256
132). M.V.Vidadi və M.P.Vaqif yaxınlığı (burada söhbət bədii-
estetik düşüncədən gedir) öz qidasını eyni qaynaqdan alır.
Siyasi proseslərin doğurduğu gərginlik və yaşanan fəlakətlər,
eləcə də siyasi hakimiyyətin Təbrizdən İsfahana köçürülməsi
etnosun hakimiyyət (dövlətçilik düşüncəsi) sarıdan itkilərinə
yol açdısa, lakin bədii estetik sferada yeni mərhələyə gedən
yolun parlaqlığına işıq tutdu. Ədəbi-bədii təfəkkürün əsas
konteksti “Koroğlu”dan, “Abbas və Gülgəz”dən, “Aşıq
Qərib”dən keçın yolla reallaşıdı və M.V.Vidadi ilə M.P.Vaqif
məhz bu möhtəşəmliyin üzərindən bədii-estetik konteksti
müəyyənləşdirdi.
M.P.Vaqiflə
M.V.Vidadinin
məşhur
deyişməsi, məktublaşmaları, “Durnalar”, “Hayıf ki, yoxdur”,
“Görmədim”, “Bax”, “Müsibətnamə”, “Ağlaram” silsiləsi və s.
bütünlükdə mühitin siması, milli düşüncənin dinamikasıdır.
Vaqif:
Keçən
işdən mərd igidlər pozulmaz,
Atalar deyibdir: “Tökülən dolmaz”.
Qatıq üçün qışda ağlamaq olmaz,
İnşallah, gələr bahar, ağlarsan.
Vidadi:
Dövlətindən yetdik nanü nəməyə,
Düşdük indi cadu qatıq yeməyə,
Söz ki, çoxdur, yeri yoxdur deməyə,
Əgər bilsən, ey bixəbər, ağlarsan.
(89, 210)
Bu mətnin mahiyyətində sazdan, aşıq şeirinin özünə-
məxsus sistemindən gələn məzmun, düşüncə dinamikası o
qədər təbii və təsirlidir ki, onun əlahiddəliyi bir bütöv olaraq
özündə abidəliliyi şərtləndirir. Ümumiyyətlə Vidadi / Vaqif