137
dayananlar bütünlükdə məhz bu intibahın mahiyyətinin aydın-
laşmasına xidmət edir. M.P.Vaqif Azərbaycan ədəbiyyatının
zənginliyi və milli düşüncənin intibahı baxımından həyati
məsələdir. Xalqın döyünən qəlbinin pulsları Vaqif qəlbinin
pulsları ilə eyni xətdə dayanır. S.Vurğun da “Vaqifin dili”
məsələsini məhz bu müstəvidə vurğulayır. Vidadinin məşhur
deyişməsində vurğuladığı “küllü-Qarabağın abi-həyatı, nərmə-
nazik bayatıdır, bayatı” misraları özlüyündə digər istiqamətdə
Vaqif dilinin də “nərmə-nazik” bayatı” dili olduğunu
düşünməyə əsas verir və birmənalı olaraq da belədir. Hətta
şairin özünün “Cavanşir içrə bir mövzun bayatı dəsti-beyzadır”
misrasında, eləcə də müxtəlif şeirlərindəki vurğulamalarında da
görürük. Bütün bunlar Qarabağ mühiti və Vaqif timsalında
həm klassik üslubda yazanların, həm də xalq şeiri ənənəsinə
köklənənlərin yaradıcılığında reallaşır.
138
DƏDƏ QORQUDDAN QURBANİYƏ,
QURBANİDƏN VAQİFƏ
Türk düşüncəsinin, milli mədəniyyətinin ana xətti
bütünlükdə Dədə Qorquddan üzü bəri olanlara bağlanır.
Sonrakılar əlavə olanlardı və birmənalı olaraq qəbul olunan
bundan ibarətdir ki, bir xalqın genetik yaddaşında, mifik
dünyagörüşündə özünün ifadəsini tapan, qəlibləşən, kanonik
sistem formalaşdırnan nə varsa hamısı bir məcrada kodlaşır.
Tarixi hadisələr, dünya nizamı ikiliklərin mövcudluğunu
birmənalı qarşılamır və bunların hansı birinici, hansı ikinci;
gəlmə, törəmə kimi qəbul edir. Sonranın hadisəsi, mədəniyyət
nümunəsi olaraq şərhə üstünlük verir ki, bu bütün xalqlarda
belədir. Daha hansısa xalq üçün başqa müəyyənləşmiş, fərqli
sistem yoxdur. Nəzəri məktəblər, ədəbi cərəyanlar hansı
müstəvidə yanaşmasından asılı olmayaraq, son nəticədə yenə
bura gəlib çıxmağa məhkumdur. Ona görə də türk xalqlarının
zəngin mədəniyyət fonduna diqqət yetirdikdə bir məsələ gün
kimi aydındır ki, türkün milli mədəniyyətinin genetik yaddaşı
birbaşa Dədə Qorquddan üzü bəri olanlara bağlanır. Əlbəttə
Dədə Qorqud bir mədəniyyət, etnos hadisəsi olaraq özündə elə
bir rəngarəngliyi, qədimliyi, yaddaşı simvollaşdırır ki, bunun
sərhədləri bizim dünya təsəvvürlərimizin, böyük cahanşümul
cəmiyyət anlayışımızın bütün sistemini özündə birləşdirir. Ona
görə də bu sistemdə “Rəsul əleyhüssəlam zamanına yaxın
Bayat elindən bir ər qopdu” nitq janrı olduğundan daha əski
təsəvvürləri ehtiva edir. Fikrimizcə, “Kitabi-Dədə Qorqud”
bəşər mədəniyyətinin kamillik nümunəsi olmaqla bərabər,
digər istiqamətdə türkün cahanşümul ideyalarının fakt və
hadisə göstəricisidir. Onun şaquli və üfiqi dərinlikləri ağlın
139
gedib çata bilmədiyi qədərindədir. Ona görə də elm aləminə
məlim olan vaxtdan, yəni təxminən iki yüz ildir ki, yazılır,
pozulur, ancaq yenə də öyrənilməyə ehtiyac doğurur. Kim ona
əlini uzadıbsa boş qayıtmayıb, əksinə orada axtardığı nəyi isə
tapıb. Bir mənbə kimi əsas olub, dəqiqləşmələrin,
mürəkkəbliklərin açarı funksiyasını yerinə yetiribdir.
M.P.Vaqif yaradıcılığının ümumi ruhu, məzmunu, genetik
mahiyyəti bir xətdə aşıqdan keçərək tarixi keçmiş anlamında
ozana, Dədə Qorquda istiqamətlənir. Böyük şairimiz S.Vurğun
təsadüfi deyil ki, “könlünü bəsləmiş sazlar elində” deyəndə
məhz bu dərinlikləri vurğulayırdı. Biz yazımızda müxtəlif
məqamlara diqqət yetirdik və M.P.Vaqifi son olaraq üç
istiqamətdə izləməyin konsepsiyasının gərəkliyini dedik.
Bunlardan biri və birincisi Dədə Qorquddan Qurbaniyə, oradan
da Vaqifə qədər gələnlərdi söylədik və əlavə etdik ki, bu Vaqif
böyüklüyünün ana xətti, vuran ürəyi, düşünən beynidir. İkincisi
və bəlkə də birincidən bir bir başqa istiqamətdə yararlanmaqla,
burdan bəhrələnməklə boy göstərən Əhməd Yasəvidən Yunis
Əmrəyə, Şah İsmayıl Xətaiyə və oradan da Vaqifə gələnlərdi.
Sonuncusu klassik ədəbiyyat qoludur ki, bu böyük islam
mədəniyyətinin əsasları üzərində bərqərar olmuşdur və Vaqif
də bunları mənimsəməklə öz istedadı, bacarığı sayəsində
gərəkli və uğurlu əlavələrini etmişdir. Bütün bunlar Vaqifin
bədii-estetik düşüncəsinin fövqəlzamanlıq və fövqəlməkanlılıq
konsepsiyasını ortaya qoyur. Akademik T.Hacıyev yazır ki,
“Dədə Qorqud kitabı” tariximizin ilk yazılı dərsliyi”, bəli
doğurdan da “Kitabi-Dədə Qorqud” tariximizin, kimliyimizin,
mövcudluğumuzun və dünyaya gətirmək istədiklərimizin
dərsliyidir, türkün millilik və mənsubluq kitabıdır. Keçmişə və
sabaha buradan boylanırıq. Keçib gəldiyimiz və gedəcəyimiz
140
yol burada gün kimi aydın və parlaqdır bütün qazandıqlarımız
və bu gündə olanlarımız (yaxşı nə varsa) üçün həmin
müqəddəs keçmişə, yaddaşa, zəngin mənəviyyat və mədəniy-
yətə borcluyuq. Türklər “ozanları hayqırmayan millət yetim
kimidir” deyirlər.
Milli yaddaşın qan daşıyan damarları bütün müstəvilərdə
ruha, etnosun platonik təsəvvürlər sisteminə borcludur və
həmişə də ona sədaqət göstərmişdir. Xalq ən ağır, ən mürəkkəb
zaman kəsiklərində bu müqəddəs tarixə üz tutmaqla öz
müşkülünün həlli yollarını arayır, tapır. Çıxış yollarını axtarır
və demək olar mənəvi və fiziki gücünü oradan alır. Necə ki,
“Kitabi-Dədə Qorqud” dastanlarının “Basatın Təpəgözü
öldürdüyü boy”da bu mürəkkəbliklə qarşılaşırıq. Onun həlli isə
məhz xalqın özünün vasitəsilə mümkün olur, Basat kimi
qəhrəmanla reallaşır. “Mete, Atilla, Əmir Teymur və Osmanlı
imperatorları, “Dədə Qorqud” dastanı, Orxon-Yenisey daş
kitabı, M.Kaşğarinin “Divan”ı türkün yeddi möcüzəsidir. Bu
möcüzələrdən biri böyük Türk coğrafiyasının Azərbaycan
torpağı ilə bağlıdır. Bu möcüzə “Dədə Qorqud” dastanı və ya
“Dədə Qorqud kitabı” adı ilə tanınır. M.Kaşğarlı “Divan”ının
şeirində heca və qafiyənin tam müəyyənləşdiyini nəzərə
alaraq, cəsarətlə demək olar ki, “Dədə Qorqud kitabı”nın şeiri
ondan çox-çox qədimlərə gedir: bu iki abidənin şeir tipi
arasında beş yüz – min illik təkamül fərqi var”. (43, 7). Əlbəttə
biz də bu qənaətdəyik ki, “Kitabi-Dədə Qorqud” dastanlarının
şeri tipi digər nümunələrlə müqayisədə daha əski, bəlkə də
minilliklər fərqli olacaq bir inkişafı özündə işarələyir. Bu
nümunələrin üzərimndə aparılan müşahidələr texnoloji, sistem
arxitektonikası, fonopoetik, morfopoetik, sintaktik məzmun
baxımından ciddi mahiyyətlə səciyyələnir. Ruhu etibarilə elə
Dostları ilə paylaş: |