Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

 
100 
Əfəndi  ilə  deyişməsindən  bir  məsələ  də  aydınlaşır  ki,  həmin 
dövrdə  təkcə  klassik  ədəbiyyat  zənginlik  baxımından  maraq 
doğurmamışdır, həm  də  aşıq  yaradıcılığı  aşıq  şeiri ənənəsində 
yeni  mərhələyə  daxil  olurdu,    bir  qədər  aydın  desək,  klassik 
ədəbiyyatın  Füzulidən  sonrakı  enişindən  yeni  bir  inkişaf 
başlayırdı.  Aşıq  Valehin  ustadı  Aşıq  Səməd,  Kələntərli  Alı, 
Molla  Pənah  haqqında  deyilənlər  də  bu  xətdə  ciddi  bir 
zənginliyin  mövcudluğunu  düşünməyə  əsas  verir.  Biz  Aşıq 
Valehin  ustadı  haqqında  da  elə  bir  məlumatlara  rast  gəlmirik, 
əlimizdə  olanlar  ancaq  və  ancaq  “Valeh  və  Zərnigar” 
dastanının mətnində özünə  yer tapanlar səviyyəsindədir və bir 
də Aşıq Valehin və müasirlərinim şeirlərində olan misra, bənd 
səviyyəsində  deyilənlər  qədərindədir.  Lakin  bütün  bunlara 
baxmayaraq,  mətn  informasiyası  olanlar  timsalında  ciddi 
tipoloji  təhlillərə,  münhit  səviyyəsində  geniş  müqayisələrə 
şərait  yaradır.  M.Y.Qarabağinin,  A.Berjenin,  M.Müctəhid-
zadənin,  M.M.Nəvvabın,  H.Ə.Qaibovun  və  başqalarının 
gördüyü  vətəndaşlıq  nümunələri  ədəbiyyatın  yaşadığı  tale 
timsalında  əsaslı  faktura  ilə  təmsil  olunur.  M.Y.Qarabağinin 
dediyi  kimi,  “ümid  edirəm  ki,  fəzl  və  kamal  sahiblərinin 
nəzərinə  və  eşq,  hal  əhlinin  xidmətinə  yetişəcək,  bəyəniləcək, 
qəbul  olunacaq,  bizi  xeyirliklə  yad  edəcəklər”.  (62,  12).  
Qarabağ  ədəbi  mühiti  öz  zənginliyi,  rəngarəng  və  orijinal 
fakturası ilə böyük bir mədəniyyət layını, keçilib gəlinən yolun 
uğurlarını düşünməyi və ortaya çıxarmağı aktlaşdırır. Məsələn, 
M.Y.Qarabağinin  Molla  Pənah  Vaqif  və  oğlu  Əli  ağa 
timsalında olan bir nümunəyə diqqət yetirək: 
 
Alim, bu söz ilə eylədim fəhmimi izhar
                                            Qıldım çü hesabı. 


 
101 
Bilsin bu xəlayiq deyirəm mən dəxi əşar
                                              Həm bilə cavabı. 
Ol Vaqifin, əlbəttə, bu sözdən bana zinhar
                                              Dutmasın kitabı. 
Anın sözünə qarşı deməyə nə hədim var? 
                                             Açmam bu hicabı. 
Odur bu cahanda, bəli, hər elmə xəbərdar
                                            Yoxdur dəxi babı. 
Bən həm bilirəm, oxumuşam dərs ilə təkrar
                                               Quranu kitabı. 
Kəs atəyə söz qaytara məhşər günü qəhhar, 
                                              Çox verir əzabı. 
Bu nüxtə məğbuldur eylədim izhar. 
                                           Həm rahi-səvabı. 
Xanın ki, əgər lütfi ola bəndəyə bir bar
                                           Dildən aça babı. 
Gəncineyi-dildən saçılır gövhəri-hikmət, 
                                         Məmlu ola hər yan. (62, 25-26).  
 
Burada ciddi fakt bolluğu, informativ məlumatlar, zəngin 
düşüncə  vardır  ki,  bu  da  daha  təfərrüatlı  yanaşmaları  zəruri 
edir. M.P.Vaqifin oğlu, məlum olduğu kimi, Alim təxəllüsü ilə 
şeirlər yazmışdır və onun yaradıcılığından verdiyimiz nümunə-
də  “Alim,  bu  söz  ilə  eylədim  fəhmimi  izhar”  deməsi  ilə 
M.P.Vaqifə  olan  münasibətini  bir  şair  kimi  təqdim  etməyə 
çalışır  və  bu  bir  istiqamətdə  təhcə  özünün  düşüncəsi  deyil, 
mühit səviyyəsində olan münasibətdir. Daha sonrakı misralarda 
bu  böyüklüyün  daha  aydın  və  təfərrüatlı  şərhi  verilir,  “anın 
sözünə  qarşı  deməyə  nə  hədim  var”  deməsi  və  əlavə  olaraq 
“odur bu cahanda, bəli,  hər elmə xəbərdar,  yoxdur dəxi  babı” 


 
102 
qənaəti  məhz  Qarabağ  ədəbi  mühitində  Vaqif  böyüklüyünün 
etirafı  və  gələcəyə  ötürülməsi  məqsədidir.  Ona  görə  də 
M.P.Vaqifin  bir  intibah hadisəsi  olaraq  dərkinin  başlanğıcı  öz 
sağlığında fəaliyyət göstərdiyi Qarabağ mühitində qoyulmuşdu. 
Ş.İ.Xətai bir şair, hökmdar olaraq fars dillində yazıb-yaratmaq 
ənənəsini,  saray  mühitində  fars  dilinin  aliliyi  düşüncəsini  sar-
sıtdığı  kimi,  Vaqif  də  sonrakı  dövrdə  Şah  Abbas  zamanından 
təkrarlanan,  dirçəlişə  doğru  meyillənən  təsəvvürlərin  istedadı 
ilə  sonunun  gəlişini  zərurətə  çevirdi.  Fikrimizcə,  hələ 
açılmamış  və  müəyyənləşməsi  bir  zərurət  olan  ağköynəklər 
təriqətini  yaratmaq  istəyinin  də  əsasında  bu  durmuşdu. 
F.Köçərli xüsusi olaraq vurğulayır ki,  “Molla Pənah milli  şair 
olduğuna  binaən  onun  şeir  və  qəzəliyyatı  bizim  Azərbaycan 
türklərinə  ziyadə xoş gəlir və hər nə onun qələmindən  zühura 
gəlibsə, xah müxəmməsat və xah mürəbbeat və xah qəzəliyyat, 
tamamisi ürəkdən və həqiqi həyatdan nəşət  edən əsərlərdir ki, 
yuxarıda  zikr  olundu.  Bu  qisim  əsərlərdən  masəva  Molla 
Pənahın   bir çox əşar və ədəbiyyatı dəxi  vardır ki,  onlarda öz 
müasirlərinin  ayinü  adatı,  adabü  əxlaqı  və  dolanmaları  artıq 
məharət  ilə  rişteyi-nəzmə  çəkilibdir.  Belə  ki,  onlar  gələcək 
nəsil  üçün  böyük  bir  yadigar  məqamındadır”  (60,  172).    Bu 
mülahizələr,  göründüyü  kimi,  millilik  və  bədii  sözün 
əvəzsiszliyi,  əlahiddəliyi  timsalında  deyilmişdir  ki,  dünən  də, 
bu gün də, sabah da “böyük bir  yadigar” məqamını işarələyir. 
Vaqiflə  bizim  zamanımızın,  düşüncələrimizi  bölüşdüyümüz 
vaxtın miqdarı üç  yüz illik bir il məsafəsi  vardır, lakin həmin 
misralar, şeirlər eyni təravəti, gözəlliyi saxlayır, bir neçə üç yüz 
illik  zaman  ötüşər  yenə  də  bu  təravət,  gözəllik  eyni 
müqəddəsliklə  qəlbləri  oxşayar,  bədii  düşüncənin  əvəzsiz 
nümunəsi  kimi  dərk  edilib,  qəbul  olunar.  Məhz  M.Y.Qara-


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə