Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

 
70 
Burada  digər  məsələ  Azərbaycanın  bir  region  olaraq  bu  günə 
gələn  yolunda  baş  verən  fəlakətlərə,  faciələrə  düçarı 
səbəblərinin  aydınlaşmasıdır.  Vahid  dövlət  ideyası  bir  formul 
olaraq  ortada  idi  və  bütün  xanlıqlar,  etnosun  əsaslı  hissəsi  bu 
ideyanın  qurtuluş  üçün  yeganə  yol  olmasını  dərk  edir  və 
anlayırdı. Qaradağ, Naxçıvan, Lənkəran, Qarabağ, Quba, Şəki, 
Bakı xanları hamısı heç şübhəsiz Səfəvilərin xanədanının başa 
çatmasından  sonra  hadisələrin  elə  də  uğurlu  istiqamətdə 
getmədiyini  dərk  edirdilər  və  mövcud  böhranın  Nadir  şahın 
ölümü  ilə  daha  da  dərinləşdiyinin  fərqində  idilər.  Ağa 
Məhəmməd  şah  Qacar  isə  məhz  bu  istiqamətdə,  pozulmuş 
nizamın  bərpası  istiqamətində    ciddi  fəaliyyətə  başlamış  və 
böyük tarixi işə qərar vermişdi. Azərbaycan isə İran və Rusiya 
kimi  istilaçı  qonşularının  məngənəsində  sıxılırdı.  Xanlıqların 
yaranmasının və məhvinin də başlanğıcında bu dururdu. Lakin  
məsələnin mahiyyəti dərk olunsa da həllinə cəhdlər çox az idi, 
daxildə  düşünmədən,  kiçik  dairədə  təhlildən  o  yana  getmirdi. 
Səbəbi isə yuxarıda dediyimiz kimi, hakimiyyət hərisliyi, şəxsi 
ambisiyalar idi. Bunlar xanlıqlar ararsı münasibətdən tutmuş, ta 
xanlıqlar  daxilində  olanlara  qədər  gəlib  çıxırdı.  Vaqifin  bir 
dövlət  xadimi,  şair,  böyük  şəxsiyyət  kimi  fəaliyyətinin  alt 
qatında  bunların  həlli  və  aradan  götürülməsi  istiqamətində 
ciddi  yanaşmalar  müşahidə  olunur.  Şəki  xanı  Hüseyn  xan 
Müştaqa münasibəti, müraciəti, cavabları, II İrakliyə müraciət-
ləri,  Vidadi  ilə  deyişmələrində  vurğulanan  məqamlar  bütün-
lükdə öz qaynağını baş verənlərdən və verə biləcək hadisələr-
dən alırdı. 
Bir  qədər  əvvəldə  Vaqifin  qətlgaha  aparılması  ilə  bağlı 
statı  verdik  və  burada  vurğulanan  bir  neçə  istiqamət  var  ki, 
birincisi  xanın  dövründə  müqqəssirlərin  Xəzinə  qalasından 


 
71 
atılması hadisəsidir. Biz müxtəlif məqamlarda vurğulamışıq və 
yenə də vurğulayırıq ki, orta əsrlərin keşməkeşlərində, eləcə də 
xanlıqlar  zamanında  hakimiyyətlər  xalqın  həyatında  elə  də 
mütərəqqi  rol  oynamayıblar  və  böyük  işgəncələrin,  soyub-
talamaların,  qırğınların  baiskarı  kimi  yadda  qalıblar  və  son 
olaraq  xalqla  hakimiyyət  arasında  gərginliklərin,  üsyanların 
səbəbkarı  kimi  düşüncələrdə  iz  buraxıblar.  Belə  kifayət  qədər 
acınacaqlı  faktlar  var  ki,  bu  gün  də  bədii  düşüncədə  özünə 
geniş  yer  almaqdadır  və  müqqəssirlərin  Xəzinə  qalasından 
atdırılması da məhz bunun nümunəsidir. İkincisi, M.P.Vaqifin, 
Azərbaycan  ictimai,  mədəni,  siyasi  mühitində  böyük  söz 
sahibinin bu aqibətlə qarşılaşmasıdır. Təkcə Vaqif yox, oğlu da 
bunun  nəticəsini  yaşayırdı.  Şairin  M.V.  Vidadiyə  yazdığı 
müraciət bir qədər əvvəlki, Ağa Məhəmməd şah Qacarla bağlı 
olanları  xatırladır  və  bu  dünya  işindən  ibrət  götürməni  zəruri 
edir: 
 
Mən fəqirə əmr qılmışdı siyasət etməyə
Saxlayan məzlumu zalımdan o dəm qəffarə bax! 
 
İbrət et Ağa Məhəmməd xandan, ey kkəmtər gəda, 
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! (89, 145). 
 
Bu şeirin mətn sistemi, fonopoetik, morfopoetik məzmu-
nu,  nitq  etiketləri  üçün  səciyyələnən  informasiya  xarakteri, 
əvəzsiz  fundamental  xarakteri  ilə  sonrakı  bölmələrdə  daha 
geniş danışacağımız üçün burada ancaq tarixi reallığı nə qədər 
dəqiqliklə  əks  etdirməsi  məsələsini  vurğulayırıq.  Mövcud 
vəziyyətin  ifadəsi,  hadisələrin  ümumi  sxematikliyi  və  sonrakı 
təhlillərdə  gəlinən  qənaətlər  bütünlükdə  baş  verənlərin,  eləcə 


 
72 
də mühitin bütün  vəziyyətlərdə ölüm qoxusu saçdığını düşün-
məyə  əsas  verir.  Sanki  havanın,  torpağın,  daşın  özündən  bu 
ölüm  qoxusu  gəlməkdə  idi.  Vaqif  də,  Qarabağ    xanlığı  da, 
eləcə  də  digər  xanlıqlar  da  bu  faciənin  içərisində  və 
biraddımlığında idi. Məhz M.V.Vidadiyə müraciəti və sonuncu 
misralarda  vurğuladığı  “baş  götür  bu  dünyadan  ayaq  tutduqca 
qaç”  misrası  həmin  vəziyyətin  Vaqifanə  əvəzsiz  izharıdır.  
Burada  digər  vurğulanmalı  və  açılmalı  məsələ  Qarabağ  xan-
lığının  daxilində  gedən  proseslərlə  bağlıdır  ki,  münasibətlər 
sistemində  ciddi  çatlar  özünü  göstərirdi.  Məhz  Vaqif  Ağa 
Məhəmməd şah Qacardan qurtulsa da, dediyimiz kimi, xanlığın 
daxilindəki  ziddiyyətlərdən,  siaysi  gərginliklərin  ağırlığından 
rahat  qurtula  bilmədi  və  bu  aqibəti  yaşadı.  Nəticə  “Mollanı 
dəfn  edib,  qəbrinin  üstə  künbəz  tikillməsi”  ilə  yekunlaşdı  və 
əlbəttə bunun özü də bütünlükdə məsələnin həll olması deyildi. 
F.Köçərli  “Molla  Pənah  künbəzi”  adı  ilə  məşhurdur”  kimi  bir 
qənaət irəli sürür. Tarixi mənbələr M.P.Vaqifin ölümünü 1797-
ci il göstərir. Beləliklə, Azərbaycanın ictimai, siyasi həyatında 
baş verənlər hadisələrin daha ağrılı və daha gərgin sferaya daxil 
olmasına  gətirib  çıxardı  ki,  Vaqifin  ölümü  də  bu  proseslərin 
gedişində  bir  hissə  idi.  M.P.Vaqifə  qarşı  münasibət  həm  də 
Vaqif  yaradıcılığına münasibəti formalaşdırırdı.  Bütün hadisə-
lərin,  mənfiliklərə  doğru  ola  biləcək  nə  vardısa  hamısının 
əsasında  birmənalı  olaraq  siyasi  elitada  böhranın  ən  yüksək 
səviyyədə  özünü  göstərməsi  idi.  M.P.Vaqif  də  Qarabağ 
xanlığının  ikinci  nüfuzlu  şəxsiyyəti  kimi  bu  aqibəti  yaşayırdı. 
Məhəmməd bəy də məhz öz hakimiyyətini  möhkəmləndirmək 
üçün  onun  üçün  təhlükə  hesab  olunacaq  maneələri  aradan 
qaldırmaq  məqsədi  ilə  bu  addımı  atdı,  daha  doğrusu,  Vaqifin 
öldürülməsinə  fərman  verdi.  Hətta  amansızlıq,  intiqam  hissi, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə