Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

 
93 
Elmin mədənisən, gövhər kanısan, 
Eşidənlər sözün dəminə gəlmiş. (62, 106-107). 
 
Bir  məsələni  də  xüsusi  olaraq  vurğulayaq  ki,  
M.V.Vidadi  ilə  M.P.Vaqifin  yaradıcılığında  olan  misra,  bənd 
səviyyəsində  informasiyalar  vardır;  bunlar  bütünlükdə  məsə-
lələrə aydınlıq  gətirmək  üçün əsaslı mənbəyə çevrilir. Klassik 
ədəbiyyatın  bütün  görkəmli  şəxsiyyətlərinin  yaradıcılığında 
belə  hallar  həmişə  özünü  göstərir.  Çünki  bədii  yaradıcılıq  elə 
bir  əhatəli  və  spesifik  yaradıcılıq  sahəsidir  ki,  burada 
informativ olanlar bəzən böyük problemin açılışına gedən yolu 
aktlaşdırır.  Q.Təbrizinin,  X.Şirvaninin,  M.Gəncəvinin,  N.Gən-
cəvinin,  Z.Şirvaninin,  Kişvərinin,  Həqiqinin,  Həbibinin, 
Ş.İ.Xətainin, M.Füzulinin, Məsihinin, Fədainin və başqalarının 
yaradıcılığında  belə  faktlar  özünü  göstərir  və  hətta  əfsanə  və 
rəvayət    tülünə  bürünmüş  bəzi  reallıqlara  aydınlıq  gətirmək 
imkanı  yaradır.  M.P.Vaqifin    yaradıcılığında  da  bu  özünü 
göstərir və “Qarabağ içrə” vəziyyəti aydınlaşdırır. 
 
Qarabağ içrə bir şair kəlimullah Musadır, 
Cavanşir içrə bir mövzun bayatı dəsti-bəyzadır. (62, 86).  
 
Bu  misralarda  Qarabağ  və  Cavanşir  mühiti  səviyyəsində 
məsələyə  aydınlıq  gətirilir.  Olanlar  isə  zənginliyi,  mühit 
səviyyəsində  vəziyyəti  ortaya  qoyur.  M.Y.Qarabaği  başlanğıc 
sözündə mühit səviyyəsində maraqlı təhlillər aparır və deyir ki, 
“Bu, məcmuə deyil, rəngarəng  söz və mənalar toplusudur. Bu, 
bəyaz deyil, bəlkə də, üzü ağ və  gözləri  qara  gözəlin  zülf və 
rüxsarının  surətidir  və  bu  surəti  məlaikələr  gözlərinin  üstünə 
qoya bilər, bu bəyazı  gözəllər ürəkləri üstündə gəzdirə bilərlər. 


 
94 
Hər səhifəsi  gözəllərin  cöhrəsi  kimi  nur saçır, hər vərəqi  vəfa 
əhlinin  qəlbi  kimi  məhəbbətlə  döyünür”  (62,  11).  Düşünəndə 
ki,    bu  məcmuədə  110  şeir  və  Vaqiflə  Vidadinin  deyişməsi 
verilmişdir və burada 110 şeirdən 68-i Vaqifə və qalan 42 şeir 
isə  digər  20  müəllifə  məxsusdur,  onda  bu  “üzü  ağ  və  gözləri 
qara gözəlin  zülf və rüxsarının surəti” olan məcmuənin dəyəri 
və  “bu  surəti  məlaikələr  gözlərinin  üstünə  qoya  bilməsi”nin 
mahiyyəti  aydınlaşır  və  Vaqifin  böyüklüyünə  olan  münasibəti 
aşkarlayır.  Məsələnin  digər  tərəfində  mühit  səviyyəsində  mü-
nasibət  dayanır  “gözəlin  cöhrəsi  kimi  nur  saçan”  məcmuənin, 
yəni  orada  olan  şeirlərin  poetik  sistemi,  xalq  arasında  geniş 
sevgi qazanmasının səbəbi aydınlaşır. Bu fikirlər onu da deyək 
ki,  XVIII  əsrin  sonu  və  XIX  əsrin  əvvəllərinin  bədi-estetik 
düşüncəsidir;  Vaqifin  canlı  mövcudluq  zamanından    elə  də 
uzaq  olmayan  dövrün,  münasibəti,  qiymətləndirməsidir.  Bu 
qiymətləndirmə geniş kontekstdə XVIII əsr Azərbaycan  ədəbi-
mədəni  mühitindəki  gedən  prosesləri,  təfəkkür  və  düşüncə 
yeniləşmələrini  əhatə  edir  və  əsasında  M.P.Vaqif  duran 
Qarabağ mühiti haqqında dolğun təsəvvür yaradır. Daha burada 
yüzilliklərin zaman müddətindən uzaq görünən qiymətləndirmə 
deyildir,  Vaqifin,  eləcə  də  Qarabağ  ədəbi  mühitinin  canlı 
şahidlərinin  olduğu  mərhələnin  söhbəti,  yaddaş  hadisəsi, 
münasibəti  idi.  Demək  M.P.Vaqif  öz  dövründə  və  ondan 
sonrakı  onilliklərdə  həmişə  mühitində  (Qarabağ  ədəbi  mühiti 
nəzərdə  tutulur),  eləcə  də  ondan  kənarda  bir  şair,  yaradıcı 
olaraq  nüfuzunu  və  ədəbiyyata  təsir  qüvvəsini  saxlamışdır. 
M.Y.Qarabaği  burada  ciddi  bir  vəziyyəti  də  işarələyir;  “bu 
şeirlər  səpələnmiş  halda  müxtəlif  yerlərdə  olduğundan  onları 
səy  ilə  toplayıb  tərtib  etdim.  Əvvəlcə  Vaqifin  müəşşərat  və 
müxəmməslərini sonra isə onun və başqalarının  mürəbbeat  və 


 
95 
qəzəliyyatını  yazdım.  Kitabı  “Məcmueyi-Vaqif”  adlandırdım. 
Oxuyanlar və qulaq asanlar ondan feyz  aparıb ləzzət  alsınlar” 
(62,  10).  Burada  vurğulanan  əsas  məsələlərdən  birisi  Vaqif 
şeirinin  və  Vaqif  şəxsiyyətinin  ölümü  ilə  birgə  acı    tale 
yaşamasıdır.  Yəni  siyasi  mühit,  hakimiyyət  iddiaları,  yaşanan 
gərginliklər təkcə şairin həyatını sonuclamaqla bitmədi, burada 
ən çox əziyyət çəkən tərəflərdən biri onun zəngin bədii irsinin 
sonrakı  taleyi  idi.  Vaqifin  özü  ilə  birgə  Qarabağ  siyasi 
mühitində  yaradıcılığı  da  təqiblə  üz-üzə  qaldı.  Məhz  xalq  öz 
milli  yaddaşının hadisəsi olan bu nümunələri nə qədər itkilərə 
baxmayaraq  qoruyub  saxlamaq  yolunu  tutdu.  Bir  növ  həmin 
gərginliklərdə  xalq  elə  də  rahatlıq  yaşamırdı.    Demək  olar, 
bütünlükdə  ağırlıq  geniş  kütlənin  üzərinə  düşürdü,  belə 
gərginliklərdə  bu  bəyaz,  yəni  oradakı  nümunələri  təkcə  
“gözəllər  ürəkləri  üstündə”  gəzdirmədi,  bütünlükdə  etnos 
ürəkləri  üstündə  gəzdirmək  yolunu  tutdu.  Şəki  xanı  Hüseyn 
xan  Müştaqın  da  Vaqifə  müraciədində  bu  kimi  məqamlar 
özünə yer alır: 
 
Şeirinə təhsin ki, yetməz heç bir əşar ana
Hər kimin var isə həddi söyləsin göftar ana
Kimsə ləb tərpətməsin kim, gəlməz istisfar ana
Eyibdir Müştaqidən bu sözləri izhar ana. (62, 41).  
 
Burada vurğulanmalı olan digər məsələ xanlıqlar arasın-
dakı  mədəni  əlaqələrin,  mühitlərin  bağlantılarının  müəyyən-
ləşməsi məsələsidir və Hüseyn xan Müştaqın “sən Qarabağ içrə 
qurmusan  tələb  meydanını,  dutmusan  dildə  olan  vədə  vəfa 
miozanını” deməsində də bu bir tərəf olaraq özünü göstərir.  
XVIII əsrdə Qarabağ ədəbi-mədəni mühiti milli intibahın 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə