160
Olmaz sənin kimi bir qönçə dəhan,
Behiştdən gəlibsən, ay huri, qılman!
Tutubsan dəstində bənövşə, reyhan,
Gülgəz yanağına lala yaraşır. (8, 100).
Bu üç nümunə, “Koroğlu”dan, M.P.Vaqifdən və Aşıq
Ələsgərdən verdiyimiz poetik mətn bizə fikirlərimizi aydın-
laşdırmaq üçün lazımı qədər material verir. Bunların sayını
daha da artırmaq olardı, ancaq bu nümunələrin müqayisəsi
imkan verir ki, Vaqif yaradıcılığının mahiyyətini, ənənənin
hansı səviyyədə yaddaşda təkrarlanmasını, dövriyyədə keçir-
diyi prosesi izləməyək. Əlbəttə hər bir nümunə lazımı qədər
poetik sistemin, mükəmməl bədii modelin üzərində qurulmuş-
dur və onun sistemi janr məzmununu, etnos mədəniyyətini,
fonopoetik sistemin işləkliyini və dayanıqlığını, xarakterini
müəyyənləşdirməyə əsas olur. Vaqifin əzəmətliliyi, böyük
sənətkar kimi böyük ədəbiyyata töhfəsi, milli mədəniyyətin
bütün komponentlərini məzmun və formul elementləri ilə birgə
elə xalqdan götürüb xalqın olan kimi təqdimidir. Bu onun
bacarığının, fərdi qabiliyyətinin mühüm tərəfi kimi elə güclü
olandı ki, öz dövründə və sonrakı çağlarda milli düşüncə
kontekstində bütünlükdə intibahı şərtləndirdi. Vaqif milliliyin,
milli olanın klassikidir və bütün olanları ilə burada təmsil
olunur. Biz bədii mühitdə zaman // məkan müstəvisində
məsələlərin şərhini və prosesin mütəhərrikliyini, siyasi mühitin
nələrlə təmsil olunmasını və yazıçı təxəyyülündə və
düşüncəsində hansı səviyyədə realizəsini bir tam olaraq
görürük. Əlbəttə yaradıcılıqda şəxsiyyət əsasdır və bütünlükdə
mühitdən, eləcə də fərd olandan nəyisə uma bilərik,
gözləntilərimiz olar, bədii nümunənin alınıb-alınmamasını,
161
hansı şəraitdə yazılmasını nəzərə ala bilərik. Ancaq digər bir
tərəfi də qəbul etməliyik ki, Vaqfidən və yaxud da
M.V.Vidadidən Füzulilik, Məsihilik, Fədailik və s. gözləyə
bilmərik, nə də buna ehtiyac hiss etmirik. Sadəcə olaraq
onlardan
öz
düşüncələrimiz,
istəyimiz
müqabilində
gözləntilərimiz ola bilər. Ədəbiyyatın, mühitin, eləcə də
özümüzün içimizdə quraşdırdığımız ölçü-mizanla onu təhlil
edə bilərik. Əlbəttə ədəbiyyatımızın Füzuli zirvəsi bizə bir
başqa baxış bucağından, elə Füzulinin böyüklüyü timsalında
bədii mətnin simvolikası, poetik sistemin mükəmməlliyi
anlamında yanaşmağı diktə edir. Sadəcə olaraq digər bir
istiqamət Füzuliyə gələn yolun sonrakı çağında nələrlə təmsil
olunması, uğurları və tapıntıları və yaxud da başqa yönümləri
üzərində düşünməkdir. Əlbəttə burada müxtəlifyönümlü
təmayüllərin olmasından da qaçmırıq, çünki ədəbiyyat nəhri
bütünlükdə axınları, siyasi münasibətləri, dövrün ictimai,
siyasi, mədəni mühitində baş verənləri izləmək üçün ən əsaslı
mənbədir. Yazılan tarixdən fərqli olaraq təbii prosesin,
obyektiv münasibətin göstəricisidir. Etnosun bədii-estetik
düşüncəsinin müxtəlif mərhələlərdə qayğıları, istək və arzuları,
idealları, gözləntiləri ilə bağlanır. Vaqif yaradıcılığı bu mənada
bədii-estetik düşüncənin meyarı olaraq Vidadi ilə həmahəngdir.
Əlbəttə münasibətlər səviyyəsində nə qədər baxış fərqlilikləri
varsa bir o qədər də, bəlkə də ondan qat-qat da çox olan
yaxınlıqları vardır. Heç şübhəsiz M.V.Vidadi Vaqif üçün
ağsaqqal, böyük idi və ona məhz bu meyarla, dəyərlə yanaşırdı.
Yaradıcılıq anlamında da bu belə görünür. Və hər ikisi də
etnosun dəyərləri müstəvisində köklənir, daha doğrusu,
qaynağını “sazlar eli”ndən alır, elə şeirlərini də bu sazlar
üstündə kökləyir.
162
Gözəl boylu, gözəl xoylu, gözəl yar,
Nə gözəlsən, geyinibsən alı sən.
Gözəl gözün hər bir qıya baxanda,
Gözəl canı gözəl təndən alısan.
Gözəl qamət, gözəl gərdən, gözəl üz,
Gözəl olmaz sən tək olsa, gözəl yüz,
Gözəl canı munca yetər, gözəl üz,
Gözəl deyil, etmə, gözəl, alı sən. (89, 130)
Burada fonopoetik simmetriya əvvəldən axıra qədər
qorunur və şairin məram-məqsədinin ifadəsi, daha doğrusu
çatdırılması üçün məzmunyaradıcı funksiyadan çıxış edir.
Mətnin morfopoetik, sintaktik məzmunu da məhz eyni
düşüncənin simvolikasını işarələyir, mətn // mətn, mətn //
subyekt, mətn // mühit münasibətləri bir bütöv olaraq əvvəldən
axıra qədər mahiyyətə yüklənir. Burada aparıcılıq və
düşüncənin ağırlıq mərkəzi fonosemantikliklə təzahür olunur.
Eyni sistemi biz aşıq yaradıcılığının ustad sənətkarlarında
davamlı olaraq görə bilirik. Məsələn, Xəstə Qasımın “Tər
gülər, sənəm” qoşmasına diqqət yetirək:
Tər getdim tər yarın tər xanəsinə,
Tər mehman, tər eylər, tər gülər Sənəm.
Tər xubdur, tər şuxdur, tər nazənindir,
Tər deyər, tər söylər, tər gülər Sənəm.
Tər zülfün, tər burmuş tər buxağında,
Tər bəyaz, tər əhmər, tər yanağında,
Tər şəkər, tər damar, tər dodağında,
Tər tutub, tər dişlər, tər gülər Sənəm. (64, 33).
163
Əlbəttə bu tip şeirlər yaradıcıdan xüsusi bacarıq, istedad
tələb edir, onun mətn sistemində sözlərin seçilməsi sənətkarın
fərdi imkanlarını müəyyənləşdirir. Aşıq yaradıcılığında xüsusi
bir forma kimi özünü göstərən bu cür nümunələr ustadların
diqqətini həmişə cəlb etmişdir. M.P.Vaqif də göründüyü kimi
bu zənginlikdən yaradıcılığında bəhrələnmiş və onun orijinal
nümunələrini yaratmışdır. Göründüyü kimi, Vaqifin “gözəl”
sözü üstündə, X.Qasımın “tər” sözü üstündə qurması və
əvvəldən axıra qədər buna bur qanunauyğunluq kimi əməl
etməsi bədii mətnin poetik sisteminə bir ahəngdarlıq
gətirmişdir. Molla Cümənin, Mikayıl Azaflının yaradıcılığında
da bu tip nümunələr kifayət qədər özünə yer tapır. Prof.
Q.Paşayev bunları Mikayıl Azaflının “Qoca Azaflıyam”
kitabında “Sicilləmələr” başlığı altında təqdim edir. Molla
Cümənin “Peşkəşdir” şeiri də eyni forma üzərində qurulmuş-
dur.
Bir zülfü ənbərə, qaşı peykərə,
Bir gözü xumara canım peşkəşdir.
Bir yanaq əhmərə, üzü qəmərə,
Bir dişi gövhərə canım peşkəşdir.
Bir ləbi sükkərə, dili şəkərə,
Bir sinə mərmərə, bəxti əxtərə,
Bir qəddi ər-ərə, təzə nübkərə,
Bir belə dilbərə canım peşkəşdir. (27, 140).
Mikayıl Azaflının da yaradıcılığında bu tip nümunələr
var ki, bunların hamısı aşıq yaradıcılığında özünü orijinal
nümunə kimi göstərir və maraqlı fakt zənginliyi, formul
müxtəlifliyi ilə mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |