Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

 
55 
gəlmişkən aydınlıq üçün digər bir mülahizəyə də diqqət yetirək 
ki, bunlar XVII əsrə bağlanır: “Bu surətlə son zamanlara qədər 
indiki  nağıllar  kibi  -  əhalimiz  arasında  yaşayan    oğuz 
mənqəbələri    müxtəlif  səbəblərlə  bilxassə  xalqın    ucqar 
kəndlərdə    yaşayan  təbəqələri    içində  böylə  qüvvətli    bir 
surətdə  inkişaf  edən  quran  ədəbiyyatının  təsiri  altında  yerini 
islami  bir  şəkildə  olan  xalq  mənqəbələrinə  tərk  edərək    əski 
simasilə meydandan qalxmışdır və qismən də islami bir şəkildə 
xalq  arasında    yaşamışdır  ki,  bu  şəkildən  bizə  qalan  Qorqud 
hekayətləridir”  (1,  85).        Əlbəttə  bütün  səviyyələrdə  Quran 
ədəbiyyatından,  islami  mədəniyyətdən  gələn    motiv,  hadisə, 
epizod,  struktur-sxemlərin  yeri  danılmazdır.  Ancaq  məsələnin 
mahiyyətində  olan  müşahidələrimizin  XVIII  əsr  Azərbaycan 
şeirinin  intibah  halı  ilə  bağlı  olanların  aydınlaşması, 
M.V.Vidadi,  M.P.Vaqif,  Ağqızoğlu  Piri,  Sarı  Çobanoğlu 
mərhələsinin  genetikasını,  mətn  texnologiyasını,  qaynaqlarını, 
sistem  elementlərini  aydınlaşdırmaqdır.  Daha  doğrusu, 
M.P.Vaqifə  gəlişin  və  ondan  sonranın  sistemini  konseptual 
səviyyədə  cızmaqdır.  Oğuz  mənqəbələrinin  bu  prosesdə 
əvvəldən  axıra  qədər  funksional  məzmunu  etnosun  yaddaşını, 
ictimai, tarixi və daha çox isə bədii mahiyyətini ortaya qoyur. 
Xalq  mənqəbələrinə  movcud  mühitdə  olanların  tərki  prosesi, 
ucqar  kəndlərdə  əski  mədəniyyətin  qoruyuculuq  missiyası 
əlbəttə  müəyyən  elementlərin  gəlişini,  boy  göstərməsini  də 
axıra qədər sərhədləyə bilmirdi. “İslami bir şəkildə” yaşananlar 
Qorqud  hekayətlərində  özünü  göstərənlər  səviyyəsini  keçmir. 
Necə ki, ozan / aşıq, qopuz / saz qədərində dəyişmələr, təkamül 
müşahidə  olunur.  Məhz  Qorqud  hekayətləri  M.P.Vaqifə 
qədərki  yolun    inkişaf  tendensiyası,  texnalogiyaların  müəc-
cirliyi  anlamında  ən  əsaslı  mənbədir.  Bütün  müstəvilərdə 


 
56 
“Kitabi-Dədə  Qorqud”dan,  “Koroğlu”dan,  “Aşıq  Qərb”dən, 
“Abbas  və  Gülgəz”dən  gələn  ruh  və  düşüncə  M.P.Vaqifdə 
təkrarlanır və  yeni əlavələrlə mühitin bədii sferasının əsasında 
dayanır.  F.Köçərli  milli  şair  kontekstində  bunlardan  çıxış  edir 
və  bütünlükdə  konsepsiya  kimi  irəli  sürdüyü  məsələlərə 
buradan  yanaşır.  “Molla  Pənah  milli  şair  olduğuna    binaən, 
onun  şeir  və  qəzəliyyatı  bizim  Azərbaycan  türklərinə  ziyadə 
xoş  gəlir  və  hər  nə  onun  qələmindən  zühura  gəlibsə,  xah 
müxəmməsat  və  xah  mürəbbeat  və  xah  qəzəliyyat,  tamamisi 
ürəkdən  və  həqiqi  həyatdan  nəşət  edən  əsərlərdir  ki,  yuxarıda 
zikr olundu. Bu qism əsərlərdən masəva Molla Pənahın bir çox 
əşar  və  ədəbiyyatı  dəxi  vardır  ki,  onlarda  öz  müasirlərinin 
ayinu  adatı,  adabu  əxlaqı  və  dolanmaları  artıq  məharət  ilə 
rişteyi-nəzmə gəlibdir. Belə ki, onlar gələcək nəsil üçün böyük 
bir  yadigar  məqamındadır”  (60,  172).  Bunların  isə  hamısının 
kökündə  M.P.Vaqifin  əsərlərinin  ziyadə  xalqa  xoş  gəlməsi  və 
bir ərməğan qoyub getməsi məsələsidir. Milli düşüncədən çıxış 
etmək, xalqın ruhunu ifadəyə çalışmaq və bu ruha köklənmək 
ən  əsas  olandır  ki,  Vaqif  də  istər  klassik,  istərsə  də  xalq  şeiri 
üslubunda  yazmasından  asılı  olmayaraq  buna  üstünlük 
vermişdir. Daha doğrusu dünyaya göz açdığı vaxtdan ta həyatı 
dərkinə  qədər  öyrəndiklərini,  görüb  bildiklərini,  xalqdan 
aldıqlarını,  uşaqlıq  yaddaşındakılarını,  hamısını  nə  varsa 
yenidən  xalqa  qaytarmışdı.  Bu  yolu  tutmaqla,  etnosun  əxlaqi-
estetik  düşüncəsini,  mədəniyyətini  özündə  ehtiva  etməklə, 
etnos  təsəvvüründə  olan  formullardan  yararlanmaqla  daha 
uğurlu, daha poetik, həm də ruha müqabil şəkildə ortaya qoya 
bilmişdir.  Gələcək  nəsil,  bütünlükdə  nəsillər  üçün  “böyük  bir 
yadigar”  qoyub  getmişdir.  Bu  yadigarın  kökü  heç  bir  zaman 
kəsiyində  olmayacaq  bir  milliliyin  ortaya  qoyulması  ilə 


 
57 
bağlıdır ki, F.Köçərli, S.Mümtaz, Ə.Abid, M.Müctəhidzadə və 
başqaları  dönə-dönə  bura  müraciət  edir  və  onu  bütünlükdə 
Vaqif yaradıcılığının, XVIII əsr Azərbaycan ədəbiyyatının əsas 
özülü  kimi  qabardırlar.  Digər  dövrlərlə,  Azərbaycan 
ədəbiyyatının  inkişaf  tarixi,  dönəmləri  ilə  bağlı  təhlillərdə  də 
yada  gələn,  qabardılan  və  müsbət  olan  budur.  Çünki  burada 
xalqın ruhu, etnosun milli  yaddaşının görünüşü daha aydın və 
üzdə olan, həm də uğurludur. M.P.Vaqif poeziyasından nəğmə, 
bayatı,  layla,  oxşama,  əzizləmə,  rəvayət,  mif,  dastan,  ozan, 
aşıq,  saz  təravəti  gəlir.  Bütün  zəriflikləri,  incəlikləri,  rayihəsi 
ilə yanaşı, onun genetikasında, alt qatında bir əzəmət, etnosun 
qəhrəmanlığı, acıları, döyüş və mübarizə əzmi görünür, özü də 
daha  bütöv,  daha  mükəmməl,  daha  poetik  olaraq  müşahidə 
olunur.  “Ərəbcə,  farsca  dərin  bir  məlumat  və  fövqəladə  bir 
istedada malik olan bu nadir sima vəzir olduğu halda yenə elə, 
xalqa yanaşmış və şeirlərini də tamamilə öz doğma ləhcəsində 
söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, bərəks, Vaqif sarayı 
mənimsəmiş  və  dilimizə,  ədəbiyyatımıza  da  çox  böyük 
xidmətlər  göstərmişdir.  “Lisani-rəsmi”si  farsca  olan  İbrahim 
xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə  olaraq 
o  dilə  və  ədəbiyyata  öz  əsrində  fayiq  gələn  böyük  Vaqifin 
şeirləri  o  qədər  rəvan,  sadə  və  o  qədər  şirindir  ki,  insan 
oxumaqla doymur. Bütün kitabı birdən götürüb başına çəkmək 
və içmək istəyir. Vaqif tam  mənası  ilə el  şairi olaraq, həm  də 
mücəddəddir.  Bu  münasibətlə    də  nəzərimizdə  Vaqifin  rayət 
böyük    dəyəri  vardır”  (74,  68).  Göründüyü  kimi,  burada 
M.P.Vaqifin  ərəb  və  fars  dilinin  incəliklərinə  bələdliyi  xüsusi 
olaraq vurğulanır. Lakin əsas məqam və aparılan təhlillər onun 
bu  dillərin  dərinliklərinə  bələd  olduğu  halda,  milli  ənənəyə, 
xalqdan  gələnlərə  üstünlük  verməsidir.  Bu  məsələnin  bir 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə