Мащмуд аллащманлы



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix31.10.2018
ölçüsü1,69 Mb.
#77062
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

 
89 
təkcə  ədəbiyyatın  üslub  sisteminə  istiqamət  verməklə  işini 
bitirmədi, burada köklü bir prosesin, milli ədəbiyyat anlamında 
nə  varsa  hamısının  oyanışına  istiqmət  verdi.  Forma,  üslub, 
məzmun,  düşüncə  axarında  nə  varsa  hamısının  yeni  məcraya 
yönləndirilməsinə  başçılıq  etdi.  Daha  doğrusu,  saray 
təsəvvüründə, siyasi mühit səviyyəsində qəlibləşmiş klassikanı 
böhranından (böhranın başladığı yerdən) yeninin başlanmasına 
rəvac  verdi  və  onun  yaradıcısı  və  təşkilatçısı  funksiyasında 
çıxış  etdi.  Burada  təkcə  forma  və  ya  məzmun  baxımından 
oyanış başlamadı, nə varsa hamısı tarixi gerçəkliyin, yaddaşın, 
arxaik  layın  oyanışı,  hərəkəti,  müəyyənliyi  hesabına  edildi. 
Üslub və məzmun  islahatları “lisani-rəsmisi” fars dili  olan bir 
şəraitdə  kənardan  (xalq  içindən)  gəlib  belə  bir  mərhələni 
başlamaq  elə  də  asan  və  mümkün  olan  iş  deyildi.  Vaqif  öz 
istedadı  ilə  Qarabağ  sarayındakı  bədii  mühitə  böhranı  dərk 
etdirməklə  yanaşı,  yenini  də  qəbul  etdirdi.  Orta  əsrlərin  saray 
iddialarında,  müştəbehliyin  baş  alıb  getdiyi  bir  mühitdə  belə 
vəziyyətlərin qəbulu olduqca çətin olur. Vaqif öz böyüklüyü ilə 
xanlığın,  bütünlükdə  yüz  illər  böyu  bədii  mühitin  əsir  etdiyi 
sistemin  özünü  əsir  etdi  və  onu  öz  arxasınca  aparmaq  yolunu 
tutdu.  Milli  dərkin  aparıcılığını  və  əlahiddəliyini  birmənalı 
olaraq mühitə diktə etdi. Bu məsələnin bir tərəfidir, onun ikinci 
tərəfində  milli  düşüncənin  oyanışının  və  aparıcı  xəttə 
çevrilməsinin  digər  mühitlərə  ötürülməsidir.  Qarabağ  ədəbi 
mühitində başlayan intibah bir hərəkat olaraq bütünlükdə digər 
mühitləri  də  əhatələdi.  Artıq  prosesin  dönməzliyi  bütün 
təfərrüatları ilə göründü. Ədəbiyyatın Vaqif mərhələsi başladı. 
M.P.Vaqif onu da əlavə edək ki, bunları gahdan, hansısa 
yoxluqdan 
gətirmədi.  Sadəcə  olaraq  milli  olanlara 
əsaslanmaqla  “lisani-rəsmisi”  fars  olanlara  bu  aqibəti  yaşatdı. 


 
90 
Oğuz-qıpçaq mədəniyyətinin daha arxaik qatları ilə bağlantının 
təminatçısına  çevrildi.  “Çoban  ədəbiyyatı”  adı  ilə  vurğu-
lananların  qeyri-adilik  gücünü  ortaya  qoydu  və  M.V.Vidadi, 
Ağqız  oğlu  Piri,  Sarı  Çobanoğlu  ilə  birgə  özü  onun 
bayraqdarına  çevrildi.  Ozandan,  aşıqdan  gələn  layın,  epos 
təfəkkürünün,  milli  anlam  və  əxlaqın,  kodlaşmış  sistem  və 
klişelərin  bərpası  və  hərəkəti  istiqamətində  ciddi  nümunəyə 
çevrildi,  ədəbi  düşüncənin  yönünü  bura  istiqamətləndirdi. 
Ozandan,  aşıqdan  gələnlərlə  təkyədən,  zaviyədən  gələnlərin 
ortaqlıq  nöqtəsini  tapdı  və  bu  yolun  gərəkliyini,  dönməzliyini 
təqdim etdi. Ruh etibarilə isə daha çox məhz ozan-aşıq xəttində 
olanlardan  qidalandı.  Xalq  mərasimləri,  elat  həyatı,  bayatı 
harayı,  nəğmə  həzinliyi,  nağıl  sehri,  səmavilər,  qəhrəmanlıq 
hekayətləri  Vaqif  yaradıcılığının  baza  təminatçısına  çevrildi. 
Məhz  belə  bir  zənginliklə  Qarabağ  ədəbi  mühitinə  daxil  olan 
M.P.Vaqif  saray  mühitinin  təsirinə  düşməli  olduğu  halda, 
mühiti öz təsirinə saldı. 
Qarabağ  ədəbi  mühiti  M.P.Vaqiflə  və  M.V.Bidadi  ilə 
zənginləşdi.  Onu  da  əlavə  edək  ki,  elə  XVIII  əsr  intibahı 
M.P.Vaqif və M.V.Vidadinin ruh yaxınlığında mövcud ucalığı 
fəth  etdi.  Vidadinin  Qarabağa  gəlişi  ilə  bağlı  mənbələrdə  bir-
birinə  yaxın  və  fərqli  müxtəlif  səpkili  mülahizələr 
söylənməkdədir.  F.Köçərli  bu  məsələlərlə  bağlı  yazır:  “Səhihi 
budur  ki,  Molla  Vəli  Vidadini  onun    dostu  Vaqif  çağırıb 
Qarabağa  gətiribdir.    Və  burada  Cavanşir  uyezdində    məşhur 
“Gülüstan”  adlanan  yerdə  -  ki,  sabiqdə  xırda  bir  xanlıqdan  
ibarət  imiş,  -  Molla  Vəli  Vaqifin  vasitəsilə  ora  xanının 
hüzurunda müqərrəb  və möhtərəm şəxslərdən biri olubdur. Bu 
əhvalın    doğruluğunda    Vaqif  ilə  onun  arasında    vüqua  gələn 
müşairə  dəlalət  eləyir”  (60,  194-195).  Doğurdan  da,  bu 


 
91 
mülahizələr M.V.Vidadinin bu və ya digər dərəcədə (müəyyən 
zaman müddətində) Qarabağ mühiti ilə bağlılığını  düşünməyə 
şərait yaradır. Biz onun mahiyyətini, hansı zaman müddətində 
Cavanşir  eli  ilə  bağlılığını  aydınlaşdıra  bilmirik,  ancaq  olan 
budur ki, belə bir hadisə vardır. 
 
Ey Vidadi, genə xan qulluğunda
Qaim olub, nə qiyamət eylərsən? 
Yaman gözdən Allah özü saxlasın, 
İxlas ilə, kişi, xidmət eylərsən. 
 
Belə dursan o qapıda qışü yaz, 
Yetişərsən bir çörəyə sərəfraz, 
Bu doğru yolundan əgilsən bir az
Yəqin bil ki, çox xəyanət eylərsən. (62, 86). 
 
M.Y.Qarabağinin verdiyi bu nümunə  bütün mahiyyəti ilə 
M.V.Vidadinin xan qulluğunda olmasını və oradakı nüfuzunun 
artan  istiqamətə  getdiyini  düşünməyə  əsas  verir.  F.Köçərlinin 
də  belə  bir  məsələni  xüsusi  olaraq  vurğulaması  oradakı 
bağlantıların yaxşılığa doğru istiqamətlənməsini təsdiqləyir. 
 
Cavanşir xəlqilə ol qohum - qardaş
Qazaxın sözünü heç eyləmə faş,  
Demənəm dinini eylə qızılbaş, 
Əqlin olsa, özün, əlbət, eylərsən. (60, 195) 
 
Aydınlıq  üçün  M.V.Vidadinin  də  cavabı  xüsusi  maraq 
doğurur ki, F.Köçərli həmin cavabdan bir bənd nümunə verir. 
 


 
92 
Dovtələb oluban gedibsən xandan,  
Ölüncə çıxmanam ta Gülüstandan, 
Sən hərgah çalışsan habelə candan
Hər nə desən, bil, aqibət eylərsən. (60, 195) 
 
Bütün  bunlar  tarixi  fakt  olaraq  məsələnin  daha  ətraflı 
təhlilini,  aydınlaşmaların  aparılmasını  gərəkli  edir;  çünki  biz 
onu  da  vurğulamağı  zəruri  bilirik  ki,  Vaqif  böyüklüyündə  bir 
Vidadi  əzəməti  oturur  və  bunların  hər  birisi  ədəbiyyatda  olan 
intibahı  şərtləndirir.  Məhz  F.Köçərlinin  vurğuladığı  və 
M.P.Vaqiflə  M.V.Vidadinin  yazışmalarındaki  informativ 
bilgilər  artıq  mədəni  düşüncənin  Qarabağ  mühitinə  yönlən-
diyini  düşünməyə  əsas  verir.  Biz  ədəbiyyat  müstəvisində 
məsələləri  təhlil  edirik,  lakin  mədəniyyətin  digər  sahələri  də 
eyni  intibahı  yaşayırdı,  bunu  maddi  mədəniyyət  abidələri 
nümunələri,  etnoqrafik  materiallar,  musiqi  sahəsində  görü-
nənlər  də  bir  daha  təsdiqləyir.  Ağırlıq  mərkəzi  isə  bədii 
düşüncənin,  poeziyanın  üzərinə  düşürdü  və  meyar  faktı 
M.P.Vaqif  yaradıcılığı  idi.  Ona  görə  də  müxtəlif  məzmunlu 
müraciətlərdə  böyük  şairin  yüksək  yaradıcı  təbi,  “müdərrisə 
bərabər”liyi,  “əsrində  şairlərin  xanı  olması”  bir  ardıcıllıqla 
vurğulanır. 
 
Bu  gövhər sözlərin, ey alicənab,  
Tamam aşiqlərin səminə gəlmiş. 
Fəsahətdə, bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmiş. 
 
Bu əsrdə şairlərin xanısan, 
Müdərrisə bərabərsən, yəni sən, 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə