172
Xudam, mərdin işin salma müşkülə,
Əhli-dili yetir sən əhli-dilə,
Bülbülü gülə yaz, gülü bülbülə,
Qönçənin üstündə xar oynamasın. (9, 120).
Göründüyü kimi, bu yaxınlıqlar bütün tərəfləri ilə üst
qatda olanlardı və Vaqif təsirində olmanın birbaşa nümunə-
sidir. Onu da döyək ki, Vaqif yaradıcılığı elə zəngin ədəbiyyat,
mədəniyyət hadisəsidir ki, orada etnosun əxlaq, mənəviyyat
dəyərləri, etnoqrafik mədəniyyəti bir bütöv olaraq özünə yer
alır. Ümumiyyətlə, Vaqif yaradıcılığında etnoqrafik faktların
bir problem kimi işlənməsi ayrıca mövzudur və yuxarıdakı
nümunədə də bu görünür. Azərbaycan xalqının qədimdən
müəyyənləşmiş mərasim folkloru bütünlükdə yazılı ədəbiyyat
üçün bir mənbə olmuşdur. Ayrı-ayrı dövrlərdə yaşayıb-
yaratmış şairlərimiz bu folklor mədəniyyətindən yararlanmaqla
özlərinin əbədiyaşar əsərlərini yaratmışlar. Onların isə
folklordan bəhrələnməsi müxtəlif səviyyələrdə nəzərə çarpır.
Vaqifdə bunun görünüşü daha təfərrüatlı və əhatəlidir. Məhz
bunun nəticəsidir ki, bu şeirin təsiri ilə bir-birindən maraqlı
nümunələr yaranmışdır. Məsələnin müsbət tərəfi ondadır ki,
burada M.P.Vaqifi təkrarlamaq yox, onun möhtəşəm sənət
nümunəsi təsirində bir-birindən maraqlı nümunələrin yaran-
ması məsələsidir. Məhz yaradıcılığı və Vaqif böyüklüyü elə
sirli mənəviyyat hadisəsidir ki, onun uğurluluğunda ədəbiyyat
bir boy da zənginləşir. “Oynasın” rədifli qoşmasının təsirilə
yazılanlar buna nümunədir. Məsələyə, yəni poetik nümunənin
mətninə bir küll halında yanaşdıqda onun poetik sistemi bütün
komponentləri ilə məzmun yaratmaya, bədii məzmunun
uğurluluğuna xidmət edir. Səslərarası, sözlər arası, misralar-
173
arası simmetriya, mətnin semantik məzmunu bütünlükdə
müəllif qayəsinin təqdiminə yönləndirilir.
Xalqın qəlibləşmiş dəyərləri, əxlaq, mənəviyyat sxemləri,
yaddaş etiketləri elə sirli məsələdir ki, onun formalaşması,
qəlibləşməsi uzun zamanlara hesablanır və fərqləndirici dəyər
kimi etnosu işarələyir. M.Cümə İsmi Pünhanında olanlar məhz
Vaqifin “filankəsin qızı filan oynasın” xatırlatması ilə eyni
qaynaqdan qidalanır. Ona görə də M.P.Vaqif yaradıcılığına adi,
sıradan bir hadisə kimi baxmaq çox azdır, onun mahiyyətində
gizlənənlər, böyük sadəliyində tapınanlar elə göründüyündən
daha çox alt qatda olanlara bağlanır.
Hər yetən gözələ gözəl demərəm,
Gözəldə bir qeyri əlamət olur.
Zülf bir yana düşə, gərdən bir yana,
Özün bilməz, bir özgə babət olur.
Gərdəninə müşkin tellər düzülür,
Hər qıya baxanda canlar üzülür,
Sürmələnmiş siyah gözlər süzülür,
Oturub durmağı qiyamət olur. (89, 107)
Vaqifin qüdrətini təkcə dil möcüzəsi ilə yekunlaşdırmaq
və onun prinsipləri əsasında təhlilə cəlb etmək məsələnin bir
tərəfidir, digər tərəfində olan onun fikir fəlsəfəsi ilə bağlı
olanlardadır, daha doğrusu, bu dillə çatdırdıqların dadır. “Mənə
elə gəlir ki, müğənni öz səsi ilə doğulduğu kimi, şair də
özünəməxsus dili ilə doğulur, zil, yaxud pəs səsə malik olmaq
müğənnidən asılı deyil və bu səsi yenidən qurmaq qeyri-
mümkündür... Onu yalnız təkmilləşdirmək, diapazonunu
174
genişləndirmək olar” (95, 59). M.P.Vaqif də öz fitri istedadı,
boyası, qabiliyyətləri ilə dünyaya göz açmışdır və onun
missiyası bədii düşüncəni və bütünlükdə milli düşüncədə
pozulmuşu bərpa etmək, milli intibahın nümunəsinə çevrilmək
olmuşdur. Daha doğrusu, xalqın olanı və yüz illər boyunca
təbii sıxışdırmalara məruz qalanı elə öz layiq olduğu səviyyəyə
qaldırmaq idi. Ədəbiyyatın, mədəniyyətin, dilin Vaqif
mərhələsi məhz bununla səciyyələnir və düsturu da elə bundan
ibarətdir. Pozulmuş nizamin bərpası fövqəlgüclülük işidir və
bunun sıradan olanla reallaşması, bərpası olmur. Ədəbiyyatın
Vaqif missiyası zaman-zaman bu sirri açmağa üz tutacaq və
özünüdərki bir istiqamətdə onunla gücləndirəcəkdir. Vaqifin
şeirlərinin təsiri ilə sonrakı dövr ustad sənətkarların şeir düzüb-
qoşması təsadüfin hadisəsi də deyildir və buna təsadüf kimi
baxmaq yanlışlıqdır. Görünür M.P.Vaqif yaradıcılığı öz
sağlığından Azərbaycanı başdan-başa dolaşmış, ustadların
məclis şənliklərində əsas yerlərdən birini tutmuşdur. Vaqif
aşıqların, bütünlükdə məclislərin “könülk dastanına” çevril-
mişdir. Ustad aşıqlar onun şeirlərini könüllərinə yığıb el-el,
oba-oba gəzmişlər. XVIII əsrin ortaları və XIX əsrin
əvvəllərində yaşayıb yaratmış İrfani yaradıcılığında da
M.P.Vaqifin adı xatırlanır, hətta şeirlərinin təsir yaxınlığı
misra, bənd, məzmun faktları ilə diqqəti cəlb edir. Vaqifin “Ey
Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm” misrası ilə başlayan
şeirinə diqqət yetirək:
Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,
Bir zaman kuyində ziyarətimdir.
Qiblə deyib, qaşlarına baş əymək,
Gecə-gündüz mənim ibadətimdir. (89, 97)
175
İrfani yaradıcılığında məhz bu şeirin təsirində yazılmış
nümunə xüsusi önəm daşıyır. Eyni zamanda belə deməyə əsas
verir ki, M.P.Vaqif yaradıcılığı hələ sağlığında Azərbaycanın
indiki sərhədlərindən çox-çox böyük əraziləri dolaşmaqda idi.
Məhz Xəstə Hasanın, İrfaninin yaradıcılığı bunun bariz nümu-
nəsidir.
Kitabım Kərbəlam, Məkkəm, Mədinəm,
Hələ dostun köyü ziyarətimdir.
Qibleyi-ves qaşlarına boyun əyməyim,
Gecə zikrim,gündüz ibadətimdir. (86, 110).
Vaqif və İrfani yaradıcılığına diqqət yetirən Ə.Şamil
yazır ki, “bu sənətdə o qədər məşhurlaşıb ki, onu hətta
Borçalıya, Qazağa da məclis aparmağa dəvət ediblər. Buralarda
da M.V.Vidadi və M.P.Vaqiflə tanış olub dostlaşıb” (86, 48).
İrfani yaradıcılığından Vaqif təsiri və adı bir xətt kimi keçir və
bu da heç şübhəsiz hansısa təsadüfin hadisəsi deyildir.
Yan İrfan dərdinə, bəxti siyahın,
Yara yaxın eylə o qibləgahın,
Şikəstə Vaqifin – Molla Pənahın,
Hayıf oldu Mədinəsi yıxıldı. (86, 86).
Bütün bunlar özlüyündə ciddi faktları, Vaqif şeirinin təsir
faktını izləmək üçün əsas verir və aşıq yaradıcılığından
gələnlərin eyni düşüncə hadisəsi olaraq klassik ənənədə də
davamlılığını ortaya qoyur. Onu da əlavə edək ki, “M.P.Vaqif
dövrün poetik gərdişini klassik janrlarda verə bilməzdi, eyni
dərəcədə də klassik janrlardan imtina da edə bilməzdi, - bu bir
Dostları ilə paylaş: |