156
düstur olaraq aşıqlığı, aşıqlığa gələn yolu və ondan sonranı da
şərtləndirir. Burada bir məsələyə də diqqət yetirmək lazımdır
ki, bu da folklor mətnində semantik informasiya qatı ilə
bağlıdır. Belə ki, “semantiklik bədii strukturun digər
xüsusiyyətini – qapalılığını tarazlayan açıqlıq və çevikliyini
əsaslandırır: öz mahiyyətini saxlayacaq qədər qapalı və sərt
olan bədii struktur, həm də tarixi təbəllüata, yeni mənalara
uyuşacaq qədər açıq və mütəhərrik olmalıdır... Poetik struktur
- məna potensiyası, yaradıcı təxəyyülü istiqamətləndirən bədii
model, dünyaya baxış bucağıdır. Belə mənayaradıcı fəallıq
bütün quruluş qatlarında – fonetik, morfoloji, leksik, sintaktik
ünsürlərdə aşkarlanır” (41, 15). Ona görə də dastan yaradıcılığı
bir mədəniyyət layı kimi poetik potensiyası ilə bütün
komponentlərin məcmusu olaraq bir bütövə, etnosu ifadəyə
xidmət edir. Bədii modelin konstruksiyası mənayaradıcı tipində
çıxış etməklə məzmunun təsir axarını şərtləndirir. “Dədə
Qorqud kitabı”ndan verdiyimiz nümunə, məsələn, “on min
ərdən yağı gördümsə, oyunum dedim, yigirmi min ər yağı
gördümsə, yılamadım” təsəvvürü ancaq poetik struktur
daxilində bütövləşir və onun uğurluluğundan asılı olaraq yaşam
haqqı qazanır. Ozandan aşığa gələn yolda bu potensiya tamam
başqa formada (əslində üzdə belədir, mahiyyətində, alt qatın
dərinliklərində elə də fərqli deyildir), bədii modelin
mükəmməl, biçimlənmə tiplərinin sabitləşməsi ilə səciyyələnir.
Mərd dayanar, namərd qaçar,
Meydan gumbur-gumburlanı.
Dəlilərim meydan açar,
Düşmən gumbur-gumburlanı.
157
Top açılar qalasından,
Haq saxlasın balasından,
Koroğlunun nalasından,
Hər yan gumbur-gumburlanı. (59, 336)
“Dədə Qorqud kitabı”ndan “Koroğlu”ya gələn dinami-
kanın mənzərəsi məhz bu nümunələrdə, ozan və aşıq söyləmə-
lərində, dinləyici auditoriyasının ehtiyaclarında müəyyənləşir.
S.Vurğun vurğulayırdı ki, hansısa vaxt gələr, Koroğlunun
qəhrəmanlığının bəziləri unudular, ancaq Koroğlunun
nəğmələri xalqın qəlbində əbədi yaşayacaqdır. Bu əbədiliyin
sirri isə məna potensiyasının, bədii mətn strukturunun
uğurluluğu ilə bağlıdır. Məsələnin mahiyyəti bundan ibarətdir
ki, bu şedevrlər məhz xalq düşüncəsindəki təbii bir proseslə,
sirri bir struktur sistemlə ozan düşüncəsindən ozan repertuarına
istiqamətlənmişdir. Burada əriş-arğac yollar, xətlər görünür və
bu isə şaquli və üfiqi yanaşmaları zəruri edir. Məsələn,
folklorşünas P.Əfəndiyev “Molla Pənah Vaqif və Molla Cümə”
adlı məqaləsində bu zənginliyi müşahidə edərək yazır: “Mən
aşığın şeirləri üzərində işləyəndə hər dəfə hansısa bir
sənətkarın şeirlərinin izi, təsiri, rayihəsi məni narahat edirdi,
həvəsləndirirdi və həm də hər gün düşündürürdü. Nəhayət bu
yaxınlarda böyük şairimiz Molla Pənah Vaqifin əsərlərini
təzədən oxudum. Ulu Tanrı, Böyük Allah, bu nə möcüzədir!?
M.P.Vaqif və Molla Cümənin iki nəhəng, titanik sənətkarların
yaradıcılığı arasında bağlar, tellər, oxşarlıqlar gördüm. Bunlar
məni valeh elədi, əməlli-başlı müşahidələr apardım” (37). Belə
bir heyrətamizlik bütünlükdə aşıq yaradıcılığı boyu özünü
göstərir. Dünya şöhrətli “Koroğlu” dastanından bir nümunəyə
diqqət yetirək:
158
Bugünkü məclisdə bir gözəl gördüm,
Gözəllər səfində sana yaraşır.
Geyinib sallanan gözəllər çoxdur,
Tərlan kimi süzmək ona yaraşır.
Tutini bənd eylər şirin dilləri,
Şümşad barmaqları, nazik əlləri,
Gülabatın saçı, qara telləri,
Töküləndə dal gərdənə yaraşır. (59, 71)
M.P.Vaqif yaradıcılığında belə nümunələr kifayət qədər-
dir və onun şeirlərinin mahiyyətini, enerji qaynaqlarını
aydınlaşdırmaq üçün lazımı qədər əsas verir. Əlbəttə “öz
üslubunu təyin etmək və ona daim sadiq yaşayıb yaratmaq şair
üçün səadətdir” (S.Vurğun) məsələsində M.P.Vaqif bütünlükdə
özü üslub yaradıcısıdır. Məhz ədəbi-nəzəri fikirdə səslənən
Vaqif məktəbi anlayığı bu üslubyaratmanın faktı kimi daha
əhatəlidir, onun aydınlaşması isə sistemli araşdırmaları, ciddi
təhlilləri zəruri edir. Vaqif yaradıcılığının əzəməti, sehri
əsasında yazılanlar çox azdır. Düzdür, tədqiqatlar, araşdırmalar
müxtəlif təhlillərdə Vaqif yaradıcılığını bir istinad nöqtəsi kimi
əsas götürmüş və ondan yararlanmışlar. Ancaq tipoloji təhlil
müstəvisində deyilənlər Vaqif yaradıcılığı timsalında çox azdır,
çünki bu zənginlik ucu-bucağı görünməyən bir xəzinədir.
Söz yox danışanda şirin sözünə,
Nərgis qurban olsun xumar gözünə,
Buxağına, gərdəninə, üzünə,
Xırda tellər danə-danə yaraşmış.
159
Görməmişəm sən tək gözəl kimsənə,
Ta ki, gördüm heyran oldum mən sənə,
Saçı qucaq ilə düşüb gərdənə,
Ucu nə xoş ol miyanə yaraşmış.
Ağ sinəndir təxti-Süleyman kimi,
Sallanırsan sultan kimi, xan kimi,
Pərişan zülf sənə yaraşan kimi,
Nə mələyə, nə insanə yaraşmış. (89, 120)
“Koroğlu” dastanından verdiyimiz nümunə ilə Vaqif şeiri
arasındakı yaxınlıq təkcə formal xarakteli ilə maraq doğurmur,
burada aşıq yaradıcılığından, sazın sehrli cingiltilərində hopub
daşlaşmış bir ritm, simvolika nəzərə çarpır. Saz isə xalqın
ruhunun səsi, onun qəlb pulsunun döyüntüləridir. Koroğludan
Vaqifə, Vaqifdən Vidadiyə, bayatıdan qoşmaya, qoşmadan
təcnisə, düvaniyə qədər bir zənginliyi sərgiləyir. Bu zənginliyin
kökləri çox əski zamanlardan başlamış və sonrakı çağlara gəlişi
etnosun ruhu, düşüncəsi ilə birgə addımlamışdır. Mətndəki
bənzətmələr, gözəlin camalının müxtəlif metaforik formullarla
işlənməsi, paralellər, simvolik məzmunun işarələdiyi mahiyyət
bizim diqqətimizi bədii mətnin füsunkarlığında ovsunlayır.
Daha təfərrüatlı təəssüratın yaranması üçün XIX əsrin görkəmli
sənətkarı Aşıq Ələsgərdən təxminən bu ruhda yazılmış bir
nümunəyə diqqət yetirək.
Könlüm mayil olub siyah telinə,
Nazik barmağına, şümşad əlinə,
Əcəb qurşanıbdı incə belinə,
Gümüş kəmər qəddi-dala yaraşır.
Dostları ilə paylaş: |