117
terminləşməsi sırf reallığa, bir qədər də dəqiq desək tarixiliyə
bağlanır. Burada XVIII əsrin xanlıqlar dövrünün iddiaları,
insan müştəbehliyi özünün ifadəsini tapır və belə vəziyyətlər
isə heç şübhəsiz ölümlərə, əlavə problemlərə, qırğınlara yol
açırdı ki, onun da əziyyətini məhz geniş kütlə çəkirdi.
M.V.Vidadinin “Gəl çəkmə cahan qeydini, can belə qalmaz”
məşhur müsəddəsi də məhz həmin vəziyyətin bu və ya digər
formada, bir qədər ümumilşmiş ifadəsidir.
Gəl çəkmə cahan qeydini sən, can belə qalmaz,
Qan ağlama çox, dideyi-giryan belə qalmaz,
Gül vəxti keçər, seyri gülüstan belə qalmaz,
Birr ləhzə könül, xürrəmi xəndan belə qalmaz,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz. (77, 32)
Məlum olduğu kimi, “şeir bədii ədəbiyyatın ən incə və
zərif bir şəklidir. Şeir ruhun məchul səsini böyük bir qüvvə ilə
ifadə edən, insanın xarici və daxili aləmi ilə bərabər bütün
varlığını nağıl edən bir şəkildir. Əsl şeir böyük fikirlər və
böyük ideallar deməkdir, onun kiçik bir misrasında bəzən
böyük bir roman olur” (2, 41). Bu nümunələr təkcə müəllifinin
deyil, bütünlükdə XVIII əsr siyasi mühitinin, eləcə də bəşər
oğlunun bütün varlığını ifadə etmək xarakteri ilə seçilir. Bir
növ XVIII əsr bədii düşüncəsinin mənzərəsi olmaqla yanaşı,
həm də siyasi sferasının ümumi mənzərəsini bütün tərəfləri ilə
yaşatmaq kimi bir ideala yüklənir. Daha doğrusu, əvvəlki
ənənədən gələn fikir, sənət şəcərəsinin yeniləşmə sxemini, sırf
reallığa istiqamətlənməsini şərtləndirir. Burada həm də Vaqif
mərhələsi ilə vurğuladığımız mərhələnin Vaqif / Vidadi
118
mənzərəsi fundamenrtal mədəniyyət hadisəsi olaraq boy
göstərir. Vaqif və Vidadi müqtədirliyi bu tip nümunələrdə biri
digərini tamamlayır, onların zahiri görünüşündə nə qədər fərqli
həyat baxışları, hadisələrə münasibət fərqliliyi görünsə də,
əslində bir-birinə qovuşur. Bir qədər dəqiq desək qovuşan
tərəfləri daha çox görünür ki, bunlar da mahiyyət məsələsi kimi
alt qatda ruha, əski yaddaşdan gələn genetik qatlara bağlanır.
Forma tərəfləri, misra düzümü, möhkəm dostluq münasibətləri
bir lay olaraq mətndə reallaşır. Qarabağ ədəbi mühitinin
nümayəndələrindən olan Mirzə Mehdi bəyin bir qoşmasına
diqqət yetirək.
İbrahimin halın, mətai-əkrəm,
Mərhəmət yolilə alsanız xəbər.
Dolanıb bazarda səfil, sərgərdan,
Şimdi sizin üçün çəkdirir çəpər.
Sifətinə görə yoxdur xoş halı,
Xifətindən lap allanıb saqqalı,
Əgər keçsə onun belə əhvalı,
Edibdir uçquldan onu dərbədər. (77, 58)
Göründüyü kimi, bu mətn müraciət xarakterli olmaqla
müəyyən məsələlərə aydınlıq gətirmək, fikir və münasibəti
öyrənmək məqsədi daşıyır. M.M.Nəvvab bu şeir haqqında
danışarkən vurğulayır ki, Mehdi bəy Tiflisdən Mirzə İbrahim
Səbanın əhvalını Rəhim bəyə yazır. Ümumiyyətlə, XVIII-XIX
əsrdə bu ayrıca bir forma kimi xüsusi işləklik qazanmışdır.
M.P.Vaqifin M.V.Vidadi, Sarı Çobanoğlu, Ağqız oğlu Piri ilə
yazışmaları, eləcə də Aşıq Əlinin ünvanlı misraları bir bütöv
119
olaraq mühiti, dövrün mənzərəsini, üslub sistemini öyrənmək
baxımından ciddi faktura ilə əhatələnir. Q.Zakirini M.F.Axun-
dova, İ.Qutqaşınlıya və yaxud da C.Nəva, M.Aşiq, M.Həsən,
Aşıq Pəri və s. sənətkarlar arasındakı yazışmalar bir forma
səviyyəsindən əlavə dövrün ictimai, siyasi, daha çox isə
mədəni
mənzərəsinin
ümumi
mahiyyətinin
ifadəsinə
hesablanmışdır. Məsələn, M.P.Vaqifin “Göndərmiş” rədifli bir
qoşması var və onun arxasındakı hadisə mətnin poetik
məzmununun bütövləşməsi üçün daha çöx önəm daşıyır. Bədii
mətnin həmin hadisə ilə birgə öyrənilməsi, arxasında
dayananların nə ilə səciyyələnməsi ona əlavə çalar gətirir.
Y.V.Çəmənzəminli “İki od arasında” romanında yazır:
“İbrahim xanın qızı Sənəm xanım şeir maraqlısı olduğundan
Vaqifin hər bir şeirini bəyazına köçürürmüş. İndiyə qədər
görmədiyi bu şairin gətirildiyini eşidər-eşitməz gəlib divanxana
pəncərəsinin arxasından ona tamaşa edir. Arıq, lakin sağlam
cöhrəli, qara xətli, parlaq və cəsur gözlü bir oğlanın divan
qabağında qürurla durduğunu görür. Qara çuxalı, butalı çitdən
arxalıq geymiş bu gənc sağ əlini qurşağına salıb mətin bir səslə
xanın suallarına cavab verirdi. İndiyə qədər yalnız şeirlərinə
məftun olan Sənəm xanım bu dəfə şairin özünə: zəkasına,
hazırcavablığına, xoş simasına və məzəli danışığına da məftun
olur” (29, 468). Burada M.P.Vaqiflə bağlı digər məqamı,
şairin Qarabağ mühitində tanınması, daha doğrusu,
məşhurlaşması istiqamətində olanları öyrənirik. Vaqifin saraya
qədər ətraf mühitdə lazımı qədər tanındığının şahidi oluruq.
Y.V.Çəmənzəminli də məhz yuxarıdakı sətirlərdə xanın
ailəsində belə Vaqifin marağa səbəb olduğunu, hətta ailənin
övladının onun şeirlərini yazıya köçürdüyünü öyrənirik.
Burada digər istiqamətdə sarayın sənətə və sənətkara verdiyi
120
qiymət nəzərə çarpır. Şeirin yazılma səbəbi də bədii mətnə bir
ayrı ovqat qatır: “Bir gün Vaqif çubuqdan hörülüb, üzərinə
suvaq çəkilmiş daxmasının güllü-çiçəkli baxçasında dolaşar-
kən, tikan çəpərin arxasından keçən başı xonçalı bir uşaq ondan
soruşdu:
-Əmican, Molla Pənah Vaqifin evi hansıdır?
Vaqif heyrətlə çəpərə yanaşdı:
Buradır, necə? – dedi.
Uşaq gülümsədi, bir söz deməyərək, qapını açıb həyətə
girdi. Uşaq xonçanı verib, məsələni yavaşca anlatdı. Vaqifin
qoca anası sevinə-sevinə xonçanı otağa apardı, oğlunu da oraya
çağırıb dedi:
-Ay oğul, xan qızı Sənəm xanım sənə sovqat göndərib.
Vaqif gümüş nimçənin ipək örtüyünü qaldırdı: qızıl
nəlbəkidə bir cüt qırmızı şaftalı göndərmişdi”. (29, 469).
İki dənə əcəb xosrovşahi,
Lütf eyləmiş ləbi-şirin göndərmiş.
Gözəllik bağında meyvə yetirmiş,
Bizə onun xoş nübarın göndərmiş.
Gedin deyin o ləbləri Yəmənə,
Buxağı billurə, sədri səmənə,
Eləcə şad oldum, sanasan mənə,
Yerin, göyün simu zərin göndərmiş. (62, 68-69).
Aşıq sənətinin ustad sənətkarlarının yaradıcılığında bu
şeirin təsiri və yaxud da buna yaxın ruhda yazılmış kifayət
qədər maraqlı nümunələr vardır. Ümumiyyətlə, müqayisələrə
və yaxınlıqlara fikir verdikdə Vaqifin aşıq yaradıcılığına təsiri
Dostları ilə paylaş: |