlərindəki məlahət və lətafət axıra qədər, daha doğrusu dərk 
olunduğu qədərində izaha  gəlmir; poeziyanın  məhz sirli-sehrli 
qüvvəsi nəzəri düşüncəni onun sirri qədər açmaqda imkansızdı. 
Yuxarıda vəfatından yüz il keçdiyi zaman müddətində deyilmiş 
fikirlər,  “hər  ikisi  bizim  möhtərəm,  milli  şairimiz  və 
ədəbiyyatımızın  banisidir”  qənaətinin  arxasında  cəsarət  və 
qətiyyət  dolu  dolğun,  həm  də  ciddi  müşahidələrə  əsaslanmış 
qənaət  dayanır.  Bu  qənaət  XX  əsrin  əvvəllərinin  ədəbi-nəzəri 
düşüncəsinin  hadisəsi  kimi  Vidadi  və  Vaqiflə  bağlı  bütün 
mülahizələrdə  özünü  göstərir.  Və  milli  ədəbiyyat  məsələsi 
olanlar,  ədəbiyyatın  keçdiyi  yol,  ədəbi  axının  zəngin  fakturası 
əsasında ədəbi arenaya gətirilir və dilçilikdə isə ədəbi dilimizin 
banisi kimi fakta çevrilir. Qarabağ ədəbi mühitindən başlanğıc 
götürən və əlçatmaz bir yeniliklə xarakterizə olunan bu intibah 
elə Qarabağ mədəni mühiti kontekstində də aşıq yaradıcılığını, 
yazılı klassik ənənəni öz qoynuna aldı və aşıq şeiri ənənəsində 
Aşıq Səməd, Aşıq Valeh, Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qən-
bər kimi el sənətkarlarının daha da parlamasına geniş imkanlar 
yaratdı. Kərbəlayi Səfi Valeh təxəllüs adı ilə F.Köçərlinin qeyd 
etdiyi  Aşıq  Valehin  XVIII  əsr  aşıq  yaradıcılığında  bir  ustad 


 
83 
kimi  adının  yazılması  ilə  nəticələndi.  Hansı  Aşıq  Valeh  ki, 
məşhur “Valeh və Zərnigar” dastanı onun adı ilə bağlıdır; hətta 
şeirlərinin bir hissəsi, müasirləri, Qarabağ ədəbi mühitinin ayrı-
ayrtı  nümayəndələri  ilə  yazışmaları  da  elə  klassik  ənənədə 
olanlara  söykənir.  Kərbəlayi  Səfi  Valeh  klassik  ədəbiyyata, 
dini  elmlərə  lazımı  qədər  bələd  sənətkar  olmuş  və  dini  təhsil 
almışdır,  mühitin  də  məhz  klassik  üslubda  yazıb-yaratmaya 
üstünlük  verməsi  onun  şeirlərində  bir  xətt  olaraq  görünür. 
Valeh  Azərbaycan  bədii  düşüncəsində  adını  aşıq  kimi  yazmış 
və  xalq  arasında  da  aşıq  olaraq  daha  çox  tanınmış,  sonrakı 
dövrlərə məhz bu adla (Aşıq Valeh adı ilə) ötürülmüşdür. Aşıq 
Valehin  şagirdi  Aşıq  Qənbərdə  də  vəziyyət  eynidir.  Onların 
yaradıcılığı mühit səviyyəsində bir istiqamətdə klassik üslubda 
yazıb-yaratma ilə xarakterizə olunur və bu nümunələrdə elə də 
mükəmməllik  nüşahidə  olunmur.  Aşıq  Səməd  (Aşıq  Valehin 
ustadı)  və  Aşıq  Valeh  aşıq  yaradıcılığının  tarixinə  adlarını 
xüsusi  şərəflə  yazmış  və  lazımı  qədər  layiqli  yer  tutmuşlar. 
Aşıq sənətinin ustad sənətkarları hesab olunan Qurbani, Abbas 
Tufarqanlı,  Xəstə  Qasım,  Ləzgi  Əhməd,  Varxiyanlı 
Məhəmməd,  Ağ  Aşıq,  Aşıq  Hüseyn  Şəmkirli  və  s.  kimi 
ustadların  sırasında  Aşıq  Vlehin  yeri  ucalıqdır.  Dediyimiz 
kimi,  klassik  üslubda  yazıb  yaratma  ilə  elə  də  müvəffəqiyyət 
əldə  edə  bilməmiş,  sadəcə  olaraq  Qarabağ  ədəbi  mühitinin 
zənginliyində  klassik  üslubda  yazanlardan  biri  kimi 
görünmüşdür.  Məsələn,  Baba  bəyə  müraciətlə  yazdığı  bir  
nümunəyə diqqət yetirək: 
 
Ey Baba bəy, sən bir yaxşı babasan, 
Heyf ola kim, bir az ağzıyavasan. 
 


 
84 
Bundan əvvəl sən ki, şair deyildin,  
Fəzayi-eşqdə tair deyildin. 
 
Məndən öyrənibsən, düşübsən tərzə, 
Mənim ilə danışma hərzə-hərzə. (60, 321). 
 
Dövrünün digər sənətkarlarına, məsələn Abdulla Canıza-
dəyə  müraciətində  də  bu  bir  xətt  olaraq  nəzərə  çarpır  ki,  belə 
bir vəziyyət də ən əsas olan kimi Qarabağ mühitindəki ümumi 
axından  qaynaqlanırdı.  Aşıq  Valehin  Kərbəla  ziyarəti 
timsalında  deyilənlərdi  ki,  mühitdə  belə  nümunələr  lazımı 
qədər çoxdur. Abdulla Canızadə Aşıq Valehə müraciətlə yazır: 
 
Ey Səfi, şahi-Nəcəf evi sənə məskən ikən
Niyə ol ruzəni tərk etdin əgər adəm idin. 
Olmadı gün kimi yarın səri-kuyində yerin, 
Sən məgər ol vəfa bəzminə naməhrəm idin. 
 
Aşıq  Valehin  Abdulla  Canızadəyə  yazdığı  cavabdan 
aydınlıq üçün bir parçanı da burada veririk. 
 
Səfi, naməhrəmi-dərgah dəri-Heydərdir, 
Yoxsa lənət ona gəlsin, bu nə noyi-şərdir. 
Səfinin ziddi əzazil əzəl Abdulla, 
Başımı əyməm ona, lənət ona müztərdir. (11, 91-92). 
 
Göründüyü  kimi,  burada  sırf  Qarabağ  mühitində  gedən 
proses timsalında olanların qeydi və qiymətləndirilməsi var və 
bunlar dediyimiz kimi, təkcə Valehlə digər müasirləri arasında 
özünü  göstərmir,  həm  də  başqaları  arasında  da  baş  verir  və 


 
85 
bütün  mühiti  əhatələyir.  Bu  tip  yazışmalar  şifahi  və  yazılı 
ədəbiyyatda  kifayət  qədərdir.  Şifahi  yaradıcılıqda  ustad 
aşıqların yaradıcılığında müşahidə olunan deyişmələrin mahiy-
yəti  tamamilə  başqa  məqsədə  və  məcraya  yönəlsə  də,  ancaq 
ümumi məzmunu etibarilə eyni xətdə birləşir və sadəcə olaraq 
funksiyasında  ciddi  məzmun  fərqliliyi  böyük  əhəmiyyət 
daşıyır.  
Aşıq  deyişmələrinin  ümumi  məzmunu,  məram-məqsədi 
sənətin  mizan-tərəzisi  keşiyində  durmaq,  müqəddəsliyinə  təsir 
edə  biləcək  yad  olanların  kənarlaşdırılmasıdır  və  bütün 
bunlarla nə qədər fərqli xarakterli olsa da ciddi məzmun, elmi 
təfəkkür  xarakterliliyi ilə seçilir. Burada müqəddəs dəyərlərin, 
uca  olanın  qorunuşu  və  bütün  müqəddəsliyi  ilə  gələcəyə 
ötürülməsi  var.  Qurbani  ilə  Dədə  Yadiyarın,  Xəstə  Qasımla 
Ləzgi  Əhmədin,  Aşıq  Alı  ilə  Aşıq  Yığvalın,    Qarabağ  aşıq 
mühitinin  ustad  sənətkarı  Aşıq  Valehlə  Aşıq  Zərnigarın,  Aşıq 
Hüseyn  Şəmkirli  ilə  Reyhan  xanımın  və  s.  deyişmələri 
bütünlükdə bu formanın mahiyyətində olanları ortaya qoyur və 
bizim  problemə  daha  dərindən  üfiqi  və  şaquli  istiqamətdə 
diqqət yetirməmizə şərait yaradır. Dedim-dediləri, Kitabi-Dədə 
Qorqud”  dastanında,  yazılı  ədəbiyyatın  ayrı-ayrı  görkəmli 
sənətkarlarının  yaradıcılığında  müşahidə  etdiklərimizi  nəzərə 
alanda məsələnin masştabı bir qədər də genişlənir. Ancaq bizə 
bir  forma  olaraq  aşıq  yaradıcılığında  istifadə  olunan  deyiş-
mələrin işləkliyi daha ciddi məzmun aşılayır və mahiyyətli ilə 
fərqli xarakterli görünür. Aşıq yaradıcılığının tədqiqatçıları bu 
haqda  müxtəlif  səpkili  epizodik  mülahizələr  yürütsələr  də 
monoqrafik  şəkildə  təssüf  ki,  daha  əhatəli  təhlil  faktına 
çevrilməmişdir.  Qarabağ  ədəbi  mühitində  müşahidə  etdiyimiz 
bu  yazışmalar  (deyişmələrin  bir  forması  olaraq)  tamamilə 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə