Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

 
225 
Ağlaram hər zaman düşəndə yada
Bizim Qazax-Qaramanlar ağlaram. 
 
Ellərimiz vardı bəyli-paşalı, 
Dağlarımız vardı əlvan meşəli
Süsənli, sünbüllü, tər bənövşəli
Qaldı bağlar, xiyabanlar, ağlaram. (60, 264) 
 
Görkəmli  ədəbiyyatşünas  F.Köçərli  bu  şeir  ətrafında 
təhlil  apararkən  bir  məqama  toxunaraq  yazır:  “Bu  şeirlər 
dəruni-qəlbdən  çıxan  atəşli  və  suzişli  nalə  və  fəryadlardır  ki,  
onları  mütaliə  edənlərin    də  bilaixtiyar  gözlərindən  qanlı  yaş 
tökülür,  şair  ilə  bahəm  ağlayırlar.  Vətənə  məhəbbəti  ucundan 
vətəndən ayrı düşən və əcnəbi ölkələrdə əsir və  müztərr qalan 
biçarə  Arif  əvvəlcə  öz  dost  və  yaranlarını  və  mehriban 
həmdəmlərini  yada  salıb,  didələrin  əşki-hal  ilə  doldurur  və 
başqa  bir  qasid  bulmayıb  badi-səbadan  onlara  dərdi-dilini  və 
məxfi  sirlərini  izhar  qılıb  göndərir”  (60,  265).  Əlbəttə  burada 
olanlar  bədii  mətnin  verdiyi  informasiya  müstəvisində 
deyilənlərdir.  Və  nəzərə  alanda  ki,  bu  mətnin  verdiyi  faktlar 
şəxsi  olmadan  çox-çox  uzaq  ciddi    siyasi  məsələyə,  dövrün 
özünün  bətnində  yaşanan  bəlalara  bağlanır,  onda  məsələnin 
mahiyyəti  daha  sinxron  yanaşmaları  gərəkli  edir.    Böyük 
ədəbiyyatşünasın qənaətlərində də bir epizod olaraq bu məsələ 
“vətənə  məhəbbəti  ucundan  vətəndən  ayrı  düşən”  ifadəsində 
açıq aydın nəzərə çarpır. Bədii mətn heç şübhəsiz xalqın bədii 
salnaməsidir  və  bunun  verdiyi  bilgilər  tarixçilərin,  xan-
xavanların  yazdırdıqlarından  daha  dolğun  və  dəqiqdir,  burada 
süni olmadan qətiyən söz gedə bilməz.  


 
226 
M.V.Vidadi,  M.P.Vaqif  ənənəsinə  köklənən  Əbdür-
rəhman  ağa  Dilbazoğlunun  şeirlərində  də  eyni  mənzərənin, 
eyni ruhun, eyni aqibətin mövcudluğu boy göstərir. Onu Molla 
Pənah  əsrinin  möhtərəm  şairlərindən  biri  kimi  mənbələr 
vurğulayır.  Gözlərinin  çıxarılması,  eləcə  də  baş  verən    digər 
hadisələr  bizə  bu  problemlərin  həmin  dövr  ədəbiyyatda  nə 
qədər  sistemli  və  mövzu  olaraq  açıldığını  göstərir. 
M.V.Vidadinin,  M.Arifin  dediklərinə  və  “ağlaram”  ifadəsinə 
Əbdürrəhman ağa Dilbazoğlu da qoşulur.  
 
Mən qəribəm vətənimdə, qazılar,  
İtirmişəm ağır ellər ağlaram. 
Könül həsrət qaldı, can intizarda, 
Gözlərəm sübhü-şam yollar, ağlaram. (60, 259). 
 
Şikəstə  Şirinini  məşhur  “Tiflisin”  qoşması  öz  ruhu, 
poetik  sisteminin  mükəmməlliyi  ilə  məhz  bu  sırada  mövcud 
ictimai-siyasi  vəziyyəti,  yaşananaları  ifadə  baxımından 
əvəzsizdir.  
 
Ay ağalar, tarixlərdə görən var
Çox olubdur qalmaqalı Tiflisin. 
Neçə-neçə şahlar gəlib-gedibdir, 
Heç olmamış belə halı Tiflisin. (74, 61). 
 
Göründüyü  kimi,  eyni  dövrü,  onun  ictimai-siyasi  təla-
tümlərini, etnosun üzbəüzə qaldığı problemləri özündə birbaşa 
əks etdirən bu poetik nümunələr müxtəlif şairlərin yaradıcılığı 
timsalında ümumi nəticələr çıxarmağa əsas verir. Mustafa ağa 
Arifin, Əbdürrəhman ağa Dilbazoğlunun, Şikəstə Şirinin və bu 


 
227 
sıradan olan onlarla sənətkarın  təkcə vətəndaş  mövqeyini,  baş 
verənlərə  münasibətini  əks  etdirməklə  yekunlaşmır  və  bu 
məsələnin  bir  tərəfidir.  Onun  digər  tərəfində  poetik  ənənənin 
hansı  səviyyədə  görünüşü  və  gedişi  maraq  doğurur.  Əlbəttə 
bunlar  mühit  səviyyəsində  XVII  əsrdən  başlayan  klassik  şeir 
böhranının  yeni  istiqamətdə,  türk  şeir  ənənəsində  ana  vəznin 
oyanışı,  sazdan,  aşıqdan  gələnlərin  yeni  və  həm  də  güclü 
dalğası  idi.  M.V.Vidadi  və  M.P.Vaqif  timsalında  artıq  bədii 
düşüncənin simasına çevrilməkdə idi. 
Vaqif  və  Vidadiyə  gələn  ruh  məhz  bu  tip  nümunələrin 
əks-sədasından  keçir  və  bütün  funksionallığı  ilə  burada 
reallaşır.  Vidadi  Vaqifə  qədər  burada  boy  göstərir  və  onun 
ruhunun,  düşüncəsinin  mahiyyəti  daha  çox  islam  klassika-
sından  gələn  düşüncə  və  meyarlardan    irəlidə  türk  olana 
söykənir, ozandan, sazdan, bayatıdan, şərqidən keçənə köklənir 
və  klassik  üslub,  islam  nəzm  düşüncəsi  və  təfəkkür  modeli 
buradan  keçməklə  özünü  göstərir.  Biz  X.Şirvanidə,  N.Gən-
cəvidə, Z.Şirvanidə, M.Əvhədidə, A.Ərdəbilidə, M.Füzulidə və 
bu  sıradan  olan  klassiklərin  düşüncə  modelinin  prinsipləri  ilə 
M.V.Vidadi,  M.P.Vaqif,  Ağqızoğlu  Piri,  Sarı  Çobanoğlu  ilə 
eyniləşdirə  bilmərik  və  bunu  da  mümkünsüz  hesab  edirik.  
Əlbəttə  bunların  arasına  Çin  səddi  də  çəkmək  niyyətində 
deyilik  və  bədii  yaradıcılıq  həyat  kimi  axarlı  və  ziqzaqlıdı. 
Zamanlar,  mühitlər  hamısı  öz  bətnində  müəyyən  enmələri, 
qalxmaları  və  zamanın  ruhu  ilə  səsləşəcək  nümunələri    zəruri 
edir.  Şərq  ədəbiyyatındakı  mühitləri,  ədəbi  axınları  izlədikdə, 
Bəsrə,  Bağdad,  Məkkə,  Mədinə,  Kufə,  Xorasan,  Buxara  və  s. 
kimi mühitlər bir qaynaq və ruh daşıyıcısı olaraq bədii məkana 
öz  töhfələrini  veriblər.  Azərbaycan  ədəbiyyatında  da  belə 
faktlar kifayət qədərdir ki, bədii sferaya, onun məzmun və janr 


 
228 
texnologiyalarına  istiqamət  verib  və  əlavələrlə  dövrünə  və 
sonrakı  prosesə  təsirini  etmişlər.  M.Füzulinin  zəngin  istedadı 
özlüyündə  bu  adla  yaşayacaq  ədəbi  məktəbi  tarixiləşdirdi. 
Nəinki,  Azərbaycan  ədəbiyyatında,  eləcə  də  Şərq  ədəbiy-
yatında,  dünya  ədəbiyyatında  sözün  müqəddəsliyini  və  nələrə 
qadirliyini  yazdıqları ilə nümayiş  etdirdi və Azərbaycan ədəbi 
mühitini  öz  təsirində  dolaşmağa  və  ondan  yararlanmağa 
yönləndirdi.  Bu  özü  də  təbii  idi,  çünki  Füzuli  istedadının 
sərhədləri sonsuzluqla ölçülür. Füzulidən Vaqifə olan yol əriş-
arğacdı,  rəngarəng  söz,  düşüncə,  mövzu  axtarışları  ilə 
səciyyələnir. Lakin bu zənginlikdə Qurbani// Xətai xətti də öz 
ləngərli  gedişi,  tarixin  ağır  dolanbaclarında  elat  ruhunun 
qorunuşu  ilə  qəlblərdə,  türklük  ruhunda  irəliləyirdi.  Təkcə 
siyasi  düşüncənin  gərginlikləri,  etnosun  qarşıdurmalarda 
çəkdiyi  zillət,  müharibələr  və  daxildəki  möhtəkirlik  heç 
şübhəsiz  bir  qüvvə  olaraq  ağırlığı  öz  üzərində  daşıyacaq 
kütlənin  mədəniyyətinə  təsirsiz  ötüşmürdü.  Saraylardan, 
klassik  ənənəyə  köklənmiş    qəzəl  ədəbiyyatından  fərqli  saz 
ədəbiyyatını  bir  zərurət  kimi  inkişafa  sövq  edirdi.  Şah  Xətai 
bunu  dərk  etdi  və  bundan  yararlanmaqla  yeni  bir  düşüncənin 
çiçəklənməsinin  başlanğıcını  qoydu.  Lakin  XVII  əsrin 
gərginlikləri,  Şah  Abbasın  hakimiyyəti  Təbrizdən  İsfana 
köçürməsi  bu  xəttin  parlaqlığına,  etnosun  hakimiyyət 
timsalında  itirdiklərini  “Koroğlu”,  “Aşıq  Qərib”,  “Əsli  və 
Kərəm”,  “Abbas  və  Gülgəz  və  s.  timsalında  əvəzlədi.  Daha 
doğrusu etnos səviyyəsində olan boşluq bunlarla yeniləndi. Bu 
oyanış bir qədər sonra Vidadi  və Vaqiflə məktəb səviyyəsinə, 
milli düşüncədə olan çat vermiş boşluqların bərpasına və daha 
uğurlu  ödənişinə  əsas  oldu.  Başlanğıcı  Qazaxda  qoyulsa  da 
bütün  təfərrüatı  ilə  Qarabağ  ədəbi  mühitində,  İbrahim  xanın 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə