168
ənənəsinin mahiyyətini aydınlaşdırmağa və türk şeir tərzinin
inkişaf tendensiyasını açmağa imkan verir. Ancaq bir məsələyə
diqqət yetirək ki, “Vaqifin qüvvətli şairliyi” təkcə yazılı
ədəbiyyat xəttində hökmfərmanlıq göstərmirdi, bütünlükdə
ədəbi axınları, mədəni düşüncəni istiqamətləndirirdi. Ona görə
də “müasirlərinin haman həpsi” Vaqifin açdığı yolun davam-
çısı kimi milli oyanışın inkişafına və aydınlığına yardımçı
olurdular. Burada vurğulanan digər məsələ “Vaqifdə heca
vəzninin yalnız on birisi var qənaətidir” ki, bu da sırf
kontekstdən irəli gələn məsələdir, yəni düşünürük ki, əgər
M.V.Vidadidə gəraylı, bayatı nümunələrinə rast gəliriksə bu
heç şübhəsiz Vaqif yaradıcılığında da özünə yer tapmışdır.
Təəssüf ki, dövrün siyasi hadisələri, Vaqifin həyatının son
çağlarında yaşadığı tale onun başqa ölçülü şeirlərinin də
itkisinə, məhvinə səbəb olmuşdur. Çünki M.P.Vaqif
yaradıcılığı bizə yaddaşlardan gəlib çatmışdır və bütün
müşahidələrimiz həmin nümunələr əsasındadır.
Ə.Abid mülahizələrində Vaqif yaradıcılığı timsalında
vurğulanan və açılmalı olan “Xətai və Kərəmdən çox fərqli və
bişkindir” məsələsidir. Əlbəttə burada fərd şəklində Xətai //
Kərəm // Vaqif məsələsi istedad və özünəməxsusluq kimi
qiymətləndirilə bilər, ancaq əslində mahiyyət daha böyük, həm
də dərin qatlıdır. Bir-birindən fərqli zaman kəsiyində yaşayan
və dünyagörüşə malik olan bu sənətkarların yaradıcılığı
bütünlükdə böyük bir mədəniyyəti, mədəni layı Xətaiyə
qədərki zamanla birgə aşılayır. “Vaqifin qüvvətli şairliyi” türk
şeir ənənəsinin, türk dil sisteminin fonopoetik, morfopoetik,
sintaktik sisteminin mükəmməlliyini, ecazkarlığını, cərgələr-
arası, misralararası simmetriyanın fövqəlliyini aydınlaşdırır.
Əlbəttə burada Xətai, Kərəm, Vaqif yaradıcılığındakı fərqliliyi
169
qəbul etmək təbiidi və həmin fərqlilik görünəndi. Ancaq
Xətaidən Vaqifə gələn yolun simmetriyası və ziqzaqları ilə
Kərəmdən Vaqifə gələn yolun mahiyyət və mükəmməllik
dərəcəsi eyni deyildir. Xətainin bu yolda gördüyü iş əvəzsizdi
və bir növ yaddaşın özünüdərki, özünə qayıdışıdı. Onu da
deyək ki, bu aşıq yaradıcılığında deyil, yazılı ədəbiyyat, klassik
ədəbiyyat timsalında olanlar səviyyəsində belədir. Xətai bu
yolun parlaqlığına və gərəkliliyinə istiqamət verdi və müəyyən
tərəddüdlər olmasına baxmayaraq Vaqifə qədərki mərhələdə
elə də aparıcılığa çıxa bilməsə də çoxalan tendensiya ilə
müşahidə olundu. Onun ikinci xətti Kərəmdi ki, bu daha parlaq
və möhtəşəmliyi ilə seçilirdi. Bir növ saray mühitindəki
vəziyyətdən çox-çox uzaq, böyük kütlənin ruhunu ifadə edəcək
mədəniyyət idi ki, gələcək, daha doğrusu Vaqifi ortaya
çıxaracaq zaman buna yüklənirdi. Bu isə özlüyündə milli
intibahın yaranışı idi. “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq
Qərib”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz” kimi şedevrlər
məhz bu möhtəşəmliyin hadisəsi idi. Kərəm xəttində Vaqif
bunlarla təmsil olunurdu. Onun əsas enerji qaynağı da burada
idi. Qalanlar ikinci, üçüncü dərəcəlilər idi. Qaldı Kərəm
şeirinin bişkinliyi məsələsinə bu başqadı və sazdan gəlir, sazla
bağlı olan hadisə kimi də təhlil olunmalıdı. Böyük şairimiz
S.Vurğunun “könlünü bəsləmiş sazlar eilində” qənaəti də
buradan irəli gəlir. M.P.Vaqif öz “şair qüvvətliliyi” ilə Xətai və
Kərəm böyüklüyünün qovuşuğunda yaranmışdır. Daha
doğrusu, onların sənət möcüzəsindən doğmuşdur. Onun isə
qatları bütünlükdə Dədə Qorquddan üzü bəri olanları işarələyir.
Məsələn, Vaqif təsirini aydınlaşdırmaq üçün “Oynasın” rədifli
qoşması əsasında yaranmış nümunələrə diqqət yetirək. Vaqifdə
oxuyuruq:
170
Başına döndüyüm toy adamları,
Siz də deyin toya gələn oynasın.
Adını demirəm eldən ayıbdı,
Filankəsin qızı, filan oynasın.
Nə müddətdi ona güvənən bizik,
Həsrətin çəkməkdən canımız üzük,
Hər əlinə alıb bir dənə üzük,
Üzüyü dəstinə alan oynasın. (89, 79)
XIX əsr aşıq yaradıcılığının görkəmli ustad sənətkarı
Aşıq Hüseyn Şəmkirlinin (1811-1891) eyni rədif üzərində
yazdığı qoşma Vaqifin “qüvvətli şairliyi”nin təsiri altında
yaranmışdır. Bu təsir M.P.Vaqifin bütünlükdə aşıq yaradıcı-
lığına olan təsirinin nümunəsidir.
Aşıq Hüseyn Şəmkirlidə:
Bir tuba boyludu, zülfləri dəstə,
Dərdini çəkməkdən olmuşam xəstə,
Əhdindən dönməyən ucuz söz üstə
Dostunun qədrini bilən oynasın.
Duman gəldi, bu dağları bürüdü,
Ortalıqda olan pünhan sirr idi,
Bu məclisdə əyləşənin biridi,
Yaşmağın altından gülən oynasın. (10, 15).
Axıska aşıq mühitinin ustad sənətkarlarından sayılan
Xəstə Hasanın (1762-1848) yaradıcılığında da “Oynasın”
rədifli şeirinin təsiri ilə yaranmış nümunəyə rast gəlirik.
171
Geyinib-kecinib toya gələnlər,
Amanat-amanat yar oynamasın.
Cavandı oynamaq ona xoş gedər,
Yüngüllük eyləyib tez oynamasın.
Dostla düşmən yığılıban baxallar,
Ağ əllərə əlvan həna yaxallar,
Töhmət edər, başımıza qaxallar,
Kələğay altından göz oynamasın. (85, 108)
Aşıq Hüseyn Bozalqanlının eyni rədifli şeirinə də diqqət
yetirək:
İltimas eyləyib nazlı dilbərə,
Mən demirəm ona, yox, oynamasın.
Görən cavanların xiyalı çaşır,
Oynasa da barı çox oynamasın.
Hərçəndi oynamaq ona yaraşır,
Siyah zülfü qamətinə dolaşır,
Açılır rübəndi, gözlər qamaşır,
Yayılır aləmə şox, oynamasın. (14, 129-130)
Dədə Ələsgər də məhz bu rədifdə qələmini sınamış və öz
istedadı ilə ənənənin davamlılığını göstərmiş, eyni zamanda
Vaqif qüdrətinin böyüklüyünün təqdiminə yardımçı olmuşdur.
İltimas eyləyib gedən canlardan,
Dost-düşmən içində yar oynamasın.
Cavandı, oynamaq ona xoş gəlir,
Bizə əysikliyi var, oynamasın.
Dostları ilə paylaş: |