75
Qərib”dən, nəğmədən, bayatıdan, səmavilərdən, qəhrəmanlıq
türkülərindən gələn enerji damarları Vaqif şeirinə, istedadına
ölməzlik
gətirmiş, onun parlaması üçün əsas mənbə olmuşdur.
M.P.Vaqif və Qarabağ ədəbi mühiti timsalında aydın-
laşmalı olan məsələlərdən biri Qurbani və M.P.Vaqif, Sarı Aşıq
və M.P.Vaqif, Lələ və M.P.Vaqif xətlərinin izlənməsidir.
Məlum olduğu kimi, Şah İsmayıl sarayına yaxınlığı ilə seçilən
Qurbani təkcə şəxsi münasibətləri, fərdi qabiliyyəti ilə bu
münasibətə nail olmamışdı. Burada daha çox ruh yaxınlığı
vardır, çünki M.Füzuli kimi böyük sənətkarın Şah İsmayıl
sarayına yaxınlıq tapa bilməməsi ilə müqayisədə Qurbaninin
daha qabaqda olması məhz ilk öncə ruh bağlantılarından
qaynaqlanırdı. Qurbaninin ayrı-ayrı şeirlərində vurğulanan
müraciətlər (“Şeyx oğlu”, “mürşidi-kamilim”, “mürşüdüm” və
s.) hamısı məhz bu münasibətin əsasında dururdu. Vaqifə
gələn yolun inkişafında, pərvəriş tapmasında məhz XVI və
XVII əsr Azərbaycan mühitinin müstəsna rolu olmuşdur və
Qarabağ mühiti də öz məzmunu, mündəricəsi ilə bu qaynağın
üzərində pərvəriş tapıb rövnəqlənmişdir. Çünki Vaqifə qədərki
Qarabağ mühiti ilə Vaqif dövründəki Qarabağ mühiti arasında
kəsişən və kəsişməyən xətlər vardır. Vaqif dövründə də bu
xətlər özünü göstərmiş və bir istiqamət olaraq fars dilli
ədəbiyyatın, daha doğrusu, poeziyanın, eləcə də əruz vəznində
yazıb yaratmanın üstünlüyü müşahidə olunmuşdur. M.P.Vaqif
Qurbanidən, Sarı Aşıqdan, Lələdən qaynaqlanan ruhun qan
daşıyan damarları üzərində dayanmış və ondan yararlanmaqla
Qarabağ ədəbi mühitinə, bütünlükdə XVIII əsr Azərbaycan
poeziyasına istiqamət vermişdir və bununla da mühit
səviyyəsində Qarabağ mühitini poeziyanın dan ulduğuna
çevirmişdir. “XVII-XVIII əsrlərdə milli özünüdərkin tərkib