Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

 
64 
əhmədli, Kəngərli, Xəlfəli və qeyriləri. Bu köçmək elat içində 
“eldöndü”  adlanır  (60,  160-161).    Dövrün  ictimai-siyası 
ziddiyyətləri  son  dərəcədə  ciddi  problemlərin  yaranmasına 
səbəb  olurdu.  Məhz  əhalinin  də  bu  köçü  həmin  gərginliklərin 
nəticəsi  idi  ki,  bu  gün  də  xalq  arasında  “el  döndü”  ifadəsi 
işlənir  və  mahiyyətində  müxtəlif    dönəmlərdə  baş  verən 
köçlərin  olmasını  qoruyub  saxlayır.  Bizim  üçün  maraqlı  olan 
M.P.Vaqif  timsalında  məsələnin  mahiyyətini  aydınlaşdırmaq 
və  onun  mahiyyətinə  diqqəti  yönəltməkdir.  Təəssüf  ki,  bu 
böyük  istedad  sahibinin  yaradıcılığı  tamlıqla  günümüzə  gəlib 
çatmamışdır.  Məhz  həmin  səbəbdən  də  onun  yaradıcılığının 
inkişaf  istiqamətini,  Qarabağ  xanlığına  gedənə  qədərki 
şeirlərini  təhlil  faktına  çevirə  bilmirik.  Burada  digər  məsələ 
şairin qırx iki yaşına qədərki  yaradıcılığı ilə mühiti arasındakı 
əlaqələrin  aydınlaşmasıdır.  Çünki  artıq  mənbələrin  verdiyi 
bilgilər, sadalanan  faktlar,  yürüdülən mülahizələr M.P.Vaqifin 
artıq yaradıcılığının parlaq, kifayət qədər zəngin olan çağları ilə 
əlaqəlidir.  “Bayram  oldu  heç  bilmirəm  neyləyim”  misrası  ilə 
“mən  cahan  mülkündə  mütləq  doğru  halət  görmədim” 
düşüncəsi  arasında  fərqli  zamanların,  həyat  tərzlərinin, 
dünyagörüşlərin,  münasibətlərin  fərqlilikləri  vardır.  “Vaqif” 
təxəllüsünə  gəlişi  və  onun  arxasında  gizlənən  informasiya, 
sözün  verdiyi  bilgi  bizə  daha  aydın  və  təfərrüatlı  şəkildə 
məsələyə  diqqət  yetirməyi  zəruri  edir.  Bu  məqam  demək  olar 
M.P.Vaqif  yaradıcılığına  müraciət  edən  bütün  araşdırıcıların 
diqqət mərkəzində olmuşdur. Məsələn, “Müxtəsər Azərbaycan 
ədəbiyyatı  tarixi”nin  birinci  cildində  (1943)  yazılır:  “Şairin 
gənclik  dövrü  haqqında  heç  bir  məlumatımız  yoxdur.  Vaqifi 
biz  ancaq  1759-cu  ildən  sonra  tanımağa  başlayırıq”  (73,  277). 
Ədəbiyyatşünas Y.Babayev də təxminən bu mülahizələrə yaxın 


 
65 
bir şəkildə yazır: “Ədəbiyyat tariximizdə Nizami və Füzulidən 
sonra  üçüncü  məktəb  yaradan  sənətkardır.  Onun  ədəbi 
məfkurəsi,  poeziya  yolu  ruh,  motiv,  dil,  üslub,  metod,  ifadə 
tərzi, həyata və həyat hadisələrinə münasibət, bədi inikas üsulu 
və  s.  baxımından  sələflərindən  tamamilə  fərqlənir.      Novator 
keyfiyyətləri,  orijinallığı  ilə  seçilir.  Müasirlərinə  və  özündən 
sonrakı qələm sahiblərinə qüvvətli təsir göstərən şair, yenilikçi, 
sələflərinə məxsus  ənənəvi  sterootipləri   sındıran,  ədəbi  fikrə 
və  mühitə    yeni  nəfəs,    təravət  və  ab-hava  gətirən  bir  ədəbi 
düşüncə  bahadırı  kimi  tanınır.  Onun  yaradıcılığı  ədəbiy-
yatımızın yüksəliş tarixində  yeni bir mərhələnin başlanğıcıdır” 
(17, 
713). 
Nizami  və  Füzulidən  sonra  Azərbaycan 
ədəbiyyatında yeni məktəb yaratmış, ən uca zirvəni fəth etmiş 
bu sənətkarın özünəməxsusluğunun, düşüncə əsrarəngizliyinin, 
fundamental  bədiyyata  sahib  olma  bacarığının  estetik 
kateqorial  xarakteri  bütün  məqamlarda  özünəqədərkilərin 
üzərində  bərqərar  olma  ilə  səciyyələnir.  Məhz  yaxını  və 
müasiri  Aşıq  Əli  Qaracadaği  Kəlibəri  bütün  bu  qeyri-adilik 
məqamından çıxış edərək deyirdi: 
 
Bu əsrdə şairlərin xanisən
Müdərrisə bərabərsən yəni sən, 
Elmin mədənisən, gövhər kanisən
Eşidənlər sözün dəminə gəlmiş. (60, 159) 
 
Belə  qiymətləndirmələr  M.P.Vaqifin  bir  bütöv  olaraq 
sənətinə  və  şəxsiyyətinə  münasibətin  sonsuzluğundan  irəli 
gəlirdi. Bunların hamısı, istər Hüseyn xan Müştaqın, istərsə də 
Aşıq  Valehin  və  digərlərinin  müraciətləri,  dedikləri  böyük 
şairin    Qarabağ  xanlığındakı  fəaliyyətinin  faktlarıdır,  daha 


 
66 
doğrusu  o  dövrlə  bağlı  olanlardır.  Ancaq  təkrar  edirik, 
M.P.Vaqifin  Qazağı  tərk  etməsinə  qədərki  dövr  və  mühit 
haqqında  təfərrüatlı  bilgiyə  rast  gələ  bilmirik.  Olanlar  bircə 
Daş Salahlı  kəndindəki  müəllimi Şəfi Əfəndidən təhsil alması 
informasiyası qədərindədir. Bir də ki, mənbələrdə M.P.Vaqifin 
M.V.Vidadi,  Ağqız  oğlu  Piri,  Sarı  Çobanoğlu  ilə  bağlı  olan 
bilgilərdi ki, buradan da aydınlaşır ki, onların arasında səmimi 
dostluq,  yaradıcılıq  əlaqələri  olmuşdur.  Ən  başlıcası  isə 
əlimizdə olan şeirlərin bizə verdiyi informasiya ruh yaxınlığıdır 
ki,  Vaqif  ədəbi  məktəbinin  formalaşmasında    bunların  kifayət 
qədər gərəkli və əsaslı xidmətləri olmuşdur. Daha doğrusu, bu 
istiqamətin  çiçəklənməsinə  yardımçı  olmuşlar  və  ruh  etibarilə 
də  elə  bu  yolu  öz  düşüncələrində,  varlıqlarında  göyərtmişlər. 
M.V.Vidadi  ilə  M.P.Vaqifin  məşhur  deyişməsində  Sarı 
Çobanoğlunun adının çəkildiyi bir bənd var və orara deyilir: 
 
Sarı Çobanoğlu gəlsin yanına, 
Axund deyə canın qatsın canına, 
Xanın şövkətinə, sənin şanına, 
O, yaxşı müxəmməs düzər, ağlarsan (89,  212) . 
 
Bu  mətnin  verdiyi  informasiya,  poetik  strukturun  diktə 
etdiyi  məzmun  məsələyə  daha  geniş  və  təfərrüatlı  yanaşmağı 
zəruri  edir.  Burada  məlum-məşhur  deyişmənin  M.P.Vaqifin 
məhz Qarabağ xanlığında fəaliyyət göstərdiyi dövrdə yazılması 
haqqında  qənaətimizi  dəqiqləşdirir.  “Xanın  şövkətinə,  sənin 
şanına”  misrası  informasiya  yükü  ilə  bunun  ifadəsinə 
hesablanmışdır.  M.V.Vidadi  bu  misra  ilə  Qarabağ  xanı 
İbrəhimxəlil  xanla  bağlı  məsələləri  vurğulayır  və  Vaqifin  bu 
mühitdə nə dərəcədə böyük nüfuza malik olduğunu qeyd edir. 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə