Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

 
221 
bağlanır  (bu  bir  növ  türkün  ruhunu,  etnosun  bayatı 
məzmununu,  onun  təbiətində  daşınanları  bir  bütöv  olaraq 
aşkarlayır, çünki bayatı kövrəkliyi xalqın tarixinə, keçib gəldiyi 
ağrılara, üzləşdiyi  fəlakət,  pozulmuş  haqqın  ifadəsinə, həm  də 
etirazına,  dil  açan  duyğularına  bağlanır)  ki,  burada  da  məhz 
bunlar bir məram, məqsəd, ruhun ifadəsi olaraq cavablandırılır. 
Bayatı  özlüyündə  bizimlə  qəflətən  qarşılaşan,  gözləmədiyimiz 
halda  qarşımıza  çıxan  səadət  anının  doğurduğu  mənzərə 
kimidir.  Onun  “xoş  kəlimatı”nın  isə  sərhədləri,  şərhi 
hesabagəlməzdir. Seyid Nigari (1795-1886) “eşqdürür mayeyi-
zatım  mənim”  deyirdi  və  Qarabağ  timsalında  M.V.Vidadinin 
dediklərinə qoşulurdu. 
 
Eşqin kanı Qarabağdır məkanım, 
Bülbülü-şeydayəm, cənnət yerimdir. 
Əvvəl başdan Qaraqaşlı büsyanım, 
İndi gülüstanım Qara Pirimdir. (78, 22) 
 
Başqa  bir  kontekstə,  ancaq  mahiyyət  baxımından  sırf 
mühit  və  ruh  müstəvisində    ədəbiyyat  tarixinə  düşmüş  və 
bütünlükdə  bədii  düşüncənin  faktına  çevrilmiş  (həm  tarixilik, 
həm  də  bədiilik  baxımından)  bir  nümunəni,  Qarabağ  xanı 
İbrahimxəlil  xanın  qızı  Ağabəyim  ağa  Ağabacının  (?-1831)  
məşhur  bayatısının  ifadə  etdiyi  məzmun  bütün  müstəvilərdə 
xalqın min illər boyu yaşadığı ağrının əks sədası kimi görünür. 
Əslində  reallıq  budur  və    insan  psixologiyası  elə  tipik  olandır 
ki,  ağır  məqamlarda  için  ifadəsi  xalqın  genetik  yaddaşı,  ruhu 
ilə  üzə  çıxır,  məzmun  daha  mühitdən,  hansısa  axına 
qoşulmadan  ifadənin  alınmasında  özünü  o  səviyyədə  göstərə 


 
222 
bilmir,  necə  ki,  Ağabayim  ağa  Ağabacıda  bunun  tipik,  hadisə 
xarakterli faktı vardır. 
 
Mən aşığam qara bağ, 
Qara salxım, qara bağ. 
Tehran cənnətə dönsə, 
Yaddan çıxmaz Qarabağ. (65, 52). 
 
Bu xalq düşüncəsinin əlahiddəliyi, qyri- adi hesab oluna-
caq klassikasıdır. Xan Qaradağinin təzkirəsində özünə yer alan 
bu  nümunənin  başqa  hansısa  klassik  formasının  tapılması 
mümkünsüzdü.  Ağabəyim  ağanın  içini,  ağrılarını  ifadə  edən, 
ağrı  və  əzablarına  yüklənən  bu  misralarda  bütünlükdə  türkün, 
etnosun  tale  yaddışı  cəmlənir.  Böyük  ədəbiyyatşünas 
F.Köçərlinin  dediyi  kimi,  əgər  Qarabağ  mühitində  saray 
daxilində  yazışmalar,  bədii  sfera  fars  dilinə  yüklənirdisə 
Ağabəyim ağanın içini bayatı ilə ifadə etməsinin mahiyyətində 
xeyli  müəyyənləşməli  etnogenetikliyin  hərəkətliliyi  və 
aydınlaşması var. Burada baş olan isə ruhun yaşarlığı, oyanışı, 
ən ağır məqamlarda püsgürməsi və ortada ifadə, güc faktı kimi 
aparıcı  missiyanı  öz  üzərinə  götürməsidi.  Türk  şamançı-
lığından,  ozandan  alp-ərənlərin  əsrlərin  o  üzündən  gələn 
hayqırtısıdır  ki,  ən  ağır  məqamlarda  mövcudluğunu  ortaya 
qoyur.  Xalq bayatılarımızdan birində deyilir: 
 
Bu dağlar ulu dağlar
Çeşməli, sulu dağlar, 
Burda bir qərib ölüb 
Göy kişnər, bulud ağlar 
 


 
223 
Aydınlıq üçün bir kərkük bayatısına da diqqət yetirək 
 
Hər aylar,  
Hər həftələr, hər aylar
Bağdaddakı qardaşım, 
Gəncə deyib haraylar.  
 
Bütünlükdə  işarələdiyi  informasioya  kontekstində  bu 
bayatılar  etnosun  nələrlə  qarşılaşdığını,  hansı  acıları 
yaşamasını  öz  içərisində  daşıyır.  Bədii  ədəbiyyat  əlahiddə 
hadisədir,  onun  verdiyi  niformasiya  öz  məzmunu,  çatdıra 
bildiyi  hadisələrlə  daha  böyük  mahiyyətlidir.  Ona  görə  də  bu 
nümunələrə  fikir  verdikdə  xalqın  tarixinin  nələrlə  səciyyə-
ləndiyini,  hansı  ağrılardan  keçərək  ghünümüzə  gəldiyini 
aydınlaşdırmaq  mümkündü.  Baybura  oğlu  Bamsı  Beyrəyin, 
Aşıq  Qəribin,  Abbas  Tufarqanlının  və  bu  silsilədən  olan 
onlarla,  yüzlərlə  yaradıcıların  şəxsində  ədəbiyyatda  iz  qoyan 
hadisələr  özünə  yer  alır.  Bunlar  sözün  həqiqi  mənasında 
etnosun  qarşılaşdığı    vəziyyət  və  olanların  bir  hissəsi  idi. 
Məsələn,  Xəstə  Qasımda  mətnin  verdiyi  informasiya 
timsalında bir nümunəyə diqqət yetirək. 
Obalarmız səf-səf olub düzüldü, 
Başı ala qarlı dağlar, qal indi. 
Biz içmədik abi-kövsər suyundan
Soyuq sular, tər bulaqlar, qal indi. (64, 23) 
 
Və yaxud da XVIII əsr ədəbiyyatının digər bir 
nümunəsinə Dadaloğlunun yaradıcılığı əsasında nəzərdən 
keçirək 


 
224 
Qalxıb köç eylədi Afşar elləri
Ağır-ağır gedən ellər bizimdir. 
Ərəb atlar yaxın eylər irağı, 
Uca dağdan aşan yollar bizimdir. (51, 61) 
 
Bütün  bunlar,  eləcə  də  “Kitabi-Dədə  Qorqud”,  “Kor-
oğlu”,  “Aşıq  Qərib”,  “Tahir  və  Zöhrə”  və    s.  kimi  möhtəşəm 
sənət  abidələri  öz  qaynağını  xalqın  olacaqlarından  almış  və 
etnosun  həyatının  ifadəsi  kimi  qəlibləşmişdir.  M.V.Vidadidə 
bütün  tərəfləri  ilə  aparıcı  xətdə  dayanan  kədər  motivinin 
mahiyyəti özlüyündə bu tip pozulmuş nizama bağlanır. 
 
Məni belə hər kim görə, bil, ağlar, 
Dağ-daş yanar, ulus, oymaq, el ağlar. 
Cismim sızlar, göz yaş tökər, dil ağlar, 
Öz başıma yalqız məgər ağlaram? (91, 15) 
 
Göründüyü  kimi,  M.V.Vidadinin  şeirlərində  özünə  yer 
alan  “ağlamaq”  məzmunu  bütün  müstəvilərdə  şəxsi  həyatla 
bağlana  bilməz,  bu  onun  yalnız  bir  hissəsini  təşkil  edə  bilər. 
Reallıq isə M.V.Vidadinin bir sənətkar olaraq baş verənlərdən 
acımasına,  təəssüflənməsinə  gəlib  çıxır.  “Öz  başıma  yalqız 
məgər  ağlaram”  məhz  bu  olanlara  ən  əsaslı  və  həm  də 
birmənalı cavabdır. XVIII əsrin siyasi mühitində baş verənlər, 
qarşıdurmalar,  ağır  köçlər,  əhalinin  qarşıdurmalarda  çəkdiyi 
zillətlər heç şübhəsiz bu tip nümunələrin yaranması üçün əsas 
olmuşdur. Mustafa ağa Arifin eyni rədifdə dediyi şeir də məhz 
həmin reallığın ifadəsindən öz qaynağını götürür. 
 
Dad elərəm, yetən yoxdu fəryada, 
Dərdim olur gündən-günə ziyada


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə